Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Ərzaq və sənaye malları satışı bazarları (Yarmarkalar)



Yüklə 406 Kb.
səhifə16/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
tic mues teh qay

4.9. Ərzaq və sənaye malları satışı bazarları (Yarmarkalar)

4.9.1. Ərzaq və sənaye malları satışı bazarları (yarmarkaları) müvafiq icra Hakimiyyəti orqanlarının qərarına əsasən müəyyən edilmiş qaydada açıq meydançalarda yaxud binalarda təşkil edilir.

4.9.2. Yarmarkaların tikintisi yaxud təşkil edilməsi ilə əlaqədar binaların avadanlıqla təchiz edilməsi və ya sahənin ayrılması üçün Dövlət Yanğın Nəzarəti Orqanı tərəfindən zəruri qaydada rəy verilməlidir.

4.9.3. Binanın yarmarka üçün verilməsi və yaxud yarmarkanın tikinti, layihəsi zəruri qaydada Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır.

4.9.4. Binalarda yarmarkaların yerləşdirilməsi həmin binaların yanğın təhlükəliliyini artırmamalı və bu binalar üçün müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərini pozmamalıdır.

4.9.5. Yarmarkanın əhatə etdiyi sahənin hər 5ha-na iki çıxış yolu olmalıdır.

4.9.6. Avtomobil darvazalarının eni 4.5 metrdən az olmamalıdır.

4.9.7. Yarmarkanın ərazisində alış-veriş yalnız ticarət sırasında birləşdirilmiş pavilyonlarda, köşklərdə və açıq piştaxtalarda həyata keçirilə bilər. Ticarət sırasının uzunluğu 100 metrdən artıq olmamalıdır.

4.9.8. Ticarət sıralarında pavilyonların və köşklərin yerləşdirilməsi qrup şəklində həyata keçirilməlidir. Bir qrupda 20 ədəd köşk və pavilyonların yerləşdirilməsinə icazə verilir. Qrupda onlar arasındakı məsafə normallaşdırılmır. Pavilyon və köşk qrupları arasında eni 5 metrdən az olmayaraq yanğına qarşı məsafə olmalıdır.

4.9.9. Ticarət sıraları arasında məsafə 3 metrdən az olmamalıdır.

4.9.10. Ticarət sıralarında hər sıra üzrə hərəkət istiqaməti göstərilmiş və «ÇIXIŞ» sözü yazılmış ən azı 3 lövhə olmalıdır.

4.9.11. Pavilyonların və köşklərin isidilməsi üçün yalnız yağ radiatorlarından və qızdırıcı lövhələrdən istifadə edilməsinə yol verilir.

4.9.12. Elektrik işıqlandırıcılarının müdafiə örtükləri (qapaqları) olmalıdır.

4.9.13. Pavilyon və köşk qruplarının, yaxud ticarət sıralarının cərəyanının kəsilməsi üçün ümumiyyətlə vahid cərəyan ayrıcı qurğuları nəzərdə tutulmalıdır.

4.9.14. Qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan yarmarkanın ərazisində istifadə edilməsi qadağan edilir.

4.9.15. Yarmarkanın ərazisi gündəlik olaraq zibil və yanar zibil tullantılardan təmizlənməlidir. Tullantıların müvəqqəti olaraq yığıldığı yerlər köşklərdən və pavilyonlardan ən azı 15 metr aralı məsafədə olmalıdır.

4.9.16. Günün gecə vaxtı yarmarkanın ərazisi növbətçi işıqlandırıcılarla işıqlandırılmalıdır.

4.9.17. Yarmarkanın rəhbərliyi radioyayım şəbəkəsinin köməyi ilə yanğın haqqında adamların təcili xəbərdar edilməsi sistemini işləyib hazırlamalıdır.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin