Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 7,62 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix02.01.2022
ölçüsü7,62 Mb.
#1713
1   2   3   4   5   6   7   8   9   ...   23
1.  Konsultativ-diaqnos tik 

xidmət

2. Stasionar müalicə xid mə ti

Əhaliyə 


konsultativ-diaqnostik 

xidmətin  əsas  ağırlığı  klinikanın 

konsultativ-diaqnostik  poliklinika-

nın,    ixtisaslaşdırılmış  kabinet  və 

laboratoriyaların üzərinə düşür. 

2013-cü  ildə  konsultativ-diaqnos-

tik  poliklinikaya  27457  müraciət  ol-

muşdur ki, bu da 2012-ci ilə nisbətən 

3604 nəfər (13,1 %) çoxdur. 

Yuxarıda  qeyd  etdiyimiz  ki-

mi,  Klinikanın  müalicə-di aq  nostik 

fəaliyyətinin əsas istiqamətlərindən 

biri də stasionar tibbi xidmətdir. Sta-

sionar şöbələrdə, əsasən 2, qismən 

3  nəfərlik  ümumi  və  1  nəfərlik  VİP 

palataları  mövcuddur.    Klinikanın 

bütün palataları sanitar qovşağı,duş 

kabinələri,  oksigen  panelləri,  tibb 

bacısı  çağırış  sistemi,  internet  və 

telefon  xətti  ilə  təchiz  edilmiş,  24 

saat fasiləsiz isti-soyuq su ilə təmin 

olunur.Xəstələrə gündə 3 dəfə die-

toloqun tərtib etdiyi stollara müvafiq 

olaraq yemək və 550 adda dərman 

preparatı pulsuz olaraq verilir. 2012-

ci  ilin  sentyabr  ayından  etibarən 

Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  razılığı  ilə  klinikada 

60  çarpayılıq  gündüz  stasionarı 

fəaliyyət  göstərir.  Klinikada  2013-

cü  ildə  4322  nəfər  xəstə  stasionar 

müalicə almışdır.  Bu rəqəm 2012-ci 

illə müqayisədə 1118 nəfər  (25,8%) 

çoxdur.


2013-cü  ilin  dekabrında  hörmətli 

rektorumuzun  təşəbbüsü  və  təklifi 

ilə  bütün  bu  bölmələrin  bazasında 

diaqnostik və stasionar bölmələrdən 

ibarət  vahid  Ürək-damar  Mərkəzi 

yaradılmışdır.  Qısa  müddətdə  bu 

mərkəz  ən  müasir  cihazlarla  təmin 

edilmiş, həm diaqnostik, həm stasi-

onar bölmələrdə ciddi rekonstruksi-

ya işləri aparılmışdır.

S.Musayev  vurğuladı  ki,  Klinika-

da  marketinq  işlərinə  də  ciddi  fikir 

verilir.  Marketinq  bölməsi  8  sığorta 

şirkəti  ilə  müqavilə  bağlamışdır.  2 

şirkət  ilə  may  ayında  müqavilənin 

imzalanması gözlənilir.

  Natiq  bildirdi  ki,  reklam  işləri 

çərçivəsində  Klinika  haqqında  15 

dəqiqəlik,  30  və  56  saniyəlik  rek-

lam  çarxları  hazırlanmış,  ölkənin 

telefiziya kanallarında efirə verilmiş-

dir.  Klinikanın  bütövlükdə  fəaliyyəti 

haqqında    respublika  mediasında 

150-ə qədər reportaj, veriliş, xəbər, 

məqalə xarakterli materiallar  veril-

mişdir.


Klinikanı  tanıtmaq  və  marketinq 

məqsədilə  klinikanın  Facebook, 

Twitter,  Google  plus,  Youtube    so-

sial  şəbəkələrində  ünvanı    yaradıl-

mışdır.

Klinikada 

müalicə-diaqnostik 

xid  mətin  gücləndirilməsi  prioritet 

məsələdir.  Bu  məqsədlə  bir  sıra 

işlər  görülmüş  və  bu  işlər  davam 

etdirilir.  Klinika  respublikada  ilk 

dəfə  olaraq  tam  “Elektron  klinika” 

sisteminə keçmişdir.

Kafedra müdirləri Vəsadət Əzizov, 

Sahib Musayev, Amalya Əyyubova, 

Əlihüseyin  Hidayətov,  Bahadur 

Baxşıyev  və  Zakir  Qarayev  çi-

xışlarında  hesabatı  qənaətbəxş  

qiymətləndirdilər, 

əldə 


olunan 

nailiyyətlərlə  yanaşı  bu  sahədə 

onları  maraqlandıran  bir  sıra  

problemlərdən  də  söhbət  açdılar. 

Onlar, az bir zaman kəsiyində bu kli-

nikanın dünyanın inkişaf etmiş klini-

kaları ilə bir sırada durduğundan qü-

rur duyduqlarını dilə gətirdilər və kli-

nikada əməkdaşların işləməsı üçün 

yaradılan hər cür şərait üçün ölkə və 

universitet  rəhbərliyinə  minnətdar 

olduqlarını  bildirdilər.    Natiqlər 

universitetin  günü-  gündən  mad-

di-  texniki  bazasının  gücləndiyini 

qeyd  edərək  rəhbərlik  etdikləri  ka-

fedralarda  bu  istiqamətdə  aparılan 

məsələlərdən    danışdılar,  tədrisin 

və  müalicə  işlərinin  keyfiyyətinin 

daha  da  yüksəldilməsi  yollarından 

bəhs etdilər.   

Məruzə  və  çıxışlarada  səslənən 

fikirlərə  münasibətini  bildirən  aka-

demik  Ə.Əmiraslanov  müzakirə 

olunan  məsələnin  vacibliyini  bir 

daha  önə  çəkərək  söylədi  ki,  klini-

kaların  həyatında  bu  indiyədək    ilk 

hesabat  məruzədir  və  belə  qərara 

gəldik ki, gələcəkdə digər klinikala-

rın da fəaliyyəti Böyük Elimi Şurada 

müzakirə olunsun.

Bütün  klinikaların  təşkilinin  ulu 

öndər  Heydər  Əliyevin  adı  ilə  bağ-

lı olduğunu qeyd edən rektor digər 

iki  klinikanın  yaradılması,  tikin-

tisi  və  avadanlıqla  təchizatı  sırf 

möhtərəm  prezidentimizin  diqqət 

və  qayğısının  bariz  nümunəsi  kimi 

qiymətləndirdi. Sözünə davam edən 

Ə.Əmiraslanov  dedi  ki:  “Dövlət 

bizim  üçün  bu  qayğını  göstərdi. 

Amma bu klinikaların necə fəaliyyət 

göstərməsi  bizdən  asılıdır.  Ona 

görə də yeni yaradılan bu klinikala-

rın  fəaliyyətini  düzgün  istiqamətdə 

aparmaq  üçün  ciddi  çalışmalıyıq. 

Bu  da  kollektivin  səriştəsindən 

asılıdır.  Kadr  məsələsində  çox 

çətinliklər  var.  Biz  məsələni  belə 

qoymuşduq  ki,  professor-müəllim 

heyətimiz var, əlavə həkim kadrları-

na ehtiyacımız olmayacaq. Sonrakı 

təcrübə göstərdi ki, onsuz keçinmək 

mümkün  deyil.  Hələ  bizim  klinika-

larımız  olmayanda  xarici  ölkələrdə 

təhsil  almış,  dünyanın  müxtəlif  kli-

nikalarında,  Avropada,  Amerika-

da  təcrübə  keçib  qayıtmış  gənclər 

bizə  müraciət  edirdilər.  O  zaman 

imkanlarımız geniş deyildi. İndi on-

ların sayəsində terapevtik klinikada 

və  cərrahi  klinikada  diaqnostika  ilə 

məşğul  olan  tam  bir  komanda  var. 

Bu gün ən ağır hadisələri müzakirə 

etmək üçün onların yanına gəlirlər. 

Bu bizi çox sevindirir. Digər tərəfdən 

avadanlıq  alındı.  Avadanlıqların 

işlək  vəziyyətdə  olması  üçün  bö-

yük  vəsait  tələb  olunur.  Təkcə  bu 

il  avadanlıqların  təmiri,  yeni  ava-

danlıqların  alınmasına  terapiya 

klinikası  təxminən  yarım  milyon 

manat  vəsait  xərcləyib.  Çox  yax-

şı  ki,  bu  vəsaitin  böyük  bir  qismini 

klinika özü qazanıb. Bütövlükdə kli-

nikanın fəaliyyətini qənaətbəxş kimi 

qiymətləndirən universitetin rəhbəri 

ürək mərkəzinin yaranmasının vacib 

məsələ  olduğunu  bildirdi.  Bəzi  ka-

fedra müdiri, professor universitetin 

klinikası ola-ola gedib özəl klinikada 

əməliyyat eləməyi, xəstəyə baxma-

ğını necə başa düşək?  

Səhiyyəmizin  gələcəyinin  tibbi 

sığorta  ilə  bağlı  olduğunu  vurğu-

layan  rektor,  universitet  klinikala-

rının  zəif    reklam  olunmasından 

təəssüfləndiyini dilə gətirdi. 

Rektor  daha  sonra    qarşıda 

duran  bir  sıra    görüləcək  təd-

birlərdən    söhbət  açdı,    müxtəlif 

məsələlər  barədə  şura  üzvlərini 

məlumatlandırdı.




Yüklə 7,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin