Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları



Yüklə 40,31 Kb.
səhifə9/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Sinif davranış jurnalı: hər bir sinif üçün sinif rəhbəri tərəfindən yaradılan davranış haqqında qeydiyyat jurnalıdır. Məktəbin işçi heyətinin hər hansı bir üzvü jurnalda qeydiyyat apara bilər. Jurnalda baş verən hadisənin detalları (tarix, məkan, davranış, hadisədə iştirak edən şəxslər) və korreksiyaedici tədbirlər barədə məlumat qeyd olunur.


Təlim məkanı: Sinif otağından başqa dərslərin keçirildiyi və öyrənmənin baş verdiyi digər məkanlar; məsələn, fənn kabinet və laboratoriyaları, idman zalı, kitabxana, kompüter otağı, həmçinin müəyyən fəaliyyətlər üçün dəhliz və oyun meydançası


Üzrlü səbəbdən dərs buraxmaq: valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahata və ya tibbi arayışa əsasən xəstəlik, yaxın qohumunu itirmə, hər hansı xüsusi hal və s. səbəbindən şagirdin dərsdə iştirak etməməsi. Şagirdin buraxdığı dərs saatlarının üzrlü hesab edilməsi üçün məktəblərin müvafiq prosedurlar tərtib etmək səlahiyyəti var; valideyn və şagirdlər bu prosedurlara riayət etməlidirlər.



1 Valideynlər övladının dərsə gəlməməsi ilə bağlı müəllim və ya məktəb rəhbərliyinə öncədən məlumat verməlidirlər. Bununla yanaşı, şagird məktəbə qayıtdığı zaman valideyni tərəfindən yazılmış izahatı məktəbə təqdim edilməlidir.



2 Şagird dərs zamanı sinif otağını/təlim məkanını tərk etməməsi üçün özü ilə məktəbə su gətirməlidir. Sağlamlıq problemləri olan şagirdlərə yemək və içmək ilə bağlı istisnalar tətbiq edilə bilər.

3 Əgər müəllimlər şagirdlərin şəxsi elektron cihazlarından istifadə edəcəkləri dərs planlaşdırırsa, o zaman bunu ailələrə öncədən yazılı şəkildə bildirməli və cihazların təhlükəsiz şəraitdə saxlanmasını təşkil etməlidir. Əgər valideyn/qanuni nümayəndə övladına təhlükəsizlik məqsədilə (məktəbə gəlib gedərkən əlaqə saxlamaq üçün) elektron cihaz verərsə o zaman ümumi təhsil müəssisəsi dərs gününün sonuna qədər bu cihazların təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihazlar şagirdlərə verilməməlidir.



4 Əgər davranış təkrarlanarsa, böyük məbləğdə pul və ya qiymətli əşya mübadiləsi baş verərsə, qayda pozuntusu 3-5-ci səviyyə hesab olunur.





5 Bax: əlavə 2




Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin