Tövsiyyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər


Mövzu № 6.Atletika hərəkətlərin texnikasının əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix23.01.2022
ölçüsü0,63 Mb.
#51511
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Atletika və onun tədrisi metodikası (Mühazirələr)

            Mövzu № 6.Atletika hərəkətlərin texnikasının əsasları. 

     Plan: 

1.Atletika hərəkətlərin texnikasının əsasları  

2.Yeriş və qaçış texnikasının əsasları   

          3.Qaçış texnikasının xüsusiyyətləri   

1.Yüngül atletikada texnika-yüngül atletika hərəkətlərini  yerinə  yetirərkən  insanın 

hərəkəti  deməkdir.Atletika  hərəkətlərinin  texnikası  öz  əksini  idmançının 

hərəkətlərində  tapmışdır.Texnikanın  mahiyyəti  isə  atletin  konkret  vəzifələri  həll 

etmək 


üçün  öz  imkanlarından  düşüncəli  sürətdə  istifadə  etməsindən 

ibarətdir.Atletikada  konkret  vəzifələr  bunlardır:yerişdə  və  qaçışda  müəyyən 

məsafəni qısa müddətdə qət etmək və qaçmaq;tullanmalarda daha çox  uzununa və 

ya  hündürlüyünə  tullanmaq;atmalar  isə  aləti  mümkün  qədər  daha  uzağa  atmaq..                  

–İdman  texnikasının  keyfiyyətini,birinci  növbədə  hərəkətin  qənaətlə  yerinə 

yetirilməsi göstərir.İdmançının digər iştirakçılarla eyni şəraitdə daha yüksək idman 

nəticəsi  göstərməsinə  qaçarkən  az  qüvvə  sərf  etməsi  səbəb  texnikanın  yaxşı,daha 

düzgün,daha  mükəmməl  olmasıdır.-Effektli  və  qənaətlilik  bir-birilə  qarşılıqlı 

sürətdə  əlaqədardır.  Effektli  işləmək  üçün  lüzumsuz  hərəkətləri  azaltmaq  və 

qüvvədən  qənaətlə  istifadə  etmək  lazımdır.Qənaətlə  əldə  edilmiş  qüvvə  əsas 

hərəkətlərin  effektini  artırmağa,bununla  yanaşı  idman  texniki  nəticələrini 

yüksəltməyə  imkan  verir.  Atletin  hərəkətinin  xarakterinə  uyğun  olaraq  hərəkətlər 

iki qrupa bölünür.      

 

 



 


1.Eyni bir  hərəkətin  neçə dəfə təkrar edilməsi  ilə əlaqədar olan  hərəkətlər(bunlara 

hərəkətlər  sinfi  də  deyilir)-yeriş  və  qaçış.2.Təkrar  olmayan  hərəkətlər(bunlara  bir 

aktlı  hərəkətlər  də  deyilir)-tullanmalar  və  atmalar.Hərəkətlər  tsiklinin  texnikasını 

təhlil etmək üçün idmançının təkrar etdiyi  hərəkətlərin bir tsiklini  və bunun təkrar 

edilməsi  üçün  lazımi  tempi  götürmək  kifayətdir.İki  addım  (və  ya  ikili  addım) 

yerişdə  və  qaçışda  təkrar  hərəkətlər  və  ya  bir  tsikl  sayılır.Bir  aktlı  hərəkətlərin 

tullanmaların və atmaların texnikasını təhlil edəndə isə bütün hərəkəti əvvəlcədən 

təhlil etmək lazımdır.  

2.Yeriş və qaçış insanın hərəkət etməsi üçün təbii vəsaitdir.Yeriş və qaçış texnikası 

bir-birinə  çox  oxşayır.Yerişdə  və  qaçışda  yerə  təkən  vurmaqla  hərəkət 

edilir.Hərəkət  fazalarının  miqdarı,onların bir tsikldə ardıcıllığı  istər  yerişdə,isrərsə 

də  yeriş  və  qaçış  texnikasının  təhlil  edərək  əslində,ayaqların  hərəkətini  əsas 

götürmək lazımdır.Hər bir ayaq,yeriş və qaçış ərzində həm dayaq,həm də yellənmə 

vəzifəsini  ifa  edir.Dayaq  zamanı  ayaq  yavaşca  yerə  qoyulur  və  bədənin  bütün 

ağırlığı bu ayağın üzərinə düşür,nəhayət həmin ayaqla yerə təkan vurulur. Yeriş və 

qaçış  zamanı  ayaqların  bütün  hərəkətləri  aşağıdakı  kimi  təsəvvür  etmək 

mümkündür.1.ayaqlar  düz  vəziyyətə  gəldikdə  qabaqdakı  ayağın  təkan  fazası 

(dayaq zamanı);2.arxadakı ayağın təkan fazası (dayaq zamanı);3.qabaqdakı ayağın 

addım  fazası;4.qabaqdakı  ayağın  addım  fazası  (yellənmə  və  ya)addım  zamanı.                    

–Hərəkətlər  ən  mühüm  faza  arxadakı  ayağın  təkanıdır.İnsan  ayağının  bükülməsi 

hesabına yerə təkan vurarkən və yellənən ayağı irəli apararkən bədənin ağırlığı ilə 

də  yerə  təzyiq  edir.Bu  təzyiq  dinamikanın  üçüncü  qanuna  əsasən  yerdən  əks 

istiqamətə  əks  təsirin,yəni  reaksiyanın  əmələ  gətirməsinə  səbəb  olur.Dayaq 

reaksiyası  insan  üçün  xarici  qüvvədir  və  bu,atletlərin  hərəkətlərində  mühüm  rol 

oynayır.Yeriş və qaçışın arasında əsas fərqlər bunlardır:1.qaçış zamanı uçuş fazası 

vardır,yeriş  zamanı  isə  insan  yerlə  daim  dayaq  vəziyyətində  olur;2.yeriş  zamanı 

hər  iki ayaqla yerə dayaq verilir,qaçışda isə belə hal yoxdur.Ayrı-ayrı  fazaların  və 

hərəkətlərin  uzun  müddət  davam  etməsi,oynaqlarda  hərəkətlərin  sürəti,əzələlərin 

işinin  xarakteri  və  hərəkət  aparatı  üzərinə  düşən  yükün  böyüklüyü  də  yeriş  və 

arasındakı fərqlərdəndir.   

 

 

 



 

 



3.Qaçışın müxtəlif növlərinin texnikasını daha əlverişli təhlil etmək üçün hər hansı 

məsafəyə  keçirilən  idman  qaçışını  aşağıdakı  əsas  hissələrə  bölmək  lazımdır:                        

1.idmançının  startda  vəziyyəti;2.start  və  ya  qaçışın  əvvəli(startdan  birdən-birə 

çıxmaq);3.məsafənin əsas hissəsindəki qaçış;4.finiş və ya qaçışın sonu-lent üzərinə 

atılmaq.Start  vəziyyətinin  vəzifəsi  qaçışı  başlamaq  üçün  əlverişli  şərait 

yaratmaqdan  ibarətdir.İlk  addımı  (təkan)  atmaq  üçün  qabaqcadan  qıcları  bükmək 

lazımdır.Qısa  məsafələrə  qaçışda  alçaq  startdan  istifadə  edilir.Bu  zaman  idmançı 

əlləri  ilə  də  yerə  dayaq  verir.Qaçış  sürətini  cəld  artırmaq  üçün  alçaq  start  daha 

effektlidir.Ayaqlarla  yerə  daha  yaxşı  dayaq  vermək  üçün  start  qəliblərindən 

istifadə  edilir.Orta  və  uzaq  məsafələrə  qaçışda  yüksək  start  sərfəlidir.Start  və  ya 

qaçışın əvvəlinin (startdan birdən –birə çıxmağın) vəzifəsi lazımi sürəti tez inkişaf 

etdirməkdən  ibarətdir.Qısa  məsafələrə  qaçışda  bu  sürət  maksimal  dərəcəyə 

çatmalıdır.Bunun  xüsusiyyətləri  aşağıdakılardır:1.Qaçarkən  pəncə-dabanın  yerə 

dəyməməsi  (pəncələr  üstündə  qaçış).2.bədəni  irəliyə  çox  əyilməsi.3.addımların 

uzunluğunun 

və 


tezliyinin 

dəyişdirilməsi.4.əzələlərin 

çox 

gərgin 


işləməsi;5.tənəffüsün edilməsi.   

  


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin