Tibb bacısı Pediatriya Üzrə Test Tapşiriqlar 1 Skarlatina zamanı İlk əsas klinik əlamət hansıdır?


) Qreqq triadası hansı xəstəliyə xarakterikdir?



Yüklə 195,53 Kb.
səhifə12/137
tarix29.06.2022
ölçüsü195,53 Kb.
#62508
1   ...   8   9   10   11   12   13   14   15   ...   137
Tibb bacısı2021

96) Qreqq triadası hansı xəstəliyə xarakterikdir?
A) Anadangəlmə sifilis
B) Anadangəlmə məxmərək +
C) Anadangəlmə herpes
D) Anadangəlmə sitomeqaliya
E) Anadangəlmə toksolazmoz
97) Mədə-bağırsaq qanaxmalarında hansı əlamət müşahidə olunmur?
A) Qanlı qusma
B) Hipertermiya +
C) Melena
D) Kollaps
E) Dəri səthinin avazıması


98) Xəstəxanaya 10 yaşlı uşaq gətirilib. Huşu itib, nəbzin dəqiqəlik sayı 140, tənəffüsün dəqiqəlik sayı 35- dir. 3 gündür xəstədir. Xəstəlik qusma ilə başlayıb. Sidiyin müayinəsində şəkər və aseton tapilib. Klinik diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Bayılma
B) Uremik koma
C) Hiperqlikemik koma +
D) Hipoqlikemik koma
E) Kollaps


99) Aşağıdakılardan hansı revmatik xoreyanın əlamətlərinə aid deyil?
A) Psixi pozğunluq
B) Əzələ zəifliyi
C) Poliartrit
D) Hiperkinezlər-qeyri ixiyari hərəkətlər
E) Qıcolma +


100) Hemofiliyalı uşaq hansı mütəxəssis tərəfindən daim nəzarətdə olmalıdır?
A) Hematoloq +
B) Nevroloq
C) Qastroenteroloq
D) Cərrah
E) Dermatoloq


101) Aşağıdakılardan hansı dizenteriya xəstəliyinin əlaməti deyil?
A) Yüksək temperatur
B) Poliartrit +
C) Ürəkbulanma, qusma
D) Yaşılımtıl və tərkibində qan olan nəcis ifrazı
E) Tenezm (yalançı defekasiya hissi)


102) Uşaq 3 aylıqdır. Hər gün uşaqda qusma əlamətləri olur. Uşaq ana südü ilə qidalanır. Çəkisi 3650 qrdır (doğulanda çəkisi 3600 qr ) Belə bir vəziyyətin yaranmasının səbəbi nədir?
A) Sadə dispepsiya
B) Toksiki diareya
C) Pilorostenoz +
D) Qastroenterit
E) Pilorospazm


103) Uşağın 7 yaşı var. Yağlı yeməkdən sonra ürəkbulanmadan, sağ qabırğaaltı nahiyədə ağrıdan şikayət edir. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Qastrit
B) Kolit
C) Xolesistit +
D) Ezofagit
E) Enterit
104) Qəbula 10 aylıq uşaq gətirilib. Ananın dediyinə görə iştahası, yuxusu pisdir, uşaqda dəri və selikli qişalar solğundur, əzələ tonusu zəifdir. Auskultasiyada ürəkdə sistolik küy eşidilir. Dəri və selikli qişalar qurudur, ağız bucaqlarında çatlar var.
A) Eksudativ kataral diatez
B) Hemofiliya
C) Dəmir defisitli anemiya +
D) Ensefalopatiya
E) Ürək qüsuru
105) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahasızlıq və qarında ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su axır. Bu zaman uşaqda nədən şübhələnmək olar?
A) Qida toksikoinfeksiyası
B) Sadə dispepsiya
C) Helmintozlar +
D) Xolesistit
E) Appendisit
106) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları şişkindir. Sidik ifrazı azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Kəskin ürək çatmamazlığı
B) Pankreatit
C) Xolesistit
D) Qlomerulonefrit +
E) Uremik koma


107) Uşağın 8 yaşı var. Ananın dediyinə görə uşağın iştahası zəifdir, tez yorulur, nəcisi rəngsizləşib, sidiyi tündləşib. Müayinədə dəridə sarılıq görünür, qaraciyər 3 sm böyüyüb. Hansı xəstəlikdən şüphələnmək olar?
A) Pankreatit
B) Xolesistit
C) Dəmir defisitli anemiya
D) Qastrit
E) Hepatit +

Yüklə 195,53 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin