Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   18   19   20   21   22   23   24   25   26
 
Ehsan Doğramaçı 
 
* * * 
Doktor  Cavad  Heyət  haqqında  bu  kiçik  dost  sözünü 
yazmağa  baĢlarkən  fikrimdə  istər-istəməz  düz  21  il 
bundan  əvvəlin  xatirələri  canlandı,  o  vaxtların  ki,  mən 
Azərbaycan  Yazıçılar  Ġttifaqının  cavan  bir  katibiydim  və 
biz hamımız çox qaynar bir ədəbi həyat yaĢa¬yır¬dıq. 
Və  təbii  ki,  hakim  ideologiyanın  Azərbaycanda 
«Cənub»  sözünün  özünü  belə  yasaq  elədiyi  bir  zamanda, 
Cənubla  bağlı  təssübkeĢlik,  maraq,  intizar,  narahatlıq 
bizim  içimizdəki,  fikrimizdəki,  qələmimizdəki  həmin 
milliliyin çox ciddi bir tərkib hissəsi idi. 
Belə  bir  vaxtda  o  dövr  üçün  böyük  bir  ruh  yük-
səkliyinə,  qəribə  –  çox  təmiz,  Ģəffaf  bir  nikbinliyə,  həyə-
can  dolu  bir  marağa  səbəb  olan  və  bizi  daxilən  isidən 
xəbər eĢitdik: Ġranda Azərbaycan dilində «Varlıq» adlı bir 
ədəbi jurnal çıxmağa baĢlayıb. 
Elçin 
 
* * * 
Azərbaycan ictimai fikir tarixində dr.Cavad Heyətin və 
onun "Varlıq" jurnalının xüsusi mövqeyi vardır. 


 
87 
"Varlıq" jurnalı ilk nömrəsindən bugünədək mövqeyini 
dəyiĢmədən  böyük  tarixi  vəzifəni  yerinə  yetirməklə  milli 
ictimai fikrə nur çilədi, onun hərəkətverici qüvvəyə çevril-
məsinə güclü təkan verdi. Cənubi Azərbaycanda, eləcə də 
Ġranın  ayrı-ayrı  əyalətlərində  yaĢayan  azərbaycanlıların 
milli-mənəvi  özünüdərk  və  milli  oyanıĢına  ciddi  təsir 
göstərən, sözün həqiqi mənasında böyük ictimai-siyasi və 
ədəbi  məzmun  kəsb  edən  "Varlıq"  jurnalının  bu  gün  təd-
qiqata cəlb olunması təqdirəlayiq hadisədir. 
Son  illər  Cənubi  Azərbaycan  ədəbiyyatını  araĢdıran, 
dövri  mətbuatını  araĢdıran,  dövri  mətbuatda  bir  sıra 
dəyərli məqalələr çap etdirən Pərvanə Məmmədlinin "Var-
lıq" jurnalını tədqiqat obyekti seçməsi təsadüfi deyildir. 
"Varlıq" jurnalı uzun illərdir ki,, Azərbaycan Ģifahi və 
yazılı ədəbiyyatını tədqiq və təbliğ edir. Onun baĢlıca apa-
rıcı ana xətti, istiqaməti: Ģifahi xalq ədəbiyyatının toplan-
ması,  nəĢri,  təbliği  ilə  yanaĢı,  klassik  və  müasir  ədəbiyy-
atın  ayrı-ayrı  nümunələrinin,  eləcə  də  ədəbi-tənqidi 
məqalələrin  verilməsi  olmuĢdur  ki,  bunun  ana  dili,  milli 
mədəniyyəti, elmi-ictimai fikri və tarixi qadağan olunmuĢ 
xalq üçün nə demək olduğu aydınlaĢır. 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin