Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
 
 
 
 
DOSTUM DR. CAVAD HEYƏTĠN  
ƏZĠZ XATĠRƏSĠNƏ 
 
Seyfəddin Altaylı (Türkiyə) 
 
Hər  bir  insanın  ömür  yolu  vardır  və  o  yolda  onun 
uğurları,  uğursuzluqları,  sevincləri,  kədərləri,  dostları, 
Allah  hamıdan  uzaq  eləsin  düĢmənləri,  sevənləri,  sevmi-
yənləri  qarĢısına  çıxır.  Ömür  yolumda  hər  cürə  bəlalarla, 
iztirablarla,  dağ  boyda  çətinliklərlə  üzləĢdim,  ancaq  Tan-
rının  da  yardımıyla  hamısının  öhdəsindən  gəldim.  Gözəl 
insanlar  tanıdım,  Ģükür  Tanrıya  pislərlə  üzləĢsəm  də  on-
larla ünsiyyət yaratmadan aralandım. Harda gözəl insanlar 
vardırsa gedib onları tapdım, onlarla dostlaĢdım.  
Güney  Azərbaycanın  ədəbiyyat  dünyasını  hələ  orta 
məktəbdə  ikən  tanımağa  baĢladım.  Ədəbiyyat  müəllimim 
həmiĢə klassik Ģairimiz ġəhriyardan, əvəzsiz əsəri Heydər 
Babadan  söhbət  açırdı.  Onun  söhbətləri  Ģagird  dostlarımı 
bilmirəm,  ancaq  mənim  dünyamı  baĢdan-baĢa  bəzəyirdi, 
atamın  Azərbaycanla  bağlı  təlqinləri  ilə  müəllimimin 
söylədikleri üst-üstə düĢdüyündən xəyalımda əlçatmaz bir 
Güney  sevgisi  yaranmıĢdı.  Universitetdə  oxuyarkən 
"Varlıq"  dərgisinin  ədəbiyyat  dünyamıza  qədəm  qoydu-
ğunu  eĢitdim,  sonra  təsadüflər  gözəl  Ģairimiz  Savalan  ilə 
tanıĢmağıma  imkan  yaratdı.  Onunla  Ġstanbulda  keçirdiyi-
miz bir neçə gündə Güney dünyasından dünya boyda sevgi 
çiçəkləri  dərdim.  Savalan  bəy  baĢda  ġəhriyar,  Dr.  Həmid 
Nitqi,  Dr.  Cavad  Heyət,  Məhəmməd  əli  Fərzanə,  əli 
Kamali, Qulamhüseyn Bəydili, Mirhidayət Hisari və digər 


 
61 
ziyalılarımızı  mənə  qiyabi  olaraq  tanıĢ  etdi.  Varlıq 
jurnalını  daimi  olaraq  izləməyə  baĢladım  və  vaxt  ötdü 
məktəb  qurtardı,  öz  kəndimizə  dönməli  oldum.  1985-ci 
ildə  TRT  Türkiyənin  Səsi  Radiosu  nəzdində  fəaliyyət 
göstərən  Azərbaycan  Türkcəsi  bölməsinə  imtahanla  daxil 
oldum,  bir  neçə  aydan  sonra  da  radionun  rəhbərliyinə 
təyin  olundum.  Artıq  Güney  Azərbaycanlı  dostların  yazı-
larını  daha  yaxından  izləməyə  baĢladım.  Ankarada  keçi-
rilən  bir  simpoziumda  Dr.  Cavad  Heyətlə  əyani  tanıĢ 
oldum. Azərbaycan ədəbiyyatına sevgi bəsləyən ağsaqqal-
larımızla Dr. Ahmət Bican Ərcilasun, Dr. Məmməd Kən-
gərli,  mərhum  Fəvzi  Aküzüm,  Ahmət  Karaca,  Nurəddin 
Hazar və digər bir neçə Ģəxsiyyətlə Heyət bəyin iftixarına 
verilən bir axĢam qonaqlığında görüĢdük. Ədəbiyyatımızın 
böyük Ģəxsiyyəti Dr. Cavad Heyət, Varlıq dərgisinin hansı 
yollarla və nə cür çap olunduğunu, Dr. Həmid Nitqi ilə əl-
ələ  verib  hansı  çətinliklərin  öhdəsindən  gəldiklərini 
danıĢdıqca  hamımız  heyrətə  gəlirdik,  o  gecənin  qurtar-
masını  istəməsəm  də  hər  baĢlayan  Ģeyin  bir  qurtaracağı 
vardı və təəssüf etsəm də qurtardı.  
Sosiolojinin qanunlarına görə bəzi toplumları insanlar, 
yəni  liderlər,  bəzi  liderləri  də  toplumlar  yaradır.  Məsələn 
Hindistanın  azadruhlu  xalqını  yaradan  Mahatma  Qandini 
və  Türk  dünyasının  əvəzsiz  dövlət  və  siyasət  xadimi 
Atatürkü  birinci  sadalanan  fikrə  nümunə  göstərə  bilərik. 
Ġngilis  müstəmləkəsində  nalə  çəkən  Hindistanı  əsarət 
qandalından  xilas  etmək  üçün  pay-piyada  yollara  düĢən 
Qandi, əlindəki əsası ilə ĢəhərbəĢəhər, kəndbəkənd dolanıb 
irad  etdiyi  nitqlərlə  xalqını  oyatdı  və  toplumun  əksəriyəti 
avam olsa da onlara aĢıladığı azadlıq ruhuyla əsarəti qəbul 
etməyən  insanlardan  ibarət  müstəqil  ruhlu  bir  Hindistan 
toplumunu yaratdı. Atatürk də, dağıdılan Osmanlı Ġmperi-
yasının  düĢkün  ruhlu  insanlarına  yeni  bir  ruh  aĢılayaraq 


 
62 
onları yeddi düvələ qarĢı döyüĢə səslədi və iĢğal olunmuĢ 
vətənimizi  yad  çəkmələrdən  xilas  etdi.  Bu  tipli  liderlərə 
çoxluqla  ġərq  dünyasında  rast  gəlirik.  Bir  də  toplumların 
yaratdığı liderlər vardır ki, bu tipli insanların əksəriyyətini 
isə  qərb  dünyası  yaradıb.  Onlar  ziyalı  kütlələrin  içindən 
çıxıblar  həmin  kütlələrin  arzusuna  görə  dövlətləri  və 
xalqları  nailiyyətlə  idarə  ediblər.  Bu  tipli  liderlərə  də 
Ġngiltərənin  sabiq  baĢnaziri  Winston  Leonard  Spenser-
Churchilli göstərə bilərik. 
Varlıq dərgisinin təsisçisi olan Dr. Cavad Heyət ilə Dr. 
Həmid Nitqi və dərginin yazıçı heyəti də eynilə Mahatma 
Qandi  kimi  bir  yol  izlədilər  və  ziyalı  bir  Varlıq  nəsli 
yaratdılar.  Mənim  aləmimdə  bu  nəsil  Güneydə  yetiĢən 
bütün  nəsillərdən  üstündür,  çünki  elmə  üstünlük  verir, 
ziyalanmağı yeganə məqsəd kimi qəbul edir, ziyalandıqca 
da özünə qayıdır, ona görə də düĢmənləri çoxdur. 1977-ci 
illərdə  ərəb  əlifbasıyla  yazılsa  da  Ġran  coğrafiyasında 
Türkcə  oxuyub-yazan  insanların  sayı  barmaqla  göstəri-
lərdi, ancaq indi onların sayı onlarla milyonu ötüb. Bunun 
özü  də  hər  oğulun  bacara  biləcəyi  nailiyyət  deyildir.  Dr 
Cavad  Heyət,  qələm  dostları  və  əqidədaĢlarıyla  baĢda  da 
Dr.  Həmid  Nitqi  olmaqla  bu  müqəddəs  iĢi  baĢarmıĢ  bir 
Ģəxsiyyətdir.  
Dr.  Cavad  Heyət,  sadəcə  olaraq  Ġranda  tanınan  ürək 
həkimi  və  ədəbiyyat  sevdalısı  bir  insan  deyildi.  Dünya 
miqyasında  tanınan  bir  cərrah,  Türkiyədə  və  Azərbay-
canda  çox  sevilən,  Türk  dünyasında  tanınan  görkəmli  bir 
ədəbiyyat  alimi  və  araĢdırmaçısıydı.  Onun  Türk  Dil 
Qurumunun  Ģərəf  üzvlüyünə  seçilməsi  də  bunun  niĢanəsi 
deyildir  mi?!  Bu  unvan,  da  hər  insana  qismət  olan  Ģey 
dəyildir. 
Dr.  Cavad  Heyət  ilə  əyani  tanıĢ  olmaq,  onunla  dost-
laĢmaq,  bir  süfrə  baĢında  duz-çörək  kəsmək  Ģərəfinə  nail 


 
63 
olduğuma  görə  özümü  dünyanın  ən  xoĢbəxt  insanı 
sayıram.  
Tanrı müqəddəs kitabımız "Qurani-Kərim"də "Hər bir 
nəfs  ölümü  dadacaqdır"  buyurub.  Hər  birimiz  vaxtı 
gəldikdə  bu  dünya  ilə  vidalaĢacağıq,  Dr.  Heyət  də  vaxtı 
çatdığı  anda  bu  fani  dünya  ilə  vidalaĢıb  əbədi  aləmə  köç 
etdi.  Tanrı  məkanını  cənnət  eləsin,  ancaq  o  böyük  və 
müqəddəs  bir  irs  buraxıb  getdi.  Varlıq  jurnalını  davam 
etdirmək  barədə  Dr.  Heyətin  davamçısı  olan  dostlarının 
boynuna  böyük  bir  məsuliyyət  qoyub  getdi.  əminəm  ki, 
"Varlıq"  jurnalı,  mərhum  ağsaqqallarımız,  dostluğu  ilə 
fəxr  etdiyim  Dr.  Cavad  Heyətin,  Dr.  Həmid  Nitqinin  aç-
dığı yolda davam etdiriləcəkdi.  
"Varlıq"  jurnalı  digər  tərəfdən  Ġran  ilə  Türk  dünya-
sının, xüsusilə də Türkiyənin və Azərbaycanın dostlaĢma-
sında da öz öhdəsinə düĢən vəzifəni layiqiylə indiyə kimi 
yerinə yetirib, indən belə də yetirəcəkdi. 
Məkanın cənnət olsun əziz dost, unudulmaz əqidədaĢ... 
 
 


 
64 
 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin