TəLƏBƏLƏRDƏ MİLLİ-MƏNƏVİ MƏDƏNİYYƏTİn formalaşdirilmasi onlarda sosiallaşmanin əsasi kiMİ



Yüklə 66,03 Kb.
səhifə9/9
tarix02.01.2022
ölçüsü66,03 Kb.
#44591
növüReferat
1   2   3   4   5   6   7   8   9
TAHİRE QULYEVA. AVTOREFERAT

Cədvəl 2.3.1.

Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmasının təşəkkülü səviyyəsini əks etdirən göstəricilər:

Sıra №

Bizi maraqlandıran məsələlər

Səviyyələr







Yüksək (nəfərlə)

Orta (nəfərlə)

Aşağı (nəfərlə)







Eks.

Kontr.

Eks.

Kontr.

Eks.

Kontr.

1.

Milli mədəniyyət nədir?


42

33

39

40

6

13

2.

“Mənəvi mədəniyyət” anlayışının mahiyyəti nədən ibarətdir?

45

34

34

41

8

11

3.

Vətən qarşısındakı müqəddəs borcumuz hansılardır?

51

37

31

39

5

10

4.

Sosiallaşma dedikdə nə başa düşülməlidir?


39

31

37

40

11

15

5.

Hansı milli adət və ənənələrimizi tanıyırsınız?

46

32

35

45

6

9

6.

Milli mənlik şüuru nə deməkdir?

43

30

32

39

12

17

7.

Milli iftixar hissi nə deməkdir?


45

38

34

38

8

10

8.

Kimlər həqiqi vətənpərvər adlana bilər?

49

39

33

40

5

7

9.

Milli şərəf hissini necə başa düşmək lazımdır?

41

32

39

45

7

9

10

Milli ləyaqət hissi özündə hansı cəhətləri birləşdirir

40

36

38

39

9

11

11.

Biz kimə ləyaqətli adam deyirik?

43

38

39

39

5

9

12.

Ailənin şərəfini qorumaq özünü nədə ifadə edir?

48

33

33

45

6

8

13.

Vicdanlı olmaq nə deməkdir?

46

35

37

41

4

10

14.

Vicdansızlıq özünü nədə ifadə edir?

45

33

35

42

7

11

15.

İctimai borc anlayışının mahiyyəti nədən ibarətdir?

44

36

34

40

9

10

16.

Nə üçün belə deyilir: xoşbəxtlik Azərbaycan vətəndaşının mənəvi simasıdır?

49

39

33

39

5

8

17.

İnam hissi insana nə üçün lazımdır?

46

33

32

42

9

11

18.

İntizamlı olmaq nə üçün lazımdır?

47

33

34

44

6

9

Qeyd: Sorğuda eksperimental qruplardan 87, kontrol qruplardan 86 tələbə iştirak etmişdi.

Göründüyü kimi, eksperimental qruplardan olan tələbələrlə məqsədyönlü, sistemli və fasiləsiz tərbiyələndirici, təhsilləndirici və inkişafetdirici işin köməyi ilə alınan nəticələr kontrol qrup tələbələrinə nisbətən xeyli artmışdır. Nəticələrlə cədvəldən tanış olmaq mümkündür.

Eksperimentin yoxlayıcı mərhələsində milli-mənəvi mədəniyyətin formalaşdırılması üzrə təlim prosesində mühazirə və seminar məşğələlərində, auditoriyadankənar vaxtlarda aparılan işlər davam etdirildi. Daha səmərəli metodlar, təlim və tərbiyə texnologiyaları tətbiq olunurdu. Təbii ki, yaxşı nəticələr alınır, tələbələrin sosiallaşmasına nail olunurdu. Aşağıdakı cədvəlin göstəriciləri dediklərimizə əyani nümunədir.

Cədvəl 2.3.2.

Eksperimental və kontrol qrup tələbələrində milli-mənəvi mədəniyyətin formalaşdırılması və həmin əsasda sosiallaşmanın təşəkkül səviyyəsini göstərən göstəricilər

Sıra №

Bizi maraqlandıran məsələlər

Səviyyələr







Yüksək (nəfərlə)

Orta (nəfərlə)

Aşağı (nəfərlə)







Eks.

Kontr.

Eks.

Kontr.

Eks.

Kontr.

1.

Nə üçün belə deyilir: şərəf və ləyaqət Azərbaycan vətəndaşının mühüm mənəvi simasıdır?

54

37

32

42

3

11

2.

Ədalətli olmaq nə deməkdir?


55

44

32

37

2

9

3.

Xeyirxahlıq nə üçün lazımdır?


59

47

30

35

-

8

4.

Mənalı həyat nə üçün böyük sərvər sayılır?

61

43

26

36

2

11

5.

Nə üçün belə deyilir: varını itirən az şey itirər, namusunu itirən çox şey?


64

52

24

41

1

7

6.

Namus özünü nədə ifadə edir?


62

50

22

28

5

12

7.

Namussuzluq özünü nədə göstərir?

65

49

21

33

3

8

8.

Qadınların və qızların hansı hərəkətləri onların adına ləkə gətirə bilər?


61

51

26

32

2

7

9.

Biz kimə həyalı adam deyirik?

66

52

19

32

4

6

10.

Kimləri həyasız adam adlandırırlar?

63

49

26

34

-

7

11.

Məsuliyyət nədir, həyatda məsuliyyətli olmaq nə üçün lazımdır?

68

53

18

31

3

6

12.

Kimə məsuliyyətsiz adam deyirlər?

65

53

25

31

1

4

13.

Qətran Təbrizinin belə fikri var: “Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. Bu fikri necə dəyərləndirərsiniz?

71

57

16

26

2

7

14.

Sizcə, kimi xoşbəxt adlandırmaq olar?

69

51

20

30

-

9

15.

Həyatda hansı adamı bədbəxt adlandırılar?

72

63

15

21

2

6

16.

Milli-mədəniyyət dedikdə nə başa düşülməlidir?

69

59

17

23

3

8

17.

Əxlaqi sərvətlərə nələr daxildir?

62

51

25

27

2

11

18

İntizamlı olmaq nə üçün lazımdır?

67

56

22

29

-

5

Qeyd: Sorğuda eksperimental qruplardan 89, kontrol qruplardan 90 tələbə iştirak etmişdi.

Cədvəldən göründüyü kimi, pedaqoji eksperimentin sonuncu - yoxlayıcı mərhələsində kontrol qruplardan olan tələbələrlə müqayisədə eksperimental qruplardan olan tələbələrin fəallığı hiss olunacaq dərəcədə artmışdır. Göstəricilər bu barədə aydın təsəvvür yaradır.

Cədvəldən göründüyü kimi, eksperimental qrupların göstəriciləri kontrol qrupların göstəricilərindən xeyli yüksəkdir.

Beləliklə, irəli sürülən fərziyyə özünü doğrultmuş, eksperimental qrupların tələbələrində milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın təşəkkülünə nail olunmuşdur.

Tədqiqat aşağıdakı nəticələrə gəlməyimizə əsas vermişdir:

Yeni pedaqoji təfəkkür böyüyən nəsildə, gənclərdə, o cümlədən tələbələrdə milli-mənəvi mədəniyyətinin formalaşdırılmasını mühüm tələb kimi irəli sürür. Bu sahədə təhsil müəssisələrinin, o cümlədən institut və universitetlərin üzərinə mühüm vəzifələr düşür.

Milli-mənəvi mədəniyyət ali məktəb məzununun sosiallaşması amili kimi çıxış edir: inam, rəğbət, məhəbbət, etibar, sədaqət, xoşbəxtlik arzusu, yaxşılıq və xeyirxahlıq, səbir, hövsələ, təmkin və dözüm və s.

Mühazirə və seminar məşğələləri tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşma dinamikasını artırır. Təhsilin humanistləşdirilməsi və humanitarlaşdırılması şəraitində tərbiyə və təhsilin milli-mənəvi aspektlərinə olan marağın dərinliyi təzahür edir, müstəqil istiqamətlənmə metodu səmərəli şəkildə həyata keçirilir.

Ali məktəb tələbələrinin milli-mənəvi mədəniyyətlərinin əsas formalaşma meyarları bunlardır: definisial (milli-mənəvi kateqoriyaları bilmək; onları şəxsi prinsiplər kimi qəbul etmək); özünü aparma - iradi (şəxsiyyətin milli-mənəvi mədəniyyətinin bütün fəaliyyət növlərində özünü təsdiqə can atma, sosiallaşmaya tələbat.

Milli-mənəvi kamilləşmə, milli mədəniyyətə yiyələnmə mənəviyyatsızlıqlara qarşı dözümsüzlük yaradır.

Aparılmış məqsədyönlü, sistemli, fasiləsiz tərbiyələndirici, təhsilləndirici, inkişafetdirici xarakterli işlər tələbələrdə həyatda mənəvi və ruhi prinsipləri rəhbər tutmaq arzusu oyadır, məntiqi düşüncənin formalaşması, ruhi-mənəvi çərçivə daxilində fəaliyyətin məqsədyonlülüyü təmin olunur.

Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşması və bu əsasda onlarda sosiallaşmanın təşəkkülü idarə olunan prosesdir, ali məktəbin tədris-tərbiyəvi prosesinin təsiri ilə daha səmərəli nəticələr əldə olunur, eyni zamanda sosial mühitin təsiri altında inkişaf edir.

Milli-mənəvi mədəniyyətin formalaşdırılması ilə ilk növbədə ailə, valideynlər məşğul olmalıdırlar. Daha sonra uşaq bağçalarında, ümumtəhsil məktəblərində, kolleclərdə bu istiqamətdə işlər aparılmalıdır. Nəhayət, bu işlər ali təhsil müəssisələrində davam etdirilməlidir. Bu sahədə mühazirə və seminar məşğələlərinin tərbiyəvi imkanlarından istifadə olunmalıdır.

Təlim prosesi ilə yanaşı auditoriyadankənar tədbirlərdə tələbələrdə milli-mədəniyyətin formalaşdırılması və inkişaf etdirilməsi üzrə işlər aparılmalıdır. Bu sahədə artıq qabaqcıl təcrübə vardır. Görüşlərin, söhbətlərin, disput, müzakirə, müsabiqə, dəyirmi masa, tələbə konfransları, yarışlar, ekskursiya və yürüşlər və s. imkanlarından faydalanmaq səmərəli nəticələr verir.

“Sosiallaşmış” termini şəxsiyyətdə sosial yetkinliyin, sosial keyfiyyətlərin inkişafının səviyyəsini göstərir. Pedaqoji, fəlsəfi, sosioloji, psixoloji tədqiqatlarda “Sosiallaşma”ya bir sıra təriflər verilir. Eyni zamanda uşaqlardan ötrü nəyin sosiallaşma olmadığına da münasibət bildirilir.

Sosiallaşma prosesində başlıca istinad nöqtəsi öz “mən”inin dərk edilməsi v başa düşülməsidir. Bu, şəxsiyyətin öz müstəqilliyinə nail olması ”Mən” obrazının formalaşması prosesində iki fərqli məqamdır. Öz “Mən”ini başa düşmə - şəxsiyyətin sərvət özəyinin inkişafı prosesi kimi nəzərdən keçirilə bilər.

Tədqiqatla bağlı aşağıdakı təklifləri irəli sürmək mümkündür:

1. Tələbələrdə əxlaqi idealların tərbiyə olunması, onların milli-mənəvi dəyərlərə yiyələnmələri, milli adət və ənənələri qorumaları və yaşatmaları, Vətən sevgisi, yaratmaq-qurmaq eşqi, nümunəvi davranış və rəftar tərzi, kamilləşmək ehtiyacı vacib şərtdir. Ali təhsil müəssisələrininin pedaqoji kollektivlərinin bu məsələni nəzərə almaları məqsədəuyğundur.

2. Milli-mənəvi inkişaf o zaman tam məzmunlu və aktual olur ki, həyatla, real sosial problemlərlə çulğalaşsın. Həmin problemləri də öz növbəsində əxlaqi seçim əsasında həll etmək vacib olsun. Buna xüsusi proqram və metodik tədrisin köməyi ilə nail olmaq mümkündür.

Tədqiqatın məzmunu, əsas elmi ideyaları və alınan nəticələrlə bağlı dissertasiya müəllifinin aşağıdakı əsərləri nəşr olunmuşdur:




Yüklə 66,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin