TiBBİ siğorta haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 132,27 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix26.12.2016
ölçüsü132,27 Kb.
#3652
1   2   3   4   5   6
IV FƏSİL 


Tibbi sığorta sistemində tibb müəssisələrinin fəaliyyəti 

Maddə 14. Tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin hüquq və vəzifələri 

Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən 

tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi 

xidmətlər göstərmək hüququ vardır. Tibbi sığorta proqramlarım yerinə yetirən tibb müəssisələrinin tibbi 

sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır. Qanunvericilikdə müəyyən 

olunmuş qaydada tibbi sığorta proqramını yerinə yetirən tibb müəssisələrinin və ya fərdi tibbi fəaliyyətlə 

məşğul olan şəxslərin tibbi sığorta təşkilatını seçmək hüququ vardır. Tibbi sığorta sistemində mülkiyyət 

formasından asılı olma-yaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti 

itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər. İcbari tibbi sığorta sistemində mülkiyyət 

formasından asılı olmayaraq tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi 

sığorta proqramlarını yerinə yetirərkən: 

 sığorta olunana tibbi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə, həcmdə və keyfiyyətdə 

tibbi yardım göstərməli; 

 sığorta olunanın xəstəliyi ilə əlaqədar baş verə biləcək, eyni zamanda sığorta olunanın təqsirindən 

üzə çıxmış hər hansı fəsadlar barədə tibbi sığorta təşkilatına məlumat verməli;

 sığorta olunanın sağlamlığının vəziyyətinə və ya şəxsi həyatına dair məlumatlar barədə xidməti 

sirri qorumalıdırlar. İcbari tibbi sığorta sistemində tibb müəssisələri və ya qanunvericilikdə 

müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyət göstərən şəxslər tibbi sığorta müqaviləsində 

nəzərdə tutulan tibbi xidmətlərə görə sığorta olunandan əlavə haqq tələb edə bilməzlər. 

Maddə 15. Tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər

İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi sığorta müqaviləsində nəzərdə tutulan 

tibbi xidmətin müasir səviyyəsini təmin etməlidir. Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər 

sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxs) 

arasında razılaşmaya əsasən müəyyən edilir. 




Yüklə 132,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin