Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

 

ЛИТЕРАТУРЫ 

 

на русском языке: 

1.  Баскаков  Н.  А.,  Тюркская  лексика  в  «Слове  о  полку  Игореве».  Москва, 

«Наука», 1985. 

2.   Лихачев  Д.  С., «Слово  о  полку  Игореве» - героический  пролог  русской 

литературы., Ленинград, 1967. 

3.  Лихачев  Д.  С., «Слово  о  полку  Игореве»:  Древнерусский  текст.,  Москва, 

«Просвещение», 1984. 

4.   Мифы  народов  мира.  Энциклопедия.,  гл.ред.,  Москва, «Советская 

Энциклопедия», т. 1, 1991.  

5.  Подольская 

Н. 


В., 

Типовые 


восточнославянские 

топо-основы. 

Словообразовательный анализ., Москва, 1983. 

6.   Потанин  Г.  А., «Восточные  мотивы  в  средневековом  европейском  эпосе», 

Москва, 1989. 

7.   Робинсон  А.  Н.,  Литература  Древней  Руси  в  литературном  процессе 

средневековья XI-XII вв., Москва, 1980. 


Filologiya  məsələləri – №02, 2015 

 

309



8.   Рыбаков  Б.  А.,  Петр  Бориславич.  Поиск  автора  «Слово  о  полку  Игореве», 

Москва, «Наука», 1991. 

9.   «Слово  о  полку  Игореве», /перевод  Новикова  И.  М./, «Художественная 

литература», Москва, 1938. 

10.  «Слово о полку Игореве» - памятник XII в. Москва-Ленинград, 1962. 

11.  «Слово  о  полку  Игореве», (под.ред.  Стеллецкого  В.  И.),  Москва, 

«Просвещение», 1965. 

12. «Слово о полку Игореве», (сб.ст), Москва, 1987. 

13.  Сулейменов О., «Аз и Я» в кн. Публицистика. Поэмы. Эссе. Стихи. Проза., 

Алма-Ата, «Жалын», 1989. 

14. Эфендиева Ч.,  Ещё  раз  о  «тёмных  местах»  в  древнерусском  памятнике XII 

века  «Слово  о  полку  Игореве» // Межвузовский  сборник  научных  статей 

«Актуальные  проблемы  изучения  гуманитарных  наук»,  Баку, «Бак.  Слав. 

университет», № 2, 2012. 

15.  Эфендиева Ч., «Под трубами спеленуты…» // Filologiya məsələləri, №3, Bakı,  

«Elm və təhsil», 2013. 

16.  Эфендиева Ч., «Была ли Дева…» // Folklorşünaslıq məsələləri, c.12, №1, Bakı, 

«BDU», 2014.     

17.  Якубинский  Л.  П.,  История  древнерусского  языка,  Москва, «Учпедгиз», 

1953.  


           На азербайджанском языке: 

18. «İqor polku Dastanı», //tərcümə edən Q.Cəfərov //, Bakı, 1964. 

19. «İqor polku Dastanı» //tərcümə edən Q.Cəfərov //, Bakı, 1989. 

 

СЛОВАРИ 

20.  Виноградова,  В.  Л.,  Словарь – справочник  «Слово  о  полку  Игореве», 

Москва-Ленинград, «Наука», вып.1, 1965; вып. 2, 1967; вып. 3, 1969; вып. 4, 

1973; вып. 5, 1978; вып. 6, 1984. 

21.  Даль  В.  И.,  Толковый  словарь  живого  великорусского  языка,  Москва, 

«Русский язык», т. 1, 1978; т. 2, 1972; т. 3-4, 1980. 

22.  Словарь Русского языка XI-XVII вв., (под ред. Бархударова С. Г.), Москва, 

«Наука», вып. 1-18, 1975- 1992. 

23.  Словарь Русского языка (под ред. Евгеньева  А. П.), Москва, т. 1, 1981.  

24.  Срезневский  И.  И.,  Материалы  для  древнерусского  языка.,  Москва-

Ленинград, «Ин.Нац.Слов», т. 3, стб. 1389, 1912. 

25.  Фасмер М., Этимологический словарь русского языка., Москва, «Прогресс», 

т. 1, т. 2.- 1986; т. 3, т. 4 - 1987. 

 

ÇİÇƏK  ƏFƏNDİYEVA 

“...ÇƏTİN DÖVRÜ OYANDIRDI” VƏ “DAJBOG” 

 

XÜLASƏ 

Bu məqalədə  “İqor polku dastanı” (XII əsr)  əsərində başqa iki mübahisəli yer 

olan «…убуди  жирня  времена» və  «… Дажьбог» tədqiq olunur. Tədqiqatçıların 

əksəriyyəti bu ‘gizli yeri’ ‘...bolluq dövrünü qovdu’ olaraq tərcümə etmişdilər. Lakin 

biz tədqiqatçıların həmin yerlə bağlı çoxlu variantlarının araşdırma nəticəsində bu 


Filologiya  məsələləri – №02, 2016 

 

310



qənaətə  gəldik ki, «…упуди  жирня  времена» yerini ‘...çətin dövrü oyandırdı’kimi 

tərcümə etmək lazımdır. 

O. Suleymenovun  Dajbog düzgün oxunmamış ‘Daşti’ sözünə aid olan variantı 

əsassız oldu və bunu da XII əsrin qədim rus əsərinin mətni sübut edir. 



 

CHICHEK EFENDIYEVA 

 “AWAKEN THE DIFFICULT PERIOD” AND “DAJBOG” 

 

SUMMARY 

In this article two disputed matters “... awaken the difficult period” and “Dajbog” 

which are “secret place” except “The epos about Igor regiment” (the 12

th

 century) are 



investigated. Many of investigators have translated this “secret place” as “awaken the 

abundant period”. But in the article the author investigating many variants about that 

place gives her result as the translation “awaken the abundant period” is right as 

“awaken the difficult period” by O. Suleymenov, but the author considers that the word 

“Dajbog” having read incorrectly as “Dashti” by O. Suleymenov is groundless. 

 


Filologiya  məsələləri – №02, 2015 

 

311



ŞƏBNƏM  MƏMMƏDOVA 

Gəncə Dövlət Universiteti 

shebnemmammadova@yahoo.com  

 

BRONTE AİLƏSİ FENOMENİ 

 

Açar sözlər: avtobioqrafizm, mənəvi irs, ədəbi ənənə, təhkiyyə, stereotip 

Key words: autobiographism, spiritual heritage, literary tradition, narration, 

stereotype 

Ключевые слова: автобиографизм, духовное наследие, литературная традиция, 

повествование, стереотип 

 

Mübaliğəsiz demək olar ki, Bronte bacılarının əsərləri ilə tanış olan hər bir insan 



onların sənətinə biganə qalmamış  və yaratdıqları  əsərlər zamanından asılı olmayaraq 

xatirələrdən silinməmişdir. Bronte bacıları ədəbiyyata yeni bir həyat, yeni bir məzmun 

və mündərəcə  bəxş etmiş  və  ədəbiyyat isə öz növbəsində bu inqilabın müqabilində 

onalara öz töhfəsini vermiş - onlara əbədi bir həyat, bir ölməzlik gətirmişdir. Və nəticə 

etibarı ilə  hər ikisi – Bronte bacıları da, ingilis ədəbiyyatı da ingilis mədəniyyəti və 

sənəti  tarixinə yeni bir səhifə yazdılar - məhz mədəniyyətinə, təkcə ədəbiyyatına yox. 

Çünki saysız-hesabsız roman təlqinlərdən başqa Bronte ailə üzvlərinin “baş qəhrəman” 

obrazında çıxış etdikləri pyes və povestləri, eləcə də “Ceyn Eyr” və “İldırımlı aşırım” 

əsərləri  kino və teatr tamaşalarının meydana gəlməsinə  səbəb olmuşdur. Xourtda 

doğulub boya-başa çatdıqdan sonradan ingilis miqyası kəsb etdilər, sənət kəhkəşanında 

Qərbin yeni, parlaq ulduzları tək şəfəq çaldılar və nəhayət, həyatlarının və sənətlərinin 

əlçatmaz zirvə çağları onları  bəşəriyyətin övladlarına çevirdi. Qeyri-adi təfəkkür, 

istedad və qüdrət sahibi olan Bronte ailə üzvlərinin  əsərləri onların mənəvi güclərinin 

hansı müqavimətə sahib olmasının mənəvi  təsdiqidir. 

Stereotiplərin aradan qaldırılmasında azad fikrə sahib olan və düşüncə mahiyyəti 

etibarı ilə qavranılıb sevilən nasir və  şair olan Brontelər özlərinə xas üslub və mövzu 

yaradıcıları idi. Çox maraqlıdır ki, sağlıqları dövründə adlarının  ətrafında yaranan 

pərəstiş zaman keçdikcə böyüdü və daha çox marağa səbəb oldu. Çünki onlar, təkcə 

İngiltərə  ədəbiyyatında deyil, həm də eyni zamanda dünya-insan qarşıdurmasında 

zəmanələrinin mühüm problemlərinin həllinə yönəltmiş, qədərincə  səy göstərmişlər. 

Əsas mahiyyət ondan ibarətdir ki, onlar şablon deyil və zaman keçdikcə, poetik ruh 

etibarı ilə  cəmiyyətin mühüm problemlərini özündə ehtiva edən və  dəyəri, gücü daha 

artıq görünən fikir və söz sahibi kimi görünürlər.   

Müxtəlif məslək sahibləri olan tənqidçilər məhz Bronte bacılarının romanlarının 

şəxsiyyətin özünü açmaq vasitəsi olduqlarını vurğulamışlar.  

XIX əsrdə Bronte bacılarının əsərləri Ç.Eliot, M.Arnold, U.Batler, E.Trollop və 

hətta kraliça Viktoriyanın marağıına səbəb olmuşdu. Lakin ən böyük diqqət 

prerafaelitlər D.Q. Rossetti, C.A.Suinberin, U.Peyter tərəfindən görünməkdə idi – Emili 

və  Şarlottanın romantik dünyabaxışı, onların heç nəyə  bənzəməyən poetikalarının 

bədiiliyi onları cəlb edirdi.  

E.Qaskelin  Şarlotta Brontenin həyatı haqqında  əsərindən sonra onların 

həyatlarına maraq daha da artmış, XX əsrdə “Bronte-land” termini meydana gəlmiş 

(tənqidçi U.Terner tərəfindən 1913-cü il) və  əsrin ikinci yarısında “bronteşünaslıq 

industriyası” (C.Hyiş) yaranmışdır və bu maraq bu gün də davam etməkdədir. 1893-cü 

ildə “Bronte bacıları cəmiyyəti” yaranaraq Xourtda olan sadə evi ən çox ziyarət edilən 

orijinal muzeyə çevirmişdir və qayğı ilə saxlanan nadir eksponantları qoruyub hifz edən 



Filologiya  məsələləri – №02, 2016 

 

312



əməkdaşlar buraya gələnlərə onların  əlyazmaları, rəsm  əsərləri və  şəxsi  əşyalarını 

nümayiş etdirib mənəvi irsi yaşatmaq kimi bir şərəfli misiyanı yerinə yetirirlər [6, 115]. 

Bronte bacıları fenomeni hətta XIX əsrdə  məşhur adlarla zəngin olan İngiltərə üçün 

unikal bir hadisə idi. Brontelərin eyni dövrdə qazandıqları  şöhrət son dərəcə 

heyrətləndirici və parlaq idi. 1847-ci ildə  Şarlottanın “Ceyn Eyr”, Emilinin “İldırımlı 

aşırım” və Anna Brontenin “Aqnes Qrey” əsərləri bacıların  İngilis  ədəbiyyatı tarixinə 

nüfuz etməsi ilə yadda qaldı [3, 98]. Heç də təsadüfi deyil ki, bu sensasiyalı fakt bir çox 

şayələrin yaranmasına səbəb olmuşdu. Müəllif - eyni adamdır, lakin müxtəlif ləqəblərlə 

çıxış edir (buna səbəb bir il öncə bacıların Karrer, Ellis və Ekton Bell ləqəbi ilə çap 

etdikləri  şeir toplusu olmuşdur); müəllif - çox tanınmışdır, lakin öz adını gizlətmək 

niyyətindədir və s. Bacıların qısa həyatı sirr və əsatirlərlə, müxtəlif əfsanə və miflərlə 

zəngin idi və onların ömrü qızların ömründən daha uzun oldu.  

Bronte bacıları on doqquzuncu əsrin  ədəbi ailəsi olaraq Yorkşirin Heyvort 

vilayəti ilə assosiyasiya edilir. Keşiş Patrik Brontenin ailəsində altı övladından üçünün: 

Şarlotta, Emili və Annanın dünya şöhrətli  şair və nasir olmasında atalarının böyük 

zəhməti olub. Kembric Universitetini bitirən Patrik Bronte “Kənd  şeirləri” (1811), 

“Əyalət şairi” (1814) adlı iki kitabın və bir çox pamflet və məqalələrin müəllifidir. Ailə 

həyatı qurduqdan doqquz il sonra həyat yoldaşını itirən savadlı, səmimi və xeyirxah 

Patrik altı azyaşlı uşağı boya-başa çatdırmaq üçün baldızını dəvət edir. Bütün qəlbini və 

qüvvəsini uşaqlarının təlim-tərbiyəsinə  sərf etməyə çalışan ata ilk dörd qız övladını o 

dövrün orta təbəqəsinə  mənsub ruhanilərin uşaqları üçün nəzərdə tutulan Kovan Bric 

məktəbinə göndərir. Növbəti il qızlardan ikisi Mariya və Elizabet ağır xəstəlik 

nəticəsində evə qayıdır və bir neçə  həftədən sonra bir-birinin ardınca vəfat edirlər. 

Şarlotta və Emili də  məktəbdən ayrılaraq Heyvorta qayıdırlar. Bu itki Şarlottanın 

əsərlərində öz əksini tapmışdır. “Ceyn Eyr” əsərində Kovan Bric Lovud kimi təqdim 

olunmuş, xanım Andryuşun qəddarlığı xanım Skatçerd obrazında və Karus Vilsonun 

zülmkarlığı isə  cənab Blokherst surətındə canlandırılmışdır. Sağ qalmış Brontelərin 

hamısı 1825-ci ildə  vərəm xəstəliyindən vəfat edən Mariya və Elizabetlə eyni aqibəti 

paylaşmışdır: qardaşları Bronvel 1848, Emili 1848, Anna 1849 və  nəhayət  Şarlotta 

1855-ci ildə 38 yaşında ailə həyatı qurduqdan bir il sonra vəfat etmişdir. 

Brontelər erkən yaşlarından hekayə yazmağa başlamış  və  təfəkkürləri inkişaf 

etdikcə hekayələrin məzmunu da mürəkkəbləşib genişlənmişdir. Nə  tənqidçilər, nə  də 

oxucular belə  zərif və  xəstə vücudlu, lakin mənəvi cəhətdən çox güclü və  mətin,  ən 

əsası isə inanılmaz dərəcədə istedadlı olan gənc qızların bu əsərlərin müəllifləri 

olduqlarına  inana bilmirdilər. Ataları Patrik Brontenin abunə olduğu jurnal və 

qəzetlərdən o zaman təzə vəfat etmiş Bayron və onun əsərləri haqqında məlumat alan 

uşaqlar dərhal yeni üslub, güclü ehtiras və cinsi cazibəyə sahib olan qəhrəmanların 

qəddar və  hətta məkrli hərəkətlərini nümayiş etdirən  əsərlərə müraciət edirlər. 

Qardaşları Bronvel yazılan əsərlərə şəkillər və karikaturalar çəkirdi. Digər tərəfdən də 

cəmiyyətdə qəbul olunmamış, qınağa səbəb olan, qadağan olunmuş nə varsa Bayronun 

adı ilə eyniləşmişdi. Onlar üçün Bronvel və  Şarlotta Bayronsayağı  qəhrəmanlar 

qalereyasını uydurulmuş Verdopolis qəhrəmanlarından biri olan Zamornanın sürətinin 

ikimənalı və şübhəli hərəkətlər edən obrazı kimi təsvir edirlər. Eyni təsvir və dəyişikliyi 

Emili  Brontenin “İldırımlı aşırım” romanında, xüsusilə də Hetklif obrazında və “Ceyn 

Eyr” əsərində isə cənab Roçesterin sürətində müşahidə etmək mümkündür [5, 95]. 

İngilis tədqiqatçılar Hetklifin qəlb faciəsinin köklərini Bronvel Brontenin 

tərcümeyi halında axtarırlar. Bronvel uzun müddət xidmət etdiyi varlı evin sahibəsi, 

ailəli xanıma olan məhəbbətinin qurbanı olmuşdur. Dul qaldıqdan sonra öz məşuqun 

aldadıb, o yenə də başqası ilə ailə həyatı qurur, çünki həyat yoldaşı yalnız o, Bronveldən 


Filologiya  məsələləri – №02, 2015 

 

313



imtina edəcəyi halda öz var-dövlətini ona vəsiyyət edir. Qadın pula görə həm ona, həm 

də öz məhəbbətinə  xəyanət edir. Lakin ətrafda olan fermer və kavalerlərin varlanmaq 

naminə səbəb olduqları faciəvi və dəhşətli konfliktlər müəllifin diqqətindən yayınmamış 

və romanın  əsas mövzusuna çevrilmişdir.  İstedadlı, lakin tanınmayan rəssam olan 

Bronvel doğma yurduna mənəvi cəhətdən sarsılmış və ruhdan düşmüş şəkildə qayıdır. 

O, sakit keşiş ailəsinə zorakı gecə davaları  və  məhv olmuş  həyatından geridə qalan 

sərxoş giley-güzarı gətirmişdi. Bronvellə kor, lakin qəddar və tez hiddətlənən atasının 

arasında dəhşətli səhnələr baş verirdi. Özü də bilmədən onun qayıdışı ailəyə 

bədbəxtliklər gətirmiş oldu: özünü alkoqolla məhv edən Bronvel həm də vərəm xəstəsi 

idi, bu səbəbdən kiçik bacıları da bu xəstəliyə mübtəla olur. 

Şarlotta yaramaz hərəkətlərinə görə qardaşından uzaqlaşır. O heç cür qəbul edə 

bilmirdi ki, belə istedadlı ailənin ümidi və qüruru olan bir insan bu qədər alçala bilər. 

Emili isə qardaşına son nəfəsinə kimi qulluq edib, yatağının kənarından çəkilmirdi. O 

artıq anlayırdı ki, həyat insanı necə də  şikəst edə bilər. O bu haqda “İldırımlı  aşırım” 

əsərində yazmışdı. Bronvelin həyatı, xarakteri Emili Bronte tərəfindən məharətlə 

Hetkilf obrazında canlandırılıb. Ümumiyyətlə  “İldırımlı  aşırım” romanında son illər 

ailənin yaşantıları öz əksini tapmışdır. 

1848-ci ildə Bronvelin ölümündən bir neçə ay sonra Emili vəfat edir. Xəstəlik 

dövründə onun mənəvi gücü, mətinliyi bir daha bacılarına bəlli olur. Onlar bu 

xüsusiyyəti onda daha əvvəl müşahidə etmişdilər. Bir vaxt quduz it onu dişlədikdə heç 

kəsə bildirməyib qaynar ütü ilə yarasını yandırmışdı. Hər dəfə azacıq da olsa 

ümidsizliyə qapılanda böyük ləyaqət sahibi olan Emilinin tükənməz  əzm və  mətanəti 

ona qol-qanad verib, mübarizələrlə dolu sabahlara addımlamağa təlqin edib. Bacılarının 

dözüm və iradəsi, mayalı sözləri, mənəvi təskinlik baxışı öz işini görə bilmişdir. Bir 

neçə həftə ölümlə üzləşən qız sakit və şən görünməyə çalışırdı. Bacılar bu haqda təhlükə 

sovuşandan sonra xəbər tutur. Ümumiyyətlə bu hadisə  Şarlotta tərəfindən  əsas 

qəhrəmanı Emilini xatırladan “Şerli” romanında təsvir olunur. Bir dəfə ölümə qalib 

gələn Emili indi o zaman müalicəsi tibbə məlum olmayan vərəm xəstəliyindən ölürdü. 

O öz ölümünü dözüm və mətanətlə qarşılayırdı, həkimlərdən imtina edib, sübh tezdən 

durub son gününə kimi çalışırdı. “O, artıq nə amansız soyuqdan, nə  də  sərt küləkdən 

titrəməyəcək. Emili onları daha hiss etmir...” – deyə Şarlotta rəfiqəsinə 23 dekabr 1848-

ci ildə onun ölümündən sonra yazırdı [4, 82]. Bunları yazarkən  Şarlottanın Yorkşir 

tərəfdən  əsən sərt qış küləklərini yoxsa Bronte bacılarını  əhatə edən dünyanı  nəzərdə 

tutması isə bizə məlum deyil. 

Kiçik bacıları Annanın (1820-1849) ilk romanı “Aqnes Qrey” Emili Brontenin 

“İldırımlı  aşıırım”  əsəri ilə birgə 1847-ci ildə çap olunmuş  və  tənqidçilər onları  hər 

zaman müqayisə etmişlər. Aqnes Qrey adlı bir qız mülkədar evində mürəbbiyə kimi 

təqdim olunur. Burada bir qadın taleyinin realistçəsinə  təsviri verilmişdir. Bu 

qəhrəmanın timsalında yazıçı ağır həyatın məşəqqətləri ilə üzləşir və onlara sinə gərib 

cəsarət nümayiş etdirir. Emili Brontenin xüsusiyyətlərini müəyyən dərəcədə özündə əks 

etdirən Aqnes hər dəfə azacıq da olsa ümidsizliyə qapılanda özünün tükənməz dözüm 

və iradəsi ona stimul verib və mübarizələrlə dolu sabahlara addımlamağı  təlqin edib. 

Əgər onun birinci romanını bacılarının  əsərləri ilə müqayisə etmək mümkün idisə, 

ikinci  əsəri “Vilfel Holun kirayənişi” romanında yalnız Annaya məxsus fərdi 

məziyyətlər  nümayiş olunur. Mürəkkəb təhkiyyə strukturu və  təsiredici xarakterlər 

qalereyası gənc nasirin uğurları hesab olunur. Bunlardan da ən yadda qalanı qəddarlığı 

ilə seçilən Hantinqdondur ki, o da öz növbəsində Bronvel Bronteni xatırladan 

prototipdir. Əsər ikinci dəfə nəşr olunduqda Anna etiraf etmişdi ki, ətrafda əzab verən 

despotizm “eyniylə” həyatdan götürülüb [1, 75]. Gördüyümüz kimi hər üç bacının 


Filologiya  məsələləri – №02, 2016 

 

314



əsərlərində Bronvelə oxşar bir obraz var. Şarlotta Bronte isə əsərlərin müqəddiməsində 

Anna haqqında yazarkən deyir: “Annanın  əsərlərində  kədər motivləri, onun dini 

görüşlərinin nəticəsidir ki, onun qısa həyatına qəmgin kölgə salır” [2, 315]. Əsər yazılan 

zaman qardaşının vəziyyəti pisləşir və bunu dərin iztirab çəkən  ədibin təsvir etdiyi 

surətlərdən də görmək olur. Onun pessimizmi də buradan irəli gəlir. O göstərir ki, 

həyatın bayağılığından bezən qəhrəman xəyalında başqa bir aləm yaradır və  həmin 

xəyali aləmin özünün çox miskin olduğunu göstərir. Annanın bədbin dünya görüşünün 

əsasında bu fikir dayanır. 

Atasından aşılanan inam hissini qəlbində yaşadan və mömin bir xristian olan 

Anna vicdanının ziddinə getməyi təsəvvürünə  də  gətirə bilmir və öz əsərlərində bunu 

məharətlə nümayiş etdirir. 

Gənc yazıçı əxlaqi təsirin gücünə və insanları tərbiyə etməyin mümkün olmasına 

inanır. Həyatda gördüyü çətinlik və ziddiyyətlərə yaxından bələd olan yazıçı  əsərdə 

ağıllı, xeyirxah və düşüncəli insanların düçar olduğu müsibət və faciələri 

ümumiləşdirmək məqsədini güdmüşdür. 

Əsərin mütləq didaktik xarakterli olmasını o hələ  uşaqlıqdan bilirdi və mənəvi 

borc hissi onu özünün son romanında bu xüsusiyyəti təqdim etməyə sövq edir. Bu 

roman həqiqətən tərbiyəvi səciyyəyə malikdir. Romanda yenə qotik romanlara xas 

priyomlardan bol istifadə olunur. Əsərin mərkəzinə qoyulan hadisələr fəlakətli bir 

mahiyyət daşıyır. Tənha, yalqız qalmış  qız həyatın çətinliklərinə  təkcə öz qeyri-adi 

bacarıqları deyil, həm də əsasən öz iradəsi və temperamenti hesabına başa gəlir. Qorxu 

və  həyəcana, vahiməyə  və riqqətə  gətirən təsvirlər yazıçının qotik ənənələrinə 

sadiqliyindən irəli gəlir. Realist ənənələrinə sadiq qalan gənc yazıçı eyni zamanda 

məqsədi və ruhu, bədii ifadə vasitələri ilə tamamilə orijinal və yenidir. Bronte 

bacılarının yaradıcılığı bugün də  təlqin etməsi və ingilis ədəbi  ənənəsinə xas 

mistifikasiya və komik təqdimatı ilə oxucuları cəlb edir. 

Bronte ailəsi fenomeninin dərk edilməsini onların bədii dünyalarının estetik-

üslubi quruluş prinsiplərinin və romanlarının avtobioqrafizm kimi qəbul olunması 

şərtləndirir. 

İlk dəfə 1849-cu ildə “Ceyn Eyr” romanı  İrinarx Vedenski tərəfindən tərcümə 

olunub. “Otecestveniye zapiski” jurnalında çap olunan zaman “Avtobioqrafiya” sözü 

romanın adının yanında verilirdi. Kitab bir neçə dəfə dərc olunan zaman bu söz başlıqla 

paralel işlənmişdir. O.M.Petersonun “Bronte ailəsi” kitabı V.Raytın 1893-cü ildə Nyu-

Yorkda dərc olunan “Bronte İrlandiyada və ya uydurmadan daha qəribə faktlar” adlı çox 

maraqlı kitabına əsaslanaraq ərsəyə gəlmişdir. 

Tənqidi-biblioqrafik elementlərlə  zəngin olan və  həqiqi sənədlərin  əlavə 

olunması ilə “canlanan” epizodlar bu əsərdə quruluşun orqanik sintezdə olduğunu 

diqqətə  çəkir. Bütün tədqiqatçıları maraqlandıran  ən başlıca suallar bu cür idi: “İnsan 

təbiətinə xas olan müsbət və mənfi xassələr, cinayət törədə bilən cilalanmayan ehtiras, 

radikal görüşlər, riyakarlıq və ikiüzlülüyə olan nifrət hissi bu cavan qızlara haradan 

məlum idi?  Onların əzəmətli təfəkkürünə və onun ifşaedici tünd boyalarla tənqidinə nə 

təsir etmişdi?” [6, 79] 

Beləliklə, həm  İngiltərədə, həm də başqa ölkələrdə olan tənqidçi - 

ədəbiyyatşünasları maraqlandıran başlıca sual Bronte ailəsi yaradıcılığının təbiəti, 

mənbələri, milli mədəniyyətə  təsiri və xarici oxucular tərəfindən qəbul olunmasıdır. 

Məhz sadəlövh oxucunu heyrətləndirən deyil, ədəbiyyatın peşəkar bilicisi kimi 

Petersonu maraqlandıran o idi ki, bu üç utancaq təvazökar qız ehtirası təsvir etmək üçün 

bu cür zəngin və əlvan boyaları haradan əxz etmişdilər. 



Filologiya  məsələləri – №02, 2015 

 

315



Əslən İrland olan Patrik Bronte öz xalqına məxsus folklordan və rəvayətlərdən 

bəhrələnərək uşaqlarına vahiməli, dəhşətli hekayələr danışar və onların maraqlarını 

artırmaq üçün öz əcdadlarının da tarixindən epizodlar daxil edərdi.  

Hələ erkən yaşlarından Balaca Brontelərə öz soy-köklərinə xas olan süjet, 

mənzərə  və xarakterlər çatdırılırdı  və bu faktlar onların tərbiyəsinə  həlledici təsir 

göstərirdi. Bu sualların bir neçəsinə biz Vilyam Raytın kitabında cavab tapırıq.  

Patrik Bronte ilə  uşaqlıqdan tanış olan V.Rayt yazıçı  qızların babası - Quq 

Brontenin heyranlıqla onu dinləyənlərə  nəql etdiyi hekayələrin  şahidi olmuşdur. 

“Bronte bacılarının əsərlərini oxuyarkən məndə belə bir hiss yaranırdı ki, sanki sonra nə 

baş verəcəyini mən əvvəlcədən bilirdim” [6, 75]. Onu ən çox maraqlandıran fabula yox, 

təhkiyə  və detalların açıqlanması idi. Son gününə kimi Quq Brontenin repertuarı 

tükənməyib və yeni maraqlı hekayələr ətraf fermalarda yaşayan cavanların gecələr onu 

dinləməyə  gəlib, qeyri-adi və  dəhşətli təhkiyə  səhnələrinin təsiri altında donub susub, 

küçəyə çıxmaqdan çəkinib elə orada gecələməyinə səbəb olurdu. O, təkrarən nəql etdiyi 

hekayəni  əsl sənətçi kimi eyniylə  təkrar edib təfəkküründə  həkk olunmuş kimi 

incəliklərinə  qədər diqqət yetirirdi. Lakin danışdığı hekayələrin heç biri uşaqlıqda və 

cavanlıqda onun başına gələn bədbəxtliklər və  məhrumiyyətlərlə  səciyyələnən hekayə 

kimi maraqla qarşılanmırdı. 

Bu hekayəni o, çox təntənəli üslubda - qədim xalq təhkiyə formasında öz 

savaddan kəm dinləyicilərinə danışırdı. Çox uşaqlı ailədə  həyata göz açan Ququn 

xoşbəxtliyi bir gün heç vaxt eşitmədiyi bibisi və onun həyat yoldaşının onlara qonaq 

gəlməsi ilə sona yetir. Öz uşaqları olmadığı üçün onlar 5 yaşlı Ququ çoxlu vədlərlə 

aldadıb özləri ilə aparırlar.  

Burada Quq təhkiyənin  əvvəlinə qayıdıb öz babasının - Bronte bacılarının ulu 

babalarının həyat hekayəsini danışmağa başlayırdı. Boyn çayının sahilində maldarlıqla 

məşğul olan Ququn babası Liverpuldan gəmi ilə qayıdarkən orada qara əsgilərə 

bürünmüş bir körpə tapır. Gəmiçilər uşağı suya atmaq istədikdə Brontenin arvadının 

uşağa yazığı gəlib onu götürür. Körpənin Vallisdan olduğunu güman edib ona Velş adı 

verirlər. Zəif, xəstə, daim ağlayan Velş sağlam Bronte övladları ilə xasiyyətcə  də 

müqayisə olunmayacaq dərəcədə fərqlənirdi. O, narazı, paxıl və bic olduğu üçün  ailə 

üzvlərinin nifrətini qazanmış, daim kölgə kimi ailə başçısının arxasına düşdüyü üçün isə 

onun sevimlisinə çevrilmişdi. 

Zaman keçdikçə Bronte varlanır və Velş onun ən sadiq köməkçisi olur. Bir gün 

Liverpuldan bir sürü qoyun satıb qayıdan zaman Bronte ölür və Velş  nə pul, nə  də 

sahibinin hesabı barədə  məlumatı olduğunu boynuna almır. Ailə üzvləri Velşi evdən 

qovurlar. Brontenin övladları daim İngiltərədə yaşamış və yaxşı təhsil almışdı, lakin nə 

fermadan, nə  də ticarətdən başları  çıxmırdı  və digər tərəfdən isə kapitallarından da 

məhrum olmuşdular. Mənfur Velşin ailə üzvləri ilə görüşüb və ailənin acınacaqlı 

vəziyyətini bərpa etmək niyyətini nəzərə alıb, onun təklifini qəbul edib evlərində 

görüşürlər. Görüşə  gələn Velşin çox təmtəraqlı bahalı kostyum, ağ ipək köynək 

geyinməsi və yağlanmış saçlarına bəzək verməsi hamının təəccübünə səbəb olmuşdu. 

Ailə toplandıqda Velş çox varlı sahibkar kimi onlara öz dərin ehtiramı olduğunu 

bildirdi və  ən kiçik qızları olan Mariyanın onunla evlənəcəyi təqdirdə, yenədə ailənin 

işlərini icra edib gəlirlərini təmin etməyə razı olduğunu dilə  gətirdi. Bu təklif hamını 

qəzəbləndirdi və hətta onun ünvanına təhqir  də səsləndi. Velş isə “Mən Mariyanı ala-

cam, sizi isə lazımsız zibil kimi bir gün mənim olacaq bu evdən atacam”- dedi [6, 85]. 

O, bir qoca qarı vasitəsilə Mariyanı aldadıb xəlvət bir çöldə onu elə  vəziyyətə 

qoyur ki, Mariya rüsvay olmamaq üçün Velşlə ailə qurmağa razılaşır. Dəllallar vasitəsi 

ilə fermanı ələ keçirən Velş öz son arzusunu da həyata keçirmişdi: ailəni – ana, bacı və 


Filologiya  məsələləri – №02, 2016 

 

316



qardaşları bir-birindən uzaq salmışdı. Velş fermaya, evə sahib olsa da bir gün 

yaşadıqları ev də, haram yolla qazanılan var-dövlət də şiddətli yanğında məhv olur. 

Velş qürurunu öz maraqlarına tabe edə bilirdi və müflisləşəndə, həyat yoldaşının 

vasitəsi ilə  İrlandiyada yaşayan və artıq varlanmış bir qardaşı ilə  məktublaşmağa  

başlayır.  O,  etdiyi  hər bir əmələ görə peşman olduğunu söyləyir və öz günahlarının 

bağışlanmasını istəyirdi. Velşin xarakterinə  bələd olan Brontelər ona qardaşlarının 

oğlanlarından birini övladlığa götürüb, böyüdüb tərbiyələndirməyi və  əcdadlarının 

fermalarına sahib olmasını  təklif edir. Övladlığa verildikdən sonra Velşin qarşısında 

mütləq  şəkildə  uşağa təhsil vermək  şərti qoyulur. Velş isə atanın heç vaxt övladı ilə 

görüşməyəcəyinə və ünvanını heç vaxt bildirməyəcəyinə söz verməsini tələb edir. Hətta 

illər sonra da bibisi uşağa öz yaşadığı evin harada olmasını söyləmir. Beləliklə, Quq 

bibisi və Velşlə yaşamağa məhkum olur, lakin nə  təhsil almaq, nə  də qayğı    içində 

böyümək uşağa nəsib olmur. Velşin Qallager adlı nökəri belə onun köhnə, yöndəmsiz 

paltarına gülüb, onu ələ salır. Daim ac qalan, nimdaş paltar geyinən və  qəddar 

münasibət görən Quq bir gün Velşə onu atası evinə qaytarmaq, ya da insan kimi 

geyindirib məktəbə göndərmək tələbini irəli sürür. Bir il əvvəl Velşin öz oğlu dünyaya 

gəlmişdi, şübhəsiz ki, heç bir vərəsəlik haqqında söz ola bilməzdi. Quq ürəyində olan 

ittihamları söylədikdən sonra ona necə münasibət olacağını bilib həmişəlik evi tərk edir. 

Azad, sərbəst həyat ona həyatında ilk dəfə öz zəhməti ilə kifayət qədər pul 

qazanıb özünü xoşbəxt hiss etmək imkanı verir. Zəhmətsevərliyi, xoş xasiyyəti və 

əlbəttə ki, gözəl hekayəçilik qabiliyyəti ilə o, həm öz sahibinin, həm də müştərilərin 

sevimlisi olur. Bir müddət sonra isə ona çox mühüm və məsuliyyətli nəzarətçi vəzifəsi 

tapşırılır. Daimi müştərilərin biri olan Mak Klori milad bayramında Ququ evlərinə dəvət 

edir və bu, onun taleyində dönüş nöqtəsi olur. Mak Klorinin bacısı Eylis - əsl kelt tipli 

irland gözəli Ququn ürəyini fəth edir. Lakin protestant Quq və katolik Eylisin evlənməsi 

mümkün deyildi. Bir gün Ququn başına toplaşan on iki sərxoş katolik ondan öz 

dinindən imtina edib kral Vilyama lənət oxumağı  tələb edirlər. O isə “Kral Vilyam 

mənə heç bir pislik etməyib, mən onu lənətləyə bilmərəm. Nə  mənim lənətim, nə  də 

xeyir–duam ona çatmayacaq, lakin mən sizin bu qəddar və sərsəm dininizi ixtira edən 

papanı məmnuniyyətlə lənətləyərəm” - deyir [5, 215]. Bu sözlər tezliklə bütün mahala 

Ququn qatı protestant olduğu xəbərini yayır və o, öz iş yerini itirir. Eylisla görüşmək 

imkanından məhrum olan Quq oxumaq və yazmağa başlayır, çünki qız ona məktublar 

yazırdı. Bir müddət sonra isə başqa bir oğlanla ailə qurmağa hazırlaşan Eylis toy 

paltarında ata minib toy mərasimi başlamamış Quqla birlikdə qaçır. Qızın bu hərəkəti 

yüngülxasiyyət və arsız irlandları əvvəl qəzəbləndirsə də, sonra süfrəyə əyləşib yeyib-

içməyə başlayırlar, bəy isə yeni ailənin sağlığına içməyi təklif edir.  

 Yazıçı  qızların baba və  nənələrinin toyu 1776-cı ildə protestant kilsəsində baş 

tutmuşdu. Bu xoşbəxt evlilikdən on bir uşaq dünyaya gəlmişdi ki, onlardan böyüyü 

Patrik Bronte idi.  

 Müasir 


kitabı  əvəz edən “hekayəçilər” savadsız  İrlandiyada çox ehtiramla 

qarşılanırdı. Və bu hekayəçilik qabiliyyəti Quqdan əvvəlcə  oğlu Patrika, sonra isə 

nəvələrinə keçmişdi. Bədii istedadı Patriki toxuculuqla, daha sonra isə müəllimliklə 

məşğul olaraq pul toplayıb iyirmi beş yaşında Kembric universitetinə  gətirir. 

Universiteti bitirdikdən sonra ingilis pastoru (keşişi) kimi fəaliyyətə başlayır.  İrland 

anasına görə çox təqiblərə  məruz qalan Patrik, əcdadlarından miras qalmış maraqlı 

hekayələri və tarixi epizodlar haqqında əfsanələri öz övladlarına ötürmüşdü. 

Bu hekayə və əfsanə formasında olan bədii toxumlar xoş və keyfiyyətli zəmində 

bol və  səciyyəvi bar vermişdir.  Şarlotta Brontenin dayısı ilk dəfə “Ceyn Eyr” əsərini 

oxuduqda “roman əvvəldən axıra kimi Brontelər ailəsidir” demişdir [5, 250]. “İldırımlı 



Filologiya  məsələləri – №02, 2015 

 

317



aşırım” romanında isə biz Quq Brontenin həyatında baş vermiş hadisələrlə və taleyindən 

keçən personajlarla rastlaşırıq.  

Bronte ailəsinin üzvləri maddi cəhətdən kasıb olsalar da, həyatda səadətin 

tükənməz və mötəbər mənbəyi olan və poetik fantaziyaya yol açan məhəbbətlə zəngin 

idilər. Ailə üzvlərinin  əsərləri müəlliflərin daxili arzularının mücəssəməsi olmaqla 

yanaşı onların  şəxsi tərcümeyi hallarının bir növ başqa  şəkildə  təzahürü idi. Onların 

yaradıcılığı ədəbiyyat tarixi faktı kimi canlı və inkişaf edən mədəni fenomendir. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin