Unicef newsletter Jan-March Aze pub



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#2723
1   2   3   4   5   6   7
2009-cu ilin ilk 

rübündə UNICEF-in 

tədbirləri 

•  UNICEF-in “Dünyada 

uşaqların vəziyyəti” hesa-

batının təqdimatı  

•  Yod Çatışmazlığı 

Xəstəliklərinə dair dəyirmi 

masa  

•  İmmunlaşdırmaya dair milli 



konfrans  

•  Valideynlərin 

maarifləndirilməsində re-

gional təlimçilərin təlimi  

•  Hakimlər və prokurorlara 

yuvenal ədliyyə sahəsində 

təlim 

•  Bakı Dövlət Universiteti və 



Qafqaz Universiteti ilə 

anlaşma memorandumu  

•  Ombudsman aparatının 

əməkdaşlarına uşaqlara 

qarşı zorakılıq sahəsində 

təlim 


Bu 

sayımızda: 

UNICEF Azərbaycan 

nümayəndəliyinin 

rəhbərindən 

Dünyada uşaqların 

vəziyyəti” hesabatı 

Azərbaycanda təqdim 

edildi 

1-2 

Uşaq Hüquqları 

Komitəsinə hesabat 

tərtib edilir 



Fəal təlim: hədəfimiz 

daha çox məktəbdir 

Azərbaycanda DSS–in 

nəticələri açıqlandı: 

bəzi rəqəmlər 

təxirəsalınmaz tədbirlər 

tələb edir 



UNICEF AZƏRBAYCAN  

İNFORMASİYA BÜLLETENİ 



Hesabatda inkişaf etmiş  və inkişaf 

etməkdə olan ölkələr arasında aydın 

fərq qoyulur və etiraf edilir ki, yox-

sul ölkələrdə yaşayanların ölmək 

təhlükəsi daha yüksəkdir.  

“Dünyanın daha az inkişaf etmiş 

ölkələrində yaşayan qadınların 

doğuş  və ya hamiləliklə bağlı  ağır-

laşmalardan həlak olmaq ehtimalı 

inkişaf etmiş ölkələrdəki qadınlarla 

müqayisədə 300 dəfə çoxdur. İnk-

işaf etməkdə olan ölkədə dünyaya 

gələn uşağın isə birinci ay tələf 

olmaq ehtimalı inkişaf etmiş 

ölkədəki uşaqla müqayisədə az qala 

14 dəfə çoxdur”, hər il nəşr edilərək 

uşaqlarla bağlı  əsas məsələləri önə 

çəkən “Dünyada uşaqların 

vəziyyəti” hesabatında belə deyilir. 

“İnkişaf etməkdə olan ölkələrin bir 

çoxunun son 15 ildə  uşaqların sağ 

qalması göstəricisini 27% artıraraq 

çox gözəl irəliləyiş  əldə etməsinə 

baxmayaraq, ana ölümünün azaldıl-

ması sahəsində daha az tərəqqi ol-

muşdur.  

Minilliyin  İnkişaf Məqsədləri üçün 

baza ili olan 1990-cı ildən bəri 

təxminən 10 milyon qadın hamiləlik 

və doğuşla bağlı  ağırlaşmalardan 

dünyasını  dəyişmiş, təqribən 4 

milyon uşaq isə  hər il doğuşdan 

sonrakı 28 gün ərzində tələf olmuş-

dur.  


Bütün dünyada hamiləlik və doğuşla 

bağlı ağırlaşmalardan irəli gələn ana 

ölümü hallarının təqribən 99%-i 

inkişaf etməkdə olan ölkələrin pay-

ına düşür, ana olmaq isə qadınların 

sağlamlığı üçün ən ciddi təhlükə 

olaraq qalır”, hesabatda belə deyilir. 

Həm analar, həm də onların 

körpələri doğuşdan sonrakı günlər 

və  həftələrdə  təhlükəyə daha çox 

məruz qalır: bu, doğuşdan sonra baş 

çəkmə, düzgün gigiyena, ana və 

uşaq sağlamlığına təhlükə törədən 

əlamətlər haqqında məsləhətlərin 

verilməsi kimi həyati  əhəmiyyətli 

tədbirlər üçün çox mühüm bir 

dövrdür. 

“Ana və uşaqların sağlamlığı tamlıq 

təşkil edir və belə  nəzərdən 

keçirilməlidir. Sağlam ana sağlam 

uşaq deməkdir”, Professor Sənan 

Kərimov jurnalistlərə belə dedi. 

UNICEF yeni praktikanın sınaqdan 

keçirilməsini, səhiyyə  işçilərinin 

yeni doğulmuşların reanimasiyası və 

onlara zəruri qayğı sahəsində  təlim 

verilməsini dəstəkləməklə  Səhiyyə 

Nazirliyinə perinatal qayğı 

sistemində islahatlar aparılması ilə 

bağlı hərtərəfli konsepsiyanın hazır-

lanmasında texniki yardım göstərir.  

Azərbaycan hökuməti ölkədə yeddi 

perinatal mərkəz açmağı planlaş-

dırır. Onların biri keçən il Gəncə 

şəhərində açılmışdır. Mərkəzlərin 

ana və yeni doğulmuş körpələrin 

sağlamlıq vəziyyətini yaxşılaşdıra-

cağı güman edilir. 

UNICEF Səhiyyə Nazirliyinə  həm 

də Sovet dövründən qalma diri 

doğuş meyarlarından Ümumdünya 

Səhiyyə  Təşkilatının diri doğuşun 

tərifinə keçməyə, habelə yod çatış-

mazlığı 


xəstəliklərinin aradan 

qaldırılmasına nail olmağa və  İİV/

QİÇS-ə qarşı mübarizə aparmağa 

kömək edir. 

2000-ci ildən bəri Azərbaycan uşaq 

ölümünün azaldılmasında 

nəzərəçarpacaq irəliləyiş əldə etmiş-

dir. UNICEF-in 2007-ci ildə 

Azərbaycan üzrə verdiyi pro-

qnozlara görə, hər 1,000 diri doğuşa 

bir yaşınadək uşaq ölümü 34, beş 

yaşınadək uşaq ölümü isə 39 ol-

muşdu. Rəsmi statistikada bu 

rəqəmlər azdır: bu da onu göstərir 

ki, rəsmi rəqəmlərdə  və sorğu 

məlumatlarında müxtəlif me-

todologiyalardan istifadə olunur.  

“Anaların və onların yeni doğulmuş 

körpələrinin həyatlarının xilas 

edilməsi təkcə tibbi müdaxilə  tələb 

etmir. Bu, həm də qadınlara 

səlahiyyət verən və onların hüqu-

qlarına hörmət edən mühitin 

yaradılmasını  tələb edir”, Cənab 

Ələmi mətbuat konfransında belə 

deyərək, qadınlara daha yaxşı 

şəraitin yaradılmasına çağırdı. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin