Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Əsas ticarət, ictimai iaşə müəssisələri, baza və anbarlar üçün yanğın təhlükəsizliyi tələbləri



Yüklə 406 Kb.
səhifə19/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
tic mues teh qay

7. Əsas ticarət, ictimai iaşə müəssisələri, baza və anbarlar üçün yanğın təhlükəsizliyi tələbləri

7.1. Ərzaq və sənaye malları mağazaları:

7.1.1. Əsas köçürmə yolları kimi istifadə edilən otaqlarda yanar malların, yaxud yanar qablaşdırmada olan malların saxlanılmasına icazə verilmir.

7.1.2. Ticarət zallarında və adamların köçürülmə yollarında yanar materialların, tullantıların, qablaşdırmaların və konteynerlərin müvəqqəti saxlanılmasına yol verilmir. Bu materiallar toplandıqca hər gün yığışdırılıb aparılmalıdır. Ticarət, yaşayış və inzibati binaların pəncərələrinə yaxın və ya bitişik yerdə yanar tara yığmaq qadağan edilir.

7.1.3. Başqa təyinatlı binaların ticarət müəssisələri üçün uyğunlaşdırıldığı zaman onlar qüvvədə olan norma və qaydaların tələblərinə uyğun olmalıdır.

7.1.4. Yanar malların yaxud yanar qablaşdırmada olan yanmaz malların pəncərə oyuğu və ya tüstü yolu olmayan otaqlarda saxlanılmasına icazə verilmir.

7.1.5. Anbar bölmələrini, ticarət və köməkçi otaqları birləşdirən yanğına qarşı qapılar və boşluqlar saz vəziyyətdə saxlanılmalıdırlar.

7.1.6. Yüksək yanğın təhlükəliliyi olan malların (odekolon, ətir, kibrit və s.) başqa mallarla bir yerdə saxlanılmamalıdır. Onların saxlanılması üçün xüsusi otaq ayrılmalıdır.

7.1.7. Mağazalarda qadağan edilir:

7.1.7.1. Köçürmə yollarında və pilləkən qəfəsələrində saat təmiri məntəqələri, oymaçı və digər emalatxanalar yerləşdirmək;

7.1.7.2. Dəhliz-şlyuzların çəpər konstruksiyaları pozulduğu hallarda yük liftlərini istismar etmək;

7.1.7.3. Adamların ticarət zallarında olduğu zaman odla bağlı işlər aparmaq;

7.1.7.4. Ticarət müəssisələrinin başqa təyinatlı binalarda yerləşdirildiyi hallarda yanğın cəhətdən təhlükəli malların (qazla dolu balonlar, boyaq, əridicilər, kimyəvi-məişət malları və s.) ticarətinin aparılması;

7.1.7.5. Ətriyyat malları şöbəsi və bölmələrinin çıxış yollarına və köçürmə yollarına yığmaq;

7.1.7.6. Hava şarlarının doldurulması və digər məqsədlər üçün ticarət yollarında yanar qaz dolu çənlər qoymaq;

7.1.7.7. Piştaxtalarda sellüloid və digər yanğın təhlükəli məmulatların yığılması;

7.1.7.8. Pilləkən qəfəsələrində, dəhlizlərdə və digər köçürmə yollarında ticarət avtomatları yerləşdirmək və mal satmaq;

7.1.7.9. Mağazada 15.000-dən artıq aerozol qablaşdırma saxlamaq;

7.1.8. Çoxmərtəbəli mağazaların yuxarı mərtəbələrində bir qayda olaraq tezalışan və yanğın cəhətdən təhlükəli malların (aerozol qablaşdırmada ətriyyat, plastik kütlələrdən olan məmulat, sintetik materiallar və s.) satıldığı şöbələrin (bölmələrin) yerləşdirilməsinə icazə verilmir.

7.1.9. Çoxlu alıcı kütləsi olan mağazalarda mallar mağazanın işə başlanmasından əvvəl bölmələrə (şöbələrə) yığılmalıdır.

7.1.10. Yüksək tələbat qoyulan malların satışında müəssisənin rəhbəri adamların ticarət zallarına buraxılmasının məhdudlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirməlidir.

7.1.11. Yüksəkmərtəbəli mağazalarda yüksəkrəfli anbarların bitişik olduğu ticarət zallarına mal verilən zaman ticarət zalını anbarla birləşdirən dəhliz-şlyuzların yanğına qarşı qapıları, habelə həmin dəhliz-şlyuzlara hava axınını təmin edən havadəyişmə qurğuları saz vəziyyətdə saxlanılmalıdır.

7.1.12. İş vaxtında malların doldurulub və boşaldılması mağazaların arxa tərəfində həyata keçirilməli və alıcıların ticarət zallarından çıxmalarına maneçilik törətməməlidir.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin