Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   18   19   20   21   22   23   24   25   26
                                                    “Varlıq” jurnalından 
 
Azərbaycan  türkcəsi  türk  dillərinin  içəriçində  ən 
zənginlərindən  biridir  və  Türkiyə  türkcəsi  ilə  qoĢa  gedir. 
Bəzi  sahələrdə  daha  da  zəngindir.  Həm  də  aĢağı-yuxarı, 
ortaq  türkcəyə  daha  yaxındır.  Yalnız  inkiĢaf  baxımından 
Türkiyə  türkcəsindən  sonra  gəlir.  Çünki  Türkiyə  türkcəsi 
600  ildir  rəsmidir.  1299-cu  ildən  bəri,  yəni  Osman  Qazi 
zamanından.  Bizim  dilimiz  daha  gəncdir,  digər  tərəfdən 
Ġranda  da  həmiĢə  qadağan  olunub,  yazı  dilimiz  olmayıb. 
Burada  da  rus  istilasında,  rus  dilinin  istilasında  qalıbdır. 
Onun  üçün  bolluca  rus  sözləri  var.  Əlbəttə,  Türkiyə 
türkcəsi  də  çoxlu  ərəb  və  fars  sözləri  ilə  dolmuĢdur.  XX 
əsrdə  bunu  təmizləməyə  baĢladılar.  Bəzən  də  ifrata 
vardılar.  Biz  ortaq  türkcə  yarada  bilmərik,  bəlkə,  ortaq 
türkcəyə  doğru  getməliyik  ki,  bir-birimizi  baĢa  düĢək. 
Bizim Azərbaycan ədəbi türkcəsi ilə Türkiyə türkcəsi bir-
birini baĢa düĢür. 


 
93 
* * * 
–  ġəhriyar  mənim  çox  yaxın  dostum  idi,  onu  Təb-
rizdən  Tehrana  gətirmiĢəm,  gəlib  altı  ay  bizdə  ailəsi  ilə 
qalıb.  Orada  biz  türk  və  fars  dillərində  ikidilli  ədəbi 
məhvil  yaratmıĢıq.  O  bizim  müasir  türk  dünyasının  ən 
böyük Ģairlərindəndir. 
Bir  gün  Ģahın  xanımı  kraliça  Fərəh  köməkçisini  onun 
yanına  göndərmiĢdi.  Kraliça  köməkçisindən  ġəhriyara 
çoxlu  salam  və  belə  bir  sifariĢ  göndərmiĢdi:  «Mən  razı 
deyiləm  ki,  ġəhriyar  ailəsi  ilə  doktor  Cavad  Heyətin 
evində  daimi  qalsın  və  onlara  zəhmət  versin.  Mən 
istəyirəm Ustad icazə versin, ona Tehranda bir ev alım və 
ailəsi ilə o evə köçsün». Ustad ġəhriyarsa bunun əvəzində 
salamını kraliçaya çatdırmağı xahiĢ etdi: «Kraliçaya deyin 
ki,  çox  sağ  olsun.  Mənim  evə  ehtiyacım  yoxdur.  Kraliça 
öz  lütfünü  göstərmək  istəyirsə,  göstəriĢ  versin,  mənim 
«Divan»ım türkcə də basılsın. O kitabın satıĢından özümə 
ev də ala bilərəm». Mən buna Ģahid oldum. 
 
* * * 
ġəhriyar  əvvəllər  farsca  yazırdı.  Onun  türkcə  Ģeir 
yazmasına  anası  səbəb  oldu.  Bir  gün  ġəhriyar  farsca 
yazdığı  bir  Ģeirini  evdə  anasına  oxuyur,  anası  ona  deyir: 
sənin  Ģeirini  mən  anlamıram  niyə  türki  yazmırsan  ki, 
məndə baĢa düĢüm. 
ġəhriyar  öz-özünə  söz  verir  ki,  daha  bundan  sonra 
türkcə  yazacağam.  Elə  həmin  gün  ilk  türkcə  Ģeirini  – 
«Heydərbabaya salam»ı yazmağa baĢlayır. 
Mən  ġəhriyarı  çox  sevərdim.  Onunla  60  il  dost 
olmuĢam. 


 
94 
* * * 
Azərbaycan  xalq  musiqisi,  muğamları  ruhumun  qida-
sıdır. Mənim üçün musiqi ana laylasından baĢlayır. Anam 
Məsumə Sultan məni çox sevrədi. Mən də onu. Adı kimi, 
özü  də  məsum  idi.  Ġstər  musiqi,  istər  ədəbiyyat  layla  ilə 
baĢlayır.  Musiqi  və  ədəbiyyat  qulaq  yolu  ilə  eĢidilib 
zehndə yazılar. Daha onun yerini heç nə tuta bilməz, nə də 
poza  bilməz.  Ġnsanın  musiqi  ilə,  Ģer  ilə  nə  qədər  çox 
xatirəsi  varsa,  bir  o  qədər  ona  bağlanar;  bəzən  ağladar, 
bəzən onu fərəhləndirər. Musiqi, ədəbiyyat və xatirə. Üçü 
də əl-ələ verib insanın fikir və düĢüncələrini alt-üst edər. 
 
* * * 
PeĢəm  baxımından  hər  kimsənin  nail  ola  bilməyə-
cəyinə  yetiĢdim.  Ġranda  ilk  açıq  ürək  cərrahi  əməliyyatı 
apardım. Keçən il Ġranda ürək cərrahlığına aid beynəlxalq 
konqres keçirilərkən mən sədrlik edirdim. Məni hər yerdə 
–  uzaq  ölkələrdə  belə  «ürək  cərrahiyyəsinin  pioneri» 
adlandırırlar.  Bu  nailiyyətlərim  həm  səyim,  bacarığım, 
həm  də  Ġran  səhiyyəsinin  yüksək  səviyyəsi  səbəbi  ilə 
olmuĢdu.  Ədəbiyyatımızı  və  dilimizlə  də  bağlı  çəkdiyim 
zəhmətlərin  səmərəsini  görürəm.  Həm  də  razı  deyiləm. 
UĢaqlarımız  gərək  birinci  sinifdən  ana  dilimizdə  təhsilə 
baĢlasın. Məktəblərimizdə fars dili ilə yanaĢı, Azərbaycan 
türkcəsi də öyrənsinlər. Universitetdə artıq bu iĢ baĢlanıb. 
 
* * * 
Qarabağın  azad  olduğu  günü  görməsəm,  həsrətlə 
getmiĢ olaram. Heydər Əliyevlə görüĢümüz zamanı soruĢ-
muĢdum  ondan:  O  günü  görəcəyikmi?  Dedi  görəcəyik, 
görəcəyik. Amma onun o günü görmədən getməsi mənim 
üçün  çox  ağırdı.  Qarabağ  göz  bəbəyimizdi,  göz  giləmdi 
mənim.  Qorxuram  mən  də  görmədən  gedəm.  Qarabağ 


 
95 
musiqi  yurdumuzdur.  Üzeyir  bəyi  yetirən  torpaqdı. 
Təbrizdə  də  qarabağlılar  məhəlləsi  var.  Bu  məhəllənin 
sakinləri  Azərbaycan  istila  olunanda  Qarabağdan  qaçıb 
burda yerləĢmiĢlər. Həyatda məni ən çox sevindirən hadi-
sələrdən  biri  Sovet  Ġttifaqının  dağılması  və  Azərbaycanın 
öz  müstəqilliyini  qazanmasıdır.  Bunlar  mənim  üçün  o 
qədər  mühüm  oldu  ki,  həyatımın  özünü  belə  iki  dövrə 
ayırıram:  bundan  əvvəlki  ömrüm  və  sonrakı  –  Azərbay-
canın  müstəqillik  qazandığı  dövrdə  keçən  həyatım.  Bu 
hadisə  o  qədər  mühümdür  ki,  hətta  Qarboçovun  azər-
baycanlılara  xəyanətini  də  mənə  unutdurur.  Axı  sovetin 
dağılması onun əli ilə oldu. Ġstər sezar (çar), istər Qızıl rus 
imperiyası  olsun.  Azərbaycanı,  Orta  Asiyanı  müstəm-
ləkəyə  çevirməsi  bizim  üçün  göz  dağı  idi.  Sizlərlə  görüĢ 
bir  xəyal  idi.  Ġlk  dəfə  1971-ci  ildə  Bakıda  oldum.  Amma 
həsrətlə gəldim, həsrətlə getdim. Ġndi isə çox Ģey dəyiĢib. 
Xüsusən milli oyanıĢ güclənib. 
 
* * * 
Çox  Ģeylərdən  vaz  keçmiĢəm.  ġah  zamanı  nazir  ola 
bilərdim.  Lakin  saxta  Ģəxsiyyət  kimi  yaĢamaq  lazım  idi. 
ĠstəməmiĢəm. Hərb məktəbini bitirmiĢəm. Lakin o iĢin öz 
xüsusiyyətləri  var:  kor-koranə  itaətdən  qaçmıĢam.  Azad 
olmaq istəmiĢəm. Könlüm istəyən kimi olmaq istəmiĢəm. 
Ona  görə  həkim  olmuĢam.  Mənim  ürəyim  yanır  mövqe 
üçün  saxta  yaĢamağa  məcbur  olanlara.  HəmiĢə  həqiqəti 
arzulamıĢam.  Onu  üstün  tutmuĢam.  HəmiĢə  faktı  qəbul 
etmiĢ, onunla hesablaĢmıĢam 
 
* * * 
Bəxtiyar  Ģeirlərini  daha  çox  heca  vəzni  ilə  yazmıĢ, 
ancaq  onun  əruz  vəzni  ilə  yazdığı  Ģeirləri  də  az  deyil. 
Bəxtiyara  görə.  Əsrimizin Ģeirində həm  klassik  ədəbiyyat 


 
96 
ənənələrini davam etdirmək, həm də günümüzün ehtiyac-
larına  cavab  verə  bilmək  lazımdır.  Klassik  Ģairlərimizdən 
Füzuli və Sabirin təsiri onun əsərlərində məhsusdur. 
Vahabzadə düĢünəndə də Ģeirlə düĢünən, onunla nəfəs 
alan  bir  Ģairdir.  ġeirlə  məqalə,  tənqid  və  tədqiq  yazar 
kimidir.  BaĢqalarının  Ģeirinə  girməmiĢ  mövzular  onun 
Ģeirlərinə daxil olmuĢdur. O, Ģeiri insanın qəlbində  yanan 
bir  atəĢə  –  oda  oxĢadır  və  deyir  ki,  əsrin  nəbzi  Ģeirin 
ahəngində  atmalıdır.  Belə  bir  Ģeir  vətən  və  millət  sevgisi 
ilə,  milli  mədəniyyət  eĢqi  ilə  dolub-daĢmalıdır.  Hamı 
vətənsiz  yaĢar,  amma  Ģair  vətənsiz  və  millətsiz  yaĢaya 
bilməz.  ġairin  ən  böyük  vəzifəsi  vətəni  sevməkdir.  ġair, 
haqq  və  həqiqət  yolunda  savaĢan,  cibiboĢ,  qəlbidolu 
insandır, Ģair vətən və millətinin məcnunudur. 
 
* * * 
UĢaqlıqda  mən  həm  idmançı,  həm  də  yaxĢı  dərs 
oxuyan  olmuĢam.  Dərs  oxumağa  məni  atam  təĢviq  edib. 
Yəni  atamı  böyük  eĢqlə  sevdiyimdən  dərslərimi  daha 
yaxĢı oxumağa cəhd göstərmiĢəm. Çünki bilirdim ki, atam 
alim  olduğu  üçün  dərs  oxuyan  uĢaqları  sevir.  Eyni 
zamanda  akrobatika  ilə  də  məĢğul  idim.  Orta  məktəbdə 
oxuyarkən  iki  sinfi  bir  ildə  bitirmiĢəm.  Ona  görə  21  ya-
Ģında doktor olmuĢam. Sonralar Ġstanbul tibb fakültəsində 
oxuyarkən  tarix  və  ədəbiyyatla  maraqlandım.  Ġranın  ədə-
biyyatı,  tarixi,  islamın  tarixi,  həmçinin  Ġstambulda  türk 
ədəbiyyatı,  türk  tarixi  ilə  məĢğul  oldum.  Bilavasitə  cər-
rahlıqla  yanaĢı  türkologiya  və  fəlsəfə  ilə  bağlı  elmi  əsər-
lərin müəllifiyəm. 
 
* * * 
Süleyman Dəmirələ yazdığım məktub Qarabağın iĢğalı 
ilə əlaqədar idi. Mən Tehranın Türkiyə səfiri ilə görüĢdüm 


 
97 
və  narahatçılığımı  çox  sərt  Ģəkildə  bildirdim.  «Ankaraya 
niyə  yazmırsınız,  xristianlar  hamısı  erməniləri  müdafiə 
edir,  siz  niyə  sükut  edirsiniz?»  -  dedim.  O  da  cavabında 
bildirdi  ki,  o  qədər  yazmıĢam,  mənə  deyirlər  sən  Tehran 
səfirliyisən,  yoxsa  Bakı  səfirliyi?  YaxĢısı  budur  siz, 
Doktor bəy, özünüz bir məktub yazın Süleyman Dəmirələ. 
Məktubu  bütün  duyğularımın  hakim  olduğu  göz  yaĢla-
rımla  yazdım.  Səfir  bunu  oxuyub.  «Bu  məktub  dəmiri 
əridər»  -  dedi.  Məktubu  Süleyman  Dəmirələ  göndərdik. 
Səfiri  Ankaraya  dəvət  etdilər  və  orada  bildirdilər  ki, 
Süleyman bəy mesaj göndərib ki, Doktor bəy çox narahat 
olmasın, biz əlimizdən gələni etmiĢik, edirik və edəcəyik. 
Amma  bütün  dünya  qarĢımızdadır.  arzularıma  nail 
olmuĢam,  amma  ictimai  arzularıma  nail  ola  bilməmiĢəm. 
Mən  ġərqi  Avropadan  aĢağı  deyil,  çox  yüksəklərdə,  mü-
səlmanları  isə  bərabər  və  həqiqətən  qardaĢ  görmək  istər-
dim. Amma gerçək budur ki, müsəlmanlar bərabər deyillər 
və  hətta  biri-birinin  əleyhinə  iĢ  birliyi  aparırlar.  Müsəl-
manlar geri qalıblar və bunun çarəsinə baxmaq istəmirlər. 
Mən  bir  ziyalı  kimi  əlimdən  gələn  qədər  müsəlmanları 
yaxınlaĢdırmağa,  oyatmağa  çalıĢmıĢam.Düzdür,  mən  din 
xadimi  deyiləm,  amma  həmiĢə  istəmiĢəm  ki,  dinimiz 
xürafatdan  təmizlənsin.  Bəzən  deyirlər  ki,  müsəlmanlıq  
gerilikdir,  bu  doğru  deyil.  Ziyalılarımızın  çətin  vəzifəsi 
islamın  əsaslarını  xalqımıza  tanıtmaqdır.  Ġslam  haqq  dini 
olduğu üçün bizim milli ərkanımızdandır. 
 
* * * 
Mən əziz dostum Heydər Əliyevlə tez-tez görüĢərdim 
və əksər hallarda söhbətlərimizdə Ġlham Əliyev də iĢtirak 
edərdi.  Amma  bir  dəfə  də  olsun  o  söhbətə  qarıĢmaz, 
sakitcə  qulaq  asardı.  Doğrusu,  Ġlham  Əliyev  ilk  dəfə 
Prezident  seçildikdə  məni  bir  sual  narahat  edirdi:  Gözəl, 


 
98 
qüsursuz  nitqi  il  hər  kəsi  heyran  qoyan  Heydər  Əliyevin 
natiqlik bacarığından, görəsən, oğluna pay düĢübmü? Çox 
Ģükürlər olsun ki, ən qısa zamanda mən bu sualıma müsbət 
cavabımı  aldım.  Belə  ki,  humanitar  təĢkilatların  iĢtirak 
etdiyi  bir  görüĢdə Prezident  Ġlham  Əliyevin  yarım  saatlıq 
nitqi  məni,  sözün  əsl  mənasında,  heyrətə  gətirdi.  Eynən 
rəhmətlik atası kimi danıĢırdı. ġəxsi görüĢlərimizin birində 
mən  ona  sual  etdim,  «axı  bu  necə  olur  ki,  siz  bu  günə 
qədər  mükəmməl  nitqə  və  təfəkkürə  sahib  ikən  mənim 
atanızla  görüĢlərimdə  heç  vaxt  söhbətlərimizə  müdaxilə 
etmirdiniz?».  Ġlham  müəllim  cavab  verdi  ki,  biz  böyük-
lərin  yanında  danıĢmırıq,  qulaq  asarıq.  Bu  məqam  bir 
gerçəyi  göstərir:  Əziz  dostumun  ailəsində  milli  adət-
ənənələr hakim olub. Demək ki, oğul nə qədər gözəl natiq, 
mütəfəkkir  olsa  da,  öz  atasının  yanında  sadə  bir  dinləyi-
cidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
99 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin