Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər


Mövzu № 9. Yeriş və qaçış texnikasının  əsasları.Öyrədilmə metodikası və  məşqi.        Plan



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix23.01.2022
ölçüsü0,63 Mb.
#51511
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

Mövzu № 9. Yeriş və qaçış texnikasının  əsasları.Öyrədilmə metodikası və  məşqi.    

   Plan:   

1.Yerişin  silsilələri.           

2.Qaçışın fərqli xüsusiyyətləri.         

3.Müxtəlif məsafələrə qaçış texnikasının əsas xüsusiyyətləri  

1.Yerişdə  eyni  hərəkət  fazası  ciddi  ardıcıllıqla  daim  təkrar  olunduqdan  o  silsiləli 

hərəkətlər  qrupuna  daxildir.İki  yeriş  addımı  1  silsilə  təşkil  edir.Yeriş  texnikasının 

təhlili üçün bir silsiləni dövrlərə,fazalara,anlara,vəziyyətlərə bölmək olar.   

        Ayaqların bir silsilə ərzində hərəkəti.                                                                             

Yeriş zamanı bir silsilə ərzində idmançı gah bir tək ayaqlı faza gah iki dayaqlı faza 

ayağını dayağa qoyur.İki yeriş addımı ərzində hər bir ayaq yerləşmə vəziyyətindən 

aslı olaraq həm dayaq ayağı (dayaqda olduğu vəziyyət) həm də sərbəst,irəliyə 

aparılan ayaq funksiyasını yerinə yetirir.   

 



Beləliklə bir silsilədə iki tək dayadlı və iki,iki dayaqlı yeriş vəziyyəti olur.                                

–Bir ya iki dayaqlı dövrün bir-birini əvəz etməsi.İdmançının tək dayaqlı vəziyyəti 

sərbəst qıçın irəliyə aparılması vaxtına nisbətən böyükdür.Ona gördə dayaqdakı 

ayaq təkanı qurtarmamış sərbəst irəliyə aparılan ayaq yenidən dayağa qoyulur,və 

beləliklə iki dayaqlı faza alınır.Lakin iki dayaqlı vəziyyətin ən vaxtı çox 

kiçikdir.İdman yerişində tək dayaqlı dövr iki fazadan –arxaaddım və irəli 

addımdan ibarətdir.Birincisi faza-arxa addım ayağını dayaqdan götürüldüyü andan 

başlayaraq şaquli ana qədər davam edir.İkinci faza-irəli addım sərbəst,irəli aparılan 

qıçın şaquli vəziyyətdən irəli aparılıb dayağa qoyulduğu ana qədərdir.İkinci faza 

dayağın bir ayaqdan o,biri ayağa keçməsi iki dayadlı dövrə təsadüf edir.Bu 

səbəbdən də yeriş silsiləsinin müxtəlif fazalarında əks təsir qüvvəsinin idmançının 

hərəkət sürətinin dəyişməsində rolu müxtəlifdir.   

2.Qaçış yüngül atletikada əsas yer tutur.Qaçışın bir çox müxtəlif növü vardır. 

Bundan başqa qaçış tərkib hissəsi kimi başqa hərəkətlərə-tullanmalara və 

tullanmalara da daxildir.Qaçış zamanı əzələlərdən dinamiklik yerişdəkinə nisbətən 

xeyli yüksəkdir.Əzələlərin çoxunun yaxşı işləməsi,orqanizmə tamlıqla qüvvətli 

təsiri,dozanın yüngüllüyü,xarici şərait sağlamlık üçün mühüm əlverişli amil 

olub,qaçışın gigiyenik əhəmiyyətini müəyyən edir.Qaçışıntəlim-təbiyəvi və tətbiqi 

əhəmiyyəti də böyükdür.Çünkü,qaçış insanda mühüm keyfiyyətləri və bacarıqları 

tərbiyə edir.Yüngül atletikanın digər növlərinə nisbətən qaçış daha əlverişli fiziki 

hərəkətdir.Bunun sayəsində həmin növ geniş yayılmışdır.Qaçış üzrə keçirilən 

yarışlar tamaşaçılarda həmişə böyük marağa səbəb olur.Buna görə də yüngül 

atletika üzrə aparılan təşviqatın ən yaxşı vasitələrindən sayılır.Təsadüfi deyildir ki, 

bütün yarışlarda qaçış və estafetlərin müxtəlif növləri qabaqcil yer tutur.Qeyd 

etmək lazımdır ki,qaçış məşq vasitəsi kimi də bütün idman növlərində tətbiq edilir. 

Qaçış zamanı daxili və xarici qüvvənin əlaqəli təsiri.Beləliklə bir qaçış addımında 

idmançının qıçının dövrlər və fazalarla hərəkəti aşağıdakı ardıcıllıqla baş verir.                   

–Qaçışda hərəkət verici qüvvə mənbəyi əzələ işidir. Lakin hərəkətin baş verməsi 

üçün təkcə əzələ qüvvəsinin olması kifayət deyildir.Yerişdə olduğu kimi qaçışda 

da hərəkət daxili qüvvə ilə əzələnin təxəllüsü zamanı yaranan qüvvə (xarici 

qüvvənin) ağırlıq qüvvəsi,dayağın əks təsir qüvvəsi,ətraf mühütün müqaviməti 

qarşılıqlı təsiri zamanı mümkün olur.Ətraf mühütün müqaviməti: idmançının 

üfüqi hərəkət sürəti üçün həmişə maneədir.Bu müqavimət qaçış sürətinin kvadratı 

ilə mütənasibdir.Sürət artdıcqa müqavimətdə çoxalır.  

3.Müxtəlif məsafələrə qaçış texnikasının əsas xüsusiyyətləri bunlardır. Sprint 

qaçışın texniki xüsusiyyətləri.Dayaq dövrü:      

 



-Bütün pəncə üzərində yerə enmək.Amortasiya zamanı dayaq ayağının dizdən 

minimum bükülməsi,holaylandırma hərətinin sürət artır.Çanaq-bud,diz,pəncə-

baldır oynaqları təkan zamanı tam düzəldilir.-Sərbəst qıçın budu üfüqi müstəviyyə 

tərəf sürətlə qaldırılmalıdır.Uçuş dövrü:- Səbəst qıçın dizi irəliyə yuxarıya hərəkət 

edir.-Dayaq qıçı şaquli vəziyyət anında dizdən ən çox bükülür. –Qolların 

holaylandıran hərəkət fəal lakin sərbəstdir.-Dayaq ayağı sürətlə geriyə aparılır. 

Orta və uzaq məsafələrə qaçış.Əsas texniki xüsusiyyətləri.-Yerəenmə zamanı 

pəncənin hərəkərti:qaçış rejiminə görə fərqlənir.-Sərbəst qıç holaylanma hərəkətini 

irəliyə icra edir,bu zaman diz açıq bucaq altında yerləşir. –Təkan fazasında çanaq 

bud ,diz,pəncə-baldır oynaqlarında düzəlmə tam və natamam ola bilər.-Baldır 

sprintdə olduğu kimi çox yuxarı qaldırılmır.-qolun hərəkəti daha axırıncıdır,dirsək 

xeyli düz və ya bükülmüşdür. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin