Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


) Yerli anestetiklərdən amid tərkibli olan hansıdır?



Yüklə 2 Mb.
səhifə9/21
tarix25.11.2016
ölçüsü2 Mb.
#68
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

383) Yerli anestetiklərdən amid tərkibli olan hansıdır?
A) Novokain

B) Bumekain

C) Anestezin

D) Dikain

E) Kokain
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 80-84
384) Yeridilən yerdə damarları genişləndirməyən yerli anestetik hansıdır?
A) Artikain

B) Novokain

C) Bupivakain

D) Lidokain

E) Mepivakain
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 80-84
385) Əng siniri kəllə boşluğundan hansı dəlikdən çıxır?
A) İnfraorbital dəlikdən

B) Girdə dəlikdən

C) Yuxarı göz yarığından

D) Yuxu dəliyindən

E) Oval dəlikdən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 16
386) Çənə siniri kəllə boşluğundan hansı dəlikdən çıxır?
A) Yuxu dəliyindən

B) İnfraorbital dəlikdən

C) Yuxarı göz yarığından

D) Oval dəlikdən

E) Girdə dəlikdən
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 16
387) Göz siniri kəllə boşluğundan haradan çıxır?
A) İnfraorbital dəlikdən

B) Girdə dəlikdən

C) Oval dəlikdən

D) Yuxu dəliyindən

E) Yuxarı göz yarığından
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 16
388) Dişlərin çıxarılması əməliyyatında əsas hansı ağrısızlaşdırma növü tətbiq edilir?
A) Atralgeziya

B) Ümumi


C) Audianalgeziya

D) Neyroleptoanalgeziya

E) Yerli
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 91
389) Ümumi ağrısızlaşdırmaya hansı aiddir?
A) Naqil anesteziyası

B) İnfiltrasion anesteziya

C) Audianalgeziya

D) Vaqosimpatik blokada

E) Ataralgeziya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
390) Ümumi ağrısızlaşdırmaya hansı aiddir?
A) Paranefral blokada

B) Venadaxili narkoz

C) Onurğa beyni anesteziyasi

D) Vaqosimpatik blokada

E) Naqil-mərkəz tipli anesteziya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98-104
391) Qeyri - inhalyasion narkoz üçün aşağıdakılardan hansı istifadə edilir?
A) Trisiklopropan

B) Ftoratan

C) Efir

D) Sombrevin



E) Azot qazı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98-103
392) Uzunmüddətli və travmatik keçən cərrahi əməliyyatlarda istifadə edilən narkoz hansıdır?
A) Rauş

B) Venadaxili

C) Elektronarkoz

D) Endotraxeal

E) Maskalı
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98-103
393) Neyroleptoanalgeziyada istifadə edilən neyroleptik dərman preparatı hansıdır?
A) Pentalgin

B) Siklopropan

C) Efir

D) Heksanal



E) Droperidol
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
394) Neyroleptoanalgeziyada istifadə olunan narkotik analgetik hansıdır?
A) Efir

B) Droperidol

C) Fentanil

D) Heksanal

E) Siklopropan
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
395) Ataralgeziya nədir?
A) Ümumi narkoz növü

B) Naqil anesteziya növü

C) İnhalyasiya narkoz növü

D) Yerli anesteziya növü

E) Aplikasiya anesteziya növü
Ədəbiyyat: “Хирургическая стоматология” под редакцией Т. Г. Робустовой, Москва, «Медицина», 2003. с. 36
396) Ataralgeziyada hansı təsirli dərman preparatları istifadə olunur?
A) Psixotrop

B) Antikoaqulyant

C) Sidikqovucu

D) Dezintoksikasiya edici

E) Hipotenziv
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
397) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yaşlı xəstələr

B) Kompensasiya dövründə stenokardiya

C) Dekompensasiya dövründə şəkərli diabet

D) Ağız boşluğunda yerləşən şiş

E) Yerli anestetikə allergiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
398) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yerli anestetikə allergiya

B) Kompensasiya dövründə stenokardiya

C) Kəskin böyrək çatışmazlığı

D) Yaşlı xəstələr

E) Ağız boşluğunda yerləşən şiş
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
399) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Ağız boşluğunda yerləşən şiş

B) Kəskin leykoz

C) Yerli anestetikə allergiya

D) Yaşlı xəstələr

E) Kompensasiya dövründə stenokardiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
400) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yaşlı xəstələr

B) Ağır dərəcəli anemiya

C) Yerli anestetikə allergiya

D) Ağız boşluğunda yerləşən şiş

E) Kompensasiya dövründə stenokardiya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
401) Ümumi ağırsızlaşmaya aid ağırsızlaşma növü hansıdır?
A) Venadaxili narkoz

B) Spinal anesteziya

C) Sakral anesteziya

D) İnfiltrasiya anesteziyası

E) Peridural anesteziya
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
402) Yerli ağrısızlaşdırma üsulu hansıdır?
A) Maskalı

B) İnfiltrasiya anesteziyası

C) İntratraxeal

D) Endotraxeal

E) Damardaxili
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 104-105
403) Premedikasiya nədir?
A) Cərrahi əməliyyatın aparılması üçün yerli ağrısızlaşdırma

B) Xəstənin narkozdan sonra oyanması üçün keçirilən medikamentoz müalicə

C) Pasiyentdə cərrahi müdaxilə və anestezioloji tədbir keçirilməsi üçün medikamentoz hazırlıq

D) Dişin çıxarılması əməliyyatında istifadə olunan analgeziya

E) Cərrahi əməliyyatın aparılması üçün ümumi ağrısızlaşdırma
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
404) Premedikasiya kim tərəfindən aparılır?
A) Baş tibb bacısı

B) Əməliyyat tibb bacısı

C) Baş həkim

D) Həkim-anestezioloq

E) Həkim-stomatoloq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 37
405) Relanium hansı qrup preparatların nümayəndəsidir?
A) Sitostatiklərin

B) Adrenoblokatorların

C) Statinlərin

D) Antihipoksantların

E) Trankvilizatorların
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
406) Ambulator şəraitdə ümümi anesteziyanın vacib şərtlərindən biri hansıdır?
A) Uzunmüddətli ödemə qarşı təsir

B) Narkozdan sonra xəstənin tez bir zamanda reabilitasiyası

C) Uzunmüddətli qusmaya qarşı təsir

D) Uzunmüddətli sedasiya

E) Uzunmüddətli analgetik effekt
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 39-41
407) Planlı əməliyyatlarda ümumi ağrısızlaşdırmaya əks göstəriş hansıdır?
A) Yerli anestetikə allergiya

B) Ağız boşluğunda yerləşən şiş

C) Kompensasiya dövründə stenokardiya

D) Kəskin qaraciyər çatışmazlığı

E) Yaşlı xəstələr
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
408) Zədələnməyə qarşı reaksiyanın formalaşmasını orqanizmin hansı aparıcı sistemi təmin edir?
A) Endokrin

B) Sinir


C) Sümük

D) Əzələ


E) Tənəffüs
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 35
409) Ümumi anesteziya metodu neyroleptanalgeziyada hansı dərman preparatları istifadə edilir?
A) Neyroleptik və periferik analgetik

B) Neyroleptik və narkotik analgetik

C) Neyroleptik və trankvilizitor

D) Neyroleptik və barbiturat

E) Neyroleptik və anestetik
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 103-104
410) Neyroleptanalgeziyanın vacib komponenti hansı dərman preparatıdır?
A) Analgin

B) Relanium

C) Sibazon

D) Droperidol

E) Aminazin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
411) Ataralgeziyanın vacib komponenti hansı dərman preparatlarıdır?
A) Analgetiklər və anestetiklər

B) Trankvilizatorlar və anestetiklər

C) Neyroleptiklər və analgetiklər

D) Analgetiklər və trankvilizatorlar

E) Neyroleptiklər və anastetiklər
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
412) Vazokonstriktirlərin tətbiqinə əks göstəriş olan pasiyentlərdə yerli anesteziya zamanı hansı yerli anestetikə üstünlük verilir?
A) Ubestezinin 4%- li məhluluna

B) Lidokainin 1%- li məhluluna

C) Mepivakainin 3% - li məhluluna

D) Novokainin 0, 5%- li məhluluna

E) Artikainin 4% - li məhluluna
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
413) Hansı yerli anestetiklərin tərkibinə çox hallarda allergik reaksiyalara səbəb olan natrium bisulfat daxildir?
A) Tərkibində vazokonstriktorlar olmayan anestetiklərin

B) Amid tərkibli qrupa aid olan anestetiklərin

C) Tərkibində vazokonstriktorlar olan anestetiklərin

D) Efir tərkibli qrupa aid olan anestetiklərin

E) Bütün anestetiklərin
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 91-98
414) Yerli anesteziyanın yerli ağırlaşmalarına hansı aiddir?
A) Allergiya

B) Toksik reaksiya

C) Hipertenziv reaksiya

D) Paresteziya

E) Kollaps
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 119-121
415) Yerli anesteziyanın ümumi ağırlaşmalarına hansı aiddir?
A) Toksik reaksiya

B) Paresteziya

C) Hematoma

D) Üz sinirinin parezi

E) Trizm
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 116-119
416) Yerli infiltrasiya və naqil tipli anesteziyalarda 2%-li lidokain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 6, 1 mq/kq

B) 7, 1 mq/kq

C) 5, 1mq/kq

D) 8, 1 mq/kq

E) 2, 1 mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 95
417) 4%- li artikain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 5 mq/kq

B) 10 mq/kq

C) 7 mq/kq

D) 12 mq/kq

E) 2 mq/kq
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 50
418) 2%- li mepivakain məhlulunun məsləhət görülən maksimal dozası hansıdır?
A) 10, 6 mq/kq

B) 8, 6 mq/kq

C) 4, 6 mq/kq

D) 2, 6 mq/kq

E) 6, 6 mq/kq
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 96
419) Müştərək anesteziya nədir?
A) Müxtəlif yerli anesteziya üsullarının birgə tətbiqi

B) Müxtəlif ümumi anesteziya üsulların birgə tətbiqi

C) Yerli və ümumi ağrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi

D) İnhalyasiya və qeyri-inhalyasiya narkozunun birgə tətbiqi

E) Endotraxeal və venadaxili narkozun birgə tətbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
420) Kombinə olunmuş anesteziya nədir?
A) İnfiltrasiya anesteziyasının və maskalı narkozun birgə tədbiqi

B) Naqil anesteziyanın və maskalı narkozun birgə tətbiqi

C) Aplikasiya anesteziyası və venadaxili narkozun birgə tətbiqi

D) Yerli və ümumi agrısızlasdırmanın hər hansı bir üsullarının birgə tətbiqi

E) İnhalyasion və qeyri - inhalyasion narkozunun birgə tətbiqi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 98
421) Terminal halın ardıcıllığı necədir?
A) Klinik ölüm-preaqoniya-aqoniya-terminal fasilə-bioloji ölüm

B) Terminal fasilə-preaqoniya-aqoniya-klinik ölüm-bioloji ölüm

C) Preaqoniya-terminal fasilə-aqoniya-klinik ölüm-bioloji ölüm

D) Klinik ölüm-terminal fasilə-preaqoniya-aqoniya-bioloji ölüm

E) Preaqoniya-aqoniya-terminal fasilə-klinik ölüm-bioloji ölüm
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
422) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Yuxu arteriyasında nəbzin zəifləməsi

B) Nəzərə çarpan bradikardiya

C) Mil arteriyasında nəbzin olmaması

D) Nəzərə çarpan taxikardiya

E) Yuxu arteriyasında nəbzin olmaması
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
423) Klinik ölümün əlamətlərinə hansı aiddir?
A) Kəskin bradikardiya

B) Arterial təzyiqin düşməsi

C) Ürək tonlarının olmaması

D) Ürək tonlarının karlaşması

E) Göz bəbəklərinin genişlənməsi
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
424) Bioloji ölüm haqqında aşağıdakılardan hansı doğrudur?
A) Reanimasiya tədbirləri fonunda ürək fəaliyyəti bərpa olunmur

B) Reanimasiya tədbirləri fonunda nəfəs bərpa olunur

C) Reanimasiya tədbirləri fonunda reflekslər bərpa olunur

D) Reanimasiya tədbirləri fonunda şüur bərpa olunur

E) Reanimasiya tədbirləri fonunda göz bəbəkləri daralır
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 43-47
425) Hamilə qadınlarda yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Mədə - bağırsaq traktında

B) Böyrəküstü və mədəaltı vəzilərdə

C) Ağciyərdə, onurğa beynində

D) Qaraciyərdə

E) Böyrəklərdə, baş beyində və miokardda
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
426) Döldə yerli anestetikin maksimal doyma dərəcəsi harada baş verir?
A) Böyrəküstü və mədəaltı vəzilərdə

B) Böyrəklərdə, baş beyində və miokardda

C) Qaraciyərdə

D) Ağciyərdə, onurğa beynində

E) Mədə-bağırsaq traktında
Ədəbiyyat: В. М. Безруков, Т. Г. Робустова «Руководство по хирургической стоматологии и челюстно-лицевой хирургии» s. 111
427) Üçlü sinirin göz şaxəsi göz yuvasına haradan daxil olur?
A) Yuxarı göz yuvası yarığından

B) Yuxu dəliyindən

C) Aşağı göz yuvası yarığından

D) Oval dəlikdən

E) Girdə dəlikdən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
428) Əng siniri kəllə boşluğundan necə çıxır?
A) Bizvari-məməyəbənzər dəlikdən keçməklə

B) Oval dəlikdən keçməklə

C) Girdə dəlikdən keçməklə

D) Yuxu dəliyindən

E) Cırılmış dəlikdən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
429) Çənə siniri kəllə boşluğundan necə çıxır?
A) Bizvari-məməşəkilli dəlikdən keçməklə

B) Oval dəlikdən keçməklə

C) Girdə dəlikdən keçməklə

D) Yuxu dəliyindən

E) Yuxarı göz yuvası yarığından
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
430) Üz siniri kəllə-beyin sinirlərinin hansı cütüdür?
A) V

B) VII


C) VI

D) X


E) IX
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
431) Yanaq siniri hansı sinirin şaxəsidir?
A) Dil-udlaq sinirinin

B) Üz sinirinin

C) Üçlü sinirin

D) Azan sinirin

E) Dialtı sinirin
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
432) Tuberal anesteziya zamanı iynə hansı istiqamətdə selikli qişanı deşərək dərinliyə yeridilir?
A) Yuxarı, daxilə, irəli

B) Yuxarı, irəli, xaricə

C) Yuxarı, xaricə, geriyə

D) Yuxarı, xaricə

E) Yuxarı, daxilə, geriyə
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
433) Tuberal anesteziya zamanı iynə selikli qişanı deşərək hansı dərinliyə yeridilir?
A) 0. 5 sm-ə qədər

B) 2.0 - 2.5 sm

C) 3.0 - 3.5 sm

D) 4 - 5 sm

E) 1.0 - 1.5 sm
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
434) Tuberal anesteziya zamanı ağrısızlaşdırma (keyləşdirmə) sahəsini təyin edin:
A) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

B) Yuxarı premolyarlar, həmçinin vestublyar tərəfdə alveol çıxıntısının selikli qişası

C) Yuxarı molyar və damaq tərəfdən selikli qışa

D) Yuxarı premolyar və molyarlar, həmçinin vestibulyar və damaq tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi

E) Yuxarı molyarlar və vestibulyar tərəfdə alveol çıxıntısının müvafiq selikli qişa sahəsi
Ədəbiyyat: «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» Тимофеев А. А. Издание 4-е, переработанное и дополненное, Киев. 2002 . с – 106-108
435) Böyük damaq siniri aşağıdakılardan hansının şaxəsidir?
A) Qulaq düyününün (qanqlion)

B) Üçlü sinirin 3-cü şaxəsinin

C) Qanad-damaq düyününün (qanqlion)

D) Üçlü sinirin 1-ci şaxəsinin

E) Yuxarı alveol sinirinin
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
436) Burun - damaq siniri hardan çıxır?
A) Kiçik damaq dəliyindən

B) Girdə dəlikdən

C) Oval dəlikdən

D) Böyük damaq dəliyindən

E) Kəsici diş dəliyindən
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 55-63
437) Yanaq sinirini ağrısızlaşdırmaq üçün iynə hansı dişlər nahiyəsində keçid pərdəsinə selikli qişa altı vurulur?
A) Aşağı ağıl dişi

B) Birinci aşağı molyar

C) İkinci aşağı molyar

D) İkinci və üçüncü aşağı molyar arası

E) İkinci premolyar və birinci aşağı molyar
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 81
438) Berşe üsulu ilə mandibulyar anesteziya hansı qaydada aparılır?
A) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 3 - 3,5 sm dərinliyə yeridilir

B) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və 2-2,5 sm dərinliyə yeridilir

C) İynə traqusdan 2 sm irəli, almacıq sümüyünün qövsü altına və iynəni 4, 5 sm dərinliyə yeridilir

D) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 3 - 3,5 sm aşağı və aşağı çənənin şaxəsinin xarici səthinə qədər yeridilir

E) İynə traqo - orbital xəttin ortası ilə, almacıq sümüyünün qövsünün altının kənarından 1,5 - 2 sm aşağı və çənə şaxəsinin xarici səthinə qədər yeridilir
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 78
439) Hansı anesteziya zamanı diplopiya baş verə bilər?
A) İnfraorbital

B) Mandibulyar

C) Palatinal

D) Tuberal

E) İnsizival
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 69-71

Dişlərin çıxarılması

440) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Konservativ müalicəyə tabe olmayan və vaxtaşırı iltihabi prosesə məruz qalan diş

B) Kəskin periodontit

C) Xroniki fibroz periodontit

D) Hemorragik diatez

E) Kəskin pulpit
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
441) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) hemorragik diatez

B) stomatit

C) aktinomikoz, vərəm, sifilis ocaqları ilə əlaqəsi olan diş

D) gingivit

E) dağılmış və ya sınıq xəttinə daxil olaraq repozisiyaya mane olan diş
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101
442) Dişlərin çıxarılmasına göstəriş hansıdır?
A) Düzgün yerləşməyən və ortodontik müalicə oluna bilməyən dişlər

B) Aktinomikoz,vərəm,sifilis ocaqları ilə əlaqəsi olan diş

C) Stomatit

D) Kəskin leykoz

E) Epilepsiya
Ədəbiyyat: Хирургическая стоматология. Под ред. Т. Г. Робустовой. – Изд. 2-е перераб. и доп. – Москва. Медицина, 2000. с. 100-101


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin