Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə17/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
tic mues teh qay

5. Yanğına qarşı su təchizatı

5.1. Yanğına qarşı su təchizatına aşağıdakılar aiddir:

a) üzərində yanğın hidrantı (su kəməri kranı) və göstəriciləri qoyulan çöl su şəbəkəsi;

b) yanğın su hovuzları və çənlər (rezervuarlar);

v) daxili və çöl su kəməri şəbəkələrində təzyiqin yüksəldilməsi üçün nasos stansiyaları;

q) yanğın texnikası vasitəsi ilə təbii su mənbələrindən su götürmək imkanı verən yanğın pirsləri və yanaşma yolları;

d) şlanq və lülələrlə təchiz edilmiş daxili yanğın kranları;

e) yanğın baş verməsi hallarında su götürmək üçün uyğunlaşdırılmış stasionar qurğular.

5.2. Üzərində yanğın avadanlığı qurulan su kəməri şəbəkəsi yanğın söndürmə məqsədləri üçün lazımi təzyiqi və suyun hesablanmış miqdarda verilməsini təmin etməlidir. Su kəməri şəbəkəsində təzyiqin kifayət qədər olmadığı obyektlərdə yüksəldici nasoslar qurulmalıdır.

5.3. Müəssisənin ərazisində, yaxud yaxınlığında (150-200 m) təbii su mənbələrinin (çay, göl, nohur) mövcud olduğu hallarda yanğın avtomobillərinin dayanması və ilin hər hansı dövründə su götürülməsi məqsədilə onlara tam sərbəst yaxınlaşması üçün yollar çəkilməli və pirslər qurulmalıdır.

5.4. Yanğın çənləri (rezervuarlar) su hovuzlarına, su kəməri şəbəkəsinə və hidrantlarına obyekt rəhbəri tərəfindən onların yanğın və alışma hadisələri zamanı həmişə istifadə üçün hazır vəziyyətdə olmasını və sazlığını təmin edən daimi texniki müşahidənin aparılmasını həyata keçirilməlidir.

5.5. Su hovuzlarının daim saz vəziyyətdə saxlanılması üçün aşağıdakılar zəruridir:

5.5.1. Onların zibillənməsinə yol verməmək;

5.5.2. subölən qurğuların qorunub saxlanılmasına, saz vəziyyətdə olmasına nəzarət etmək;

5.5.3. Su hovuzlarında hesablanmış miqdarda suyun daim mövcud olmasını mütəmadi olaraq yoxlamaq.

5.6. Təmir işlərinin aparıldığı, yaxud su kəməri sahələrinin şəbəkədən açıldığı, nasos stansiyasının sıradan çıxdığı, sprinkler və drençer qurğularının nasazlığı, suyun su hovuzlarından sızdığı hallarda dərhal yanğın təhlükəsizliyi xidməti məlumatlandırılmalıdır:

5.7. Yanğın hidrantının yerləşdiyi yerdə işıqlı və ya flyuoreset göstərici qurulmalı və bu göstəricidə «Yanğın Hidrantı» hərfi indeksi, rəqəmlər vasitəsi ilə göstəricidən hidranta qədər olan məsafə və millimetrlə hidrantın diametri, habelə onun növü (halqavari, yaxud birtərəfli) qeyd olunmalıdır. Su hovuzunun yerləşdiyi yerdə işıq, yaxud flyüoreset göstərici qurulur və bu göstəricidə «Yanğın Su Hovuzu» hərfi indeksi, rəqəmlərlə kubmetr hesabıyla su ehtiyatının miqdarı və eyni vaxtda su hovuzuna yan ala bilən yanğın avtomobillərinin sayı qeyd olunmalıdır.

5.8. Yanğın hidrantlarına və yanğın kranlarına hər altı aydan bir texniki qulluq göstərilməli, zəruri hallarda yanğın təhlükəsizliyi xidmətinin və obyektin inzibati heyətinin iştirakı ilə birlikdə su kəməri xidmət orqanı tərəfindən suyun buraxılması yolu ilə yoxlanılmalıdır.

5.9. Yanğın nasosu stansiyası otağında yanğına qarşı su təchizatının ümumi sxemi, nasosların sarğı sxemi, müəssisələrin sprinkler və drençer qurğularının sxemləri və onların istismarına dair təlimatlar asılmalıdır. Hər siyirtmədə və yanğın nasoslarında onların təyinatı göstərilməlidir.

5.10. Hər nasos stansiyasında, onu birbaşa şəhərin yanğın təhlükəsizliyi xidməti ilə birləşdirən telefon rabitəsi yaxud siqnalizasiyası olmalıdır.

5.11. Bütün yanğın nasosları daim hazır vəziyyətdə saxlanılmalı, hər 10 gündə bir dəfədən az olmayaraq, suyu buraxmaq yolu ilə lazımi təzyiqin yaradılması yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeydə alınmalıdır.

5.12. Yanğına qarşı daxili su kəmərlərinin bütün otaqlarda olan yanğın kranları şlanq və lülələrlə təchiz edilməli, şkaflara yerləşdirməli və bu şkaflar möhürlənməlidir. Yanğın şlanqları quru, yaxşı bükülmüş kranlara və lülələrə birləşdirilmiş halda olmalıdır.

Yanğın kranı yerləşdirilmiş şkafın qapısında kranın sıra sayı göstərilməklə «YK» hərfi indeksi yazılmalıdır.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin