TiBBİ siğorta haqqinda azərbaycan respublikasinin qanunu


II FƏSİL  Tibbi sığortanın sistemi  Maddə 3. Tibbi sığortanın subyektləri



Yüklə 132,27 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix26.12.2016
ölçüsü132,27 Kb.
#3652
1   2   3   4   5   6
II FƏSİL 

Tibbi sığortanın sistemi 

Maddə 3. Tibbi sığortanın subyektləri

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri 

və qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərdir. İcbari tibbi 

sığorta sistemində sığorta edənlər:

 işləməyən vətəndaşlar üçün - müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar 

çərçivəsində yerli özünü-idarə orqanları;

 işləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və 

qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. 

Könüllü tibbi sığortada sığorta edənlər - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi 

şəxslərdir. Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-

tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər 

hüquqi şəxslər daxildirlər. Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanun-vericilikdə 

müəyyən olunmuş qaydada həll edilir. 

Maddə 4. Tibbi sığorta müqaviləsi

Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta 

müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında 

bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın 

maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı 

sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Tibbi 

sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil 

edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Maddə 5. Tibbi sığorta şəhadətnaməsi

Tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan 

Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə 



bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi 

yardım almağa təminat verən sənəddir. İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti olan 

vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar. Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə 

olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur. Tibbi sığorta şəhadətnaməsinin forması və 

onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

Maddə 6. Sığorta edənin hüquq və vəzifələri

Sığorta edənin hüquqları aşağıdakılardır:

 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və 

ya onu ləğv etmək;

 tibbi sığorta təşkilatmı sərbəst seçmək; 

 tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək. 

 Sığorta edənin vəzifələri aşağıdakılardır: 

 İcbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək; 

 sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına 

məlumat vermək; 

 sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti 

orqanına məlumat vermək. 

Tibbi sığorta müqaviləsində sığorta edən üçün digər vəzifələr də nəzərdə tutula bilər. 

Maddə 7. Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır: 

 tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan 

istifadə etmək;

 tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi 

sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək

 profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi 

sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;

 icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;

 tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, 

eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq

 sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən 

asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, 

qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;

 könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta 

haqqının bir hissəsini geri almaq. 

Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanı, tibbi sığorta təşkilatları, 

həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir. Azərbaycan Respublikasından 

kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir. 

Maddə 8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin 


Yüklə 132,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin