Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
CAVAD HEYƏT “MÖCÜZƏ”SI 
 
             Pərvanə Məmmədli (Azərbaycan) 
 
Doktor Cavad Heyət  ötən  əsrin əvvəllərində Azərbay-
canda millətin nicatı   yolunda  yorulmadan mücadilə edən 
ziyalılarımızı    xatırladırdı.  O,  Vətənin    Güneyində  Mirzə  
Cəlil    sayağı  xalqını  ―dilsizlikdən‖qurtarmağa,  Əli  bəy 
Hüseynzadə  təkin  ―ümmətdən  millətə‖  (kimliyini  tanı-
mağa)  keçməyə,  Əhməd  Ağaoğlu  kimi  milli  haqlara  və 
əsil islami dəyərlərə yiyələnməyə səsləyirdi. 
Əli  bəy  Hüseynzadə  Azərbaycanda  ilk  mətbu  orqanı-
nın  yaradıcısı  Həsən  bəy    Zərdabinin    xidmətlərini  qeyd 
edib  belə    yazmıĢdı;  ‖Aləmi    islam  qaranlıqlar  içərisində 
qaldığı  zaman, bu adam əlinə məĢəl alıb bu qaranlığı iĢıq-
landırmağa  çalıĢırdı. O məĢəl  əvvəlinci mətbu kəlam idi. 
Cavad  Heyət  də  Həsən  bəy  kimi  qaranlıqları  iĢıqlan-
dıran o qutsal məĢəli ötən əsrin 80-ci illərindən baĢlayaraq 
Güney  Azərbaycanda  yandırdı.  O  məĢəl  35  ildən  bəri 
Tehranda  nəĢr  olunan  ―Varlıq‖  jurnalıdır.  ‖Varlıq‖  bütün 
parametrləri  ilə  artıq  bir  məktəbə  çevrilib.  Bizlərə,  yəni 
quzeylilərə üç on il bir dərgini çıxarmaq asan görünə bilər. 
Amma  kifayət  qədər  tibb  sahəsində  dünya  nüfuzu 
qazanmıĢ  (Fransa cərrahlıq Akademiyasının üzvü, Dünya  
Cərrahlar  Cəmiyyətinin Ġran təmsilçisi, siyahını  çox uzat-
maq olar) bir ziyalının ömrünün 5-ci onilindən  baĢlayaraq 
paralel  Ģəkildə  tamamilə  baĢqa  bir  sahədə,  özü  də  adi 
ölkələrin  birində deyil, siyasi, ziddiyət və gərginliklərdən  
heç  zaman  xali  olmayan  Ġran  kimi  bir    ölkədə  fəaliyyət  
göstərməsinə  çox nadir hallarda rast gəlmək olar. Özünün  


 
71 
dediyi  kimi  daxildən  gələn    mənəvi  ehtiyacdan,aclıqdan 
doğmuĢdu bu istək.  
Cavad  Heyət  dünyalarca  tanınan  cərrah  kimi  böyük 
nüfuz  qazanmıĢ  böyük  Ģəxsiyyət,  hərtərəfli  savadı,  geniĢ 
erudisiyası olan ziyalı-vətəndaĢ öz imkanlarını «Varlıq»da 
ifadə  edə bilmiĢdi. 35 ildən artıq bir zaman ərzində Ġranda 
Azərbaycan  dilinin,  ədəbiyyatının  yaĢadılması,  «Varlıq» 
dərgisinin onun yaradıcısı Cavad Heyətin adı ilə ayrılmaz 
surətdə bağlı olub. 
«Varlıq»  dərgisinin  yarandığı  illərdə  milli  varlığının 
yaĢamaq  və  məhv  olmaq  dilemması  ilə  qarĢılaĢan  bir 
xalqın  ana  dilində  sözə,  fikrə  böyük  ehtiyacı  vardı.Adı 
kimi  fəlsəfi  anlam  daĢıyan  «Varlıq»  Güney  Azərbaycan 
mədəni  mühitindəki  bu  boĢluğu  doldurmaq  üçün 
yaranmıĢdı.  
«Varlıq»ın  yaradıcıları  baĢda  doktor  C.Heyət  olmaqla 
sonsuz  fədakarlıq,  sədaqət  və  zəhmətlə  doğma  xalqın 
mənəvi ehtiyaclarını ödəmək üçün çalıĢdılar.  
Əvvəla  qeyd  edək  ki,  «Varlıq»  jurnalının  yarandığı 
vaxt  Cənubi  Azərbaycanda  ədəbi  dilin  Ģimalda  mövcud 
olan  üslubları,qaydalrı  yox  idi.  Fars  təfəkkür  tərzi 
ziyalıların  danıĢıq  tərzində  və  yazı  üslublarında  hakim 
kəsilmiĢdi.  Dilin  qanunları,orfoqrafiya  və  orfoepiya 
qaydaları  haqqında  təsəvvür  zəif  idi.  Ən  baĢlıcası  isə 
azərbaycan  dilini  mükəmməl  bilən  ədib,  jurnalist  kadrlar 
çatıĢmırdı. 
«Varlığ»ın həll edəcəyi birinci dərəcəli görəvi publisist 
dildə  yeniləĢmə,  islahat  etmək  idi.  ġimalda  mövcud  olan 
nailiyyətlərdən  bəhrələnməklə ədəbi dildə vahid yazı qay-
dası yaratmaq idi.  
Doktor  Cavad  Heyət  dil  probleminə  toxunaraq  de-
miĢdi:  «Ġnqilabdan  sonra  Ġranda  ana  dilli  nəĢrlərdə  vahid 
yazı  qaydası  yox  idi.  Ona  görə  də  türkdilli  mətbuat  dil 


 
72 
problemi  ilə  qarĢılaĢdı.  Fars  və  ərəb  tərkibləri  ilə  yüklən-
miĢ, fars dilinin bir çox  təsirinə məruz qalmıĢ  Cənub da-
nıĢıq dili  məqsədə uyğun deyildi. Türkiyə türkcəsi də bizə 
uyğun gəlmirdi. Cənubi  Azərbaycanın  ədəbi dili üzərində 
dayanmağı qərarlaĢdıq. Dili öyrənmək, onun zənginliyini, 
qüdrətini, göstərmək üçün isə o taylı dilçi alimlərin əsərlə-
rindən istifadə edildi.‖ Bunun nəticəsində Güney Azərbay-
canda  ədəbi  dildə  yeniləĢmə  prosesi  baĢ  verdi.  «Varlıq» 
isə  öz  təmiz  və  kamil  dil  üslubu  ilə  baĢqa  mətbuat 
orqanları üçün aparıcı və yol göstərici rolunu oynadı. 
«Varlıq»  ilk  günlər  dil-üslub  problemini  də  tədricən 
aradan  götürmüĢ,  nəticədə  ərəb  əlifbası  ilə  sözlərin  azər-
baycan  türkcəsində  asan  oxunması  kimi  vacib  məsələni 
həll  etmiĢdi.  «Varlıq»ın  bir  mətbuat  orqanı  kimi 
özünəməxsus  dili  olub,  digər  mətbuat  orqanları  üçün  də 
örnək  rolunu  oynayıb.  Ortaq  türkcə  sözlərdən  bol-bol 
istifadə  edən  dərgi  ümumtürk  nəĢrinə  çevrilə  bildi. 
Dərgidə  Ġrandakı  digər  türk  xalqlarının  da  az  öyrənilmiĢ 
ədəbiyyat,  dil  və  tarixi  araĢdırılır,  Azərbaycan  xalqının 
mənəvi  dəyərlərinə  həsr  olunmuĢ  materiallara  ümumtürk 
konteksti prizmasından yanaĢılaraq bu məsələni kompleks 
halda  həll  etməyə  səy  göstərilir.  Dərgi  Azərbaycan  Ģifahi 
xalq  ədəbiyyatı  nümunələrinin  nəĢrində,  yeni-yeni  xalq 
sənətkarlarının  üzə  çıxarılmasında,  Azərbaycan  klassik 
ədəbiyyatının  öyrənilməsi  və  təbliğində  bir  araĢdırma 
mərkəzi  kimi  fəaliyyət  göstərib.  NəĢr  olunduğu  ilk 
dövrlərdən  baĢlayaraq  dərgi  Azərbaycan  ədəbiyyatının 
ümumtürk 
ədəbiyyatı 
kontekstində 
öyrənilməsi 
nəzəriyyəsini və ortaq türk dili düĢüncəsini müdafiə edib. 
«Varlıq»  Güneydə  yeri  boĢ  olan  anadilli  ədəbi  prosesi 
formalaĢdırıb,  onun  modernləĢməsində  xüsusi  mövqe 
tutub. Bu gün artıq Güneydə yetiĢən yazarların dünyadakı 
çeĢidli  ədəbi  cərəyanları əks etdirən  yeni  və orijinal  Ģəkil 


 
73 
və  içərikli    əsərləri  bunun  gerçək  göstəricisidir.Dərgidə 
əsas  yeri  xalqın  ictimai-siyasi  problemlərini  əks  etdirən 
ədəbi örnəklərin nəĢri tutur.  
Dərgi  üçün  yazılmıĢ  yazıdan  tutmuĢ,  onun  bütün  tam 
hazır  vəziyyətə  gəlməsinə  qədər,  hətta  böyük  və  kiçik 
Ģəhər  və  məntəqələrdə  yayılması  da  bir  neçə  həmkarın 
üzərinə düĢüb. Bu iĢin zəhməti üçün bir tümən belə alma-
yan,  əksinə  yeri  gələndə  ortaya  çıxan  məsrəfləri  ödəmək 
üçün  imkanı  daxilində  maddi  yardım  göstərən  redaksiya 
kollektivinin fədakarlığı müasir dövrümüzdə kommersiya-
nın  hər  yerdə  ayaq  açaraq  qoyduğu  qanunlarla  bir  araya 
sığmır. Böyük maddi çətinliklər və mənəvi təzyiqlər baha-
sına ərsəyə gələn böyük bir elmi mərkəzin görə bilmədiyi 
iĢin  öhdəsindən  gələ  bilən  dərginin  yaradıcı  heyətinə 
baĢqa ölkələrin ziyalıları yəqin ki, həsəd apara bilər.  
«Varlıq»  dərgisi  Cənubda  yaranmıĢ  folklor  nümunə-
lərini  toplayıb  nəĢr  etməklə  xalqımızın  zəngin  Ģifahi  söz 
sərvətini  yaĢadıb.  Klassik  ədəbi  irsimizin  bizə  məlum 
olmayan  nadir  Ģəxsiyyətlərini  və  nümunələrini  dərc 
etməklə  Azərbaycan  ədəbiyyatı  tarixini  zənginləĢdirib. 
Eləcə də güvənc yerimiz olan ümumtürk abidələrini tədqiq 
etməklə  ortaq  tarixi-mədəni  keçmiĢimizə  elmi  iĢıq  salıb. 
Pəhləvi  diktaturası  dövründə  açıq  assimilyasiya  siyasəti 
tüğyan  etdiyi  vaxtlarda,  xüsusilə  Güney  Azərbaycanda 
1945-1946-cı  illər  və  1951-1953-cü  illər  milli  azadlıq  və 
demokratik  hərəkatları  yatırıldıqdan  sonra  ölkədə 
azərbaycanlıların 
milli 
varlığını, 
onların 
dilini, 
ədəbiyyatını  qoruyan  və  yaĢadan  baĢlıca  amilin  xalqın 
folklor  yaradıcılığı  olduğunu  nəzərə  alsaq,  həmin  dövrdə 
M.Ə.Fərzanə, Ə.Kəmali və bir sıra digərlərinin Ģifahi xalq 
ədəbiyyatı,  baĢqa  sözlə,  ağız  ədəbiyyatı  nümunələrini 
toplayıb  saxlamaq,  qismən  də  olsa,  nəĢr  etmək  sahəsində 
fəaliyyəti  böyük  fədakarlıq  idi  və  ilk  saylarından  "Var-


 
74 
lıq"ın  səhifələrində  həmin  müəlliflərin  bu  sahədə  araĢdır-
malarının  tədricən  oxuculara  çatdırılması  özü  xalq  qarĢı-
sında böyük xidmətdir.                                 
Doktor  Cavad  Heyətin  redaktorluğu  yaxından  iĢtirakı 
və təsisçiliyi ilə nəĢr olunan «Varlıq» dərgisi folklor, türk 
xalqlarının  mifologiyası,  tarixi-mənəvi  varlığı  klassik 
ədəbiyyatı  ilə  bağlı  araĢdırma  mərkəzlərindən  biri  sayıla 
bilər.  Türklərin  tarixi  təĢəkkülü,  türk  dünyagörüĢü  və 
mədəniyyətinin dünya sivilizasiyasında yeri, rolu haqqında 
silsilə tədqiqatlara öz səhifələrində  yer ayırması  «Varlıq» 
dərgisinin  böyük  tarixi  xidmətləridir.  Hələ  ġimaldaĢsovet 
dönəmində  bu  tipli  tədqiqatların  geniĢ  vüsət  almadığı  bir 
vaxtda  Cavad  Heyətin  türk  dövlətləri,  türk  xalqları 
haqqında  böyük  informasiya  tutumu  olan  məqalələrinin 
nəĢri  milli  mənəviyyatımızın  öz  kökü,  əsli  ilə  iliĢgilərini 
üzə çıxartmaqda böyük rol oynamıĢdır.  
Qədim  türk  ədəbi  nümunələri,  yazılı  qaynaqları  haq-
qında Cavad Heyətin tədqiqatları ana dilli ədəbiyyatımızın 
tarixi  kökləri  haqqında  da  zəngin  məlumat  verir.  Cavad 
Heyətin  bu  səpgili  araĢdırmaları  «Türklərin  tarix  və 
mədəniyyətinə  bir  baxıĢ»  adı  ilə  Bakıda  nəĢr  olunandan 
sonra  «Varlığın»  tarixi,  ictimai  və  milli-mənəvi  çəkisi 
haqqında təsəvvürlər daha da zənginləĢdi. Əslində Ģovinist 
siyasət  yeridən  məmləkətdə  bu  tipli  tədqiqatların  nəĢr 
edilməsi,  Cənubda  yaĢayan  soydaĢlarımızın  öz  tarixi  kö-
künə  qayıdıĢı  üçün  zəmin  hazırlayırdı.  ġimalda  isə  uzun 
müddət    türk  xalqlarının  tarixi  birtərəfli,  səthi  öyrənilmiĢ 
və nəzəri baxımdan məlum qəliblərə əsaslanmıĢdı. 
Cavad  Heyətin,  ümumilikdə  isə  «Varlığ»ın  bu  istiqa-
mətdəki  fəaliyyəti  Azərbaycan  türkləri  üçün  öz  tarixlərini 
öyrənməkdə  zəngin  məlumat,  informasiya  vermək  baxı-
mından qiymətlidir. Cavad Heyətin türk tarixinə dair araĢ-
dırmalarında Azərbaycan faktoru əsas yer tutur. 


 
75 
Otuz  ildən  çox  il  öz  vəsaiti  ilə  çıxardığı  bu  dərgi 
vasitəsilə  Ġran  türklərinə  aĢırı  Pəhləvi  dönəmində  uzun 
illər  az  qala  yadırğadıqları  ana  dilini    yenidən  öyrədib, 
milli  mədəniyyətə,  tarixə  sahib  çıxmağa  çağırıb,  milli 
kimliyi tanıtdı Cavad Heyət.  
C.Heyətin  Ġrandakı  bir  çox    türk    aydınlarının 
boynunda    haqqı  az  olmayıb.  Yeri    gələndə  onlara  təbib  
kimi  qulluq  göstərib,  sağaldıb,  bəzən  də  türkcə  yazıb 
yaratmağa  yönəldib,  həvəsləndirib.  Doktor  Heyət  Pəhləvi 
rejimi  ilə  silahlı    savaĢda  yaralanan,  Ġranda  modern  Ģeri 
formalaĢdıranlardan  biri,  istedadlı  Ģair  Əlirza  Nabdilin 
(Oxtay)  son  anlarını    görüb,  təsəlli  verib    yaralarını  
sarıyıb.  Digər  iki  həmyerlisi,  ömrünün  sonralaında 
Fransada  yaĢayıb  yaradan  istedadlı  nasir,dramaturq 
Qulamrza Saedi və bu gün Kanadada dissident yazar kimi 
yaĢayıb  ədəbi  fəaliyyət  göstərən,  dəfələrlə    Nobel 
mükafatına  təqdim  olunan  ünlü  yazar,  tənqidçi  Rza 
Bərahəni ilə dostluq etmiĢ,onlara əsərlərini türkcə yazmağı 
tövsiyyə  etmiĢdi.  Doktor  Heyətin  həyata  29  yaĢında  göz 
yummuĢ yuxarıda adı çəkilən Ə.Oxtayla  bağlı  söylədiyi 
xatirələr  və  onunla  xəstəxanadakı    buluĢmaları  Rza 
Bərahəninin 
yazdığı  ―Öldürülənlərin  Ģərqisi‖  adlı 
romanında  əks  olunub.  Bu  romanda  doktor  Cavad  Heyət 
doktor  Cudi  kimi  təsvir  olunub.  Əsərlərinin  yalnız  cüzi 
hissəsi  ana  dilində  olsa  da  bu    iki  ünlü  yazarın  əsərlərinə 
həmiĢə  türklük  ruhu  hakim  olub,  bu  ruh  onların 
yaratdıqları  qəhrəmanların  xarakterində,  təfəkkür  və 
davranıĢında  aydın  sezilib.  M.  ġəhriyarla,  Səhəndlə 
məslək və könül  yoldaĢı olan doktor Heyət onları  da ana 
dilində  yazmağa  təĢviq  edib.ġəhriyar  məĢhur  azərbaycan 
türkcəsində  yazdığı    Ģeirdən    sonra  ―cəzalandırılılıb‖ 
yatağa  düĢəndə  onu  Təbrizdən  Tehrana  çağırıb.  6  ay 


 
76 
ərzində  evinin  birinci  qatını  ona  ayırıb  onunla  hörmətli 
qonağı və pasienti kimi ilgilənib 
Doktor  Cavad  Heyətin  azərbaycançılığı,  bütöv  Azər-
baycan  mədəniyyətinin  tarixi  missiyasını  düzgün  hiss  et-
məsi,  nəhayət,  onun  bu  mənəvi  sərvəti  bütün  xalqın  malı 
etmək  uğrunda  mübarizəsi  tam  gücü  və  dolğunluğu  ilə 
ustadın dərc etdiyi "Varlıq" jurnalı və bu dərginin nəĢrində 
öz təcəssümünü tapmıĢdır. 
1978-1979-cu  illər  Ġran  inqilabının  qələbəsindən  və 
Ġran  Ġslam  Cümhuriyyətinin  (ĠĠC)  elan  edilməsindən  dər-
hal sonra - 1979-cu ilin aprelindən nəĢrə baĢlayan "Varlıq" 
jurnalı və bu dərginin səhifələrində özünə yol açmıĢ Cavad 
Heyət  publisistikasının  aparıcı  və  daimi  istiqamətləri 
Ģahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma 
böyük ehtiyacı olan Güney Azərbaycandakı mədəni həya-
tın  bütün  sahələr  üzrə  inkiĢaf  yollarının  hamarlanması 
məsələləri  və  onun  bölünməz  mədəniyyətinin  problem-
ləridir. 
Ġranda  yeganə  türkdilli  toplu  olduğundan  Cənubda 
yeni  yaranan  ədəbiyyat  nümunələri  «Varlıq»  vasitəsilə 
oxuculara çatdırılırdı. GeniĢ oxucu kütləsi inqilabdan son-
ra  Cənubda  yaranan  poeziya  və  nəsr  örnəkləri,  həmçinin 
inqilaba qədər nəĢri yasaq olunmuĢ bəzi əsərlərlə «Varlıq» 
vasitəsilə  tanıĢ  olurdular.  Azərbaycan  xalqının  çoxəsrlik 
zəngin  ədəbiyyatı  da  bütün  özəllikləri  ilə  «Varlıq»da  çap 
olunurdu.  Sovet  Ġttifaqı  dağıldıqdan  sonra  Azərbaycan-
Ġran arasında sərhədlər artıq keçilməz deyildi. GediĢ-gəliĢ 
xeyli  asanlaĢmıĢdı.  «Varlıq»ın  da  ġimalla  bağlı  mövzu 
dairəsi  çox  geniĢlənmiĢdi.  Quzey  Azərbaycanın  müstə-
qillik  qazanması  Güney  Azərbaycanın  mədəni  həyatında 
canlanma  yaradaraq  nisbi  dirçəliĢə  səbəb  olmuĢdu.  Təbii 
ki,  «Varlıq»da  bu  cür  dəyiĢikliklər,  xalqın  həyatındakı 
ictimai  hadisələri  özündə  əks  etdirirdi.  O  illərdə  dərgi  bir 


 
77 
növ  oxucuların  tribunasına  çevrilmiĢdi.  Adətən,  oxucular 
öz məktublarında onları narahat  edən məsələlərə  toxunur-
dular.  90-cı  illərdən  üzü  bəri  Quzey  Azərbaycanda  baĢ 
verən  mühüm  hadisələr  «Varlıq»da  öz  əksini  tapırdı. 
Qırmızı  Ordunun  Bakıya  basqını  ilə  törədilən  20  yanvar 
faciəsi,  Qarabağ  müharibəsi,  erməni  iĢğalçılarının  Azər-
baycan  torpaqlarına  təcavüzü  və  onların  cinayətləri  ilə 
bağlı  materiallar  dərginin  hər  sayında  verilirdi.  Dərginin 
səhifələrində  yaxın  və  uzaq  keçmiĢimizə  aid  olan  bir  çox 
tarixi sənədlərə də tez-tez rast gəlmək olardı. 90-cı illərdən 
baĢlayaraq  Quzeyli  alimlərin  yazıları  «Varlıq»da  mün-
təzəm görünürdü. 
Cavad  Heyət    milli  ruhlu  Azərbaycan  ziyalılarını  bu 
dərginin  ətrafında  cəmləĢdirmiĢ,  Cənubla  ġimal  arasında 
mənəvi körpü olmuĢdu. «Varlıq» bu körpünün özülü olub. 
Özünün qeyd etdiyi kimi, «Varlıq» onun varlığı olub. 
«Varlıq» təkcə ġimal və Cənub arasında birlik körpüsü 
olmayıb bütün türk dünyasının keçmiĢi, indisi və gələcəyi 
haqqında  mötəbər  elmi,  ədəbi  yazılar  verməklə  türk 
xalqlarının birliyinə xidmət edib. Qədim türklər, orta türk-
lər,  Ġslam  dövrü  və  sonrakı  dövrdə    türk  dövlətləri  və 
mədəniyyəti  haqqında  silsilə  tədqiqatlar  öz  soy-kökünü 
dərk  etməkdə  hər  bir  türkə  yardımçıdır.  Xüsusən  Ġran  və 
Amerikada,  Avropa  ölkələrində  yaĢayan  türkdilli  xalqlar 
üçün bunun ictimai-siyasi əhəmiyyəti olduqca böyükdür. 
Dərginin  fəaliyyəti  təkcə  Cənub  ədəbiyyatının  nümu-
nələrinin  nəĢri  ilə  məhdudlaĢmamıĢ,  yaradıcı  heyət  ġi-
malda  yaranan  ədəbiyyatın  ən  yaxĢı  örnəklərinin  cənublu 
oxuculara çatdırılmasına önəm vermiĢdir.  
Cavad  Heyətin  Varlıq"  dərgisi  Azərbaycanın  müasir 
həyatında  bir  hadisədir.  Onun  fəaliyyəti  həm  Ġrandakı, 
həm  də  Quzey  Azərbaycandakı  azərbaycanlıların  milli 
Ģüurunun  formalaĢmasında  mühüm  amillərdən  biri  kimi 


 
78 
qiymətləndirilməlidir. Cənubda və ġimalda da 80-ci illərin 
ikinci  yarısından  etibarən  vüsət  almıĢ  milli  azadlıq  və 
demokratik  hərəkatımızın  köklərindən  bir  qismi  də  "Var-
lıq"a, onun naĢiri və yazarı - bir sözlə, canı və ruhu Cavad 
Heyətə  gedib çıxır. Onu da qeyd edək ki,  Cavad Heyətin 
‖Varlıq‖  dərgisində  gedən  yazılarının  böyük  hissəsi 
sonralar kitab halında Tehran və Bakıda və Ankarada çap 
olunmuĢ  ―Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatı‖,  ‖Ġki  dilin 
müqayisəsi‖, ―Azərbaycan ədəbiyyatına bir baxıĢ‖, ―Türk-
lərin  tarix  və  mədəniyyətinə  bir  baxıĢ‖,  ―Ədəbiyyat-
Ģünaslıq‖,  ―Azərbaycan  ədəbiyyatı  tarixinə  bir  baxıĢ‖, 
―Qərb  fəlsəfəsi  tarixi.  Bertran  Rassel‖  (Cavad  Heyətin 
təqdimində)  və  ―Türk  dili  və  ləhcələrinin  tarixi‖    adlı  
səkkiz kitabda  öz əksini tapıb. 
"Varlıq"da,  xüsusilə  məhz  Cavad  Heyətin  özünün 
məqalələrində  bütöv  Azərbaycan  xalqının  milli  dediyimiz 
həmin  Ģüurunu  qidalandıra  biləcək  mövzuların  əksəriy-
yətinə  toxunulmuĢdur.(  ―Varlıq‖  jurnalının  20  ildə    çıxan  
saylarını araĢdıran və  bununla bağlı ayrıca  ilk dəfə elmi 
monoqrafik kitab nəĢr edən - təqdim olunan yazının müəl-
lifinin bu fikri söyləməyə yəqin ki, qətiyyəti çatır)
*
   
C.Heyətin  elmi-publisistik  fəaliyyətində  Ġranda  Azər-
baycan tarixini məqsədəyönlü Ģəkildə saxtalaĢdıran, dünya 
ictimai  fikrini  azdırmağa    çalıĢaraq  xalqımızın  tarixi  ilə 
əlaqədar əsassız iddialar irəli  sürən müxtəlif  fikir  sahib-
ləri ilə cəsarətli mübarizə də həmiĢə mühüm yer tuturdu. 
Dərgi  ayrı  düĢmüĢ  iki  qardaĢın  bir  təfəkkür,  bir 
düĢüncə iĢığında birləĢməsində tarixi bir missiyanı  yerinə 
yetirir,  Cənubu  ġimala,  ġimalı  Cənuba  qovuĢdururdu.  Ġlk  
növbədə  Güney  Azərbaycanda  milli  hərəkatın  inkiĢafına 
                                                           
*
 Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi 
görünür. 


 
79 
milli  özünüdərk  prosesinə  xidmət  edib,  ikiyə  bölünmüĢ 
xalqın siyasi, mədəni və bədii təfəkkür baxımından qovuĢ-
masında  əvəzsiz  rol  oynayıb.  Dərgidə  vahid  Azərbaycan 
mədəniyyəti konsepsiyası rəhbər tutulub. 
Farsca ürəyə del, dil deyirlər. Azərbaycan türkcəsində 
bu  kəlam  sözün klassik  məqamlarında  iĢlənir.  Amma fars 
dili  ilə  müqayisədə  fərqli  məna  daĢıyan  doğma  dil  sözü-
müz də vardır. Cavad Heyət tək ürək həkimi olmayıb, həm 
də Azərbaycan türklərinin dilinin, lisanının həkimi, təbibi  
oldu.  ġəhriyarın  ―Varlıq‖  dərgisinə  həsr  etdiyi  Ģeirində
*
 
söylədiyi  kimi  lal  olmaqla,  karlıq  və  korluq    mərəzinə  də 
tutulmuĢ  bir xalqı doktor Cavad Heyət büsbütün sağaldıb, 
dilini açdı, onu danıĢdıra bildi. Bu, bir həkim kimi Cavad 
Heyətin  göstərdiyi  möcüzə  idi.  Vətəninin  oğlu  kimi  ulu-
suna göstərdiyi əvəzolunmaz xidmət idi.  Cavad Heyət tək 
elə xalqı üçün etdiyi bu möcüzəvi xidməti ilə özünə əbədi 
yaĢarlıq  qazandı, cismi bizləri tərk etsə də.  Cavad Heyət 
həm də özündən sonra milli kimliyini tanıyan, dilinə, ədə-
biyyatına,  mədəniyyətinə  sahib  çıxıb  qoruyan,  ona  dəyər 
verən yeni bir nəsil  yetiĢdirdi. Bu gənc nəsil onun saldığı 
yeni yolun davamçılarıdır! 
Rahat uyu, ruhun Ģad olsun, ustad! 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin