Varliğimiz


UNUDULMAZ “BĠLGƏ VARLIĞI”



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
UNUDULMAZ “BĠLGƏ VARLIĞI” 
                                                                                                
Artum DİNÇ (Türkiyə) 
 
Kültürlər arası etkiləĢim sürəcləri, umumiyyətlə sancılı 
və sorunlu keçən tarixi dönəmləri təmsil edər. Günümüzdə 
dəyiĢik coğrafiyalarda, qarqınmıĢ  irqçi  və  ayrımçı  ideolo-
jilərin  etkisindən  qurtulabilməmiĢ  bəzi  güc  çevrələri  tərə-
findən  hədəf  alınmıĢ  Türk  Kültürü,  həssas  bir  tarixi 
dönəmdən keçməkdədir. 
Yox  edilmə  hədəfinə  alınmıĢ  basqı  altındaki  kültür-
lərin  daĢıyıcı-eyləyicilərini  sivil  dirəniĢə  cəsarətləndirən 
və  basdırılmıĢ  kültürün  kültürəl  ünsürlərinin  istifadəsini 
iĢləvsəl  qılmağa  çalıĢan  Ģəxslərin,  ilgili  kültürlərin  sür-
dürüləbilməsi üçün həyati əhəməyyti dartıĢılmazdır. Onlar 
öz kültürəl kimliklərinə qarĢı aparılan üstünçüayrımçı və 
aşağılayıcı sürəcləri sezər və göstərərlər. Prof. Dr. Cavad 
Heyət  bu bilincə  sahib  olan Ģəxslərdən biriydi.  O,  Ġran‘da 
siyasi yetkə tərəfindən, Fars olmayan etnik kimliklərə qar-
Ģı  aparılan üstünçüayrımçı və aşağılayıcı sürəcləri sezər 
və bu sürəclərə qarĢı etkili dirənmənin yollarını arayar. 
Prof. Dr. Cavad Heyət yasal düzləmdə mövcud imkan-
ları  zorlayaraq  Ġran‘da  Türk  kültürünün  sürəyənliyini 
sağlayacaq vəsilə və materyalları ən verimli biĢimdə ilĢət-
mənin yolunu maarifçilik hərəkətində görər. Bu səbəblə də 
Ġran‘da  Türklərin  və  kültürlərinin  varlığını  sürdürəcək 
etkinlikləri  dəstəkləyərək  özəlliklə  elmi  araĢdırma  və 
incələmə  projələrinə  öncəlik  verər.  Bu  bağlamda,  Ġran‘da 
Türk  kültürünün  tarixi  izləri  və  Türkçənin  durumuyla 
bağlı  birçox  araĢdırma  və  incələmə  mahiyyətindəki  iĢləri 


 
65 
məqalə  və  kitab  biçimində  yayınlanmıĢdır.  Prof.  Dr. 
Cavad  Heyət‘in  bu  sahədə,  bəlkə  də  ən  önəmli  və  ən 
zirvədəki  əsəri,  bugün  etibariylə  36  ildir  yayınlanmaqda 
olan üç aylıq Varlıq Dərgisi olduğu söylənəbilir. 
Prof.  Dr.  Cavad  Heyət,  tanımlanması  və  özətlənməsi 
zor, öz həyatını aĢmıĢ bir olqudur. Onu düĢünəndə, tanıdı-
ğım qədəriylə, aĢağıdakı görüngülər canlanır düĢümdə: 

 
Amaclanan hədəfə yönəlik tüm yetərsizlik və sıxın-
tılara  baxmayaraq  mövcud  imkânları  ən  yaxĢı  biçimdə 
istifadə  etmə  bağlamında,  yaşadığı  çağın  ruhunu  və 
şərtlərini doğru oxuyabilən,  

 
Sorğulayıcı yanaşım və məsuliyyət duyğusu bağla-
mında, ayırdetdiyi məsələlərəöz dirayət və məharətinə xas 
bir stratejik öngörü ilə geçərli və etkili çözüm yolları gəliĢ-
dirəbilən, 

 
Ġran‘da  Türk  Kültürü‘nün  sürəyənliyi  açısından 
qarĢılaĢdığı  fürsət  və  təhdidləri  doğru  təşxis  edib  yorum-
layabilən

 
Tüm  imkansızlıq  və  çətinliklərə  rağmənçalıĢqan, 
səbirli  və  özverili  yanaĢımıyla  Ġran‘da  Türk  Kültürü’nün 
sürdürülməsi  və  nəsildən  nəsilə  intiqal  edilməsi  uğruna 
sarsılmaz istənc və çabalarıyla əlindən gələni əsirgəməyən 
adanmış bir aydın
Prof.  Dr.  Cavad  Heyət‘in,  kültürəl  bir  dəyər  və  sim-
yə  dönüĢdüyünü  və  ardında  buraxdığı  boĢluğun,  çox 
çətin  doldurulabiləcəyini  düĢünürəm.  Onun,  eyni  zaman-
da;  xorgörüyə  qarĢı  xoşgörünün,  ötəkiləĢdirmə,  kin  və 
nəfrətə  qarĢı  barış  və  qardaşlığın,  ayrımçılığa  qarĢı  əda-
lətinsöyləm və eyləm birlikdəliyinin, məsuliyyət duyğusu
qayğı  və  adanmışlığın  da  simgəsi  olduğu  düĢüncəsin-
dəyəm.  Unudulmaz  ―bilgə  varlığı‖  yaĢamım  boyunca 
baĢvuracağım qaynaq olacaqdır.
  


 
66 
 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin