Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   2   3   4   5   6   7   8   9   ...   23
A.KAMRAnoğlU

Aprelin  17-də  Azərbaycan  Tibb  Universitetinin 

Tədris-Terapevtik Klinikasında «Pediatriyanın aktual 

problemləri»nə  həsr  olunmuş  elmi-praktik  konfrans 

və  seminar  işinə  başlayıb.  Tədbir  Azərbaycan 

Respublikası  Səhiyyə  nazirliyi,  Azərbaycan  Tibb 

Universiteti  (ATU)  və  Azərbaycan  Pediatriya 

Assosiasiyasının  təşkilatçılığı  ilə  baş  tutan 

konfransda  respublikamızın  tanınmış  pediatrları, 

universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri  Azərbaycan  Tibb  Universitetinin  rektoru,  Milli 

Məclisin  deputatı,  akademik  Əhliman  Əmiraslanov  aça-

raq  ölkəmizdə  son  illərdə  səhiyyə  sahəsində  qazanılmış 

nailiyyətlərdən  danışıb,  ana  və  uşaqlara  göstərilən  tibbi 

xidmətin  keyfiyyətinin  yaxşılaşdırılmasının  dövlətin  sosial 

yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri ol-

duğunu vurğulayıb.

Əhalinin,  xüsusilə  uşaqların  sağlamlığının  qorunmasına 

daim  diqqət  göstərildiyini  deyən  rektor  ölkə  rəhbərliyinin 

bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlərin 

həyata keçirildiyini diqqətə çatdırıb. O, “Azərbaycan 2020: 

Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana 

və  uşaqların  sağlamlığının  yaxşılaşdırılmasına  dair  2013-

2020-ci  illər  üçün  Dövlət  Proqramı”,  “Azərbaycanda  qey-

ri-infeksion  xəstəliklərə  qarşı  mübarizəyə  dair  Strategiya” 

layihələri hazırlandığını, “Uşaqların icbari dispanserizasiya-

sı haqqında” Qanunun qəbul olunduğunu qeyd edib. Bildirib 

ki, son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən 

müəssisələrin maddi texniki bazası möhkəmləndirilmiş, on-

ların  dərman  preparatları  və  tibbi  texnika  ilə  təminatı  yax-

şılaşdırılmışdır.  Bakı  şəhərində  yerləşən  bütün  uşaq  po-

liklinikaları  əsaslı  təmir  edilərək  müasir  tibb  avadanlığı  ilə 

təmin  olunmuşdur.  Regionlarda  fəaliyyət  göstərən  uşaq 

tibb  müəssisləri  yeni  tikilmiş  və  təmir  olunmuş  binalara 

köçürülür. Respublikamızda həyata keçirilən bu tədbirlərin 

nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən 

göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Rektor onu da diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsinin 

dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri 

tibbi təhsil və kadr islahatlarıdır. Universitetdə ənənəvi olaraq 

keçirilən beynəlxalq konfranslar məhz bu məqsədə xidmət 

edir. Konfransda ABŞ-ın aparıcı tibb mütəxəssislərinin işti-

rak etməsi bu konfransın əhəmiyyətini daha da artırır.

Akademik Adilə Namazova isə çıxışında bölgələrdə çalı-

şan pediatrların bilik və bacarıqlarının artırılmasında konf-

ransın əhəmiyyətini vurğulayıb.

Sonra  amerikalı  mütəxəssislər  Susan  Vear  və  Cim  Var-

pinskinin, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, 

professor Surxay Musayevin uşaqlarda talassemiya, astma 

və allergiya xəstəlikləri ilə bağlı məruzələri dinlənilib.

Aprelin  19-dək  davam  edən  konfransda  Azərbaycanlı 

mütəxəssislər-  ATU-nun  professorları  Hüseyn  Qabulov, 

Amalya  Əyyubova,  Zemfira  Mirzəyeva  və  başqaları  da 

ölkəmizdə uşaq xəstəliklərinə dair məruzələrlə çıxış ediblər.


Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin