TiBBİ siğorta haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 132,27 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix26.12.2016
ölçüsü132,27 Kb.
#3652
1   2   3   4   5   6
tibbi sığortası 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tibbi sığorta sistemində 

Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. Azərbaycan 

Respublikasında əcnəbilər tibbi sığorta sahəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının 

vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər. 

Maddə 9. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi

İcbari tibbi sığorta sistemi dövlət büdcəsindən, sığorta edənin (mülkiyyət formasından asılı olmayaraq 

hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin) ödəmələri, icbari tibbi sığorta 

haqlarının ödəmə qaydasının pozulması hallarında tətbiq olunan cərimə və dəbbə pulu, qanunvericilikdə 

qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. icbari tibbi sığorta sisteminin 

maliyyələşdirilməsi, icbari tibbi sığorta haqlarının saxlanması və maliyyə vəsaitinin məqsədli istifadəsinə 

nəzarət müvafıq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 10. Tibbi sığorta sistemində sığorta haqları




İcbari tibbi sığorta sistemində sığorta edənlər işləyən vətən-daşlar üçün məbləği və ödənilmə qaydası 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbarı 

tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən 

edilir. İşləməyən təqaüdçü, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti 

olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi 

xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir. Könüllü tibbi sığortada sığorta-haqlarının 

məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir. 

Maddə 11. İcbari tibbi sığorta proqramı

İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini müəyyən 

edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən 

olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.




Yüklə 132,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin