Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Diş çıxarıldıqdan sonra qanaxmanın yerli dayandırılması üsulu hansı hesab edilə bilməz?



Yüklə 2 Mb.
səhifə11/21
tarix25.11.2016
ölçüsü2 Mb.
#68
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

500) Diş çıxarıldıqdan sonra qanaxmanın yerli dayandırılması üsulu hansı hesab edilə bilməz?
A) Yuvanı trombinli bioplastik və ya epsilon(Σ) – aminokapron turşusu ilə isladılmış turunda ilə tamponada etmək

B) Yuvanı hemostatik, jelatin və ya kollagen süngər ilə tamponada etmək

C) Yuvaya adrenalin məhlulunda isladılmış piltə qoymaq

D) Kökarası çəpəri krampon ya nizəvari kəlbətinlə sıxmaq

E) Yuvanı yodoform turunda ilə tamponada etmək və yara kənarlarına sıxıcı tikiş qoymaq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 137-141
501) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Gicgah - çənə oynağının artriti

B) Üz sinirinin parezi

C) Çənənin sınığı

D) Diplopiya

E) Çənəaltı tüpürcək vəzisinin sialoadeniti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 141-145
502) Nə zaman diş çıxarıldıqdan sonra yuva antiseptiklərlə yuyulur və bir qat yodoform piltə qoyulur?
A) Alveolun kənarı açıq qaldıqda

B) Diş əti zədələndikdə

C) Alveolun kənarı sındıqda

D) Yuva infeksiyalaşmış olduqda

E) Qonşu dişlər infeksiyalaşmış olduqda
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 128-129
503) Üçüncü aşağı molyar çıxarılarkən baş verən uzaq ağırlaşma hansıdır?
A) Çənənin follikulyar kistası

B) Trizm


C) Çənə sınığı

D) Çənənin osteomieliti

E) Üz sinirinin parezi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 130-146
504) Düzgün yerləşən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Papaqcığın götürülməsi

B) Dişin devitalizasiyası

C) Keçid büküşündə kəsik

D) Papaqcığın lidokainlə aplikasiyası

E) Dişin çıxarılması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
505) Düzgün yerləşməyən üçüncü molyarın perikoronitlə ağırlaşmasında müalicə üsulu hansıdır?
A) Keçid büküşündə kəsik

B) Dişin çəkilməsi

C) Dişin devitalizasiyası

D) Papaqcığın götürülməsi

E) Papaqcığın lidokainlə aplikasiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 244-248
506) Üçüncü aşağı molyarın distopiyası zamanı cərrahi kəsik necə aparılır?
A) Vestibulyar tərəfdən keçid büküşündən

B) Vestibulyar tərəfdən birinci molyarın ortasından aşağı keçid büküşünə doğru

C) Vestibulyar tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru

D) Dil tərəfdən keçid büküşündən

E) Dil tərəfdən ikinci molyarın ortasından aşağı keçid büküşünə doğru
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 241-244

Periodontal cərrahiyyə

507) Aşağıdakı toxumalardan hansı parodontal toxumaya aid deyil?
A) Dentin

B) Sement

C) Sümük toxuması

D) Periodont

E) Diş əti
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
508) Periodontal cərrahiyyə nədir?
A) Parodont xəstəliklərinin səbəbinin aradan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır

B) Periodontitin cərrahi müalicəsidir

C) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərinin cərrahi müalicəsidir

D) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

E) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
509) Protezönü cərrahiyyə anlayışı nədir?
A) Ağız boşluğu selikli qişasının xərçəngönü xəstəliklərin cərrahi müalicəsidir

B) Periodontitin cərrahi mülicəsidir

C) Diş çıxarılmasından sonra diş yuvasının cərrahi işlənməsidir

D) Ağız boşluğunda protez yatağının cərrahi yolla protezlənməyə hazırlanmasıdır

E) Parodont xəstəliklərinin səbəbinin ardan qaldırılması və diş sırası sağlamlığının uzunmüddətli qorunmasıdır
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
510) Protezönü cərrahiyyədə frenuloplastika əməliyyatının məqsədi nədir?
A) Pasiyentin tam çıxan protezə qısa vaxtda öyrəşməsi

B) Protezlə travmanın profilaktikası

C) Dilin və dodağın hərəkətlərinin sərbəstləşməsi

D) Tam çıxan protezin sabit fiksasiyası

E) Protezləmədən sonra nitqin korreksiyası
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
511) Damaq torusunun əmələ gəlməsinin səbəbini göstərin:
A) Travmatik diş ekstraksiyası

B) Odontogen əng sinusiti

C) Anadangəlmə qüsur

D) Tam çıxan protezlə xroniki travma

E) Uşaqlıqda ortodontik müalicəsinin aparılması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 377-381
512) Parodontal xəstəliklər zamanı cərrahi əməliyyatın aparılmasında əsas məqsəd nədir?
A) Dişlərin müalicəsinin yaxşılaşdırılması

B) Diş protezləməsinin yaxşılaşdırılması

C) Parodontal cibin aradan qaldırılması

D) Estetikanın yaxşılaşdırılması

E) Kariyesin profilaktikası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 376
513) Gingivoektomiyaya göstəriş hansıdır?
A) Kəskin parodontit

B) Diş boynunun kariyesi

C) Xroniki parodontit

D) Diş ətinin resessiyası

E) Diş ətinin hiperplaziyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 375
514) Parodontitin yüngül dərəcəsində parodontal cibin dərinliyini təyin edin.
A) 1 mm qədər

B) 5 mm artıq

C) 4 mm qədər

D) 4 mm artıq

E) 2 mm qədər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371
515) Parodontitin orta dərəcəsində parodontal cibin dərinliyini təyin edin:
A) 6 mm artıq

B) 5 mm qədər

C) 6 mm qədər

D) 2 mm qədər

E) 4 mm qədər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371
516) Parodontitin ağır dərəcəsində parodontal cibin dərinliyini təyin edin:
A) 5 mm qədər

B) 2 mm qədər

C) 6 mm artıq

D) 6 mm qədər

E) 4 mm qədər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371
517) Paradontal cibinin hansı dərinliyi açıq küretaja göstərişdir?
A) 4 mm qədər

B) 4 mm artıq

C) 2 mm qədər

D) 3 mm qədər

E) 6 mm artıq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-509
518) Paradontal cibinin hansı dərinliyi bağlı küretaja göstərişdir?
A) 2 mm-ə qədər

B) 6 mm-ə qədər

C) 4 mm-dən artıq

D) 4 mm-ə qədər

E) 3 mm-ə qədər
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-509
519) Gingivoplastika nədir?
A) Dəri çapığının Z - plastikası

B) Diş implantatının üstünün açılması

C) Retensiya olunmuş dişin üzərində olan diş ətinin götürülməsi

D) Diş ətin konturunun bərpası

E) Paradontal cibin aradan qaldırılması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
520) Radikal gingivektomiyaya göstəriş hansıdır?
A) Sümük rezorbsiyasının olmaması

B) Hipertrofik gingivit

C) Dərinliyi 4 mm qədər olan paradontal ciblər

D) Diş əti və sümük ciblərlə alveol sümüyün iltihab mənşəli rezorbsiyası

E) Üfüqi atrofiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
521) Hansı somatik patologiya zamanı parodont toxumaları zədələnir?
A) Qrip

B) Arterial hipertenziya

C) Şəkərli diabet, revmatik (birləşdirici toxuma) xəstəliklər

D) Angina

E) Stenokardiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
522) Paradontoloji cərrahiyyədə Vidmanın əməliyyatı nədən ibarətdir?
A) Gingivektomiya ilə küretaj

B) Dilim əməliyyatla açıq küretaj

C) Qapalı küretaj

D) Dişin çıxarılmasından sonar diş yuvasının küretajı

E) Küretaj və gingivoplastika
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 508-511
523) Gingiviti parodontitdən fərqləndirən əsas xüsusiyyət hansıdır?
A) Diş - diş əti birləşməsinin zədələnməməsi

B) Diş - diş əti birləşməsinin itməsi

C) Diş ətinin hipertrofiyası

D) Alveol sümüyünün rezorbsiyası

E) Patoloji ciblərdən pioreya
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 371-372

Dental implantologiyanin cərrahi aspektləri. Əsas təməl

524) Diş implantatı nədir?
A) Heteroplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür

B) Autoplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür

C) Çıxarılan və çıxarılmayan stomatoloji protezlərin dayağı kimi əng və çənə sümüyünə yerləşdirilən süni diş köküdür

D) Ksenoplastik materialdan hazırlanmış, çənəyə sümükdaxili və ya sümüküstülüyüaltı bərkidilən süni diş köküdür

E) Yaxın qohumdan götürülüb pasientin çənəsinə bərkidilən diş transplantatıdır
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 653-657
525) Diş implantasiyasına göstəriş hansıdır?
A) Dişlərin konvergensiyası

B) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

C) Dişlərin distopiyalı olması

D) Çox saylı kariesli dişlərin olması

E) Sağlam diş cərgəsində bir dişin itirilməsi (xüsusən frontal hissədə)
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
526) Diş implantasiyasına göstəriş hansıdır?
A) 4 və ya daha çox hüdudlanan diş cərgəsi defekti

B) Çoxsaylı kariesli dişlərin olması

C) Diş sırasının dişlərin həddən artıq sıx olması

D) Dişlərin konvergensiyası

E) Dişlərin distopiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
527) Diş implantasiyayasına göstəriş hansıdır?
A) Dişsiz çənələr, həmçinin alveol çıxıntının atrofiyaya uğraması

B) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

C) Dişlərin konvergensiyası

D) Çoxsaylı kariesli dişlərin olması

E) Dişlərin distopiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
528) Diş implantasiyayasına göstəriş hansıdır?
A) Diş cərgəsində dişlərin həddən artıq sıx olması

B) Dişlərin konvergensiyası

C) Tam adentiyada akrilat tərkibli protezlərə yüksək hissiyatın olması

D) Dişlərin distopiyası

E) Çoxsaylı kariesli dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
529) Diş implantasiyasının ümumi nisbi əks göstərişi hansıdır?
A) Kompensasiya olunmuş diabet

B) Hematoloji və immunoloji xəstəliklər

C) Ətraf venalarının varikoz genişlənməsi

D) Xroniki qastrit və qastroduodeniti

E) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
530) Diş implantasiyasına ümumi nisbi əks göstəriş hansıdır?
A) Şəkərli diabet dekompensasiya dövründə

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Xroniki qastrit və qastroduodenit

D) Ətraf venalarının varikoz genişlənməsi

E) Şəkərli diabet kompensasiya dövründə
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
531) Diş implantasiyasına mütləq əks göstəriş hansıdır?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Ətraf venalarının varikoz genişlənməsi

C) Xroniki qastrit və qastroduodenit

D) Şəkərli diabet kompensasiya dövründə

E) Kəskin yoluxucu xəstəliklər
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
532) Diş implantasiyasının nisbi əks göstərişi hansıdır?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Çənə sümüklərinin osteoporozu

C) Xroniki qastrit və qastroduodenit

D) Ətraf venalarının varikoz genişlənməsi

E) Kompensasiya olunmuş diabet
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
533) Diş implantasiyasının mütləq əks göstərişi hansıdır?
A) Pasiyentin psixiki qeyri - stabilliyi

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Ətraf venalarının varikoz genişlənməsi

D) Kompensasiya olunmuş diabet

E) Xroniki qastrit və qastroduodenit
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
534) Aşağıdakılardan hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Kompensasiya olunmuş diabet

B) Xroniki qastrit və qastroduodenit

C) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

D) Aşağı ətrafvenalarının varikoz genişlənməsi

E) Alkoqolizm və narkomaniya
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
535) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Kompensasiya olunmuş diabet

B) Ətraf venalarının varikoz genişlənməsi

C) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

D) Birləşdirici toxumanın sistem xəstəlikləri

E) Xroniki qastrit və qastroduodenit
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
536) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Hamiləlik dövrü

B) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

C) Kompensasiya olunmuş diabet

D) Xroniki qastrit və qastroduodenit

E) Ətraf venalarının varikoz genişlənməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
537) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

B) Dişlərin konvergensiyası

C) Dişlərin distopiyası

D) Çoxsaylı körpüvari protezlərin olması

E) Tütünçəkmə (gündə 20-dən artıq)
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
538) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Dişlərin distopiyası

B) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

C) Dişlərin konvergensiyası

D) Çoxsaylı körpüvari protezlərin olması

E) Ağız boşluğu gigiyenasının qeyri-kafi olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
539) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması

B) Dişlərin distopiyası

C) Çoxsaylı körpüvari protezlərin olması

D) Dişlərin konvergensiyası

E) Diş əti xəstəlikləri, parodontit, stomatit
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
540) Hansı diş implantasiyasının nisbi əks göstərişinə aiddir?
A) Çox saylı endodontik müalicə olunmuş dişlərin olması

B) Dişlərin konvergensiyası

C) Parafunksional vərdişlər (bruksizm,dişlərin qısılması)

D) Çox saylı körpüvari protezlərin olması

E) Dişlərin distopiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
541) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Dişlərin konvergensiyası

B) Qan xəstəlikləri

C) Dişlərin distopiyası

D) Çoxsaylı körpüvari protezlərin olması

E) Çoxsaylı endodontik müalicə olunmuş dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
542) Hansı diş implantasiyasının planlaşdırılmasının əsas məqsədinə aiddir?
A) Xəstənin istəyini yerinə yetirmək

B) Ən bahalı implant növünü və protez növünü seçmək

C) Protezləmənin optimal variantının təyin etmək

D) Terapevtik müalicəni minimuma yendirmək

E) Qoyulan implantların sayını maksimuma çatdırmaq
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
543) Diş implantasiyasının planlaşdırılmasının əsas məqsədi nədir?
A) Terapevtik müalicəni minimuma yendirmək

B) İmplantatların sayını və ölçülərini müəyyən etmək

C) Qoyulan implantların sayını maksimuma çatdırmaq

D) Ən bahalı implant növünü və protez növünü seçmək

E) Xəstənin istəyini yerinə yetirmək
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
544) Hansı diş implantasiyasının mütləq əks göstərişinə aiddir?
A) Yuxarı tənəffüs yollarının xroniki xəstəlikləri

B) Kəllə sümüklərinin inkişafının tam başa çatmaması (17 yaşa qədər)

C) Kompensasiya olunmuş diabet

D) Ətraf venalarının varikoz genişlənməsi

E) Xroniki qastrit və qastroduodenit
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
545) Hansı diş implantasiyasında həlledici rol oynayır?
A) İmplant qouyulacaq yerdə sümük toxumasının həcmi və arxitektonikası

B) Üz- skeleti sümüklərinin konfiqurasiyası

C) Ağız boşluğunda kariesli dişlərin olması

D) Pasiyentin vərdişləri

E) Diş implantlarının sistem növü
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
546) İmplantatı hər tərəfdən əhatə edən sümüyün qalınlığı ən azı neçə mm olmalıdır?
A) 0, 5 mm

B) 3 mm


C) 1 mm

D) 5 mm


E) 2 mm
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
547) Yanaşı qoyulan iki implantatın mərkəzi arasındakı məsafəni təyin edin:
A) 6 mm

B) 7 mm


C) 5 mm

D) 8 mm


E) 9 mm
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
548) Xəstəliklərin Beynəlxalq Təsnifata(XBT) görə diş implantasiyası aşağıdakılardan hansına aiddir?
A) Homotransplantasiya

B) Autotransplantasiya

C) Heterotransplantasiya

D) Allotransplantasiya

E) Eksplantasiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 653
549) Sümük toxumasının implantatının yivlərinə keçməsi prosesi necə adlanır?
A) Sümük regenerasiyası

B) Osteoporoz

C) Osteointeqrasiya

D) Osteogenez

E) Reparativ osteogenez
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 956
550) Diş implantasiyasına göstəriş hansıdır?
A) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

B) Dişlərin konvergensiyası

C) Ənənəvi ortopedik müalicə metodları ilə diş - çənə sisteminin funksional və estetik bərpasının mümkün olmaması

D) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

E) Çoxsaylı kariesli dişlərin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 956
551) Diş implantasiyasına göstəriş hansıdır?
A) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

B) Çoxsaylı kariesli dişlərin olması

C) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

D) Dişlərin konvergensiyası

E) Dişlərin itirilməsi və çeynəmə funksiyasının pozulması ilə əlaqədar mədə - bağırsaq xəstəliyinin olması
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
552) Diş implantasiyasına göstəriş hansıdır?
A) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

B) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

C) Tam adentiyada yüksək qusma refleksinin olması

D) Çoxsaylı kariesli dişlərin olması

E) Dişlərin konvergensiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954
553) Diş implantasiyasına göstəriş hansıdır?
A) Çoxsaylı kariesli dişlərin olması

B) Birtərəfli və ya ikitərəfli 3 və ya daha çox hüdudlanmayan diş cərgəsinin defekti

C) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar dişlərin distopiyalı olması

D) Diş - çənə sisteminin inkişafının pozulması ilə əlaqədar diş cərgəsində dişlərin həddən artıq sıx olması

E) Dişlərin konvergensiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии. А. А. Тимофеев. Киев 2002. с. 951-954

Üz-çənə nahiyəsinin odontogen ilthabi xəstəlikləri periodontiti, periostiti və osteomiyeliti

554) Kəskin seroz odontogen periostit anlayışına nə daxildir?
A) Sümüküstü toxumanın nekrozu

B) Sümüküstü toxumanın kəskinləşmiş periodontitə uyğun olan reaktiv iltihabı

C) Ağız boşluğunun selikli qişasının kəskin kataral dəyişiklikləri

D) Sümüküstü altı irinli ocağın formalaşması

E) Sümüküstü toxumanın proliferativ proseslər nəticəsində qalınlaşması
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А.А. Издание 4-е, переработанное и дополненное, Киев: «Червона Рута-турс». 2002 . с 195


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin