Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   2   3   4   5   6   7   8   9   ...   23
Partiyasının sıralarında birləşən 600 

mindən artıq üzvün 40 faizdən çox 

hissəsini gənclər təşkil edir.

Ölkəmizin  hər  yerində  olduğu  kimi 

Yeni  Azərbaycan  Partiyası  Nəsimi  Rayon 

Təşkilatının  Gənclər  Birliyinin  ilk  ərazi 

partiya təşkilatları gəncləri ilə müzakirələri 

keçirilir.  Məqsəd  ötən  ildə  görülmüş  işlər 

və  cari  ilin  fəaliyyət  planını  gənclərlə 

müzakirə etmək, gənclərin potensialından 

ölkəmizin ictimai-siyasi həyatında səmərəli 

istifadə olunmasına şərait yaratmaqdır.

Bu  məqsədlə  10  mindən  çox  fəal  gənci 

özündə  birləşdirən  YAP  Nəsimi  Rayon 

Təşkilatının  Gənclər  Birliyi  artıq  rayon 

ərazisində  yerləşən  ilk  partiya  təşkilatları 

ilə görüşlərə start verib.

YAP Nəsimi Rayon Təşkilatının Gənclər 

Birliyinin 2014-cü il üzrə fəaliyyət planının 

müzakirəsi məqsədilə ilk görüş aprelin 18-

də ATU-nun 4 saylı tədris korpusunda YAP 

Nəsimi Rayon Təşkilatının ATU ərazi par-

tiya təşkilatının gənclər birliyi ilə keçirilib.

Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının 

Gənclər Birliyinin sədri Sərraf Hüseynov, 

sədr  müavini  Rauf  Həsənov  və  təşkilatın 

fəal gəncləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi 

rayon  təşkilatının  ATU  ərazi  partiya 

təşkilatının  sədri,  ATU-nun  tədris  işləri 

üzrə  prorektoru,  professor  Sabir  Əliyev 

əvvəlcə  tarixə  ekskurs  edərək    1990-cı 

illərdə ölkəmizdəki mövcud vəziyyəti xatır-

ladıb. Qeyd edib ki,  ümummilli liderimiz 

Heydər  Əliyev  1993-cü  ildə    hakimiyyətə 

gəldikdən sonra ölkədə gedən hərc-mərcliyə 

son qoyuldu. Ulu öndərin qarşıya qoyduğu 

əsas  şərtlərdən  biri  də  gənclər  siyasəti  ilə 

bağlı  oldu.  Bu  siyasətin  möhtərəm  prezi-

dentimiz  İlham  Əliyev  tərəfindən  uğurla 

davam  etdirildiyini  vurğulayan  prorektor 

gənclərin  partiyadakı  rolundan  danışıb. 

O,  Azərbaycan  Tibb  Universitetində  YAP 

üzvlərinin  sayının  ildən-ilə  artması-

nı  partiyanın  cəmiyyətdəki  nüfuzu  ilə 

əlaqələndirib.  Universitetdə  gənclərlə  işin 

düzgün  qurulduğunu  bildirərək  Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad 

Novruzovun  bu  istiqamətdəki  fəaliyyətini 

də yüksək qiymətləndirib, YAP Nəsimi Ra-

yon Təşkilatının Gənclər Birliyinə uğurlar 

arzulayıb. 

Daha  sonra  söz  alan  YAP  Nəsimi  Ra-

yon  Təşkilatının  Gənclər  Birliyinin  sədri 

Sərraf  Hüseynov  təşkilatın  ötən  il  gör-

düyü  işlər  haqqında  məlumat  verib.  Yeni 

Azərbaycan  Partiyası  Gənclər  Birliyinin 

əsas  prinsiplərinə  diqqət  yönəldərək  ay-

rı-ayrı  kursların,  treninqlərin,  yay  və  qış 

məktəblərinin,  maarifləndirici  tədbirlərin 

təşkil  olunduğunu  söyləyib.  Yüksək  in-

tellekti,  savadı  ilə  fərqlənən  gənclərin 

müxtəlif  layihələrdə  iştirakını  vacib  sa-

yan  Sərraf  Hüseynov  gənc  partiyadaşla-

rını  Nəsimi  rayon  təşkilatında  keçiriləcək 

seçkilərdə də fəal iştirak etməyə çağırıb. 

Tibb 

Universiteti 



tələbələrinin 

Yeni  Azərbaycan  Partiyasının  bütün 

tədbirlərində  yaxından  iştirak  etdiyini 

bildirən  ATU-nun  Tələbə  Həmkarlar  İt-

tifaqı  Komitəsinin  sədri  Elşad  Novruzov 

Nəsimi rayon Təşkilatının Gənclər Birliyi-

nin ərazi təşkilatı üzrə yeni tərkibini açıq-

layıb.


Diskussiya  şəraitində  keçən  görüşün 

sonunda  gənc  partiya  üzvlərinin  təklifləri 

dinlənilib.


Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin