TƏBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix04.12.2019
ölçüsü1,07 Mb.
#29797
1   2   3   4   5   6   7   8
K.B.Bayramov Tebietden istifadenin idtisadi ve ekoloji problemleri


Dünya üzrə 
9780 
100.0 
21 
 
   
Cədvəldən  göründüyü  kimi  hidroenerji  potensialından  daha  çox  istifadə  edən 
region  Avropa  və  Şimali  Amerikadır.  Bu  rəqəmin  az  olduğu  regionlarda  əsasən 
inkişaf etməkdə olan ölkələr yerləşir və onlar istifadə oluna biləcək potensialın üçdə 
ikisini  hələ  mənimsəməmişlər.  Ölkələr  içərisində  istifadə  olunan  potensial  arasında 
da  fərqlər  mövcuddur.  Belə  ki,  iqtisadi  hidropotensialın  təxminən  yarısı  Çin  (1260 
mlrd. kvt/saat), Rusiya(850), Braziliya (765),  Kanada  (540), Hindistanın (500 mlrd. 
kvt/saat)  payına  düşür.  Bu  potensialdan  istifadə  səviyyəsi  də  müxtəlifdir.  Belə  ki, 
Fransa,  İsveçrə,  İtaliya,  Yaponiya  kimi  dövlətlər  demək  olar  ki,  bütün  potensialdan 
istifadə edirlər. ABŞ və Kanadada bu 38-40%, Çində 16%, Hindistanda 15%, Peruda 
5%, Konqo DR-da 1.5%-dir. Rusiya böyük potensiala malik olsa da onun cəmi 18%-
ni mənimsəyə bilmişdir.  
 
Təbii və süni göllərin təbiətdə və məişətdə əhəmiyyəti böyükdür. Belə ki, təbii 
göllərin əksəriyyəti şirin su mənbəyidir və məişətdə, təsərrüfatın ayrı-ayrı sahələrində 
geniş  istifadə  olunur.  Məsələn,  Böyük  Göllər,  Ladoqa,  Oneqa  kimi  göllər  gəmiçilik 
üçün  əlverişlidir  və  istifadə  olunur.  Bir  sıra  göllər,  xüsusilə  çöl  və  yarımsəhra 

 
- 47 - 
zonalarında yerləşən göllər duzlu, acı dadlı göllərdir. Onlardan kimya sənayesi üçün 
xammal,  mətbəxdə  istifadə  etmək  üçün  xörək  duzu  istehsal  olunur.  Göllərin  üzvü 
aləmindən istifadə böyük praktik əhəmiyyət kəsb edir. Süni göllər insan fəaliyyətinin 
nəticəsidir  və  onlar  bir  sıra  məqsədlər  üçün  yaradılır.  Su  anbarlarının  əsas  vəzifəsi 
çay  sularının  toplanması,  onun  su  sərfinin  tənzimlənməsidir.  Bundan  başqa  ondan 
suvarma,  su  təchizatı,  hidroenerji  istehsalı,  gəmiçilik,  rekreasiya,  idman  və  s. 
məqsədilə  də  istifadə  olunur.  Su  anbarlarının  yaradılma  tarixi  çox  qədimdir.  Ilk  su 
anbarları  qədim  əkinçilik  mədəniyyətinin  inkişaf  etdiyi  Nil,  Yantsızı,  Qanq,  Dəclə, 
Fərat  və  başqa  çayların  üzərində  yaradılmışdır.  Sonralar  Asiya,  Afrika,  Avropa  və 
Amerikanın ayrı-ayrı ölkələrində yaradılmağa başlanılmış, sənayeləşmə dövründə isə 
geniş vüsət almışdır. Ikinci dünya müharibəsindən sonra su anbarlarının tikintisi daha 
da sürətlənmiş və XX əsrin 60-cı illərində özünün yüksək səviyyəsinə çatmışdır. 60-
cı  illərdən  sonra  elmi  diskussiyalarda  iri  su  anbarlarının  tikilməsinin  təbiətlə  mənfi 
təsiri  geniş  şəkildə  müzakirə  olunmağa  başladı  və  bu  gün  də  davam  etməkdədir. 
Həqiqətən  də  iri  su  anbarlarında  toplanan  böyük  miqdarda  su  qrunt  sularının 
səviyyəsinin  artmasına,  əkinə  yararlı  torpaq  sahələrinin  şoranlaşmasına  və  ya  su 
altında qalmasına, həmin ərazilərdən yaşayış məntəqələrinin köçürülməsinə, əhalinin 
miqrasiyasına, ərazinin mikroiqliminin dəyişməsinə səbəb olur.  
 
Hazırda  60  mindən  çox  su  anbarı  mövcuddur  ki,  ümumi  sahəsi  400  min 
kvadeat kilometrdən çoxdur. Bu anbarların ümumi həcmi 6600 kub. km, istifadə üçün 
yararlısı  isə  3000  kub.km-dir.  Azərbaycanda  su  anbarları  müxtəlif  istiqamətlidir, 
əsasən  də  suvarma  və  elektrik  enerjisi  istehsalı  üçün  yaradılmışdır.  Lakin  ən  iri  su 
anbarı  olan  Mingəçevir  su  anbarı  müxtəlif  profillidir.  Ondan  həm  suvarma,  elektrik 
enerji  istehsalı,  həm  də  rekreasiya,  turizm,  idman,  balıqçılıq  və  s.  məqsədlə  də 
istifadə olunur.  
 
 
 
 

 
- 48 - 
4. Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri. 
 
 
Yer kürəsində torpaq, bitki örtüyü və canlılar aləmi bioresursların tərkib hissəsi 
kimi  insanların  təsərrüfat  fəaliyyətinin  əsasını  təşkil  edir.  Insanlar  bu  resurslardan 
istifadə  etməklə  özlərinin  maddi  və  mənəvi  tələbatlarını  ödəyir.  Bu  resursların 
yayıldığı  ərazilər  əsasən  yer  qabığı,  onun  müxtəlif  hissələridir.  Belə  ki,  torpaq  qatı 
yer  qabığının  üst  hissəsini,  bitki  aləmi  bu  torpağın  üzərini,  heyvanat  aləmi  isə  şərti 
olaraq  atmosferin  10  km-dək  yüksəkliyini,  qurunun  3  km-dək  və  yaxud  neft  və  daş 
kömürün  yerləşdiri dərinliyədək olan hissəsini əhatə edir. Yerin quru  hissəsi  elə bir 
təbii  resursdur  ki,  ensiz  nə  canlı  aləm,  nə  də  təsərrüfatın  müxtəlif  sahələri  inkişaf 
etdirilə bilinməz.  
 
Digər  təbii  resurslardan  fərqli  olaraq  bu  resurs  bir  sıra  xüsusiyyətlərinə  görə 
fərqlənir.  Əvvəla  onu  bir  yerdən  digərinə  aparmaq  olmaz,  ikincisi,  tükənəndir  və 
konkret  ərazi  daxilindədir,  üçüncüsü,  çoxşaxəli  əhəmiyyəti  olsa  da  hər  hansı  bir 
zaman  daxilində  müəyyən  bir  sahənin  istifadəsinə  həsr  oluna  bilər.  Burada  ərazinin 
əkin  sahəsi,  sənaye  və  ya  kənd  təsərrüfatı  məqsədilə  istifadəsi,  yaxud  da  tikililər, 
infrastrukturlar, yaşayış məntəqələri altında qala bilər.  
 
Əhalinin  istifadə  əsas  hissə  torpaqdır.  Bu  torpaqlar  əkinə  yararlı,  yaxud  da 
infrastruktur kimi insanların istifadəsindədir. Insanlar daim əkinə yararlı torpaqlardan 
öz  məqsədləri  üçün  istifadə  edir,  onun  məhsuldarlığının  artırılmasına  çalışır,  bəzən 
isə həddən çox istifadə etməklə onu yararsız hala salır.  
 
Yer  kürəsinin  torpaq  fondu  ümumi  quru  sahəsini  əhatə  edir,  yəni  149  mln. 
kv.km  və  ya  14.9  mlrd.ha-dır.  FAO-nun  mütəxəssislərinin  hesablamalarına    görə 
Antarktida və Qrenlandiyanın ərazisini çıxmaqla ümumi torpaq fondu 130.5 mln. kv. 
km  və  ya  13.5  mln.  ha-dır.  Burada  kənd  təsərrüfatı  istiqamətli  torpaq  sahəsi  4846.1 
mln.  ha  və  ya  ümumi  sahənin  37.1%-ni  təşkil  edir.  Bunun  da  1345.3  mln.  ha  və  ya 
10.3%-ni  əkin  sahəsi,  105.5  mln.  ha  və  ya  0.8%-i  çoxillik  bitkilət  altındakı  sahə, 
3395.3  mln.  ha  və  ya  26.0%-ni  otlaq  sahəsi,  4138  mln.  ha  və  ya  31.7%-i  meşələrin, 
4061.3  mln.  ha  və  ya  31.2%-i  digər  torpaqların  payına  düşür.  Bunları  təhlil  edərək 

 
- 49 - 
dünya  torpaq  fondu  barədə  FAO-nun  məlumatı  bir  neçə  məsələ  barədə  nəticə 
çıxarmağa, torpaq fondu, onun strukturu, ölçüləri haqda fikir yürütməyə imkan verir. 
Əvvəla,  ümumi  torpaq  fondunun  cəmi  37%-i  kənd  təsərrüfatı  istehsalı  üçün 
yararlıdır. Bunun da cəmi 11%-i əhalinin qida məhsulu istehsalına imkan verir. Otlaq 
sahəsi  maddi  istehsalı  təmin  edən  əkin  və  çoxillik  bitkilər  altında  olan  torpaq 
sahələrindən  iki  dəfə  çoxdur,  amma  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatının 
yalnız  10%-ni  verə  bilir.  Ikincisi,  meşə  resursları    ümumi  torpaq  fondunun  32%-ni 
əhatə edir. Düzdür, insanlar üçün meşələrin böyük əhəmiyyəti vardır, belə ki, o iqlim 
əmələgəlmədə,  suyun  dövranında,  meşə  təsərrüfatının  formalaşmasında  böyük 
əhəmiyyətə malikdir. Lakin insanların ərzaq məhsulu istehsalında ovçuluq, balıq ovu, 
heyvanların otarılması, meyvə, göbələk, oduncaq və s. kimi məhsulun əldə olunması 
və  istifadəsində  yalnız  köməkçi  vasitədir.  Üçüncüsü,  digər  torpaqların  sahəsi 
meşələrin  sahəsinə  bərabərdir  və  burada  istifadə  istiqamətləri  müxtəlifdir.  Müxtəlif 
ədəbiyyatlarda  bu  digər  torpaqların  təhlili  göstərir  ki,  insanların  istifadə  etdikləri 
obyektlər,  tikililər,  bir  sözlə  texnogen  qurğular  cəmi  2-3%-ni  təşkil  edir.  Bu  digər 
torpaqların  çoxu  istifadəsiz  səhralar,  buzlaqlar,  sıldırım  qayalıqlar,  bataqlıqlar,  su 
sahələri, buzlaqlar və digər obyektlərdir.  
 
Təbiətdən istifadə məsələlərinin öyrənilməsi, onun insan cəmiyyətində tutduğu 
mövqeyin  dəkr  edilməsində  ən  mühüm  məsələlərdən  biri  sözsüz  ki,  dünya  üzrə 
torpaq  resurslarının  istifadə  problemlərini  öyrənmək,  onu  qorumaq,  hətta  ayrı-ayrı 
regionlarda,  hətta  ölkələrdə  vəziyyətin  nə  dərəcədə  həyata  keçirilməsini  izləməkdir. 
Ayrı-ayrı  regionlarda  torpaq  fondunu  təhlil  edərkən  görürük  ki,  dünyanın  ən  inkişaf 
etmiş  regionu  olan  Avropada  torpaq  sahələri,  xüsusilə  də  əkinə  yararlı  torpaq 
sahələrinin 
çox 
hissəsi 
yaşayış 
məntəqələrinin, 
sənaye 
obyektlərinin, 
infrastrukturların altındadır. Bununla belə, istifadə olunan torpaqların xüsusi çəkisi də 
bu  regionda  çoxluq  təşkil  edir.  Digər  regionlarda  torpaq  fondunun  çox  hissəsi, 
məsələn  Avstraliyada  otlaqların,  Cənubi  Amerikada  meşələrin,  Asiyada  yararsız 
torpaqların  payına  düşür.  Ölkələr  arasında  da  belə  fərqli  cəhətlər  mövcuddur. 
Məsələn,  əkin  sahələrinin  böyüklüyünə  görə  ABŞ  (185.7  mln.  ha),  Hindistan  (166.1 

 
- 50 - 
mln. ha), Rusiya (116.1 mln. ha), Çin (92.5 mln. ha) daha çox fərqlənir (M.səh.45). 
Otlaqların sahəsinə görə Avstraliya (414 mln. ha), Çin (400 mln. ha), ABŞ (240 mln. 
ha), Qazaxıstan (187 mln. ha), Braziliya (185 mln. ha), Argentina (142 mln. ha) daha 
çox fərqlənir. Torpaq fondunun strukturunda Monqolustan (75%), Qazaxıstan (70%), 
Avstraliya  (50%),  Argentina  (55%)  kimi  ölkələrin  xüsusi  çəkisi  daha  çoxdur. 
Istifadəyə yararsız torpaqların sahəsinə görə Rusiya (700 mln. ha), Kanada (355 mln. 
ha), Çin(307 mln. ha), Əlcəzair (195 mln. ha), ABŞ (193 mln. ha), Liviya (159 mln. 
ha). 
 
Torpaq  fondunun  regionlar  və  ölkələr  üzrə  təhlili  göstərir  ki,  torpaqla  təmin 
olunma səviyyəsində də böyük fərqli cəhətlər mövcuddur. Belə ki, regionlar arasında 
adambaşına  ən  çox  torpaq  sahəsi  Avstraliyada  (30  ha),  MDB  ölkələri  (8  ha), 
C.Amerika  (5.3ha),  Şm.Amerika  (4.5  ha),  ölkələr  arasında  isə  Rusiya  (11.4  ha), 
Braziliya (5.2 ha), Konqo Demokratik Respublikası (4.8 ha), ABŞ (3.4 ha), Argentina 
(3.1 ha) və İran (2.3 ha) daha çox fərqlənir.  
 
Yer  kürəsində  torpaqlardan  istifadə,  xüsusilə  də  əkin  sahələrindən  istifadə 
böyük  əhəmiyyət  kəsb  edir.  Ona  görə  də  ayrı-ayrı  ölkələrdə  əkinə  yararlı  torpaq 
sahələrinin  qorunması,  ondan  maksimum  dərəcədə  səmərəli  istifadə  etməklə 
çirklənməsinin  qarşısının  alınması  daim  diqqət  mərkəzindədir.  Məhz  buna  görə  də 
ayrı-ayrı ölkələrdə qeyri-əkəm sahələrindən, xüsusilə, meşə-çöl, yarımsəhra, bataqlıq, 
dağətəyi  maili  ərazilərdən  istifadənin  həcmi  artmış,  1990-2000-ci  illərdə  əkin 
sahələrinin sahəsi təxminən iki dəfə artmışdır. Bununla belə, yenə də əkin sahələrinin 
adambaşına  miqdarı  artmır,  əksinə  azalmaqda  davam  edir.  Məsələn,  1950-ci  ildə 
dünyada adambaşına əkin sahəsi 0.48 ha, 1990-cı ildə 0.28 ha idisə, bu rəqəm 2005-ci 
ildə  cəmi  0.20  ha  olmuşdur.  Alimlər  bunu  əhalinin  sürətli  artımı  ilə  izah  edirlər. 
Digər tərəfdən, elm-texnika, yeni texnologiya inkişaf etdikcə torpaqların, xüsusilə də 
əkinə  yararlı  torpaqların  çirklənməsi,  yaşayış,  sənaye,  infrastruktur  obyektləri 
tərəfindən zəbt olunur, dağ-mədən sənayesinin, kimya, neft-kimya sənayesinin əsirinə 
çevrilir. Hesablamalar göstərir ki, hər il orta hesabla 10-15 mln. ha kənd təsərrüfatına 
yararlı torpaq sahəsi azalır, yəni ya yuxarıda qeyd etdiyimiz kimi zəbt olunur, ya da 

 
- 51 - 
səmərəsiz  istifadənin  nəticəsi  kimi  səhralıqlara  çevrilir.  BMT-nin  hesablamalarına 
görə  pozulmuş  torpaqlar  hesabına  hər  il  40  mlrd.  ABŞ  dolları  həcmində  ziyan 
vurulur. 
 
Planetimizin  ən  böyük  ekosistemi  onun  meşə  örtüyüdür.  Burada  bütün  növ 
canlı  aləm  məskunlaşmışdır.  Bu  ekosistem  fotosintez  prosesini  həyata  keçirir, 
atmosferdə  qaz  mübadiləsini  tənzimləyir,  canlı  aləmi  formalaşdırır,  torpaq 
əmələgəlmə  prosesini  sürətləndirir,  suların  saflaşdırılmasını  həyata  keçirir.  Bu 
ekosistem  nəinki  bitki  və  heyvanat  aləminin  cəmləşdiyi,  həmçinin  də  vacib  odun, 
yanacaq,  yeyinti,  heyvandarlıq  üçün  yem,  texniki,  dərman  və  s.  kimi  resursların 
toplandığı  bir  məkandır.  Eyni  zamanda  bu  ekosistem  həmişə  iqtisadi,  ekoloji  və 
estetik əhəmiyyətinə görə də cəmiyyətin diqqət mərkəzindədir.  
 
Meşələrin  daha  çox  diqqəti  cəlb  edən  əhəmiyyəti  onun  iqtisadi  cəhətdən 
qiymətləndirilməsi  və  istifadəsidir.  Bu  xüsusiyyətlərinə  görə  meşələri  ağacların 
sıxlığına,  sahəsinə  və  oduncağına  görə  qiymətləndirilməsi  xüsusi  əhəmiyyət  kəsb 
edir. Meşə təsərrüfatı, kənd təsərrüfatı, ağac emalı, kimya və başqa sənaye sahələri ilə 
yanaşı  istirahət  və  müalicə  xüsusiyyəti  olan  meşələrin  regionlar  üzrə  yayılması, 
ehtiyatı  olduqca  müxtəlifdir.    Bir  sıra  regionlarda  meşə  iri  əraziləri  əhatə  etsə  də 
adambaşına təminatı azdır.  
Meşə resurslarının coğrafi yayılması 
Cədvəl 1.7 
Regionlar 
Meşə sahəsi 
mln.ha 
Meşə örtüyünün sahəsi  Meşəlik %-lə 
Oduncaq 
ehtiyatı, 
mlrd.m
3
 
Bütöv, 
mln.ha 
Adambaşına 
ha 
MDB 
940 
755 
2.2 
35 
84 
Avropa 
195 
150 
0.3 
27 
19 
Asiya 
660 
500 
0.2 
19 
55 
Afrika 
1140 
545 
0.9 
18 
56 
Şm.Amerika 
750 
455 
1.7 
25 
53 
C.Amerika 
1260 
970 
2.2 
48 
110 
Avstraliya  və 
Okeaniya 
180 
70 
0.5 


Dünya üzrə 
5125 
3445 
0.6 
27 
348 
 

 
- 52 - 
 
Cədvəldən  göründüyü  kimi  ayrı-ayrı  regionlarda  meşə  ilə  təminat  olduqca 
müxtəlifdir. Burada C.Amerika ilə  MDB ölkələri xüsusilə fərqlənirlər. Bu fərq istər 
adambaşına,  istərsə  də  oduncaq  ehtiyatına  görədir.  Meşə  resurslarının  coğrafi 
yayılmasında  maraqlı  cəhətlərdən  biridə  onların  qurşaq  şəklində  yerləməsidir. 
Bütövlükdə  götürüldükdə  iki  iri  qurşaq  –  şimal  və  cənub  qurşaqları  vardır.  Şimal 
meşə  qurşağı  enli  kəmər  kimi  Şimali  Amerikadan  Avrasiyanın  şimalına  kimi  geniş 
bir  ərazini  əhatə  edir.  Burada  əsasən  iynəyarpaqlı  ağaclar  üstünlük  təşkil  edir.  Bu 
qurşaq  daxilində  Rusiya,  Kanada,  ABŞ,  İsveç,  Finlandiya  daha  çox  fərqlənir.  Bu 
ölkələr dünya meşə sənayesində həmişə aparıcı mövqeyə malik olmuşlar. Şimal meşə 
qurşağının sahəsi 2 mlrd. ha-dır. Iynəyarpaqlı ağacların xüsusi çəkisi 67%, qarışıq və 
enliyarpaqlı  meşələrin  isə  33%-dir.  Təbii  şəraitin  xüsusiyyətlərinə  uyğunlaşan 
meşələrdə ağacların inkişafı olduqca zəifdir. Cənuba doğru inkişaf və artım tədricən 
çoxalır. 
 
Cənub  meşə  qurşağının  da  sahəsi  2  mlrd.  ha-dır  və  ağaclarının  97%-i 
enliyarpaqlı  ağaclardan  ibarətdir.  Burada  bol  günəş  enerjisi  və  yağıntıların  bolluğu 
şəraitində ağacların həm inkişafı sürətlidir, həm də hər hektara düşən ağacların sayı 
çoxdur.  Bu  qurşaqda  Braziliya,  Surinam,  Qayana,  Qabon,  Konqo  Demokratik 
Respublikası, Papua-Yeni Qvineya kimi ölkələr həm meşə sahələrinin böyüklüyünə, 
həm də meşəliyin göstəricilərinə görə fərqlənir.  
 
Meşə  sənayesinin  inkişafına,  meşə  materiallarından  istifadəyə  görə  uzun  illər 
şimal meşə qurşağı fərqlənmiş, Kanada, ABŞ, Finlandiya, Rusiya kimi nəhəng meşə 
ehtiyatlarına  malik  ölkələr  liderlik  etmişlər.  Dünya  üzrə  meşə  materialları  tədarükü 
1965-ci  ildə  2  mlrd.  kub.  metr,  1985-ci  ildə  3.1  mlrd.  kub.  metr,  1990-cı  ildə  3.4 
mlrd.  kub  metr  təşkil  etmiş,  sonrakı  illərdə  də  təxminən  sabit  olmuşdur.  Son  illər 
qiymətli  oduncağa  malik  olan  cənub  meşə  qurşağının  rolu  artmış,  şimalı  ötüb 
keçmişdir.  Inkişaf  etməkdə  olan  ölkələr  ağac  tədarükünü  artırmışlar.  Bu  gün  ABŞ, 
Kanada,  Finlandiya  və  İsveçi  arxada  qoyan  Braziliya,  Hindistan,  İndoneziya, 
Nigeriya,  Konqo  Demokratik  Respublikası,  Efiopiya,  Malayziya  meşə  tədarükünə 
görə  fərqlənməkdədirlər.  Kağız  və  karton  istehsalına  görə  ABŞ,  Çin,  Yaponiya, 

 
- 53 - 
Kanada,  AFR,  adambaşına  istehsalına  görə  isə  Finlandiya,  İsveç,  Kanada,  Norveç, 
Avstriya daha çox fərqlənir. 
 
Meşələrdən  səmərəsiz  istifadənin  nəticəsi  göz  qabağındadır.  Belə  ki,  vaxtıilə 
yer  səthinin  56%-i  meşə  ilə  örtülü  olmuşdur,  yəni  ümumi  sahəsi  kolluqlarla  birlikdə 
75  mlrd.  hektar  olmuşdur.  Bu  gün  meşəliyin  sahəsi  təxminən  iki  dəfə  azalmışdır. 
Cəmiyyətin,  mədəniyyətin,  elm  və  texnikanın  sürətli  inkişafı  meşə  sahələrinin  də 
sürətlə  azalmasına  səbəb  olmuşdur.  Bu  ilk  növbədə  kənd  təsərrüfatına  yeni-yeni 
torpaq 
sahələrinin 
cəlb 
olunması,  yeni  sənaye  sahələrinin  yaradılması, 
infrastrukturların, şəhərsalmanın genişləndirilməsi və s. ilə əlaqədardır.  
 
Son  onilliklərdə  meşə  sahələrinin  azalması,  kor-təbii  meşə  qırımlarının 
çoxalması,  cənub  meşə  qurşağında  özünü  daha  qabarıq  göstərir.  Belə  ki,  cənub 
meşələrinin qiymətli oduncağı dünya bazarında qiymətli olub, alıcıların diqqətini cəlb 
etmiş,  meşəsalma  tədbirləri  isə  həyata  keçirilməkdədir.  Şimal  meşə  qurşağında, 
xüsusilə  də  Avropa  ölkələrində  meşəsalma  tədbirləri  sürətlənmiş,  daha  məhsuldar 
süni  meşələrin  yaradılmasına  başlanılmışdır.  Bu  meşələrin  ümumi  sahəsi  4  mln. 
hektarı  ötmüşdür.  Bir  çox  avropa  ölkələrində,  şm.Amerika  və  Çində  oduncaq 
istehsalının həcmi  tədarükdən çoxdur. Cənub meşə qurşağı 70-dən çox ölkəni əhatə 
edir  ki,  bura    əsasən  həmişəyaşıl  tropik  meşələr  daxildir  ki,  onlar  bütün  tropik 
meşələrin  üçdə  iki  hissəsini  təşkil  edir.  Bu  meşələrin  də  təxminən  dörddə  üçü 
Braziliya, İndoneziya, Konqo Demokratik Respublikası, Peru, Kolumbiya, Hindistan, 
Boliviya,  Papua-Yeni  Qvineya,  Venesuela  və  Myanma  kimi  ölkələrin  ərazisindədir. 
BMT-nin hesablamalarına  görə hər il orta hesabla 15 mln. hektar tropik həmişəyaşıl 
meşə sahəsi məhv edilir. Bunu daha çox Tanzaniya, Zambiya,  Filippin, Kolumbiya, 
Anqola,  Peru,  Ekvador,  Kamboca,  Nikaraqua,  Vyetnam  və  s.  kimi  ölkələrin 
timsalında göstərmək olar.  Bu meşələrin sahəsinin sürətlə azalmasını mütəxəssislər 
üç əsas səbəblə əlaqələndirirlər. 
-ərazilərin  yaşayış  məskənləri,  nəqliyyat  və  kənd  təsərrütafı  istehsalı  məqsədləri 
üçün; 

 
- 54 - 
-enerjidaşıyıcısı  olmayan,  yaxud  dünya  bazarında  onların  qiymətinin  qalxması 
hesabına  inkişaf  etməkdə  olan  kasıb  ölkələrdə  oduncaqdan  yanacaq  kimi  istifadə 
məqsədləri üçün; 
-selluloz  –  kağız  istehsalının  artmasını  təmin  etmək  üçün  Yaponiya,  ABŞ  və 
Q.Avropa ölkələrinə ixracat artımı məqsədləri üçün. 
Bəşəriyyətin  həyatı  vacib  bu  tropik  meşələrin  qorunması,  inkişaf  etdirilməsi 
olduqca vacib məsələyə çevrilmiş və hər bir düşüncəli insanın borcuna çevrilməlidir. 
XXI əsrdə bu məsələnin təcili və təxirəsalınmaz həlli beynəlxalq ictimaiyyəti narahat 
etməlidir.  Bunun  üçün  ilk  növbədə  meşələrin  oduncaq-yanacaq  kimi  istifadəsini 
azaltmaq,  ondan  istifadə  edən  ölkələrə  yardım  göstərmək,  enerjidaşıyıcılar  artmaqda 
güzəştli  kreditlərdən  istifadə  hüququ  vermək,  qırılmış  meşələrin  daha  məhsuldar  və 
tez yetişən növlər hesabına genişləndirilməsinə nail olmaq lazımdır.  
Belə  problemlər  bizim  respublikamızda  da  mövcuddur.  Meşələrin  sahəsini 
artırmaq,  yarımsəhra  və  dağətəyi  ərazilərində,  iri  yaşayış  məntəqələri  və  yolların 
kənarlarında  yaşıl zolaqların  yaradılması işlərini sürətləndirmək məqsədəmüvafiqdir. 
Düzdür,  son  illər  bu  sahədə  müəyyən  hərəkətlər  vardır,  lakin  tək  ağac  əkməklə  iş 
bitmir, onu qorumaq, vaxtaşırı suvarmaq, qayğıkeşlik etmək lazımdır.     
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
- 55 - 
III  F Ə S İ L  
Təbiətdən istifadənin sosial – ekoloji problemləri 
 
 
Son  onillikdə  elm  və  texnikanın  sürətli  inkişafı  təbiətdən  istifadənin 
coğrafiyasını  genişləndirməklə  yanaşı təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin 
də  dəyişməsinə  təsir  göstərmişdir.  Təbiətlə  cəmiyyətin  qarşılıqlı  münasibəti  nəinki 
fənlərarası,  həmçinin  ölkələrarası  və  ya  beynəlxalq  səviyyəsi  problemə  çevrilmişdir. 
Hal-hazırda  bu  problemin  həllinə  bir  çox  elm  sahələri  –  texniki,  humanitar,  təbiət 
elmləri  də  qoşulmuşdur.  Insanların  maddi  və  mənəvi-mədəni  həyat  səviyyəsinin 
yaxşılaşdırılması,  günü-gündən  artan  tələbatının  ödənilməsi  müqabilində  təbiətdən 
səmərəli  və  qənaətcil  istifadəyə  üstünlüyün  verilməsi  planlı  şəkildə  yerinə 
yetirilməlidir. 
 
1.  Cəmiyyətlə coğrafi mühitin münasibətlərinin formalaşması. 
Elm  və  texnikanın  müasir  inkişafı  və  dünya  üzrə  əhalinin  artımı  cəmiyyətlə 
coğrafi  mühitin  qarşılıqlı  münasibətini  bəşəri  problemə  çevrimişdir.    Əhalinin  artan 
tələbatının  ödənilməsi,  maddi  nemətlər  istehsalının  artırılması  təbii  sərvətlərdən 
qənaətlə  istifadə  etməyi  qarşıya  bir  tələb  kimi  qoyur.  Insanlar  tərəfindən  yeni-yeni 
texnoloji  avadanlıqların  təbiətə  təsiri  o  dərəcədə  böyükdür  ki,  onun  mənfi  təsirini 
müqayisə  etmək  çox  çətindir.  Bir  çox  alimlərin  əsərlərində  cəmiyyətin  təbiətdən 
asılılığı,  insanların  təbiətə  təsiri  ictimai  inkişafdan,  tarixi  şəraitdən,  mədəni-texniki 
ənənələrin və texniki tərəqqinin inkişafından irəli gəlir. 
 
XX əsrin ortalarından sürətlənməkdə olan texniki tərəqqi məhsuldar qüvvələrin 
inkişafına,  insanların  əmək  fəaliyyətinin  genişlənməsinə  müsbət  təsir  göstərmişdir, 
təbii  sərvətlərdən  istifadənin  coğrafiyası  dəyişmişdir.  Təbiətə  təsiri  qüvvətləndirən 
elm-texnika təbiəti mühafizə problemini yaratmış, biosferdə bərqərar olmuş qarşılıqlı 
ekoloji inkişaf və əlaqələr pozulmuşdur. Indi dünyanın bir çox rayonlarında, xüsusilə 
inkişaf etmiş  və  yeni sənayeləşmiş  ölkələrdə  elə bir  vəziyyət  yaranmışdır ki, nəinki 
insanlar,  hətta  canlıların  həyatı  təhlükə  altında  qalmışdır.  Insanla  təbiət  arasında 

 
- 56 - 
sağlam münasibət yaradılmasa, təbiətə, şüurlu və planauyğun şəkildə yanaşılmasa bu 
təhlükə fəlakətə çevrilə bilər. Atmosferə zərərli maddələrin buraxılmasına qarşı  yeni 
mübarizə  tədbirləri  və  vasitələri  qısa  müddət  ərzində  tətbiq  edilməli,  su  və  meşə 
sərvətlərindən  səmərəli  istifadə  etmək  üçün  əlavə  kompleks  tədbirləri  planı  həyata 
keçirilməlidir. 
 
Müasir  dövrdə  biosferdə  dinamik  tarazlığın  mürəkkəbliyi  təbii  inkişafın  idarə 
mexanizmi hərəkətin bioloji formasından kənarda – istehsal və istehlak münasibətləri 
dairəsində  təşəkkül  tapır,  öz-özünü  tənzimləmə  vəzifəsini  itirir,  ekoloji  böhran 
yaranır, üzvü təkamül təbii inkişafı pozur. Təbii ki, dinamik tarazlıq dialektik və nisbi 
anlayışdır,  biosferin  idarə  olunmasında  o,  hər  şeydən  əvvəl,  insanların  fəaliyyəti 
nəticəsində  biotik  dövranında  baş  verən  pozulmaların  ardıcıl  olaraq  bərpa  olunması 
deməkdir.  Istehsalın  və  cəmiyyətin  sürətli  inkişafı  şəraitində  insanların  təbiətə 
təsirinin,  təbii  sərvətlərdən  istifadə  edilməsinin  məhdudlaşdırılması  hələlik  ki, 
mümkün  deyildir,  lakin  insanla  təbiət  arasındakı  əlaqə  və  münasibətlər  cəmiyyətin 
coğrafi  mühitdə  tutduğu  mövqeyində  və  təbii  sərvətlərdən  istifadə  edilməsində 
qarşılıqlı surətdə nizama salınmalıdır. 
 
Cəmiyyət  coğrafi  mühitdə  mövcud  olmaqla,  həm  də  onların  arasındakı 
qarşılıqlı  təsirin  məhsulu  kimi  inkişaf  edir.  Cəmiyyətin  inkişafında  təbiət  istehsal 
üçün xammal, yaradıcılığı üçün isə ilham mənbəyidir. Təbii resurslar sosial mahiyyət 
daşıyır,  istehsal  və  istehlakın  təbii  əsasını  təşkil  edir.  Cəmiyyətlə  təbiətin  qarşılıqlı 
vəhdətinə  sosial  amillər  daha  çox  təsir  edir,  lakin  təbiətdə  baş  verən  antropogen 
dəyişikliklər və pozuntular müəyyən vaxt keçdikdən sonra üzə çıxır, çox vaxt isə bu 
pozulmalar və dəyişmələri aradan qaldırmaq olmur. Təbiətdə mövcud olan heyvanat 
aləmi  təbiətin  özündə  optimal  səviyyəsini  saxlayır,  belə  ki,  həddindən  çox  miqdar 
artımı  yem  çatışmazlığı  üzündən  tənzimlənir.  Insan  isə  öz  şüurlu  münasibəti  və 
məqsədəuyğun  fəaliyyəti  nəticəsində  uyğunlaşa  bilir,  təbiətə  mənafeyinə  uyğun 
şəkildə təsir edir. Elmin, texnikanın təkmilləşdirilməsi hesabına təbiətə daha çox təsir 
edən  insan  təbii  tarazlığı  pozur.  Bu  gün  belə  ərazilər  Q.Avropa,  Şm.Amerika 
ərazilərində üstünlük təşkil edir. Təbiətdə tarazlığın pozulması prosesi təbii ki, insan 

 
- 57 - 
fəaliyyəti ilə daha sıx bağlıdır. O, bir bioloji varlıq olub, ekosistemin bir hissəsidirsə, 
məhsuldar  qüvvənin  tərkib  hissəsidir.  Insan  öz  mənafeyi  baxımından  təbiəti 
dəyişdirir, tarazlığı pozur, maddi nemətlərdən daha çox istifadə etməyə can atır, daha 
yeni  əraziləri  mənimsəyir,  daha  dərin  qatlardan  xammal  çıxarır,  getdikcə  maddi 
nemətləri  kasadlaşdırır.  İnsanın  əmək  fəaliyyəti  insanla  təbiət  arasında  baş  verən  bir 
prosesdir.  O  öz  fəaliyyəti  ilə  təbiət  ilə  əlaqələri  tənzimləyir  və  ona  nəzarət  etməyə 
çalışır, təbiəti, həm də özünü dəyişdirir. Təbiətə cəmiyyətin təsiri artdıqca əks təsir də 
artır.  
 
Cəmiyyətlə  coğrafi  mühitin  qarşılıqlı  təsiri  istehsalın  və  cəmiyyətin  inkişafı, 
əhalinin  artması,  yaşayış  fəaliyyəti,  onların  təbii  mühitə  göstərdiyi  təsir  dairəsində 
formalaşır  və  hərəkət  edir.  Istehsalın  ərazi  təşkili  təbii  resurslara  əsaslanan  sənaye 
müəssisələrinin inkişafına, təbiətə və onun sərvətlərinə təsir edir. Istehsal olunan təbii 
sərvətlərin  çox  hissəsi  istifadə  zamanı  müxtəlif  tullantı  halında  yenidən  onun  özünə 
qaytarılır ki, bu da təbiətin saflığına mənfi təsir edir. Cəmiyyətin inkişafı ilə coğrafi 
mühit  arasındakı  əlaqə  əhalinin  sayı,  təkrar  istehsalı,  miqrasiyası,  əmək 
ehtiyatlarından  istifadə  səviyyəsi,  şəhər  və  kənd  əhalisinin  miqdarı,  istehsal-emal-
daşınma-istehlak  əlaqələrinin  təkmilləşməsi,  coğrafi  rayonların  məskunlaşma 
səviyyəsindən çox asılıdır.  
 
Cəmiyyətin coğrafi mühitə təsiri, təbii resurslardan istifadə, onların mühafizəsi 
mürəkkəb  və  çoxcəhətlidir.  Kənd  təsərrüfatının,  aqrosənaye  birliklərinin,  əhalinin 
yararlı  torpaqlara  artan  tələbatı  şəraitində  torpaqların  istehsal  mübadiləsindən 
çıxarılması ərzaq və xammal məhsulları alınmasını məhdudlaşdırır, torpaqların bərpa 
olunması  isə  çoxlu  vaxt  və  vəsait  tələb  edir.  Neft  və  quru  xammal  tullantıları  ilə 
çirklənmiş,  meliorasiya  işlərinin  düzgün  qurulmaması  ilə  çirklənmiş,  şoranlaşmış 
torpaqların təkrar istehsala qaytarılması heç də hər yerdə yerinə yetirilmir. Atmosferə 
buraxılan  zəhərli  qazların  artması,  meşə  sahələrinin  qorunmasını  daha  aktual 
etmişdir. 
 
BMT-nin  hesablamalarına  görə  bu  gün  dünyanın  meşə  ehtiyatı  5.1  mlrd. 
hektardır  və  getikcədə  azalmaqda  davam  edir.  Bunun  da  35%-i  MDB  ölkələrinin, 

 
- 58 - 
27%-i  Avropanın,  25%-i  Şm.Amerikanın,  48%-i  C.Amerikanın,  19%-i  Asiyanın, 
18%-i Afrikanın, 9%-i isə Avstraliya və Okeaniyanın payına düşür. Meşə sahələrinin 
sürətlə  azalmasında  qorxulu  cəhət  ondadır  ki,  əhalinin  sürətli  artımı,  sənayenin 
inkişafı atmosferdə oksigenin azalmasına ciddi təsir edir. Belə ki, yaşıl örtük havadan 
karbon  qazını  udub,  oksigen  verməklə  havanı  təmizləyən  əsas  mənbədir.  Oksigen 
ehtiyatını  sabit  saxlamaq  üçün  kəsilmiş  meşə  sahələrində  ağac  əkinini  artırmaq, 
meşəlikləri  bərpa  etmək,  daha  məhsuldar,  mədəni  meşəliklər  yaratmaq  lazımdır. 
Təəssüf  ki,  bu  tədbirlər  hələ  öz  səmərəsini  vermir  və  dünyada  qlobal  iqlim 
dəyişiklikləri  baş  verir.  Bu  gün  ayrı-ayrı  regionlarda  təbiətin  əks  təsiri  özünü 
göstərməkdədir. Mütəxəssislərin hesablamalarına görə havada karbon qazının artması 
bütün  canlılar  üçün  qlobal  problem  yaradır  və  ildən-ilə  bu  proses  acı  nəticələrini 
göstərməkdədir.    
 
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin