Tərbiyənin metdolarının xüsusiyyətləri və təsnifatı. Plan Tərbiyə metodlarının təsnifatı a Şüuru formalaşdıran metodlar


 Şüuru formalaşdıran metodlar- buna inandırma metodları deyilir



Yüklə 278,06 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix17.06.2023
ölçüsü278,06 Kb.
#132032
1   2   3   4
12 muhazire

1. Şüuru formalaşdıran metodlar- buna inandırma metodları deyilir. 
2. Fəaliyyətin təşkili və davranış təcrüəbəsini formalaşdıran metodlar- buna 
alışdırma metodları deyilir. 
3. Fəaliyyət davranışı stimullaşdıran metodlar- buna rəğbətləndirmə və 
cəzalandırma metodları deyilir. 
Şüuru formalaşdırma metodları düzgün tərbiyə tələblərinin nədən ibarət olmasını izah 
etmək və onlrın icrasının zəruriliyinə tərbiyə olunanlari inandırma, bu haqda onda əqidə 
yaratmaq üçün edilən yol və vasitələrə deyilir.san möhkəm əqidəyə müxtəlif şəraitdə 
yiyələnir. Bu iş bu müxtəlif vasitələrlə həyata keçirilir. 
 
İzah etmə öyrənilən obyektin ayrıca anlayış və hadisələrin qanunauyğunluqlarınin 
sözlə şərh edilməsidir. Bu metoddan istifadə problemə dair misallar gətirməyi və məntiqliyi 
tələb edir. 


 
Tərbiyəvi söhbətlər metodunun mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi tərbiyə ilə 
bağlı hər hansı bir məsələni canlı formasında şərh edir, uşağa həmin məsələyə aid konkret 
suallar verir, onun fikirlərini aşkara çıxarır, lazım gəldikdə müvafiq dəqiqlşdirmələr aparılır. 
 
Aydınlaşdırma emosionla formada təsir metodu olub, qrupa və ya ayrıca şəxsə 
yönəldilir. Bu metodun tətbiqi sinfin və kollektivin üzvlərinin şəxsiyyət keyfiyyətlərini 
bilməyə əsaslanır. 
 
Təlqin hiss edilmədən insanın daxili aləminə, psixakasına qüvətli təsiretmək, inam 
yaratmaqdır. Təlqin qüvvətli inandırma metodudur. Tərbiyə digər tərbiyə metodlarının 
təsirini gücləndirmək üçün istiofadə olunur. 
 
Bədii əsərlərin müzakirəsi Uşaqların mənəviyyatına- zehnini və hissi aləminə təsir 
göstərməkdə, davranış normalarını onlara başa salmaqda, inam və əqiə yaratmaq işində 
qüdrətli tərbiyə üsullarından biriddə bədii əsərlərin müzakirəsidir. 
 
Mühazirə bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa düzgün anlayış 
formalaşdırmaq üçün planlılığı, ardıcıllığı, elmliliyi ilə səciyyələnən mütəşəkkil şərhdir. 
 

Yüklə 278,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin