Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları



Yüklə 40,31 Kb.
səhifə2/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Geyim və xarici görünüş

Şagirdlər:





    1. şəxsi gigiyena qaydalarına riayət etməli;

    2. dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarmalı;

    3. ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət etməli (məktəbli forması, ayaqqabı və s.);

    4. geyim səliqəli və təmiz olmalı;

    5. uzunluğu çiyindən aşağı olan saçları səliqəli şəkildə arxadan toplamalı;

    6. fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət etməlidirlər.



Aşağıdakılar qadağandır:
Çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal.

Ümumi təhsil müəssisələrindən yuxarıda qeyd olunanlarla bağlı daha dəqiq daxili qaydalar tərtib etmələri tələb olunur.





  1. Təhlükəsizlik

Şagirdlər:





    1. dərs gününün sonuna kimi ümumi təhsil müəssisəsinin ərazisində qalmalı; müəyyən edilmiş vaxtda oranı tərk etməli;

    2. tədris binasının daxilində qaçmamalı, koridor və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməli;

    3. pəncərə altlığında oturmamalı və pəncərədən çölə əyilməməli;

    4. fənn laboratoriyaları, idman zalı, kitabxana və yeməkxana kimi məkanlarda müvafiq təhlükəsizlik qaydalarına riayət etməli;

    5. məktəbdaxili və məktəbdənkənar tədbirlərdə, ekskursiyalarda məktəbin qaydalarına riayət etməli;

    6. fövqəladə hallar (məsələn, yanğın, zəlzələ və s.) üçün ümumi təhsil müəssisəsinin qaydalarına riayət etməli;

    7. “şagirdlər üçün giriş qadağandır” yazısı ilə işarələnmiş ərazilərə (məsələn: mətbəx, texniki otaq, dam, zirzəmi, arxiv, qazanxana, server otağı və s.) daxil olmamalıdırlar.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası təhsilalanların tibbi vasitələri özləri ilə gətirməsi və istifadəsi ilə bağlı xüsusi qaydalar tərtib etməlidir.






  1. Yüklə 40,31 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin