Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi



Yüklə 40,31 Kb.
səhifə3/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi

Şagirdlər:





    1. dərslərə vaxtında gəlməli; dərslik, dərs vəsaitləri və digər zəruri ləvazimatları gətirməli;

    2. məktəb daxilində yüksək səslə danışmamalı;

    3. cinsindən, irqindən, dinindən, dilindən, etnik mənsubiyyətindən və şəxsi xüsusiyyətlərindən asılı olmayaraq şagird yoldaşlarına və böyüklərə hörmət etməli;

    4. başqalarının “şəxsi zonasına” hörmət etməli, digər şagird və ya böyüklərin fiziki və ya mənəvi təhlükəsizliyi üçün narahatlığa səbəb olacaq davranışlara yol verməməli;

    5. dərs müddətində öyrənməni dəstəkləmək üçün aktiv dinləməli, müəllim sinfə müraciət edərkən danışmaq üçün əlini qaldırmalı, səs tonu və bədən dilinə diqqət etməli;

    6. müəllimin təlimatlarına əməl etməli və səylə çalışmalı;

    7. tənəffüs zəngi vurulduğu halda belə tədris məkanını yalnız müəllimin icazəsi ilə tərk etməli;

    8. tələb olunan ev tapşırığını yerinə yetirməli;

    9. dürüst olmalı, qeyri-etik və ya uyğun olmayan davranışı düzəltməli və lazım gəldikdə üzr istəməlidirlər.

Qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq və ya dava-dalaş, qısnama (verbal, fiziki, cinsi, sosial və/və ya kiber) və digər antisosial davranış formaları yolverilməzdir və hüquqi məsuliyyət yarada bilər.


Şagirdlər yalnız müəyyən edilmiş zaman və məkanda qidalanmalıdırlar. Buna baxmayaraq, dərs müddətində su içə bilərlər2.





  1. Ümumi təhsil müəssisəsinin əmlakı və şəxsi əşyalara qayğı

Şagirdlər:



    1. geyim daxil olmaqla, özünün və başqalarının əşyalarının qeydinə qalmalı; başqalarının əşyalarını icazəsiz istifadə etməməli;

    2. ümumi təhsil müəssisəsi əmlakının və sinif avadanlıqlarının qeydinə qalmalı;

    3. sinif otaqları, şəxsi dolablar, oyun meydançaları və digər tədris yerlərini təmiz və səliqəli saxlamalı; tullantıları zibil qutularına atmalı;

    4. ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməli3;

    5. sinif otağını və digər tədris məkanlarını növbəti dərs üçün uyğun vəziyyətə gətirməlidirlər (mebellər və sinif avadanlıqları səliqəli olmalıdır).


Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin