Unicef newsletter Jan-March Aze pub


“Dünyada uşaqların vəziyyəti”



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#2723
1   2   3   4   5   6   7
“Dünyada uşaqların vəziyyəti” 

Səh. 2 

1 Sayı 


Əsas fakt və rəqəmlər 

• 

Beş yaşadək uşaq ölümü 



(2007) – hər 1,000 diri 

doğuşa 39 

• 

Körpə ölümü (2007) – hər 



1,000 diri doğuşa 34 

• 

Ana ölümü (2007) – hər 



100,000 diri doğuşa 36  

• 

Beş yaşadək uşaqlar aras-



ında qısaboyluluq (2006) - 

25% 


• 

Yalnız ana südü ilə qi-

dalandırma faizi (2006) - 

12% 


• 

Adekvat şəkildə yodlaş-

dırılmış duzdan istifadə 

edən ailələr (2006) – 54% 

• 

6-59 aylıq anemiyalı 



uşaqlar  (2006) – 39% 

• 

15-49 yaşlı anemiyalı 



qadınıar (2006) - 37% 

• 

İIV-in yayılması - 2009-cu il 



aprelində 1,944 nəfər 

• 

QİÇS haqqında ətraflı 



bilikləri olan 15-24 yaşlı 

gənclər (2006) – 5% 

• 

QİÇS haqqında eşidən və 



QİÇS ilə yaşayan insanları 

qəbul edən 15-49 yaşlı 

kişilər (2006) - 1% 

Davamlı və ardıcıl qayğı 

 



Səh. 3 

1 Sayı 


UNICEF-in missiyası  uşaq hüqu-

qlarının qorunmasını  təşviq etmək, 

uşaqların 

əsas ehtiyaclarının 

ödənilməsinə yardım etmək və 

onların tam potensiala çatmaq im-

kanlarını genişləndirməkdir. UNI-

CEF bu yöndə  Uşaq Hüquqları 

Konvensiyasının (UHK) müddəa və 

prinsiplərini rəhbər tutur. 

 

UHK silsilə insan hüquqları – 



mülki, mədəni, iqtisadi, siyasi və 

sosial hüquqları özündə birləşdirən 

ilk məcburi hüquqi qüvvəyə malik 

beynəlxalq sənəddir. Konvensiya 

bu hüquqları 54 Maddədə  və iki 

fakültativ protokolda əks etdirir. 

Orada bütün dünyada uşaqlara 

məxsus  əsas insan hüquqları – sağ 

qalmaq, tam inkişaf etmək, zərərli 

təsirlərdən, təhqir və istismardan 

qorunmaq, ailədə, mədəni və sosial 

həyatda tam iştirak hüquqları 

təşəkkül tapmışdır. Konvensiyanın 

dörd təməl prinsipi ayrı-seçkiliyin 

aradan qaldırılması; uşağın ən yaxşı 

maraqlarına sadiqlik; yaşamaq, sağ 

qalmaq və inkişaf hüququ; 

uşaqların fikirlərinə hörmətdir.  

Azərbaycan Respublikası UHK-ni 

Sovet 


İttifaqının süqutu ilə 

müstəqilliyin əldə edilməsindən bir 

müddət sonra, 1992-ci il iyulun 21-

də ratifikasiya etmişdir. 

Azərbaycan Uşaq Hüquqları 

Komitəsinə ilk dövri hesabatını 

1997-ci ildə, ikinci dövri hesabatını 

isə 2005-ci ildə  təqdim etmişdi. 

Artıq Azərbaycan hökuməti bu ilin 

payızında 2006-2009-cu illəri əhatə 

edən müştərək üçüncü və dördüncü 

hesabatını Komitəyə təqdim etməyə 

hazırlaşır. Azərbaycan hökumətinin 

uşaq hüquqlarını prioritetləşdirmək 

məqsədilə  qəbul etdiyi bir sıra 

qanunverici və proqram tədbirlərini 

alqışlayan Uşaq Hüquqları 

Komitəsi öz Yekun Tövsiyələrində 

bununla belə  uşaqlar üçün büdcə 

vəsaitinin ayrılması, küçə  uşaqları, 

uşaqların ümumi sağlamlıq 

vəziyyəti, yetkinlik yaşına çatma-

yanlara dair ədalət mühakiməsinin 

həyata keçirilməsi sahələrində nara-

hatlıqların qaldığından 

təəssüfləndiyini bildirilmişdi. 

Komitənin xüsusi narahatlığı ondan 

ibarət idi ki, əlilliyi olan, qaçqın və 

məcburi köçkün uşaqlara, habelə 

İİV/QİÇS ilə yaşayan uşaqlara qarşı 

ayrı-seçkiliyin müəyyən formaları 

mövcuddur, uşağın  ən yaxşı 

maraqları prinsipi isə xüsusilə 

təhlükəyə  məruz qalan uşaqlara 

münasibətdə heç də  həmişə  həyata 

keçirilmir. Komitə 

həmçinin 

uşaqlara qarşı müxtəlif yerlərdə 

zorakılıq, alçaldıcı  və qeyri-insani 

cəza və kobud rəftardan istifadə ilə 

bağlı 

məlumatlardan 



təəssüfləndiyini bildirmişdi. 

Ailə, Qadın və  Uşaq Problemləri 

üzrə Dövlət Komitəsi (AQUPDK) 

bu hesabatın hazırlanması üçün 

mərkəzi icra hakimiyyəti orqanı 

təyin edilmişdir. Hökumət UNI-

CEF-dən hesabatın hazırlanması 

üçün beynəlxalq təcrübəni təmin 

etməyi xahiş etmişdir. 

UHK-nin həyata keçirilməsində 

hökumətin əsas tərəfdaşı olan UNI-

CEF AQUPDK-ya məlumatların 

yığılması  və hesabat layihəsinin 

hazırlanması üçün adekvat me-

todologiyanın yaradılması üzrə 

məsləhətlər vermək məqsədilə 

təcrübəli beynəlxalq məsləhətçi 

dəvət etdi. Bu məsləhət xidmətləri 

çərçivəsində 

Uşaq Hüquqları 

Komitəsinin Azərbaycan üzrə ver-

diyi Yekun Tövsiyələr nəzərdən 

keçirildi, müxtəlif dövlət qurum-

larından UHK-nin həyata 

keçirilməsinə dair məlumatlar  əldə 

edildi, AQUPDK-in əməkdaşları, 

hesabatın hazırlanması üzrə 

əlaqələndirici  şəxslər və  vətəndaş 

cəmiyyətinin nümayəndələri üçün 

treninqlər keçirildi. 

Paralel olaraq UNICEF, BMT-nin 

İnsan Hüquqları üzrə Ali Komissar-

lığı, Açıq Cəmiyyət  İnstitutu – 

Yardım Fondu və Save the Children 

(Uşaqların Xilası) alyansı 

Azərbaycanda vətəndaş  cəmiyyəti 

təşkilatlarına Uşaq Hüquqları 

Komitəsinə alternativ hesabat 

təqdim etməyə imkan yaradan birgə 

layihə  həyata keçirir. Alternativ 

hesabat qeyri-hökumət təşkilatları 

(QHT) kimi müstəqil mənbələrdən 

bitərəf məlumatlar almağa kömək 

edəcək. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin