Tədqiqatın nəzəri əhəmiyyəti. Tələbələrdə milli-mənəvi mədəniyyətin formalaşdırılması və bu əsasda onlarda sosiallaşmanın təşəkkülü üzrə görülən işlərin mahiyyəti, məqsəd və vəzifələri, məzmunu, xüsusiyyətləri, diaqnostik göstəriciləri, tələbələrin milli-mənəvi tərbiyəliliyin yüksəldilməsi və sosiallaşmasının istiqamətləri müəyyənləşdirilmişdir. Dissertasiyada irəli sürülən elmi ideyalar pedaqogika nəzəriyyəsini yeni ideyalarla zənginləşdirəcək, tələbələrin milli-mənəvi tərbiyəliliyi, onların sosiallaşması üçün səciyyəvi ola biləcək mühüm keyfiyyətlərin inkişaf etdirilməsini elmi əsaslar üzərində qurmağa kömək edəcəkdir.