TƏBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ


 Faydalı qazıntılar, istifadə və problemlər



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix04.12.2019
ölçüsü1,07 Mb.
#29797
1   2   3   4   5   6   7   8
K.B.Bayramov Tebietden istifadenin idtisadi ve ekoloji problemleri


1. Faydalı qazıntılar, istifadə və problemlər. 
       Faydalı  qazıntılardan  və  ilkin  xammaldan  kompleks  şəkildə  istifadə  olunması 
təsərrüfat  sahələrinin  müxtəlif  məhsullara  tələbatının  ödənilməsi,  əhalinin  müxtəlif 
tələbat mallarına ehtiyacını ödəmək zərurətindən irəli gəlir. 
 
Elm və texnikanın sürətli inkişafı müxtəlif xammal  və məhsula  olan tələbatını 
da artırır. Bu isə öz növbəsində ilkin xammalın emalında tam və kompleks yanaşmanı 
tələb  edir  ki,  bu  iqtisadi,  sosial,  ekoloji  və  təbiəti  mühafizə  nöqteyi-nəzərincə  daha 
önəmlidir.  Təbii  resurslara  kompleks  istifadə  nöqteyi-nəzərincə  yanaşma  sənayenin 
ərazi  təşkilini  asanlaşdırır  və  stimullaşdırır.  Təbii  sərvətlərdən  kompleks  istifadə 
hələlik  ölkəmizdə  neft  və  təbii  qaza  münasibətdə  formalaşmışdır  və  onun  iqtisadi 

 
- 74 - 
qiymətləndirilməsi,  stimullaşdırılması  tam  olaraq  həyata  keçirilir.  Respublikamız 
dünyada  neft  və  təbii  qaz  resursları  ilə  zəngin  ölkələrdən  biridir  və  ərazinin  70%-i 
perspektivli  süxurlara  malikdir.  Xarici  şirkətlərlə  aparılan  tədqiqat  işləri  göstərir  ki, 
bu resursların böyük ehtiyatı Xəzərin şelf hissəsindədir. Hesablamalar göstərir ki, ildə 
20-30 mln. ton həcmində neft istehsal olunarsa, bu 100 il neft hasilatına imkan verər. 
Abşeron  yarımadasında  1878-ci  ildən  sənaye  üsulu  ilə  neft  istehsal  olunur.  Indi 
Xəzərin  şelfində,  xüsusilə  də  Bakı  və  Abşeron  arxipelaqlarında  çox  zəngin  neft-qaz 
yataqları  kəşf  olunmuşdur  və  axtarış  –  layihə  işləri  davam  etməkdədir.  Bununla 
yanaşı  Qobustan,  Cənub-Şərqi  Şirvan,  Muğan  ərazilərində  iri  neft  yataqları 
mövcuddur. Gəncə-Qazax iqtisadi rayonunun Qazanbulaq, Dəliməmmədli, Borsunlu, 
Tərsdəllər,  Kəmaləddin  və  Ceyrançöl  ərazilərində  neft-qaz  yataqları  kəşf  edilərək 
istismara  verilmişdir.  Hazırda  ölkədə  70-dən  çox  neft  və  təbii  qaz  yataqlarından 
istifadə  olunur.  Keçən  dövr  ərzində  potensial  neft  ehtiyatının  40%-i,  qaz  ehtiyatının 
20%-i istifadə olunmuşdur. Son illər aparılan kəşfiyyat işləri göstərir ki, ölkənin qaz 
ehtiyatı yaxın illərdə ixrac əhəmiyətini daha da artıracaqdır.  
 
Respublika ərazisində neft  və qazla  yanaşı çoxlu miqdarda tikinti materialları, 
mineral, termal, yodlu-bromlu sular, filiz, qeyri-filiz, kimya və digər növ xammallarla 
zəngindir.  Böyük  və  Kiçik  Qafqaz,  Naxçıvan  əraziləri  xüsusilə  də  filiz  resirsları  ilə 
zəngindir.  Şəki-Zaqatala  rayonunda  Filizçay  polimetal,  Daşkəsən  rayonunda  dəmir 
filizi ehtiyatları iri yataqlarda yerləşir. Daşkəsənin dəmir filiz ehtiyatı təxminən 280 
mln.  ton  olub  cənubi  Qafqazda  ən  iri  yataq  hesab  edilir.  Dəmir  filizinin  müəyyən 
qədər ehtiyatı Gədəbəy, Ordubad, Şəmkir rayonunun ərazilərində də aşkar edilmişdir. 
Kiçik Qafqazın şimal yamacında kobalt, kükürd kolçedanı, mis filizi, qranit, mərmər, 
fülüslü  əhəng  daşları,  barit  və  digər  resurslarla  zəngindir.  Mis  filizinin  iri  yataqları 
həmçinin  Gədəbəylə  yanaşı  Tovuz,  Qazax,  Daşkəsən,  Ordubadda,  Şəki-Zaqatalanın 
Filizçay,  Kasdağ  və  Katex  yataqlarında  da  var.  Respublikamızda  əlvan  metallardan 
alunit,  polimetal  qarışığı,  mis,  qızıl,  qurğuşun,  sink,  molibden,  civə,  sürmə,  kobalt, 
seolit ehtiyatları sənaye əhəmiyyətlidir. Zəylik yatağının aluniti kompleks xammaldır, 
ondan alüminium oksidi, sulfat turşusu, kükürd qazı, kalium gübrəsi və kalium duzu 

 
- 75 - 
alınır.  Ölkə  ərazisində  polimetal  filiz  ehtiyatı  geniş  yayılmışdır.  Qarabağda 
Mehmana,  Naxçıvanda  Gümüşlü,  Parağaçay,  Qapıcıq,  Balakəndə  Filizçay 
yataqlarında onun ehtiyatı çox olsa da, hələlik sənaye üsulu ilə istismar edilmir. Son 
illər respublika ərazisindəki polimetal yataqlarında 2500 ton gümüş, 400 ton qızıl, 1.5 
mln.  ton  misin  ehtiyatı  aşkarlanmışdır.  Ekspertlərin  rəyinə  əsasən  qızılın  ehtiyatı 
Kəlbəcərdə  kvars-qızıl,  Ağdərə  mis-kvars-qızıl,  Gədəbəydə  qızıl-mis-kolçedan, 
Zəngilanda kvars-qızıl, Qazax və Tovuzda qızıl-sulfid qarışıqlı olmaqla 1000 tondan 
çoxdur. Lakin qızılın kəşf olunmuş ehtiyatı 50 ton, təsdiq olunmuş ehtiyatı isə 10 ton 
qiymətləndirilir.  Civə  ehtiyatı  50-dən  artıq  yataqda  müəyyən  edilmişdir.  Kəlbəcər-
Laçın iqtisadi rayonu ərazisində 6 civə yatağı aşkar edilmişdir və bunların içərisində 
Şorbulaq,  Ağyataq  və  Löhçay  yataqları  daha  perspektivli  sayılır.  Bütövlükdə 
qurğuşunun  ehtiyatı  1.7  mln.  ton  hesablanmışdır  ki,  metal  tutumluğu  1.54%  təşkil 
edir. 
 
Gəncə-Qazax  iqtisadi  rayonu  bir  çox  təbii  resurslarla,  o  cümlədən  sənayenin 
müxtəlif sahələrində, xüsusilə də, neft sənayesində geniş istifadə olunan bentonit gil 
ehtiyatı  ilə  də  zəngindir.  Qazax  rayonunun  Daş  Salahlı  bentonit  gil  yatağından 
müxtəlif  sahələrə  tətbiq  olunan  xammal  ehtiyatı  vardır.  Bu  xammaldan  qara 
metallurgiyada metallaşdırılmış dəmir filizi diyircəkləri istehsalında, neft hasilatında, 
tikinti-materialları sənayesində, irriqasiya qurğularının tikintisində, şərabçılıqda geniş 
istifadə edilir. 
 
Ölkə  ərazisində  kimya  sənayesinin  inkişafını  təmin  etmək  üçün  qeyri-metal 
xammal  ehtiyatları  da  kifayət  qədərdir.  Belə  ki,  Neftçala,  Babazənən,  Xıllı, 
Mişovdağ, Muğan, Şirvan, Böyükşor yodlu-bromlu suları kimya sənayesinin inkişafı 
üçün  böyük  ehtiyatlara  malikdir.  Cənub-Şərqi  Şirvanda  yerləşən  yodlu-bromlu 
suların  ehtiyatı  sutkada  250  min  kub  km-ə  bərabərdir.  Kəşf  olunmuş  ehtiyatına  və 
yüksək keyfiyyətinə görə onun başqa xammal mənbələrindən xeyli fərqi var. Hazırda 
Neftçala  və  Xıllı  yataqları  əsasında  Neftçala,  Abşeron  mədən  suları  əsasında  isə 
Suraxanı  yod-brom  zavodları  fəaliyyət  göstərir.  Abşeron  və  Qobustandakı  çöküntü 
duz  ehtiyatları,  Göygöl  rayonu  ərazisində  Başqışlaq  və  Çovdardakı  barit,  Balakən, 

 
- 76 - 
Gədəbəy,  Toğanalı  və  Çıraqdərədəki  kükürd  kolçedanı,  Laçın  rayonundakı  Qorçu 
yatağında və Yuxarı Ağca kəndindəki kopal, Nehrəmdə dolomit, Göygöldəki Çovdar 
və  Mirzin  mineral  boyalar  və  piqmentlər,  Naxçıvanın  daş  duz  yataqları  kimya 
sənayesi üçün əsas xammal mənbəyidir. 
 
Ölkə ərazisi tikinti materialları ilə tam təmin olunmuşdur. Sənaye ehtiyatı 126 
mln.  ton  olan  Zəngilan  rayonunda  əhəng  daşı  yatağı  vardır.  Ölkə  ərazisində  400-ə 
qədər  müxtəlif  növ  qeyri-filiz  və  tikinti  materialları  yataqları  kəşf  edilmişdir.  Bura 
ümumi ehtiyatı 403.5 mln. ton olan 10 sement istehsalına yararlı əhəng daşı, 477 mln 
kub.  km  olan  44  divar  daşı,  55  mln.  kub.  km  olan  22  üzlük  daşı,  3.7  mln.  kub  km 
ehtiyata malik dekorativ qırma daş ehtiyatı 16 mln. kub km olan 2 keramika xammalı, 
ehtiyatı 204.4 mln. kub. km 24 inşaat daşı, 160.7 mln. kub. km 73 gil, 1.03 mlrd. kub. 
km  61  qum-çınqıl,  48.4  mln.  kub. km  qum,  13  kub  km  ehtiyatla  11  mln.  2  perlit  və 
pemza  yataqları  daxildir  (E.Yusifov.  səh.88).  Yuxarı  Ağcakənd  yüksək  keyfiyyətli 
yataq  digərləri  ilə  birlikdə  ildə  500  min  ton  gips  verir  ki,  bu  da  sənayedə  və  kənd 
təsərrüfatında  geniş  istifadə  olunur.  Gipsə  olan  tələbatın  getdikcə  artması  onun 
istehsal  və  emalını  təmin  edən  yeni  müəssisələrin  yaradılmasını  tələb  edir.  Digər 
tikinti materiallarından kvars, tikinti qumu, əhəng daşı, qumdaşı, mişar daşı, mərmər, 
mərmərəbənzər  əhəng  daşı,  travertin,  tikinti  daşı,  kərpic,  keramit  gili,  çınqıl  və  s. 
böyük  ehtiyatları  ölkə  ərazisində  kifayət  qədərdir.  Böyük  Qafqaz,  Kiçik  Qafqaz, 
Naxçıvan  təbii  vilayətləri,  Lənkəran-Masallı  regionu  mineral  və  termal  sularla 
zəngindir.  
 
Ölkəmizdə  təbii  resurslardan  istifadə,  xüsusilə  onun  daha  dinamik,  iqtisadi 
cəhətdən daha əlverişli resursu sayılan neftin hasilatı tarixi hələ eramızdan əvvəl VII-
VI  əsrlərə  aid  edilir.  Tarixi  mənbələrdə  ölkə  ərazisində  XV  əsrdə  500-dən  çox 
quyunun olması barədə məlumatlar vardır. Balaxanı mədənlərində aşkarlanan köhnə 
neft  quyusu  ətrafındakı  daş  kitabədə  quyunun  dərinliyinin  64  metr  olduğu  göstərilir. 
1871-ci  ildə  Balaxanı  kəndi  yaxınlığında  42  metr  dərinliyi  olan  mexaniki  üsulla 
qazılan  quyudan  neft  fontan  verir  və  bu  tarix  Azərbaycanda  neftin  sənaye  üsulu  ilə 
hasil  edilməsinin  başlanğıcı  hesab  edilir.  Artıq  XIX  əsrin  sonlarında  Balaxanı-

 
- 77 - 
Sabunçu-Ramana sahəsində çıxarılan neftin həcmi dünya ilə müqayisədə 44% - təşkil 
edirdi.  1901-ci  ilin  hesabatında  göstərilir  ki,  Bakı  dünya  neft  hasilatının  50%-ni, 
Rusiyada  istehsalın  isə  95%-ni  vermişdir.  Dünyada  ilk  neft  quyularının  quruda 
fontanla  neft  verdiyi  Azərbaycan  həmçinin  dənizdə  ilk  neft  hasilatının  da  Vətəninə 
çevrilmişdir. Tarixə “Yeddi gəmi adası” adı ilə başlayan və 1949-cu ildə fontan verən 
neft hasilatı sonralar “Neft Daşları” kimi məşhurlaşmış və bu gün nəhəng yaşayış və 
istehsal kompleksinə çevrilmişdir. 
 
XX əsrin 90-cı illərinin əvvəlində sosializm sisteminin, eyni zamanda SSRİ-nin 
dağılması bütün postsovet məkanında bir çox sahələr kimi neft hasilatı və emalına da 
ciddi  təsir  göstərmişdir.  Bu  illərdə  neft  hasilatının  azalması,  eyni  zamanda  da  neftə, 
neft  məhsullarına  tələbatın  artması  müstəqil  Azərbaycanın  neft  sənayesini  inkişaf 
etdirmək,  bu  məhsulu  dünya  bazarına  çıxarma,  zəif  iqtisadiyyatı  möhkəmləndirmək, 
dünyanın aparıcı neft şirkətlərini ölkəmizə cəlb  etmək imkanı  yaratdı. Bu dövrlərdə 
ölkənin  neft  strategiyasını  düzgün  həyata  keçirmək,  ölkə  iqtisadiyyatını  dirçəltmək, 
beynəlxalq  nüfuz  sahibi  olmaq,  dünyanın  aparıcı  və  qüdrətli  dövlətlərindən  birinə 
çevrilmək  imkanı  yarandı.  Hələ  1782-ci  ildə  ingilis  səyyahı  Forster  haqlı  olaraq 
yazırdı ki, Bakıda gələcək üçün böyük bir xəzinə vardır. Həqiqətən də Azərbaycanın 
məqsədyönlü  iqtisadi-siyasi  strategiyası  əməli  işində  bunu  bir  daha  sübut  etdi.  20 
sentyabr  1994-cü  ildə  dünyanın  ən  iri  transmilli  neft  şirkətləri  ilə  birgə  “Əsrin 
müqaviləsi” imzalandı. Bu müqaviləyə əsasən 30 il müddətində “Azəri”, “Günəşli”, 
“Çıraq” yataqlarından 511 mln. ton neft, 55 mlrd. kub. metr qazın çıxarılması nəzərdə 
tutulmuşdur. Bu müqavilə nəinki respublikamızın, hətta bütövlükdə Cənubi Qafqazın 
iqtisadiyyatında  böyük  bir  mərhələnin  başlanğıcını  qoydu.  Bakı-Tiflis-Ceyhan  neft 
kəməri  Azərbaycan  neftini  dünya  bazarına  çıxarmaqla  ölkənin  beynəlxalq  imicini 
yüksəklərə  qaldırdı,  ölkə  büdcəsini,  ehtiyat  valyuta  fondunun  yüksək  səviyyədə 
tənzimlədi. 
 
Azərbaycan  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  ölkənin  neft  və  qaz  istehsalını 
artırmaq üçün aşağıdakı müqavilələri imzalamışdır: 

 
- 78 - 
1.  1994-cü  il  sentyabrın  20-də  “Azəri”,  “Çıraq”,  “Günəşli”  yataqlarını  birgə 
işləmək  üçün  “Əsrin  müqaviləsi”  imzalanmışdır.  Bu  müqavilədə  dünyanın 
aparıcı  şirkətləri  olan  ABŞ-ın  “AMOKO”,  “Mak  Dermot”,  “Yunoka”, 
B.Britaniyanın  “Britiş  Petrolium”,  “Remko”,  Norveçin  “Statoyl”,  “Türk 
petrolları”, S.Ərəbistanının “Delta” iştirak edir. 
2.  1995-ci  il  noyabrın  10-da  Qarabağ  yatağının  “Likoyl”,  “Penzoyl”,  “ACYP”, 
Rusiya  və  İtaliyanın  “LUKACİP”  neft  şirkətlərinin  birgə  hasil  etməsi  üçün 
müqavilə imzalamışdır. Lakin istismar olunacaq  yataqda neftin miqdarının az 
olması müəyyənləşdikdən sonra 21 yanvar 1999-cu ildə müqavilənin fəaliyyəti 
dayandırılmışdır. 
3.  1996-cı  il  iyulun  4-də  Bakıda  “Şahdəniz”  yatağının  istismarı  üçün  “Britiş 
Petrolium”, “Statoyl”, “Lukoyl”, “Türk petrolları”, Fransanın “Elf Akiten” və 
İran  neft  şirkəti  ilə  birgə  müqavilə  imzalanmışdır.  1999-cu  ildə  bu  yataqda 
təbii qazın ehtiyatının 0.7-1.5 trln. kub metr olduğu müəyyənləşdiyindən yaxın 
illərdə qaz hasilatını artırıb ixrac etmək nəzərdə tutulmuşdur. 
4.  1996-cı  il  dekabrın  14-də  Bakıda  “Dan  ulduzu”  və  “Əşrəfi”  neft  yataqlarının 
birgə istismarı üçün ABŞ-ın “AMOKO”, “YUNOKAL”, Yaponiyanın “İtoçu”, 
Səudiyyə  Ərəbistanının  “Delta”  neft  şirkətləri  ilə  müqavilə  imzalanmışdır. 
Lakin  sonradan  bu  yataqlarda  qazılan  kəşfiyyat  quyuları  nəticəsində  lazımi 
qədər neft ehtiyatları olmadığı müəyyənləşdirilmişdir.       
5.  1997-ci  il  yanvarın  13-də  Parisdə  “Lənkəran-dəniz”  və  “Talış-dəniz” 
yataqlarından  neft  hasilatı  üçün  Fransanın  “Elf  Akiten”  və  “Total”, 
Almaniyanın  “Deminenks”,  İtaliyanın  “ACYP”  və  İranın  neft  şirkəti  ilə 
müqavilə imzalanmışdır. 
6.  1997-ci ilin iyulun 4-də Moskvada Rusiyanın  “Lukoyl”  və “Rosnet” şirkətləri 
ilə  birgə  hasilatı  nəzərdə  tutulan  “Kəpəz”  və  “Yalama”  neft  yataqlarının 
istismarı haqqında 2 illik müqavilə imzalanmışdır.  
7.  1997-ci  ilin  avqustun  1-də  Vaşinqtonda  “Abşeron”,  “Naxçıvan”,  “Oğuz”  və 
“İnam”  yataqlarının  birgə  istismarı  üçün  ABŞ-ın  “Şirvan”,  “AMOKO”, 

 
- 79 - 
“EKSSON”,  “Mobil”  və  Fransanın  “Total”  neft  şirkətləri  ilə  müqavilə 
imzalanmışdır. 
8.  1997-ci  il  sentyabrın  25-də  İtaliyada  “Kürdaşı”,  “Araz”  və  “Hirkan” 
yataqlarının  istismarı  üçün  İtaliyanın  “Eni  ACYP”,  İspaniyanın  “Repsol”  və 
Türkiyənin “Türk petrolları” şirkətləri ilə müqavilə imzalanmışdır.  
9.  1998-ci il iyunun 2-də Bakıda “Kürdaşı” (1940-cı ildə kəşf olunmuş) yatağının 
birgə  işlənməsi  üçün  Yaponiyanın  “Mitsui”  bə  Türkiyənin  “Türk  petrolları” 
neft şirkətləri ilə müqavilə imzalanmışdır. 
10. 1998-ci  il  iyulun  2-də  Lindonda  “Araz”,  “Alov”  və  “Şərq”  yataqlarının  birgə 
istismarı üçün B.Britaniyanın Norveç müştərək şirkəti olan “Bi-Pi-Statoyl” ilə 
“İnam”  yatağının  qalan  hissəsinin  ABŞ-ın  “AMOKO”,  B.Britaniyanın 
“Monument  oil  and  gaz”  və  Rusiyanın  Mərkəzi  Yanacaq  şirkəti  ilə  müqavilə 
bağlanmışdır. 
11. 1998-ci  ilin  dekabrın  25-də  “Yanan  tava”,  “Atəşgah”  və  “Muğan-dəniz” 
yataqlarının birgə istismarı üçün Yaponiyanın “Capanpetrolium”, “İndoneziya 
petrolium”, “İtoçu”, “Teykoku oyl” neft şirkətləri ilə müqavilə imzalanmışdır. 
12. 1999-cu il aprelin 27-də Vaşinqtonda “Zəfər” və “Məşəl” yataqlarından ABŞ-
ın “Eksson”, “Savalan”, “Dalğa”, “Lerik-dəniz” və “Cənub” neft yataqlarından 
“Mobil” şirkətləri ilə müqavilə imzalanmışdır. 
Eyni  zamanda  quruda  olan  köhnə  və  yeni  quyuların  xarici  ölkə  şirkətləri  ilə 
yenidən qurulması, bərpası və istismarı ilə bağlı bir neçə müqavilə də imzalanmışdır:    
1.  1998-ci  il  iyunun  2-də  Cənub-Qərbi  Qobustana  aid  olan  sahələrin  ABŞ-ın 
“Yunion  Teksas”,  B.Britaniya  və  Kanadanın  “Komonvels  oyl  ənd  qaz”, 
“Kürsəngi-Qarabağlı”  yatağının  ABŞ-ın  “Amirada  Hess”,  Səudiyyə 
Ərəbistanının  “Delta”  və  ABŞ-ın  “Frontera  Resorses  Korporeyşn”  neft 
şirkətlərinin birgə işlənməsi barədə müqavilə imzalanmışdır. 
2.  1998-ci  il  iyulun  21-də  Londonda  “Muradxanlı”,  “Cəfərli”  və  “Zərdab” 
yataqlarının  B.Britaniyanın  “Remko”  şirkəti  ilə  istismarı  barədə  müqavilə 
imzalanmışdır. 

 
- 80 - 
3.  1999-cu  il  aprelin  27-də  Vaşinqtonda  Şamaxı  və  Hacıqabul  rayonları 
ərazisində  yerləşən  “Padar”,  “Böyük  və  Kiçik  Hərəmi”,  “Qırlıq”  yataqlarının 
hasilatı barədə ABŞ-ın “Monikrif” neft şirkəti ilə müqavilə imzalanmışdır. 
Dünyanın  aparıcı  neft  şirkətləri  ilə  bağlanan  bu  müqavilələrin  nəinki  iqtisadi 
inkişafın,  həmçinin  siyasi  müstəqilliyin  əldə  olunmasına,  Dağlıq  Qarabağ 
probleminin həllinə də ciddi köməyi danılmazdır. 
Cədvəl 1.9 
Şirkətlər 
İnvestisiya payı 
Britiş Petrolium (B.Britaniya) 
17.12% 
AMOKO (ABŞ) 
17.01% 
LUKoyl (Rusiya) 
10% 
Penzoil (ABŞ) 
4.81% 
Eksson (ABŞ) 
8.00 % 
Statoyl (Norveç) 
8.56% 
İtoçu Sladzi (Yaponiya) 
3.92% 
Remko Enerji: Qrup (B.Britamiya) 
2.08% 
Yunokal (ABŞ) 
10.05% 
Turkiş Petrolium Cor. (Türkiyə) 
6.75% 
Delta Nimir Xəzər (S.Ərəbistanı) 
1.68% 
ARDNŞ (Azərbaycan) 
10% 
  
 
Ölkəmizin sənaye istehsalının sahə strukturunda neft-qaz sənayesinin payı ili-
ildən  sürətlə  artmaqdadır.  Neft-qaz  sənayesinə  investisiyaların  cəlb  edilməsi  dövlət 
siyasətinin  prioritet  istiqamətlərindən  biri  kimi  qiymətləndirilir.  Son  illərdə  xarici 
şirkətlərlə  birgə  aparılan  geoloji  –  kəşfiyyat  işlərinin  nəticələrinə  əsaslanaraq  qeyd 
etmək  olar  ki,  ölkəmiz  nəinki  təbii  qaza  olan  daxili  tələbatı  ödəməyə  qadirdir,  hətta 
NABUKO  və  digər  beynəlxalq  layihələrdə  iştirak  etməklə  iri  təbii  qaz  ixracatçısı 
rolunu da oynayacaqdır.  

 
- 81 - 
 
Neft və təbii qaz hasilatı ölkəmizdə elektroenergetika sənayesinin yaranmasına, 
inkişaf edib təsərrüfatın ayrı-ayrı sahələrinin formalaşmasına öz töhfəsini vermişdir. 
Hal-hazırda  respublikamızın  energetika  sisteminə  ümumi  istehsal  gücləri  5000  mvt-
dan  artıq  olar  10  istilik  elektrik  stansiyası  və  7  su  elektrik  stansiyası  daxildir  ki,  il 
ərzində bu stansiyalarda 20 mlrd. kvt/saatdan artıq elektrik enerjisi istehsal edilir. 
 
Azərbaycanda  yerli  təbii  resurslar  əsasında  qismən  inkişaf  etmiş  sənaye 
sahələrindən  biri  qara  metallurgiyadır.  Bu  sənaye  sahəsini  xammalla  təmin  edən 
dəmir  filizi  əsasən  Daşkəsən  rayonu  ərazisində  cəmləşmişdir.  Burada  Daşkəsən, 
Cənubi  Daşkəsən,  Dəmir  və  Dardərə  yataqları,  müəyyən  qədər  Gədəbəy  rayonunun 
Novo-İvanovka  kəndi  yaxınlığında  və  Ordubad  rayonunun  Başyurd  sahəsində  aşkar 
edilmişdir.  Eyni  zamanda  Alabaşlı,  Çardaxlı,  Atabəy,  Aşağı  Morul,  Mansurlu, 
Təknəli,  Lənkəran-Astara  sahili  boyu  ərazilərdə  (çökmə  mənşəli)  dəmir  filizi 
yataqları  yayılmışdır.  Xromitin  iri  yataqları  Göydərə,  Zaidərə,  Nikolayev, 
Kəzimbinin, Xotovəng, Qarilov və İpək qrupu ərazilərindədir. Xromit filizi ilə yanaşı 
filiz  saxlayan  alunit  süxurları  odadavamlı  xammal  kimi,  maqnium  metalı  və  nikel 
almaq, eləcə də turş torpaqları neytrallaşdırmaq üçün istifadəyə yararlıdır. 
 
Molla Cəlilli, Eldar və Daşsalahlı manqan yataqları sənaye əhəmiyyətlidir. 
 
Ölkəmizdə  qara  metallurgiya  natamam  silsiləli  inkişaf  etməklə  Daşkəsən 
filizsaflaşdırma kombinatı, Sumqayıt boru-prokat zavodu, “Bakı Steel Company” və 
digər  müəssisələrlə  təmsil  olunur.  Daşkəsən  filizsaflaşdırma  kombinatı  1954-cü  ildə 
istifadəyə  verilmişdir.  Burada  filiz  çıxarıldıqdan  sonra  süxurlardan  təmizlənir, 
baraban  tipli  yuyucu  maşınlara  doldurulur,  baraban  fırlandıqca  dəmir  filizi  suyun 
köməyilə süxurlardan azad olur, barabanın daxilindəki güclü elektrik-maqnit qurğusu 
dəmiri torpaqdan ayırır, filiz xırdalandıqdan sonra domna sobasına daxil olur. 
 
Sumqayıt  boru-prokat  zavodu  1952-ci  ildə  istifadəyə  verilmiş,  çuquna  xrom, 
nikel, ferroərinti qatmaqla sobalarda polad əridilir. 
 
Ölkəmizdə  əlvan  metallurgiya  sənayesi  mis,  qurğuşun,  sink,  kobalt,  alunit, 
molibden,  civə,  boksit,  volfram,  arsen,  sürmə,  qızıl,  bismut  və  s.  metallar,  Gəncə  və 
Sumqayıt  alüminium  zavodları  ilə  təmsil  olunur.  Alüminium  sənayesindən  başqa 

 
- 82 - 
digər  sahələr  tam  dövriyyəli  deyildir.  Daşkəsənin  Zəylik  alunit  xammalı  əsasında 
1965-ci  ildə  Gəncə  alüminium  gili  zavodu  istifadəyə  verilmiş,  ilk  dəfə  olaraq 
alunitdən alüminium oksidi yarımfabrikatı istehsalı yaradılmışdır. Bu yarımfabrikatın 
əsasında  isə  Sumqayıt  alüminium  zavodu  fəaliyyət  göstərir.  Hal-hazırda  əlvan 
metallurgiyanın,  eləcə  də  qara  metallurgiyanın  kompleks  inkişafı  üçün  dövlət 
proqramı qəbul olunmuşdur. 
 
Yerli  gətirmə  xammala  əsaslanan  kimya  sənayesi  vaxtıilə  respublikamızın  ən 
inkişaf  etmiş  sahələrindən  biri  olmuş,  MDB  məkanını  müəyyən  məhsullarla  təmin 
etmişdir. Kimya sənayesini  inkişaf etdirən neftayırma zavodlarının propan, piroqaz, 
butan-butilen  və benzin kimi  məhsullardan  və dağ-mədən  sənayesinin məhsullarıdır. 
Naxçıvanın  Nehrəm  və  Duzdağ  duz  yataqları,  Goranboy  və  Göygöl  rayonlarının 
Başqışlaq  və  Çovdar  mis  yataqlarının  tərkibində  olan  barit,  Toğanalı  və  Çıraqdərə 
yataqlarında  olan  kükürd  kolçedanı,  Gədəbəy  rayonu  və  Balakən  kükürd  kolçedanı 
yataqları,  Naxçıvançayın  yuxarı  axarında  yerləşən  Gömür  yatağının  kükürd,  Laçın 
rayonunun Qorçu və Yuxarı Ağcakənddə kopal, dolomit, mineral boyalar ehtiyatları 
kimya sənayesi üçün perspektivli ehtiyatlardır. Kür çayının aşağı axarlarında, Muğan 
düzündə, Abşeronun Böyükşor, Masazır göllərində toplanmış xörək duzu, Şamaxıda 
Pirsaat  çayının  hövzəsində,  Qobustan  şəhəri  yaxınlığında  olan  mirabilit  kimi 
xammallar  mühüm  əhəmiyyətlidir.  Şəmkirin  Zəyəm  qəsəbəsi  yaxınlığında, 
Naxçıvanda,  Arazçayı  boyu,  Abşeron  yarımadası  və  Laçın  rayonu  ərazisində  Çili 
şorası ehtiyatı vardır. 
 
Naxçıvanın Nehrəmçay yatağında epsomit və molanterit, Şamaxı, Gədəbəy və 
Göygöl rayonlarında umbra, surik, siena, brekçiya kimi boyalar istifadəyə yararlıdır. 
Əsas  kimya  sənayesinin  məhsulu  kimi  yod  və  brom  istehsalı  üçün  kifayət  qədər 
xammal ehtiyatı vardır. Abşeron göllərində, xüsusilə də Böyükşor, Pirallahı adasının 
kiçik gölməçələrində, Neftçala, Xıllının mədən sularında ehtiyatı daha çoxdur. 
 
Seolit  neft-kimya  sənayesində,  neftayırmada,  kimya  sənayesində,  kənd 
təsərrüfatında,  metallurgiyada  geniş  istifadə  olunur.  Seolitin  iri  yataqları  Qazaxda, 
Tovuzda, Naxçıvanda, Talış dağlarında, Kiçik Qafqazda mövcuddur. 

 
- 83 - 
 
Son  illər  kimya  sənayesində  edilən  sahəvi  və  ərazi  strukturundakı  dəyişiklik, 
kiçik və orta həcmli müəssisələrə, xüsusilə də özəl müəssisələrə üstünlüyün verilməsi 
təsərrüfatın  və  əhalinin  artan  tələbatının  ödənilməsinə,  ətraf  mühitin  mühafizəsinə, 
xammal  ehtiyatlarından  səmərəli  istifadəyə  yönəldilmişdir  ki,  bu  da  özünü  iqtisadi-
ekoloji baxımdan doğrultmaqdadır. 
 
Respublikada 
tikinti 
sənayesi 
çoxsahəli  olub,  sement,  dəmir-beton 
konstruksiyalar  və  panellər,  sanatoriya-texnika  məmulatları,  mişar  daşı,  pəncərə  və 
tikinti  şüşəsi,  şifer,  asbest-sement  borular,  istilik  izolyasiya,  polimer  tikinti 
materialları,  polivinilxlor,  linelium,  aqloporit,  perlit  tipli  yüngül  doldurucu  mineral 
tikinti materialları sahələrini əhatə edir. Sement sənayesi və dəmir-beton məmulatları 
istehsalının  özəyini  təşkil  edən  təbii-tikinti  xammalı  hasilatına  mişar  daşı,  but  daşı, 
mərmərəbənzər  əhəngdaşı,  mərmər,  pemza,  travertin  kimi  bəzək  və  üz  daşları, 
müxtəlif tikinti gilləri, çınqıl, tikinti, şüşə və qəlb qumu, gips, gəc, perlit kimi yüngül 
suvaq və məsaməli doldurucu xammalı daxildir.   
 
Yerli  tikinti  materialları  istehsalı  müəssisələri  arasında  əsasən  yerli  sənaye 
kombinatlarının nəzdində fəaliyyət göstərən bişmiş kərpic, kirəmit və saxsı məmulatı 
hazırlayan  90-dan  artıq  müəssisə  vardır.  Kərpic  istehsalı  müəssisələrində  həmçinin 
oda, turşuya davamlı materiallar, meliorasiya küngləri də istehsal olunur. Ölkəmizin 
tikinti  materialları  sənayesinin  əsasını  sement  istehsalı  təşkil  edir.  Bu  sahə  dəmir-
beton  və  iri  panel  istehsalını  xammalla,  tikintini  isə  suvaq  və  hörgü  materialı  ilə 
təmin edir, müxtəlif sənaye sahələrinin texnoloji tələbatını ödəyir. 
 
Son  illər  respublikada  aparılan  məqsədyönlü  iqtisadi  islahatlar,  özəlləşdirmə, 
özəl  müəssisələrə  və  sahibkarlara  dövlət  qayğısı  digər  sənaye  sahələrində  olduğu 
kimi tikinti sənayesinə də öz təsirini göstərmiş, müəssisələrin yeni standartlara uyğun 
materiallar istehsalını artırmış, keyfiyyətini  yüksəltmiş, ətraf mühitin  mühafizəsində 
mühüm rol oynamışdır. 
 
 
 

 
- 84 - 
2.  Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər 
 
Respublikada 
iqtisadi 
inkişafın 
davamlı 
olması, 
artan 
tələbatını 
müvəffəqiyyətlə  ödəmək  üçün  torpaq,  su,  rekreasiya  və  digər  resurslardan  səmərəli 
istifadə  etmək  olduqca  vacibdir.  Burada  torpaq  ehtiyatlarından  düzgün  istifadənin 
təşkili  və  elmi-təcrübi  əsaslara  söykənən  xüsusi  proqramın  olması  böyük  əhəmiyyət 
kəsb  edir.  Bu  məqsədlə  ilk  və  sonradan  qəbul  olunmuş  regionların  sosial-iqtisadi 
inkişafına  dair  dövlət  proqramları  yeni  iqtisadi  siyasət  strategiyasının  əsasını  təşkil 
etməklə  ölkənin  torpaq  ehtiyatlarının  davamlı  və  dayanıqlı  istifadəsi  ön  plana 
çəkilmiş,  kənd  təsərrüfatının  dinamik  inkişaf  etməsi,  kənd  əhalisinin  sosial  həyat 
səviyyəsinin  yüksəldilməsi,  xüsusilə  insanların  yerlərdə  məşğulluğunun  təmin 
edilməsi əsas kimi şərtlənmişdir. Respublikamızın ümumi torpaq fondu 8.6 mln. ha-
dır  ki,  bunun  da  78%-dən  müxtəlif  məqsədlər  üçün  istifadə  edilir.  Ümumi  torpaq 
fondunun 6.5%-i dağ-çəmən, 4.8%-i qonur dağ-meşə,14%-i qəhvəyi dağ-meşə, 1%-ə 
qədəri  dağ-qara,  25.5%-i  şabalıdı,  1.8%-i  sarı,  28.9%-i  boz  və  boz-qonur,  12.2%-i 
çəmən,  5.5%-i  şoranlıq  və  digər  torpaqların  payına  düşür.  Torpaq  fondunun 
quruluşunda  kənd  təsərrüfatında  istifadə  edilən  sahələr  4.5  mln.  ha  təşkil  edir  ki, 
bunun  da  1.6  mln.ha  və  ya  19%-i  əkinlər,  2.7  mln.ha  və  ya  30%-i  örüş  və  otlaqlar, 
4%-i  əkmələr,  biçənək  və  dincə  qoyulmuş  torpaqlar  təşkil  edir.  Dövlət  tərəfindən 
aparılan  özəlləşdirmə  nəticəsində  ümumi  torpaq  fondunun  57%-i  dövlət,  24%-i 
bələdiyyə, 19%-i xüsusi mülkiyyətə verilmişdir. 
Təsərrüfatın  inkişafı  və  yerləşdirilməsində  su  resursları  mühüm  yer  tutur.  Su 
ehtiyatlarına  çaylar,  göllər,  su  anbarları,  yeraltı  sular,  həmçinin  sənayedə  istifadə 
edilə  bilən  dəniz  suları  aiddir.  İl  ərzində  orta  hesabla  təsərrüfat  sahələrinə  12.5  kub. 
km  təzə  su  işlədilir  ki,  bunun  da  75%-dən  çoxu  suvarmaya,  kənd  təsərrüfatının 
müxtəlif sahələrinə, 3 kub km-i sənaye ehtiyatlarına, bunun da 75%-i Bakı-Sumqayıt 
aqlomerasiyası müəssisələrinin payına düşür. 
Çayların  respublika  təsərrüfatının  inkişafında,  əhalinin  suya  olan  tələbatının 
təmin  olunmasında  əhəmiyyəti  böyükdür.  Ümumi  su  ehtiyatının  65%-ni  tranzit  Kür, 

 
- 85 - 
Araz,  Samur,  Qanıx,  Qabırrı  və  digər  çaylar  təşkil  edir.  Hündürlüyü  1000-1500  m 
olan orta dağlıq zonanın çay şəbəkəsi daha sıx inkişaf etmişdir. Bu göstərici Lənkəran 
zonasında  daha  çox  olub  0.84  km/kv.km,  Abşeron-Qobustanda  0.20,  Arazboyu 
rayonlardan  isə  0.28  km/kv.km-dir.  MDB  məkanında  su  ehtiyatları  zəif  təmin 
olunmuş  ölkələrdən  biri  də  Azərbaycandır.  Respublikada  su  qıtlığı  probleminin 
aradan  qaldırılması  üçün  ölkədə  su  ehtiyatlarından  düzgün  və  səmərəli  istifadə 
edilməsinin və başqa hövzələrdən Azərbaycana çay axarlarının yönəldilməsinə böyük 
ehtiyac  duyulur.  Çaylar  əsasən  Kür  hövzəsinə  aid  olduqlarından  buradakı  su 
çatışmazlığını aradan qaldırmaq üçün dövlət səviyyəsində Qərbi Gürcüstan və Şimali 
Qafqazdan  buraya  ildə  3-5  kub  km  su  axıdılması  layihəsinin  sxemi  hazırlanmışdır. 
Çayların su rejiminin tənzim edilməsində yeni su qovşaqları və anbarlarının, suvarma 
sistemlərinin  yaradılmasının  əhəmiyyəti  böyükdür.  Hazırda  Mingəçevir,  Şəmkir, 
Araz,  Sərsəng,  Ceyranbatan,  Xanbulançay,  Ağstafaçay,  Arpaçay,  Varvara,  Aşıq 
Bayramlı,  Cavanşir  və  s.  kimi  34  su  anbarı  fəaliyyət  göstərir.  Azərbaycanda  su  və 
elektrik  enerjisinə  olan  tələbatı  ödəmək  məqsədilə  Kür  və  Araz  çayları  üzərində 
kaskad  su  qovşaqlarının,  sel  təhlükəsi  az  olan  dağ  çayları  üzərində  kiçik  SES-in 
tikintisini  artırmaq  məqsədəuyğundur.  Suvarmaya  ehtiyacı  olan  ərazilərin  su 
təminatını  yaxşılaşdırmaq,  yeni  dəryaça,  sututarların  yaradılması,  suvarma-drenaj 
sisteminin  təkmilləşdirilməsinə  ehtiyac  böyükdür.  Xəzər  dənizinin  respublika 
iqtisadiyyatında rolu böyükdür. Bura ölkənin əsas neft-qaz bazası rolunu oynaması ilə 
yanaşı,  iqlimin  formalaşmasında,  bioresursları  və  rekreasiya  resurslarının 
istifadəsində də əhəmiyyəti böyükdür. Respublika ərazisində çoxlu sayda regional və 
dünya  səviyyəli  tarixi-mədəni  obyektlər,  müqəddəs  yerlər,  nadir  təbiət  abidələri, 
ekoloji muzeylər, yaşlı nadir ağaclar, balneoloji-mineral sular, ovçuluq təsərrüfatları, 
milli  parklar,  müxtəlif  turizm  obyektləri,  istirahət  bazaları,  əsrarəngiz  təbiətə  malik 
landşaftlar  vardır.  Bu  təkrarolunmaz  resurslardan  səmərəli  istifadə  etmək,  turizm-
sənaye  kompleksini  formalaşdırmaq,  bu  resursların  iqtisadi  əhəmiyyətini  artırmaq 
olduqca vacib məsələlərdəndir. 

 
- 86 - 
Ölkəmizin  sürətli  və  davamlı  inkişaf  strategiyası,  regionların  sosial-iqtisadi 
inkişaf problemlərinin uğurlu həyata keçirilməsi, neft-qaz sənayesindən əldə olunan 
gəlirlərin  qeyri-neft  sektoruna  cəlb  edilməsi  yerüstü  təbii  sərvətlərdən,  xüsusilə  də 
torpaq,  su,  rekreasiya  resurslarının  potensial  ehtiyatlarından  səmərəli  istifadə  etməyi 
tələb  edir.  Bu  məqsədlə  də  ayrı-ayrı  regionların,  iqtisadi  rayonların  potensial 
ehtiyatlarının müəyyənləşdirilərək təhlil edilməsinə ehtiyac vardır.  
Abşeron  iqtisadi  rayonu  (Bakı  şəhəri  də  daxil  olmaqla)  Xəzərsahili 
düzənlikdən  2200  metr  yüksəkliyədək  bir  ərazini  əhatə  etdiyindən  burda  torpaq 
əmələgətirici amillərin təsiri ilə səhra, yarımsəhra, bozqır, meşə, meşə-kolluq, çəmən 
və  çəmən-bataqlıq  bitki  örtüyü  hündürlük  zonallığını  yaratmış,  üçüncü  və  dördüncü 
dövr və Xəzər dənizinin qədim çöküntülərindən ibarət çuxurlar üzərində boz və boz-
qonur torpaqların tip və yarımtipləri əmələ gəlmiş və geniş yayılmışdır. Bu torpaqlar 
yaşca cavan olub, genetik qatların zəif istifadə olunması ilə səciyyələnir. Boz və boz-
qonur torpaqların özünəməxsus xüsusiyyətlərindən biri də onların müxtəlif dərəcədə 
şorakətli  və  şoranlı  olmasıdır.  Odur  ki,  bu  torpaqlarda  kənd  təsərrüfatı  bitkiləri 
yetişdirməzdən  əvvəl  əsaslı  meliorativ  tədbirlər  həyata  keçiriliməlidir.  Ərazidə 
keyfiyyət  göstəricilərinə  və  təsərrüfat  əhəmiyyətinə  görə  geniş  yayılmış  torpaq 
tiplərindən biri də dağ-şabalıdı və şabalıdı torpaqlardır. Arid şəraitdə əmələ gələn bu 
torpaqlarda  şorlaşma  və  şorakətləşmə  hallarının  baş  verməsi  geniş  yayılmışdır. 
Şabalıdı  torpaqların  əmələgəlməsində  və  inkişafında  antropogen  amillərin  rolu 
böyükdür.  Rayon  ərazisinin  relyefi,  iqlimi,  həmçinin  şabalıdı  torpaqların  fiziki-
kimyəvi  xüsusiyyətləri  kənd  təsərrüfatı  bitkilərinin  əkilməsi  üçün  əlverişlidir. 
Rayonun  kənd  təsərrüfatında  qismən  istifadə  olunan  çimli  dağ-çəmən,  tipik  qəhvəyi 
dağ-meşə,  karbonatlı  və  bozqırlaşmış  qəhvəyi  dağ-meşə,  dağ-qara  və  dağ  boz-
qəhvəyi  torpaqlar  ümumi  torpaq  sahəsinin  7.4%-ni  təşkil  edir.  Əsasən  biçənək, 
kəndyanı  örüş  və  otlaq  sahələri  kimi  istifadə  olunur.  Meşə  və  meşə-kolluqların 
qəhvəyi  torpaqları  ərazidə  ekoloji  durumun  dayanıqlı  olmasında,  xüsusilə 
torpaqqoruyucu, su tənzimləyici və iqlimmülayimləşdirici əhəmiyyəti vardır. Başlıca 
olaraq  dənizsahili  düzənlik  və  qismən  dağətəyi  düzənlikdə  lokal  şəraitdə  yayılmış 

 
- 87 - 
subasar  allüvial-çəmən  torpaqlar,  şoranlar,  takir  və  takirabənzər,  dyunlu-təpəcikli 
qumlar,  habelə  çılpaq  qayalıqlar  və  səthə  çıxmış  gilli  süxurlar  ümumi  torpaqların 
19.4%-ni  təşkil  edir.  Bu  torpaqlardan  yalnız  subasar  –  allüvial  çəmən  torpaqların  az 
bir  hissəsi  kənd  təsərrüfatına  yararlıdır,  bostan  və  tərəvəz,  qismən  də  meyvə  əkini 
üçün istifadə edilir. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  Abşeron  iqtisadi  rayonunun  ümumi  torpaq 
fondunun 46.0%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqların 82%-ni örüş 
və  otlaq  sahələri  əhatə  edir.  Əkinə  yararlı  torpaqlarda  meliorativ  tədbirlərin 
genişləndirilməsinə  böyük  ehtiyac  vardır.  Belə  ki,  suvarılan  torpaqlarda  şoranlaşma 
güclənmiş,  qrunt  sularının  səviyyəsi  artmışdır.  Torpaq  fondunun  eroziyadan 
qorunmasına  qarşı  bir  sıra  tədbirlər  görülsə  də,  yetərli  deyildir.  Regionun  sosial-
iqtisadi  inkişafına  dair  Dövlət  Proqramında  rayonda  su  və  külək  eroziyalarının 
qarşısının alınması, su rejiminin qorunub saxlanması və ətraf mühitin tənzimlənməsi 
məsələlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 
Gəcnə-Qazax  iqtisadi  rayonunda  torpaqəmələgətirən  süxurlar  labüd  qırıntılı 
prölüvial  və  alüüvial-prölüvial  gilli  və  gillicəli  çöküntülərdən  təşkil  olunmuşdur. 
Formalaşmış torpaq örtüyünün tərkibində dağətəyi və düzən ərazilərində əkinçilik və 
heyvandarlığın  əsas  dayağı  sayılan  tünd,  adi,  açıq  şabalıdı  və  çəmən  şabalıdı,  boz, 
boz-çəmən  və  subasar  –  allüvial  çəmən  torpaqları  geniş  yayılmışdır.  Bu  tip  və 
yarımtip  torpaqlar  ümumi  torpaq  fondunun  48.3%-ni  təşkil  edir.  Qismən  qalıq 
şorlaşmış açıq şabalıdı yarımtip torpaqlar geniş ərazi tutması və meliorativ cəhətdən 
qeyri-kafi vəziyyətdə olması ilə səciyyələnir. 
Yüksək  potensial  təbii  münbitliyi  və  nisbətən  əlverişli  meliorativ  durumu  ilə 
seçilən  və  kənd  təsərrüfatında  geniş  istifadə  edilən  dağ-şabalıdı  torpaqlar  dağlıq 
ərazidə  yayılmış  və  ümumi  ehtiyatın  9.6%-ni  təşkil  edir.  Dağlıq  ərazilərdə  istifadə 
arealına  görə  üstünlük  təşkil  edən  boz-qəhvəyi  torpaqlar  ehtiyatın  18.8%-ni  təşkil 
edir,  dağ-qara  və  dağ-şabalıdı  torpaqlar  dağlıq  ərazi  torpaqlarının  33.8%-ni  təşkil 
edir.  Heyvandarlığın  təbii  yem  mənbəyi  olan  alp  və  subalp  çəmən  torpaqları  dağ-
çəmən torpaqlarının 7.5%-ni təşkil edir. Rayonun ümumi torpaq ehtiyatının 63.2%-i 

 
- 88 - 
kənd  təsərrüfatına  yararlıdır.  Kənd  təsərrüfatına  yararlı  torpaqların  25%-i  əkin  və 
dincə  qoyulmuş  torpaqlardır.  Ən  geniş  yayılmış  torpaqlar  örüş  və  otlaq  torpaqlarıdır 
(64.5%).  Həyətyanı  torpaqlar  yararlı  torpaqların  5.6%-nə,  9.7%-i  meşə  torpaqlarına, 
23.6%-i  suvarılan  torpaqların  payına  düşür.  Uzunmüddətli  təbii  və  antropogen 
təsirlərə məruz qalmış rayonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin keyfiyyət 
göstəricilərinin  əsaslı  şəkildə  dəyişməsi  onların  müxtəlif  keyfiyyət  qruplarında  yer 
tutmasına səbəb olmuşdur. Belə ki, rayonun kənd təsərrüfatında istifadə olunan əkin 
və  dincə  qoyulmuş  torpaqlar  təbii  münbitlik  xassəsini  qoruyub  saxlaya  bilmişdir. 
Regionda  torpaqların  kənd  təsərrüfatında  uzunmüddətli  istismar  edilməsi  və  burada 
heç  bir  zaman  kompleks  torpaqyaxşılaşdırma  tədbirlərinin  həyata  keçirilməməsi 
şaquli  istiqamətdə  bütün  növ  torpaqlara  mənfi  təsirini  göstərmişdir.  Suvarılan 
torpaqların keyfiyyət dəyişikliyi də aydın nəzərə çarpır. Qrunt sularının dərinliyə və 
minerallaşma  dərəcəsinə  görə  suvarılan  torpaqların  55.6%-i  yaxşı,  qalanı  kafi  və 
qeyri-kafi  vəziyyətdədir.  Rayonun  torpaq  örtüyündə  münbitliyin  itirilməsinə  və 
məhsuldarlığın  azalmasına,  torpaqların  ekoloji  meliorativ  vəziyyətinin  pisləşməsinə 
səbəb olan təbii amillərdən biri də torpaqlarda eroziya prosesinin baş verməsidir. Bu 
təbii amillə antropogen amil, yəni örüş və otlaq sahələrin intensiv şəkildə otarılması, 
meşə və kolluqların kütləvi şəkildə qırılması, həmin sahələrin şumlanması da eroziya 
prosesinin sürətlənməsinə səbəb olur. 
Şəki-Zaqatala iqtisadi rayonunun torpaq fondu 883.5 min ha-dır. Bunun 54%-i 
dağlıq  ərazidə,  46%-i  Alazan  -  Həftəran  vadisində  yayılmışdır.  Ümumi  torpaq 
fondunun 30%-i dağ-meşə torpaqlarından ibarətdir. Yayılma arealına görə qonur dağ-
meşə  torpaq  tip  və  yarımtipləri  daha  geniş  əraziləri  tutur.  Çəmənləşmiş  dağ-meşə 
torpaqları  ilə  birlikdə  qonur  meşə  torpaqlarının  sahəsi  ümumi  dağlıq  ərazi 
torpaqlarının  52.3%-ni  təşkil  edir.  Kənd  təsərrüfatında,  xüsusilə  qoyunçuluğun 
inkişafında  mühüm  rol  oynayan  yüksək  dağlıq  ərazilərdə  yayılmış  subalp  və  alp 
çəmənliklərinin müxtlif tip və yarımtip çəmən torpaqları dağ torpaqlarının 10.3%-ni 
təşkil edir. Rayon ərazisində meyvəçiliyin, taxılçılığın, baramaçılığın, heyvandarlığın 
və  digər  kənd  təsərrüfatı  sahələrinin  inkişafında  geniş  istifadə  olunan  və  potensial 

 
- 89 - 
münbitliyi  ilə  seçilən  dağ-qara,  dağ-boz-qəhvəyi  və  dağ-şabalıdı  torpaqların  tip  və 
yarımtipləri ümumi dağ torpaqlarının 7%-ni təşkil edir. Böyük təsərrüfat əhəmiyyəti 
olan düzən torpaqları ümumi torpaq fondunun 46%-ni təşkil edir. Bu zonanın çəmən-
qəhvəyi,  şabalıdı,  boz,  boz-qonur,  allüvial-çəmən,  çəmən-bataqlıq  torpaqları  kənd 
təsərrüfatında  geniş  istifadə  olunur.  Bu  torpaqların  bir  hissəsi  fəal  antropogen 
fəaliyyət  nəticəsində  şoranlaşmış,  bataqlıqlaşmış  və  meliorativ  tədbirlərin  həyata 
keçirilməsini tələb edir. Qış otlaqları kimi istifadə olunan Acınohur çölünün şabalıdı, 
boz,  boz-qonur  torpaqlarının  şoran,  şorakətli,  qobu  və  yarğan  eroziyasına  məruz 
qalmış sahələri xeyli genişlənmişdir. Rayonun ümumi torpaq fondunun 45.7%-i kənd 
təsərrüfatına yararlıdır və bunun da 39.8%-ni örüş və otlaqlar təşkil edir. Meşə altında 
qalan  torpaqlar  ümumi  torpaq  fondunun  30.9%-ni,  istifadəsi  mümkün  olmayan 
torpaqlar  isə  23.4%-ni  təşkil  edir.  Rayonun  suvarılan  əkin  sahələrində  şoranlaşmaya 
meyl  getdikcə  artır.  Burada  mövcud  aqroekoloji  durum  kənd  təsərrüfatında  istifadə 
olunan  torpaqlarda  əsaslı  meliorativ  işlərin  aparılmasına  ciddi  ehtiyacın  olduğunu 
göstərir. Ərazinin xeyli hissəsinin dağlıq və dağətəyi sahələrdə yerləşdiyindən ümumi 
torpaq ehtiyatı su eroziyasına məruz qalır. Bu sahələrdə səthi, xətti, qobu, yarğan və 
suvarma  eroziya  növləri  formalaşmışdır.  Yüksək  dağlıq  qurşağın  alp,  subalp  və 
bozqır çəmənliklərində yayılmış dağ-çəmən və qaratorpaqlarında səthi eroziya inkişaf 
etmişdir.  Səthi  eroziya  prosesi  yay  otlaqlarından  düzgün  istifadə  edilməməsi 
nəticəsində baş verir. Ərazidə şabalıdı və boz torpaqların yayıldığı Acınohur çölündə 
eroziya prosesi daha intensiv gedir. Bitki örtüyü zəif inkişaf etdiyindən burada külək 
eroziyası ilə yanaşı, su eroziyası, xüsusilə şabalıdı və boz torpaqların üst yuxa qatını 
dağıdaraq  daşlı-çınqıllı,  bəzi  sahələrdə  isə  gilli  süxurların  üzə  çıxmasına  səbəb 
olmuşdur.  Rayonda  eroziya  prosesinə  qarşı  mütəşəkkil  mübarizə  aparmaq  üçün 
ərazinin  relyef  şəraiti,  torpaqların  aqroistehsal  xüsusiyyətləri,  eləcə  də  müəyyən 
ərazidə baş verən eroziyanın növü nəzərə alınmaqla kompleks tədbirlər planı işləyib 
həyata keçirilməlidir. 
Lənkəran-Astara iqtisadi rayonunun torpaq fondu 607 min ha-dır. Bunun 408.8 
min  ha-ı  alçaq  və  orta  dağlıq  ərazilərdə  yayılmışdır.  Bunun  49.6%-i  meşə  mənşəli 

 
- 90 - 
çəmənləşmiş  dağ-meşə,  bozqırlaşmış  qonur  dağ-meşə,  sarı  dağ-meşə,  qəhvəyi-dağ-
meşə və dağ boz-qəhvəyi tip və yarımtip torpaqlardan ibarətdir. Çimli dağ-çəmən və 
bozqır dağ-çəmən torpaqları əsasən Astara, Lerik və Yardımlı rayonları ərazilərində 
yayılmışdır.  Çimli  dağ-çəmən  torpaqları  əsasən  yay  otlaq  sahələri  olub,  təbii  yem 
mənbəyi  kimi  qoyunçuluğun  inkişafında  istifadə  olunur.  Bozqır  –  çəmən  torpaqları 
əsasən kartof və dənli bitkilərin əkinləri altında və qismən  isə biçənək sahələri kimi 
istifadə  olunur.  Meşə  torpaqları  rayonun  hidroloji  rejiminin  tənzimlənməsi  rol 
oynayır,  ot  örtüyü  və  meşələr  torpaqqoruyucu,  iqlim  mülayimləşdirici  funksiyanı 
yerinə  yetirir.  Meşə  örtüyü  altındakı  torpaqlarda  qeyri-kapilyarlığın  yüksək  olması 
əraziyə  düşən  yağıntıların  torpağa  hopmasına  böyük  təsir  edir,  su  axımının  əmələ 
gəlməsinin  qarşısını  alır,  onun  dağıdıcı  təsirini  zəiflədir.  Bozqırlaşmış  meşə  talalar 
əsasən  otlaq  və  biçənək  sahələri  kimi  yerli  əhali  tərəfindən  geniş  istifadə  edilir. 
Dağlıq  ərazilərdə  vaxtıilə  bir  çox  yaşayış  məntəqələrinin  ətrafı  sıx  meşələrlə  örtülü 
olduğu  halda,  hazırda  həmin  meşələr  qırılmış,  əkin  və  örüş  sahələrinə  çevrilmişdir. 
Meşəsizləşmiş  ərazilərin  genişlənməsi  eroziya,  sel  və  sürüşmə  hadisələrinin  geniş 
yayılmasına  səbəb  olmuşdur.  Dağətəyi  düzənliklərdə  geniş  yayılmış  boz  qəhvəyi 
torpaqlar rayonun şimal hissəsində Cəlilabad, qismən də Masallı rayonları ərazisində 
yayılmışdır. Əsasən, üzümçülüyün və taxılçılığın inkişaf etdirilməsi üçün əlverişlidir. 
Astara,  Lənkəran,  qismən  də  Masallı  rayonları  ərazisində  yayılmış  podzollu  sarı 
torpaqlar çayçılığın və digər subtropik bitkiçiliyin yetişdirilməsi üçün çox əlverişlidir. 
Lənkəran  ovalığında  geniş  yayılmış  şabalıdı,  boz,  çəmən-boz,  allüvial-çəmən  və 
bataqlıq  torpaqlar  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  yetişdirilməsi  üçün  istifadə 
olunur.  Rayonun  ümumi  torpaq  fondunun  47.5%-i  kənd  təsərrüfatına  yararlıdır  və 
istehsal  dövriyyəsinə  daxildir.  Bu  torpaqların  47.3%-i  əkin  və  dincə  qoyulmuş 
torpaqlardır,  3.3%-i  çoxillik  bitkilərin  altındadır,  biçənəklər  isə  cəmi  5.3%-i  təşkil 
edir.  Kənd  təsərrüfatına  yararlı  həyətyanı  torpaqların  sahəsi  çoxillik  əkmələr 
becərilən  və biçənək  torpaqlarına nisbətən çoxdur və 8.6% təşkil  edir. Örüş və otlaq 
torpaqları yararlı torpaqların 35.5%-ni təşkil edir. 

 
- 91 - 
Kənd  təsərrüfatında  istifadə  olunmayan  torpaqların  bir  hissəsi  Qızılağac, 
Hirkan, Züvand qoruq və yasaqlıqlardandır. 
İqtisadi  rayonda  ən  az  torpaq  ehtiyatı  Astara  inzibati  rayonundadır  (cəmi 
10.2%),  ən  çox  isə  Lənkəran  rayonunun  (25.4%)  payına  düşür.  Lakin  Cəlilabad 
rayonunda  bu  göstərici  Lənkərana  nisbətən  aşağı  olsa  da  yararlılıq  səviyyəsi  4  dəfə 
yüksəkdir.  Rayonun  kənd  təsərrüfatında  uzunmüddət  istifadə  olunan  yararlı 
torpaqların  münbitlik  xassələrini  səciyyələndirən  və  mövcud  durumunu  əks  etdirən 
keyfiyyət göstəriciləri müxtəlifdir.  
Iqtisadi  rayonun  torpaq  ehtiyatı  çoxillik  istismara  məruz  qaldığından  həm 
suvarma,  həm  də  eroziya  proseslərinə  məruz  qalmışdır.  Lerik  və  Yardımlı 
rayonlarında  torpaqların  zəif  mühafizə  edilməsi  eroziya  prosesinin  şiddətlənməsinə 
səbəb  olmuşdur.  Torpaq  ehtiyatlarının  60-65%-ni  dağlıq  əraziləri  əhatə  edən  Astara 
və  Lənkəran  rayonlarında  torpaq  eroziyasının  qarşısı  meşə  massivlərinin  hesabına 
xeyli  zəifləmişdir.  Cəlilabad  rayonunun  torpaq  ehtiyatı  digər  rayonların  torpaq 
sahələrinə nisbətən az eroziyaya uğramışdır. Eroziyaya məruz qalmış sahələrə əsasən 
rayonun  alçaq  dağlıq  və  təpəli-dalğavari  girintili-çıxıntılı  relyef  şəraitində  yayılmış 
boz-qəhvəyi,  dağ-çəmən,  qəhvəyi  dağ-meşə  və  şabalıdı  torpaqlarda  rast  gəlinir. 
Rayonun  oxşar  ərazilərində  olduğu  kimi  burada  da  torpaq  örtüyündə  baş  verən 
dağıdıcı  eroziyanın  fəaliyyəti  bilavasitə  təbii  və  antropogen  proseslərin  təsiri  ilə 
əlaqədardır.  Bu  baxımdan  regionların  inkişafına  dair  dövlət  proqramlarında  iqtisadi 
rayonda  Astaraçay  suətrafı  sahələrdə  yayılmış  münbit  torpaqların  sel  sularının 
yuyulma təhlükəsini məhdudlaşdırmaq məqsədilə sahilbərkidici işlərin icrası nəzərdə 
tutulmuşdur. 
Regionda  çəltik  istehsalının  inkişaf  etdirilməsi  ilə  əlaqədar  kənd  təsərrüfatına 
yararlı  ətraf  torpaq  sahələrində  baş  verə  biləcək  bataqlaşmanın  qarşısının  alınması 
üçün  kompleks  meliorativ  tədbirlərin  həyata  keçirilməsinə  ehtiyac  yaranmışdır. 
Dağlıq  ərazilərdə  mərmər  və  digər  tikinti  materiallarının  istehsalının  inkişaf 
etdirilməsi ilə əlaqədar ərazinin torpaq-ekoloji durumuna təsir göstərə biləcək halların 

 
- 92 - 
qarşısının  alınmasına  dair  tədbirlərin  işlənib  hazırlanması  və  onların  həyata 
keçirilməsi vacibdir. 
Quba-Xaçmaz  iqtisadi  rayonunun  torpaq  fondu  696.5  min  hektardır.  Bunun 
462.6  min  ha  –  yəni  66.4%-i  dağlıq  relyef  şəraitində  yayılmışdır  ki,  bunların  da 
əsasını  meşə  mənşəli  torpaqlar  təşkil  edir.  Meşə  torpaqları  dağ-torpaq  ehtiyatlarının 
63.6%-ni  əhatə  edir.  Burada  qəhvəyi  dağ-meşə  və  bozqırlaşmış  qəhvəyi  dağ-meşə 
torpaqları  meşə  fondu  torpaqlarının  61.3%-ni,  qonur  dağ-meşə  torpaqları  37.3%-ni, 
çimli  karbonatlı  dağ-meşə  torpaqları  isə  1.4%-ni  təşkil  edir.  Ərazidə  yayılmış  dağ-
boz qəhvəyi  torpaqlar ümumi dağ-torpaq fondunun 3.6%-ni təşkil  edir. Bu torpaqlar 
kənd təsərrüfatında meyvəçilik, heyvandarlıq, taxılçılıq və s. sahələrdə istifadə edilir. 
Ərazinin maili dağətəyi düzənliyində geniş sahələri tutan çəmən-qəhvəyi və şabalıdı 
torpaq  tipləri  ümumi  torpaq  ehtiyatının  15.6%  əhatə  edir.  Meyvəçilik  və  dənli 
bitkilərin  əkinləri  altında  geniş  istifadə  edilir.  Qismən  qış  otaqları  və  kəndyanı  örüş 
sahələri kimi heyvandarlığı yem bazası kimi təmin edir.  
Rayonun  torpaq  örtüyünün  tərkib  hissəsini  təşkil  edən  kənd  təsərrüfatına 
yararlı torpaqlar ümumi  torpaq fondunun 55.5%-ni təşkil  edir ki, bunun da 32.9%-i 
əkin və dincə qoyulmuş torpaqlardır. Kənd təsərrüfatına yararlı torpaqlardan ən geniş 
sahəni  örüş  və  otlaq  torpaqları  təşkil  edir.  Meşə  fondu  torpaqları  ümumi  torpaq 
ehtiyatının 29.7%-ni, istifadə olunmayan torpaqlar 26.8%-ni təşkil edir.  
Kənd  təsərrüfatına  yararlı  torpaqların  33.9%-ni  suvarılan  torpaqlar  təşkil  edir 
ki, bunun da 70.5%-i əkin və dincə qoyulmuş, 17.6%-ni çoxillik əkmələr təşkil  edir. 
Rayonun  kənd  təsərrüfatına  yararlı  torpaq  sahəsinin  miqdarı  müxtəlif  olduğu  kimi, 
onların təyinatı üzrə istifadəsi də müxtəlifdir. Torpaq istifadəçiliyinin miqyası geniş 
olduğundan onun bugünki aqroekoloji durumu da xeyli fərqlidir. Müxtəlif təsərrüfat 
təyinatlı  sahələrin  uzunmüddətli  istismarının  nəticəsi  olaraq  torpağın  təbii 
münbitliyinin kəskin şəkildə pisləşməsi onu hazırki vəziyyətə salmışdır. Belə ki, kənd 
təsərrüfatı  dövriyyəsində  olan  386.5  min  ha  torpaq  sahəsinin  yalnız  113  min  ha-ı  I 
aqroistehsal qrupunda, yəni yüksək keyfiyyət qrupunda yer tutmuşdur. 

 
- 93 - 
Respublikanın  digər  rayonlarında  olduğu  kimi,  burada  da  torpaqdan 
uzunmüddətli  səmərəsiz  istifadə  torpaqların  deqradasiyasına  səbəb  olmuşdur.  Təbii 
ki,  yaxın  gələcəkdə  kənd  təsərrüfatında  istifadə  olunan  torpaqların  münbitlik 
xassələrinə,  eləcə  də  meliorativ  durumuna  əsasən  konkret  tədbirlər  planı  işlənib 
hazırlanmasa onların təsərrüfat dövriyyəsinə cəlb olunması çətinləşəcəkdir.  
Kənd təsərrüfatına  yararlı torpaqların 131.2 min hektarı suvarılan  torpaqlardır. 
Bu torpaqların ifrat dərəcədə suvarılması bir çox düzənlik ərazilərdə qrunt sularının 
həm  səviyyəsini  qaldırmış,  həm  də minerallaşma  dərəcəsini  yüksəltmişdir.  Təhlilləri 
göstərir  ki,  suvarılan  torpaqların  45.6%-nin  meliorativ  durumu  qrunt  sularının 
dərinliyinə  və  minerallaşma  dərəcəsinə  görə  ərazidə  yayılması  yaxşı,  35.3%-i  kafi, 
19.1%-i  qeyri-kafi  vəziyyətindədir.  Digər  rayonlarda  olduğu  kimi  burada  da  torpaq 
örtüyündə  baş  verən  eroziya  proseslərinə  qarşı  kompleks  mübarizə  tədbirləri 
hazırlanıb  həyata  keçirilməlidir.  Qəbul  olunmuş  dövlət  proqramlarında  rayonun 
suvarılan  torpaq  sahələrinin  genişləndirilməsi,  onların  davamlı  su  təminatının 
yaxşılışdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulumuşdur.  
Aran  iqtisadi  rayonu  digər  rayonlara  nisbətən  böyükdür,  torpaq  ehtiyatı  2  mln 
115179  min  ha-dır.  Bu  torpaqların  95.2%-i  ovalıq,  4.8%-i  alçaq  dağlıq  ərazilərdə 
formalamışdır.  Ovalıq  torpaqlarının  66.1%-i  boz  və  boz-çəmən,  Mil  düzününü 
qərbindəki dağətəyi düzənlikdə isə şabalıdı torpaqlardır. Şoranlı boz-qonur torpaqlar 
daxil olmaqla çəmən-bataqlıq, bataqlıq, şoran-şorakətli, təpəckli qumlar, daşlı-çınqıllı 
çay  yataqları,  çılpaq  qayalıqlar  və  səthə  çəxmış  süxurlar  əhatə  etdiyi  kənd 
təsərrüfatına az yararlı və şərti  yararsız sahələrin ölçüsü isə ümumi torpaq fondunun 
11.6%-ni  təşkil  edir.  Ovalığın  şimal  və  şimal-qərbində  yerləşən  alçaq  dağlıq 
ərazilərdə  dağ-qəhvəyi  və  dağ-şabalıdı  torpaqlar  yayılmışdır.  Bütövlükdə  rayonun 
ümumi  torpaq  fondunun  67.1%-i  kənd  təsərrüfatına  yararlı  torpaqlardır.  Bunun 
42.2%-i  əkin  və  dincə  qoyulmuş  torpaqlar,  0.9%-i  çoxillik  əkmələr,  0.2%-i  biçənək, 
5.6%-i  həyətyanı  torpaqlar,  51.1%-i  isə  örüş  və  otlaq  sahələridir.  Kənd  təsərrüfatı 
istehsalına  cəlb  olunmuş  torpaqların  46.8%-i  suvarılan  torpaqlardır  ki,  bunun  da 
84.9%-i əkin sahələridir. Çoxillik əkmələrin 1.7%-i, örüş və otlaq torpaqlarının 3.1%-

 
- 94 - 
i,  həyətyanı  torpaqların  10.1%-i,  meşə  fondu  torpaqlarının  0.9%-i  suvarılır.  Kənd 
təsərrüfatında  istifadə  olunmayan  torpaqlar  ümumi  torpaq  fondunun  31.3%-ni  təşkil 
edir. Bunun əsas hissəsi kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaqlardan 
ibarətdir.  Rayonun  kənd  təsərrüfatına  yararlı  torpaq  ehtiyatları  tükəndiyindən 
gələcəkdə    bu  torpaqların  əsaslı  şəkildə  yaxşılaşdırılması  yolu  ilə  əkin  dövriyyəsinə 
cəlb  edilməsi  gündəmdə  duran  məsələlərdəndir.  Iqtsadi  rayonda  İmişli,  Ağcabədi, 
Hacıqabul,  Kürdəmir,  Salyan,  Yevlax,  Neftçala,  Saatlı  və  Biləsuvarın  kənd 
təsərrüfatına  yararlı  torpaq  sahələri  daha  çoxdur  və  əsasən  də  örüş  və  otlaqlardan 
ibarətdir. Qış otlaq torpaqları kimi  istifadə olunan bu saəhələr həm iqtisadi rayonun, 
həm də respublikanın digər rayonlarının köçəri qoyunçuluğunda geniş istifadə olunur. 
Kənd təsərrüfatı sahələri içərisində istifadəyə görə əkin və dincə qoyulmuş torpaqlar 
üstünlük  təşkil  edir  və  suvarılan  torpaqların  əsasını  təşkil  edir.  Örüş  və  otlaq 
torpaqların az bir hissəsi suvarılır.  
Rayonun  torpaq  ehtiyatlarının  çoxəsirlik  istismarı  nəticəsində  onun  təbii 
münbitlik  xassələrinin  əsaslı  şəkildə  dəyişməsi  baş  vermişdir.  Belə  ki,  kənd 
təsərrüfatı  dövriyyəsində  olan  torpaq  ehtiyatının  yalnız  6.3%-i  yüksək  keyfiyyətli 
torpaqlardır  ki,  bu  da  əsasən  əhalinin  həyətyanı  torpaqlarıdır.  Əkin  sahələrinin 
düzgün  becərmə  və  uzunmüddətli  aqromeliorativ  tədbirləri  tətbiq  etməklə 
keyfiyyətlərini  yüksəltmək  mümkündür.  Rayonlarda  suvarılan  torpaqların  meliorativ 
durumunun  qiymətlndirilməsi  və  suvarma  sistemlərinin  texniki  vəziyyətinə  dair 
kodastr məlumatlarına əsasən ərazidə suvarılan torpaqların qrunt sularının dərinliyinə 
və  minerallaşma  dərəcəsinə  görə  paylanması  müxtəlifdir.  Belə  ki,  ümumi  suvarılan 
torpaqların 29.3%-i qeyri-kafi, 60.5%-i kafi, 10.2%-i isə yaxşı vəziyyətdədir.  
Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  torpaq  əmələgətirən  süxurlar  dağlıq  və 
dağətəyi ərazilərdə əsasən vulkanogen mənşəli andizit, andizit-bazalt və digərləri əsas 
süxurların  aşınmış  allüvial,  delüvial,  düzənliklərdə  isə  lossobənzər  allüvial,  qumsal 
gillicəli  və  qismən  isə  gilli  çöküntülərdən  ibarətdir.  Burada  təbii  komplekslərin 
qarşılıqlı  əlaqəsi  nəticəsində  özünəməxsus  torpaq  örtüyünün  tərkibi  formalaşmışdır. 
Formalaşan  və  inkişaf  edən  bölgənin  mövcud  torpaq  örtüyündə  əsasən  çimli  dağ-

 
- 95 - 
çəmən,  bozqır  dağ-çəmən,  qonur  dağ-meşə,  qəhvəyi  dağ-meşə,  dağ-qara,  boz-
qəhvəyi,  dağ-şabalıdı,  boz,  çəmən-meşə  və  subasar  allüvial-çəmən  torpaq  tipləri 
yayılmışdır.  Torpaq  ehtiyatının  (834166  ha)  29.6%-ni  təşkil  edən  dağ-şabalıdı 
torpaqlar  bağçılıq,  taxılçılıq  və  heyvandarlıqda  geniş  istifadə  olunur.  Torpaq 
ehtiyatının  25.1%-ni  təşkil  edən  dağ-meşə  torpaqları  heyvandarlıqda  geniş  istifadə 
olunmaqla  qiymətli  biçənək  sahəsi  də  sayılır.  Torpaqların  14.7%-ni  təşkil  edən 
dağətəyi  düzənlikdə  formalaşmış  şabalıdı  torpqlar  əkib-becərilən  sahələrin  əsasını 
təşkil  edir.  
Rayoun  ümumi  torpaq  fondunun  60.1%-ni  kənd  təsərrüfatına  cəlb  edilmiş 
torpaq tipləri təşkil edir. Bu torpaqların da 48.9%-ni otlaq və örüş sahələri, 38.3%-ni 
əkin və dincə qoyulmuş, 9.1%-ni çoxillik əkmələr təşkil edir. Xocalı, Şuşa və Ağdərə 
rayonları ərazisində yerləşən biçənək torpaqları 4.2 min ha, kənd təsərrüfatına yararlı 
həyətyanı torpaqlar isə 2.8%-ə bərabərdir. Kənd təsərrüfatında istifadə olunmayan və 
ətraf  mühitdə  qoruyucu  əhəmiyyət  kəsb  edən  meşə  torpaqları  ümumi  torpaq 
fondunun  18.5%-ni  əhatə  edir.  Əsasən  dağ  yamaclarında  canlı  örtük  yaratmış  meşə 
sahələri  bir  çox  yerlərdə  qismən  də  olsa  meşəsizləşdirilərək  bozqır  çəmənliklərinə 
çevrilmişdir. Ərazinin erməni işğalından sonra vəziyyəti bir qədər də ağırlaşmışdır.  
Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  34.8%-i  suvarılan  sahələrdir. 
Bunun  da  67.8%-i  əkin  və  dincə  qoyulmuş  torpaqların  payına  düşür.  Suvarlan 
torpaqların  81.7%-i  çoxillik  əkmələrin  altındadır.  Həyətyanı  torpaqların  71.8%-nə 
suvarma  tətbiq  olunur.  Düzənlik  ərazilərdə  yarımsəhra  və  quru  çöl-bozqır  şəraitdə 
yerləşən  örüş  və  otlaqlar  2.4%  təşkil  edir.  Ən  çox  suvarılan  torpaqlar  Ağdam  və 
Füzuli  rayonlarındadır.  Rayonda  kənd  təsərrüfatı  bitkiləri  əsasən  dəmyə  şəraitində 
yetişdirildiyindən suvarma əkinçiliyi zəif inkişaf etmişdir.   
        Kənd  təsərrüfatı  dövriyyəsində  olan  torpaqların  11%-i  yüksək  münbitlik 
keyfiyyətinə,  53%-i  yaxşı  keyfiyyət,  31.4%-i  orta  keyfiyyət,  4.3%-i  aşağı  keyfiyyət 
göstəricisinə uyğundur.  
Torpaq  münbitliyinin  pisləşməsinə  təsir  göstərən  səbəblərdən  biri  suvarılan 
torpaqların  meliorativ  durumunun  pisləşməsidir.  Belə  ki,  suvarılan  torpaqların  cəmi 

 
- 96 - 
2%-nin qrunt sularının səthə  yaxın, yəni 1 metrdən az dərinlikdə  yerləşməsi, 31.1%-
nin  isə  3  metrədək  dərinlikdə  yerləşməsi  qeydə  alınmışdır.  Suvarılan  torpaqların 
66.9%-i  şorlaşma  təhlükəsi  olmayan  ərazilərdədir.  Rayon  torpaq  fondunun  45.9%-i 
müxtəlif  dərəcədə  eroziyaya  uğramışdır.  Ərazinin  çox  hissəsinin  dağlıq  və  dağətəyi 
sahələrdən  ibarət  olması  eroziya  prosesinin  geniş  yayılmasına  səbəb  olmuşdur. 
Burada  səthi,  xətti,  külək  və  suvarm  eroziya  növləri  geniş  yayılmışdır,  qobu  və 
yarğan  formaları  da  vardır.  Ərazinin  dağ-çəmən  və  bozqır  dağ-çəmən  torpaqlarında 
səthi eroziya üstünlük tşkil edir. Bu otlaq sahələrindən düzgün istifadə edilməməsinin 
hesabına  yaranmışdır.  Dağ-çəmən  zonasının  otlaq  torpaqlarında  otarma  yükünün 
ildən-ilə  artması  eroziya  prosesini  sürətləndirməklə  yanaşı  yem  bitkilərin  bioloji 
məhsuldarlığının  da  kəskin  şəkildə  azalmasına  və  tədricən  az  məhsuldar  və 
keyfiyyətsiz bitki qrupları ilə əvəz olunmasına səbəb olmuşdur. Dağ-meşə zonasında 
yayılmış  torpaqlarda  eroziya  prosesinin  baş  verməsi  və  onun  arealının 
genişlənməsinin əsas səbəbi təbii proseslərlə yanaşı, insanların təbiətə qarşı fəal təsiri 
ilə  əlaqəlidir.  Dağ-bozqır  zonasında  yayılmış  qaratorpaq,  boz-qəhvəyi  və  şabalıdı 
torpaqlar kənd təsərrüfatında taxıl, üzüm və meyvə bağları altında və heyvandarlıqda 
intensiv istifadə edilir. 
Dağlıq  Şirvan  iqtisadi  rayonunun  torpaq  fondu  613026  ha-dır,  onun  69.8%-i 
dağlıq,  30.2%-i  dağətəyi  düzənliklərdə  yayılmışdır.  Bu  torpaqların  28.4%-i  dağ 
şabalıdı,  20.6%-i  meşə  torpaqları,  5.7%-i  dağ-çəmən,  4.7%-i  dağ-qara,  8.1%-i  boz, 
8.0%-i  allüvial-çəmən  torpaqların  payına  düşür.  Rayonda  ümumi  torpaq  fondunun 
61.5%-i kənd təsərrüfatına yararlıdır. Bunun 37.5%-i əkin və dincə qoyulmuş, 2.5%-i 
çoxillik əkinlər becərilən torpaqlardır. Yararlı torpaqların 57.1%-i örüş və otlaqlardan 
ibarətdir. Həyətyanı təsərrüfatlarda 2.5% - torpaq  ehtiyatı  vardır. Suvarılan torpaqlar 
isə istifadə olunan torpaqların 14.2%-i təşkil edir. Suvarılan torpaqların 15.3%-i qrunt 
sularının  dərinliyinə  və  minerallaşma  dərəcəsinə  görə  yaxşı,  60.1%-i  kafi,  24.6%-i 
qeyri-kafi  vəziyyətdədir.  Ərazidə  suvarılan  torpaqların  52.4%-i  şorlaşmaya  məruz 
qalmışdır. Bu torpaqların da çox hissəsi Ağsu rayonu ərazisindədir. Burada suvarılan 
sahələrin  67.0%-i  şorlaşmışdır.  Bunun  16.1%-i  yüksək,  34.7%-i  orta,  49.2%-i  zəif 

 
- 97 - 
şorlaşmış  torpaqlardır.  Ağsu  rayonunda  suvarılan  torpaqların  54%-nin 
drenləşdirilməsinə  baxmayaraq,  orta  və  yüksək  şorlaşmış  torpaqların  çəkisi  çox 
böyükdür, onların bir qisminin  əsaslı  yuyulması, digər hissəsində təsirli suvarmanın 
aparılması  drenkollektor  şəbəkələrinin  texniki  vəziyyətinin  yaxşılaşdırılması  tələb 
olunur. Kənd təsərrüfatında istifadə olunan torpaqlarda təbii münbitliyin pisləşməsinə 
təsir göstərən və böyük dağıdıcı gücə malik olan eroziya prosesidir. Regionda torpaq 
fondunun  63%-i  müxtəlif  dərəcədə  eroziyaya  uğramış  sahələrdir  və  ən  çox  da 
Qobustan rayonundadır. 
Kəlbcər  –  Laçın  iqtisadi  rayonunda  torpaq  örtüyü  əsasən  vulkan  mənşəli 
süxurların aşınmış allüvial-dellüvial çöküntüləri üzərində əmələ  gəlmişdir. Rayonun 
torpaq fondu 530787 ha-dır. Bütün torpaq ehtiyatları dağlıq  ərazidə  yerləşir. Yüksək 
dağlıq  hissədə  yayılmış  ibtidai,  torflu  və  çimli  dağ-çəmən  torpaqları  torpaq 
ehtiyatının  24.6%-ni  təşkil  edir.  Orta  dağlıq  ərazidə  qaramtıl  və  bozqır  dağ-çəmən 
torpaqlar  10.4%-ni,  meşə  altı  torpaqlar  42.2%,  alçaq  dağlıq  və  dağətəyi  düzənlik 
zonada boz-qəhvəyi, şabalıdı və allüvial-çəmən torpaqlar 15.8%-ni əhatə edir. Torpaq 
fondunun 45.0%-i kənd təsərrüfatına cəlb olunmuşdur. Bunun 18.5%-i əkin və dincə 
qoyulmuş, 1.6%-i çox illik əkin sahələridir. Örüş və otlaqlar ümumi torpaq fondunun 
73.4%-ni,  həyətyanı  torpaqlar  1%-ni,  5.5%-i  biçənək  sahələri  kimi  istifadə  olunur. 
Ərazidə suvarılan torpaqların sahəsi 13.5 min ha-dır, bunun 75.6%-i əkin sahələrinin 
payına düşür. 
  Naxçıvan  iqtisadi–coğrafi  rayonunun  torpaq  fondu  536300  hektardır.  Bunun 
23.4%-i  əkin  və  dincə  qoyulmuş,  0.4%-i  çoxillik  əkmələr,  1.9%-i  biçənək,  67.0%-i 
örüş  və  otlaqlar,  7.3%-i  həyətyanı  torpaqların,  66.5%-i  meşə  və  kənd təsərrüfatında 
istifadə olunmayan torpaqların payına düşür. 
Əsasən  vulkanogen  və  antropogen  mənşəli  müasir  dördüncü  dövrün  elüvial, 
elüvial-delüvial  və  allüvial  çöküntüləri  üzərində  formalaşıb  inkişaf  edən  Arazboyu 
düzənliklərdə və alçaq dağlıq sahələrdə boz, boz-çəmən, çəmən-boz, allüvial-çəmən, 
şoranlı, şorakətli, şabalıdı və s. torpaq tipləri və yarımtipləri yayılmışdır.  Orta dağlıq 
sahələrdə  dağ-şabalıdı,  qəhvəyi  dağ-meşə  torpaqları,  yüksək  dağlıq  ərazilərdə  isə 

 
- 98 - 
bozqır  dağ-çəmən,  çimli  dağ-çəmən,  ibtidai  və  torflu  dağ-çəmən  torpaqları 
formalaşmışdır. Əsasən düzənlik və dağətəyi ərazilərin torpaqları kənd təsərrüfatında 
geniş  istifadə  edilir.  Bu  becərilən  torpaqlarda  taxılçılıq,  tərəvəzçilik,  üzümçülük, 
bağçılıq, kartofçuluq və s. kimi təsərrüfat sahələri inkişaf etmişdir. 
Rayonda  torpaq  sahələrinin  antropogen  və  təbii  dağıdıcı  fəaliyyətin  təsirinə 
məruz  qalmış  hissələrinin  bərpa  edilməsi  olduqca  vacibdir.  Belə  ki,  düzənlik 
ərazilərdə  şoranlaşma,  dağlıq  və  dağətəyi  ərazilərdə  isə  külək  və  iqlim  eroziyaları 
üstünlük təşkil edir ki, buna qarşı aqlomerativ tədbirlərin həyata keçirilməsi, suvarma 
sisteminin təkmilləşdirilməsi vacibdir.  
Respublika  ərazisinin  əlverişli  coğrafi  mövqeyi,  təbiəti,  təbii  şəraiti,  əhalinin 
çoxillik  təsərrüfat  fəaliyyəti,  dünya  təsərrüfatında  iştirak  səviyyəsi,  tarixi-etnoqrafik 
strukturu,  ümumi  sosial-iqtisadi  inkişafı  dünya  ölkələrinin  getdikcə  marağını 
artırmaqdadır. Belə ki, iki iqlim qurşağının qovşağı, özünəməxsus və təkrarolunmaz 
landşaft quruluşu müxtəlif növ rekreasiya resurslarını formalaşdırmışdır. Əsrarəngiz 
təbii  rekreasiya  resurslarının  böyük  potensialı  vardır.  Mənzərəli  landşaft,  dağların 
ekspozisiyası,  göllər,  alp-subalp  çəmənliklər,  dağ  və  düzən  meşəliklər,  sıldırım 
qayalıqlar,  şəlalə  və  sututarlar,  mineral  va  balneoloji  sular  turistlərin  diqqətindən 
kənarda  qala  bilməzdi.  Xəzər  dənizinin,  sahil  qumlarının,  bol  günış  enerjisinin 
müalicəvi əhəmiyyəti, Abşeron, Quba-Xaçmaz, Lənkəran–Astara sahillərinin mineral 
və termal suları olduqca məşhurdur. Göygöl, Maralgöl və ora dxil olan göllər sistemi, 
Batabat, Hacıqabul, Böyükşor, Masazır göllərinin ətrafı, suları və onların mikroiqlim 
şəraiti  böyük  rekreasiya  potensialına  malikdir.  Böyük  Qafqaz,  Kiçik  Qafqaz,  Talış 
dağları, Naxçıvan ərazisi zəngin və çoxşaxəli mineral və termal sulara malikdir. Belə 
ki,  Naxçıvanda  Badamlı,  Sirab,  Vayxır,  Darıdağ,  Kəlbəcərdə  İstisu,  Bağırsaq, 
Xaçında  Qoturlu,  Minkənd,  Şuşada  Turşsu,  Şırlan,  Gədəbəydə  Slavyanka,  Şəki-
Zaqatalada İlisu, Xalxal, Bum, Şamaxıda Çuxuryurd, Quba-Xaçmazda Cimi, Xaltan, 
Qalaaltı, Abşeronda Qala, Bilgəh, Şıx, Lənkəranda Ərkivan, Orva, Meşəsu, Biləsər, 
Aşağı Ağkörpü, Qızılca, Taxtakaran, Qoturlusu, İstisu, Astara kimi mineral və termal 
sular vardır. Abşeronda Böyükşor, Masazır, Binəqədi və digər göllərin minerallaşmış 

 
- 99 - 
suları və palçıqları müalicəvi əhəmiyyətlidir. Uzun tarixi inkişaf yolu keçən ölkəmiz 
çox zəngin antropogen resurslara – möhtəşəm qalalara, arxeoloji abidələrə, qayaüstü 
rəsmlərə, mağaralara, qədim insan məskənlərinə malikdir. Qobustan və Gəmiqayanın 
qayaüstü  rəsm  və  təsvirləri,  Azıx,  Tağlar,  Damcılı  mağaraları,  Əlincə,  Çıraq, 
Cavanşir,  Ərkivan,  Ramana  qalaları,  Bakıda  Şirvanşahlar  sarayı,  Qız  qalası,  Qala 
divarları,  İçərişəhər,  Mərdəkan  qalası,  Atəşgah,  Şəkidə  Xan  sarayı,  Gəncədə, 
Naxçıvanda,  Ordubadda,  Şamaxıda, Qubada,  Lənkəranda  və  s.  regionlarda  müxtəlif 
tarixi abidələr mühüm rekreasiya resurslarıdır. 
Təbii  və  antropogen  resurslardan  fəal  istifadə  etməklə  əhalinin  sağlamlığını 
qorumaq,  bu  potensialdan  səmərəli  istifadə  etmək,  turizmin  yüksək  inkişaf 
səviyyəsinə  nail  olmaq  məqsədilə  2010-cu  ildə  “Azərbaycan  Respublikasında  2010-
2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı”  qəbul  etmişdir.  Eyni 
zamanda ölkəmizdə davamlı  inkişafı təmin  etmək üçün ətraf mühitin  mühafizəsi  və 
təbii  resurslardan səmərəli  istifadə etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi 
olduqca  vacibdir.  Bura  su  ehtiyatlarının  səmərəli  istifadəsinin  stimullaşdırılması, 
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, müvafiq standartlara uyğunlaşdırılması, 
transərhəd  çayların  çirklənmədən  mühafizəsi,  səhralaşma  prosesinin  qarşısının 
alınması  üçün  torpaqların  inventarlaşdırılması,  məhsuldar  və  rekreasiya  əhəmiyyətli 
torpaqların  inşaat  üçün  istifadəsinin  qadağan  edilməsi,  milli  turizm  proqramının 
hazırlanmasında  davamlı  inkişaf  prinsiplərinin  nəzərə  alınması,  hər  cür  zona  üçün 
ətraf  mühitə  maksimum  yol  veriləsi  turist  təzyiqinin  müəyyənləşdirilməsi,  ekoloji 
turizm və turizmin digər yeni formalarının inkişaf etdirilməsi aiddir.  
 
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin