TƏBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix04.12.2019
ölçüsü1,07 Mb.
#29797
  1   2   3   4   5   6   7   8
K.B.Bayramov Tebietden istifadenin idtisadi ve ekoloji problemleri


 
K.B.Bayramov 
 
 
 
 
 
 
 
 
 
 
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİ VƏ EKOLOJİ PROBLEMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
B A K I – 2 0 1 1 
 
 

 
- 2 - 
 
 
 
 
 
 
 
 
 
 
 
Elmi redaktoru:    
 
dos.O.K.Alxasov 
 
Rəyçilər:    
 
 
dos.M.X.Məmmədov 
 
 
 
 
 
 
 
dos.Y.Q.İsmayılov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
- 3 - 
M Ü N D Ə R İ C A T : 
 
 
G İ R İ Ş .................................................................................................................  3 
I FƏSİL. Təbiətdən istifadənin məqsəd və vəzifələri, elmi-nəzəri əsasları............. 4 
       1. Təbiətdən istifadənin predmeti, məqsəd və vəzifələri, predmeti və digər  
          elmlərlə əlaqəsi................................................................................................4 
       2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və  inkişafının əsas  
           mərhələləri......................................................................................................7 
       3. Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətləri ......................23 
II FƏSİL. Təbiətdən istifadənin əsas istiqamətləri..................................................28 
1.  Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi – coğrafi problemləri.............28 
2.  İqlim və rekreasiya resursları və onlardan istifadənin iqtisadi ekoloji  
     xüsusiyyətləri...................................................................................................36 
3.  Su resursları, onun iqtisadi-coğrafi qiymətləndirilməsi  və mühafizəsi..........40 
4.  Bioresursların təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemləri........47 
III FƏSİL. Təbiətdən istifadənin sosial-ekoloji problemləri....................................54 
1.  Cəmiyyətlə coğrafi mühit münasibətlərinin formalaşması..............................54 
2.  Əhalinin təbii artımı, iqtisadi – fəal əhali, inkişaf və problemlər....................57 
3.  Təbii sosial-ekoloji problemlər və onlarla mübarizə formaları.......................62 
IV FƏSİL. Azərbaycan Respublikasında təbiətdən istifadənin əsas istiqamətləri... 70 
1.  Faydalı qazıntılar, istifadə və problemlər........................................................72 
2.  Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər......................83 
3.  Bioresurslardan istifadəninn sosial-coğrafi və ekoloji problemləri.................98 
ƏDƏBİYYAT.........................................................................................................105 
 
 
 
 
 
 
G İ R İ Ş 

 
- 4 - 
 
 
 
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, 
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər  əhəmiyyətlidir. 
Sivilizasiyanın  indiki  səviyyəsi  əhalinin  ekoloji  tərbiyəsini  formalaşdırmağı  tələb 
edir.  Ekoloji  təşkilatlar  həyəcan  təbii  çalsa  da,  insan  əməyinin  istismar  səviyyəsi 
artmaqda davam edir. Sanki ekoloji şüur durğunluq içində süst düşüb.  
 
Elmin-texnikanın  sürətli  inkişafı  insanlarda  təbiətə  də  münasibəti  dəyişməyi 
tələb  edir,  məhz  buna  görə  gənc  nəslin  dünyagörüşünü  formalaşdırmaq,  onlarda 
təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq cəmiyyətin aparıcı qüvvələrinin əsas 
vəzifəsinə çevrilməlidir. 
 
Şagirdlərin, 
tələbələrin, 
gənc 
mütəxəssislərin 
təbiətə 
münasibətini 
formalaşdırmaq, ekoloji təhsilini artırmaq təhsil müəssisələri qarşısında aktuallığı ilə 
seçilməlidir. 
 
Əhalinin  artım  dinamikası,  artan  tələbatı,  təbiətdən  istifadə  coğrafiyasının 
genişlənməsi  şəraitində  nəinki  təbii  resurslara  qənaət  tələb  edir,  həmçinin  yeni 
alternativ resurs bazasının yaradılmasını, ondan səmərəli istifadəni önə çəkir. 
 
Respublikamıszda  sürətli,  dinamik  inkişaf  əməyə,  təbiətə  münasibəti 
dəyişdirmiş,  davamlı  inkişafın  təməlini  qoymuş,  “Ekoloji  cəhətdən  dayanıqlı  sosial-
iqtisadi inkişafa dair Milli proqram” işlənib hazırlanmışdır. Dövlətimizin qəbul etdiyi 
bu  proqram  ölkədə  indiki  və  gələcək  nəsillərin  ehtiyaclarını  təmin  etmək,  mövcud 
ekosistemlərin  iqtisadi  potensialın  qorunması  və  təbii  resurslardan  səmərəli  istifadə 
etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur. 
 
Dövlətin bu vacib proqramı elm və tədris müəssisələri, istehsal, qeyri-istehsal 
sahələri qarşısında müəyyən tədbirlərin hazırlanıb həyata keçirilməsini tələb edir. Ali 
təhsil  müəssisələri  davamlı  inkişaf  üzrə  tədris  vəsaitləri  və  proqramları  hazırlamalı, 
elmi  kadr  potensialını  gücləndirməli,  elmi-tədqiqat  işlərini  stimullaşdırmalı, 
tələbələrin tələbə elmi cəmiyyətlərdəki fəaliyyətini artırmalıdırlar.  
 
I F Ə S İ L 

 
- 5 - 
  
TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,  
ELMİ - NƏZƏRİ  ƏSASLARI 
 
1.  TƏBİƏTDƏN İSTİFADƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ,  
PREDMETİ VƏ DİGƏR ELMLƏRLƏ ƏLAQƏSİ 
 
 
 
Təbiətdən  istifadə  məhsuldar  qüvvələrin  formalaşması  və  inkişafı,  təbiətlə 
cəmiyyət  arasında  münasibətlərin  yaranmasının  əsas  prinsiplərini  müəyyənləşdirir.  
İqtisadi  və  sosial  coğrafiyanın  predmeti,  məqsəd  və  vəzifələri  də  məhz  bu 
problemlərin  araşdırılması,  təbiətdən  səmərəli  istifadə  etməklə  əhalinin  artan 
tələbatını  öyrənməsi,  həyat  səviyyəsinin  daim  yaxşılaşdırılmasına  öz  töhfəsini 
verməsidir.  Təbiətdən  istifadə  yollarının  öyrənilməsi  təbiətlə  cəmiyyətin  qarşılıqlı 
münasibətinin  mahiyyətinin  aşkarlanması,  təbii  resurslardan  istifadə  yollarının 
təkmilləşdirilməsi deməkdir. 
 
Elm və texnikanın sürətli inkişafı şəraitində təbiətdən olduqca səmərəli istifadə 
etmək  insan  cəmiyyətin  qarşısında  ən  mühüm  problemə  çevrilmişdir.  Bu  problemin 
yaranması  və  həlli  də  məhz  cəmiyyətdən,  onun  intellektual  səviyyəsindən  asılıdır. 
Təbiət  insan  cəmiyyəti  formalaşana  qədər  də  mövcud  idi.  Təbii  komponentlər 
arasında qarşılıqlı əlaqə daim olmuş və vahid coğrafi təbəqə yaranmışdı, hal-hazırda 
da  insandan  asılı  olmayaraq  mövcuddur.  Sadəcə  olaraq  insan  bu  təbii 
komponentlərdən  öz  mənafeyi  üçün  istifadə  edir.  Təbii  komponentlər  planetar  olub, 
coğrafi  yerləşməsinə görə bütöv təbəqələri əhatə  edir. Planetimizin ayrı-ayrı coğrafi 
təbəqələri  cəmiyyətin  mənimsəməsi  baxımından  –  litosfer  (dağ  süxurları),  hidrosfer 
(su),  atmosfer  (  oksigen,  karbon  və  digər  qazlar),  biosfer  (bitki  və  heyvanat  aləmi) 
kimi dəyərləndirilir və istifadə edilir. İnsanlar da bioloji varlıq kimi biosferə daxildir, 
onun  komponentidir,  lakin  təbii  qanunlardan  tam  asılı  deyildir.  O,  daha  çox 
cəmiyyətin  qanunlarına  tabedir.  Buna  baxmayaraq  cəmiyyət  eyni  zamanda təbiətdən 
asılıdır,  onun  qanunlarına  qismən  tabedir,  lakin  təbiəti  dəyişməyə,  onu  bildiyi  kimi 
istifadə  etməyə  meyllidir.  Ona  görə  də  təbiətdən  səmərəli  istifadə  etmək  üçün 

 
- 6 - 
cəmiyyət bütün təbiət elmlərindən, elmlər sintezindən daha bacarıqla istifadə etməyi 
öyrənməlidir.  
 
Cəmiyyətin  təbiətə,  coğrafi  mühitə  təsiri  durmadan  artır.  Unutmaq  olmaz  ki, 
coğrafi  mühit  böyük  təbii  məhsuldar  qüvvələrə  malikdir  və  bu  qüvvələri  öyrənmək 
təbiətdən  səmərəli  istifadə  etmək  üçün  olduqca  vacibdir.  Təbii  məhsuldar  qüvvələrə 
təbii  resurslar  və  mənimsəmənin  təbii  şəraiti  aiddir.  Təbii  resurslar  planetimizin 
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir. 
Bura müxtəlif faydalı qazıntılar, bioresurslar, təbii enerji mənbələri və s. aiddir.   
 
Təbii mühit  təbii  resursların mənimsənilməsi üçün  zəruri  olan coğrafi mühitin 
elementləridir.  Bura  insanın  nəfəs  alması  üçün  oksigen,  günəş  istiliyi  və  işığı, 
rütubətlilik,  yağıntılar,  göllər,  çaylar,  relyef,  bioloji  varlıqların  inkişafı  üçün  torpaq 
örtüyü və s. aiddir. 
 
Təbiətin  mənimsənilməsi  istehsal  vasitələri  ilə  daha  sıx  əlaqədədir  və  bu  elm 
və  texnikanın  inkişafı  üçün  əlavə  stimuldur.  Müasir  dünyada  elm,  elmi-texniki-
tərəqqi  qarşısında  duran  ən  mühüm  vəzifələrdən  biri  də  məhz  elmin  məhsuldar 
qüvvəyə  çevrilməsidir.  Cəmiyyətin  elmi  –  intellektual  səviyyəsi  artdıqca,  yeni-yeni 
istehsal  vasitələri  istehsal  etdikcə  təbiətə  təsiri  daha  da  artır,  təbiətdən  istifadəni 
“dərininə”  və  “eninə”  doğru  təkmilləşdirir,  əhalinin  artan  tələbatını  ödəmək  üçün 
istehsalın artım imkanını genişləndirir. 
 
Təbiətdən istifadənin sürətli inkişafının baş verdiyi ərazilər ayrı-ayrı dövrlərdə 
müxtəlif  olmuşdur.  Əgər  ilkin  dövrlərdə  cəmiyyət  və  onun  mənimsəmə  imkanı 
təbiətdən  çox  asılı  idisə,  cəmiyyətin  sonrakı  tarixi  ərzində  o  tez-tez  dəyişmişdir. 
Həmçinin  tarixi  dövrlər  ərzində  coğrafi  mühitdə  baş  verən  dəyişiklikləri  də  nəzərə 
almaq  lazımdır.  Belə  ki,  son  buzlaşma  həm  insanların  inkişafına,  həm 
məskunlaşmasına,  həm  də  təbiətə  təsirində  ciddi  izlər  buraxmışdır.  Digər  tərəfdən 
insanlar  bir  sıra  təbii  hadisələri  və  təbii  kompleksləri  dəyişərək  mənimsəmənin 
coğrafi  mühitini  dəyişir,  təbiətin  tarixi  gedişini  sürətləndirir.  Dəyişən  təbiət  də  öz 
növbəsində  məhsuldar  qüvvələrə,  mənimsəmənin  formasına  öz  təsirini  göstərir. 
Elmin,  texnikanın  köməyi  ilə  səhralaşmanın  qarşısı  alınır,  kanallar,  kollektorlar, 

 
- 7 - 
irriqasiya sistemləri yaratmaqla təbii landşaft antropogen landşaftla əvəz edilir. Bütün 
bunları  həyata  keçirərkən  nəzərə  alınmalıdır  ki,  təbii  komponentlərin  dəyişməsi 
insana neçəyə başa gələcək, bu dəyişmələr mənimsəməyə nə verəcək və dəyişkənliyə 
sərf  olunan  vəsait  nə  qədər  vaxta  ödəniləcəkdir.  Həmçinin  təbiətə  təsir  hansı  mənfi 
hallara  gətirib  çıxara  bilər  və  əks  təsir  nə  vaxt  və  ya  hansı  miqyasda  özünü  göstərə 
bilər.  Müasir  dövrdə  təbiətdən  istifadənin  iqtisadi  cəhətdən  qiymətləndirilməsi, 
təbiətin qorunması və ekoloji problemlərin yaranmaması ön planda olmalıdır. 
 
İnsan təbiəti mənimsəyərkən daim ziddiyyətlə qarşılaşır. Təbiətin özünəməxsus 
və  idarəolunmayan  təbii  proseslərin  ilə  cəmiyyətin  məqsədli  fəaliyyəti  müxtəlif 
inkişaf  qanunlarına  tabedir.  İnsan  təbiətin  mənimsəyərkən  elmin,  texnikanın 
köməyilə  qarşısına  çıxan  ziddiyyətləri  həll  edir,  yeni-yeni  məhsuldar  qüvvələri 
hərəkətə gətirir. 
 
Təbiətin  mənimsənilməsi  uzun  tarixi  proses  olub,  insan  cəmiyyətinin 
formalaşma  tarixi  ilə  uzlaşır.  Təbiət  elmləri  həmişə  cəmiyyətlə,  cəmiyyət  haqqında 
elmlərlə  sıx  əlaqəli  olmuşdur.  Hər  bir  ictimai-iqtisadi  formasiyanın  özünəməxsus 
inkişafı,  təbiətdən  istifadə  bacarığı  olmuşdur.  Uzun  illər  boyu  cəmiyyət  təbiəti 
“eninə”  mənimsəyirdi,  “elm  və  texnikanın  indiki  mərhələsində  daha  çox  dərininə” 
mənimsəməyə  başlamışdır.  Bu  təbiətdən,  təbii  resurslardan  daha  səmərəli  istifadə 
etməyə  imkan  yaradır.  Digər  tərəfdən,  təbiətə  təsirin,  təbiətdən  istifadənin  iqtisadi 
səmərəliliyi  də  ön  plana  çıxmışdır.  Belə  ki,  bir  çox  inkişaf  etmiş  ölkələrdə  təbii 
resursları istehsala və emala cəlb etmək baha başa gəldiyindən onun digər ölkələrdən 
gətirilməsi  iqtisadi  cəhətdən  daha  sərfəli  olmuşdur.  Təbiətdən  istifadə  indi  bir  çox 
dəqiq elmlərin nəticələrinə əsaslanır. Buna görə də təbiət – istehsal – idxal kompleksi 
bu elmi dəqiq elmlərlə sıx bağlayır.  
 
Təbiətdən  istifadənin  müasir  mərhələsi  elm  və  texnika  ilə  bağlıdır.  İqtisadi 
səmərəlilik  yeni  texnika  və  texnologiya  olmadan mümkün  deyildir.  Azalmaqda  olan 
təbii  komponentlər,  xüsusilə  də  minerallar  daha  dəqiq  tədqiq  olunmanı,  istifadə 
zamanı  tullantısız  istifadəni  tələb  edir.  Bu  isə  müasir  və  təkmilləşmədə  olan 
avadanlıqlar hesabına mümkündür.  

 
- 8 - 
2. Təbiətdən istifadənin elmi-nəzəri məsələləri və inkişafının əsas mərhələləri. 
 
İnsan cəmiyyəti yarandığı gündən təbiətdən istifadənin səmərəli yollarını daim 
axtarmış,  təsərrüfatının  ərazi  təşkilində  təbiətin  rolunu  müəyyənləşdirməyə  səy 
göstərmişdir.  Hər  bir  ictimai  –  iqtisadi  formasiyada  təbiətdən  istifadənin 
özünəməxsus  forma  və  metodları  formalaşmış,  inkişaf  edərək  müasir  səviyyəyə 
çatmışdır.  Buna  görə  də  indiki  şəraitdə  təbiətdən  istifadə  edilməsi  barədə  mövcud 
olan elmi-nəzəri məsələləri təhlil etmək, təbiətdən maksimum istifadə etməklə ekoloji 
tarazlığın  qoyunması,  cəmiyyətin  təbiətə  etdiyi  texnogen  təsirin  gələcəkdə  mənfi 
nəticələr  verəcəyini  minimuma  endirməyin  proqnozlarını  hazırlamaq  olduqca  aktual 
səslənir.  
Sözün geniş mənasında təbiət dedikdə kainatın bütün maddi varlığını  nəzərdə 
tuturuq.  Təbiət  insan  zəkasından  asılı  olmayaraq  öz-özünü  tənzimləyən  obyektiv 
varlıqdır.  Təbiətə  hərəkətsiz  obyekt  kimi  baxmamalıyıq.  Çünki  o  daima  inkişafda 
olmaqla  bütün  təbii  amillərə  təsir  edir.  O,  təbii  proseslər  və  qanunauyğunluqlar 
əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. “İnsan və təbiət” 
problemi həmişə elm xadimlərinin diqqətini cəlb edib. Epikür yazmışdır ki, insanlar, 
siz təbiətdən  istifadə edərkən ona qarşı qəddar olmamağa çalışın. Ancaq biz insanlar 
sanki  qarşımıza  məqsəd  qoymuşuq  ki,  əvvəlcə  təbiəti  sonra  isə  özümüzü  məhv 
edəcəyik. İnsan təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Biz kainatın ayrılmaz tərkib 
hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edirik. Biz 
özümüz  üçün  nə  lazımsa  hava,  su,  maddi  nemətlər,  sənaye  üçün  xammal  və  s.-ni 
təbiətdən  alırıq.  Bu  sərvətlərdən  yüz  illərdən  bəri  kor  -  təbii  istifadə  etməyimiz 
nəticəsində  ətraf  mühiti  dünya  miqyasında  dəyişilməyə  məruz  qoymuşuq.  Bu 
vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşib və XX əsr insanın 
təbiətə və onun sərvətlərinə qəddar münasibət bəslədiyi dövr kimi bəşər tarixinə həkk 
olunub.  Belə  ki,  dünya  əhalisinin  sürətli  artımı  şəraitində  maddi  nemətlərin  istehsalı 
və  bölüşdürülməsi  tələbatdan  xeyli  geri  qalır.  Buna  görə  də,  yer  sərvətlərinin 
istifadəsinin  durmadan  çoxalması,  energetika,  sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat 

 
- 9 - 
sahələrində  yeni  texnologiyanın  tətbiqi  və  istehsalının  genişlənməsi,  dünya 
landşaftlarının 
antropogen 
dəyişməsi, 
beynəlxalq 
təsərrüfat 
əlaqələrinin 
mürəkkəbləşməsi  və  genişlənməsi  bu  və  ya  digər  amillər  mühitlə  bəşəriyyətin 
qarşılıqlı  əlaqəsinin  güclənməsinə  və  insanı  əhatə  edən  mühitə  antropogen  yükün 
artmasına  səbəb  olur.  Bu  problemə  D.Rikardo  və  T.Maltus  böyük  diqqət 
yetirmişdilər. Onlar iqtisadi inkişafın perspektivlərinə pessimist yanaşırdılar [9.230]. 
Son  onilliklərdə  istehsalın  sürətlə  inkişafı  ilə  əlaqədar  dünya  ölkələrində  təbii 
ehtiyatların  istifadəsi  xeyli  artmışdır.  Bu  da  öz  növbəsində  təbiətə  təsirin 
güclənməsinə  və  eyni  zamanda  təbiətdən  istifadə  problemlərinin  kəskinləşməsinə 
gətirib  çıxarmışdır.  Dünya  üzrə  ümumi  istehlakın  artmasını  “demoqrafik  sıçrayış” 
adlanan  əhalinin  sayının  xeyli  yüksəlməsi  ilə  izah  etmək  mümkündür.  Dünya 
əhalisinin artım dinamikası cədvəli 1.1 – də göstərilib [37.335]. 
Dünya əhalisinin dinamikası 
Cədvəl 1.1            
Tarix 
Əhali (milyon nəfər ilə) 
İllik artım %-ilə 
Eramızın 400-cü ili 
205 
0.005 
800 
224 
0.005 
1200 
400 
0.005 
1400 
375 
0.005 
1600 
578 
0.2 
1800 
954 
0.5 
2000 
8000-dən çox 
1.2 
 
Cədvəldən  göründüyü  kimi  əhalinin  artım  sürəti  ilbəil  sürətlənir.  Əhalinin 
artımı  təbii  sərvətlərə  olan  əlavə  təsiri  gücləndirir  və  ətraf  mühitin  çirklənmə 
dərəcəsini  artırır.  Burada  əsas  problem  əhalinin  maksimal  miqdarında  deyil,  bu 
miqdarın mövcud sərvətlərə necə münasibətdə olmasından ibarətdir. Dünya əhalisinin 
sürətlə artması nəticəsində əmələ gələn ehtiyatcların ödənilməsi üçün yeni-yeni təbii 
ehtiyatlar  cəmiyyətin  istifadəsinə  verilir,  kənd  təsərrüfatı  sənayeləşir  və 

 
- 10 - 
intensivləşdirilir.  Elmi  texniki  tərəqqi  bir  tərəfdən  insanın  təbiətdən  asılılığını 
minimuma endirir, digər tərəfdən isə ekoloji sistemdə mənfi iz buraxır.  
Ümumiyyətlə,  insan  dünyada  bu  günə  kimi  mövcud  olan  yeganə  varlıqdır  ki, 
daima təbiətlə münaqişə aparmış və aparır. Bəli, biz insanlar təbiətin tərkib hissəsiyik 
ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam 
edən  tullantısız  mübadilə  proseslərindən  və  ziyansız  maddələr  mübadiləsi  dövranı 
qanunlarından  kənara  çıxmışıq.  Bundan  başqa,  təbiətə  xas  olan  təbii  sərvətlərdən 
“qənaətlə”  istifadə  prinsipləri  müasir  insanlar  tərəfindən  qorunmamışdır.  Məsələn, 
son  bir  milyard  ildə  yaranan  təbii  sərvətlər  son  100-120  ildə  insanlar  tərəfindən 
istifadə  olunmuşdur  [21,  191].  İnsanın  ekoloji  böhranla  üzləşməsi  təbii  sərvətlərdən 
kortəbii  istifadə  olunması  sayəsində  yaranmışdır.  Akademik  S.S.Şvars  göstərir  ki, 
biosfer  həyat  üçün  zəruri  olan  elementlərin  optimal  nisbətini  milyon  illərlə  sabit 
saxlamış,  lakin  bir  neçə  onillik  ərzində  insan  bu  tarazlığı  poza  bilmişdir.  Bu  isə 
ekoloji  problemlərin  yaranmasına  səbəb  olub.  Ekoloji  problemlər  hazırda 
bəşəriyyətin  ən  böyük  qlobal  problemidir.  Bu  gün  bu  ekoloji  problemlərin  həllində 
hamı  iştirak  etməlidir.  Heç  kimin  bu  işdən  kənarda  qalmağa  mənəvi  haqqı  yoxdur. 
Ekoloji  problemlər  təbiətdən  düzgün  istifadə  edilməmənin  nəticəsidir.  Biz  biosfer 
təliminin  banisi  V.İ.Vernadskinin  insan  1  dəqiqə  də  olsun  belə  biosfersiz  yaşaya 
bilməz sözlərini unutmamalıyıq [24.,238]. 
Təbiətdən  istifadə  dedikdə  təbii-resurs  potensialının  istismar  edilməsinin  və 
onun  qorunub  saxlanmasının  bütün  növlərinin  məcmuu  nəzərdə  tutulur.  Demək 
təbiətdən istifadə dedikdə aşağıdakı anlayışları nəzərdə tutmalıyıq. 
1.  Təbii şəraitin istifadəsi və mühafizəsi; 
2.  Təbii resursların çıxarılması, emalı, onların bərpası və təkrar istehsalı; 
3.  Təbii  sistemlərin  ekoloji  balansının  saxlanması,  təkrar  istehsalı  və  səmərəli 
dəyişdirilməsinin təmin edilməsi. 
E.F.Yusifov  ətraf  təbii  mühitin  faydalı  xüsusiyyətlərinin  insan  tərəfindən 
istifadə  imkanlarını  təbiətdən  istifadə  kimi  izah  etmişdir  [30,355].  Əgər  bu 
xüsusiyyətləri  iqtisadi,  sağlamlıq  və  mədəni  xüsusiyyətlər  olaraq  3  qrupa  ayırsaq, 

 
- 11 - 
onda  təbiətdən  istifadə  iqtisadi,  mədəni  və  ekoloji  sağlamlıq  kimi  3  formada  özünü 
büruzə verir. Təbiətdən istifadəni torpaqdan istifadə, yerin təkindən istifadə, heyvanat 
aləmindən istifadə, atmosfer havasından istifadə kimi müxtəlif qruplara ayıra bilərik. 
Təbii vasitələr isə öz növbəsində bir neçə məqsəd üçün istifadə oluna bilər. Məsələn, 
su  içmək  üçün,  həmçinin  hidroenerji  mənbəyi  kimi  və  nəqliyyat  vasitəsi  kimi 
məişətdə  istifadə  edilir.  Meşədən  oduncaq  mənbəyi,  istirahət  yeri,  otlaq,  giləmeyvə, 
dərman bitkiləri toplamaq və başqa məqsədlər üçün istifadə edilir.  
Ətraf  mühitin  obyektlərinin  insan  tərəfindən  ilkin  mənimsənilməsi,  istifadə 
edilməsi  də  təbiətdən  istifadə  kimi  izah  edilə  bilər.  Biz  təbiətdən  istifadə  edərkən 
əsasən  təbii  resurs  potensialının  qorunmasını  təmin  etməklə  təbii  ehtiyatlar,  təbii 
şərait  və  cəmiyyətin  sosial  iqtisadi  inkişafı  arasında  qarşılıqlı  münasibəti  düzgün 
qurmağa  çalışmalıyıq.  Çünki  geniş  mənada  “Təbiətdən  istifadə”  fikri  təbiətlə 
cəmiyyətin  qarşılıqlı  münasibəti  şəraitində  bir-birinə  təsir  prosesidir.  Biz  təbiətdən 
istifadə  edərkən  yalnız  bir  istiqamətdə  olan  fəaliyyəti  yəni  insanın  təbiətə  təsirini 
nəzərdə  tutmamalıyıq.  Həmçinin  təbiətin  də  insana  təsir  edə  biləcəyini  unutmayaq. 
Biz  təbiəti  istismar  edirik.  Bəs,  görəsən,  bu  qədər  istismarın  qarşılığında  təbiətin 
cavabı necə olacaq? 
 
Tarixi  inkişaf  dövründə  insanların  sayının  artması  yeni  ərazilərin 
mənimsənilməsini,  tələbatın  daim  artmasına  görə  daha  çox  məhsul  istehsal 
edilməsini,  deməli  yeni  zavodlar,  fabriklər,  digər  istehsal  və  xidmət  təyinatlı 
obyektlər  tikilməsini  zəruri  etmişdir.  Ona  görə  daim  yeni-yeni  şəhərlər,  kəndlər 
salınır,  onların  iqtisadi  bazasının  genişləndirilməsi  üçün  müəssisələr  təşkil  olunur, 
yaşayış ərazisi genişlənir. Nəticədə insanlar təbiətdən getdikcə daha çox istifadə edir, 
onun  geniş  sahələrini  təsərrüfat  dövriyyəsinə  cəlb  edir,  təbiətin  ehtiyatları  çox  hasil 
edilir.  Bunlar  isə  təbiətə  qaytarılan  tullantıların  artmasına  səbəb  olur.  Bu  isə  o 
deməkdir  ki,  cəmiyyətlə  təbiətin  münasibətlərində  insanlar  ona  ikiqat  ziyan  vurur. 
Cəmiyyətin  tələbləri  qeyri  –  məhdud,  təbii  sərvətlər  isə  məhduddur.  Əsas  ziddiyyət 
elə  buradan  yaranır,  yəni:  1)  cəmiyyətin  tələbatı  sonsuz  və  tamamilə  qarşısı 
alınmazdır; 2) cəmiyyətin sərəncamında əmtəə və xidmət istehsalı üçün gərəkli olan 

 
- 12 - 
resurslar məhdud və aztapılandır. Demək, təbiətdən istifadə edərkən əsas məqsədimiz 
məhdud  resurslardan  səmərəli  istifadə  etməklə  cəmiyyətin  tələbatının  ödənilməsi 
tədbirlərini  müəyyən  etmək  və  bu  tədbirlərin  həyata  keçirilməsinin  yollarını 
öyrənməkdən  ibarət  olmalıdır.  Bu  istiqamətdə  resursların  səmərəli  bölüşdürülməsi 
üsulu  da  sərfəli  yollardan  biridir.  Səmərəli  bölüşdürülmə  tələb  edir  ki,  əmtəə  və 
xidmətlərin çeşidlərinin seçimi düzgün olsun, başqa sözlə, hər bir əmtəə vahidi daha 
az  məsrəflə  istehsal  edilsin.  Yəni:  resursların  səmərəli  bölüşdürülməsi  dedikdə, 
resursların  o  əmtəə  və  xidmətlərin  istehsalına  sərf  edilməsi  nəzərdə  tutulur  ki, 
cəmiyyətin  ona  daha  çox  ehtiyacı  var.  Bu  o  deməkdir  ki,  məhdud  resurslar 
kompaniya  və  sahələr  arasında  elə  bölüşdürülməlidir  ki,  cəmiyyət  indi  məhz  həmin 
əmtəə və xidmətlərə ən çox tələbat duyur. 
 
Uzun illərdir ki, insan durmadan inkişaf etmək və ehtiyacını ödəmək məqsədilə 
təbii  sərvətlərdən  düşünülməmiş  tərzdə  istifadə  edir.  Sanki  insanlar  İ.Miçurinin 
söylədiyi”  “Biz  təbiətdən  xeyirxahlıq  gözləməməliyik,  onları  ondan  almaq  bizim 
vəzifəmizdir” – fikrini öz xeyirlərinə istifadə edirlər [29,115]. Lakin insan dərk etmir 
ki,  təkcə  almaq  lazım  deyil,  həm  də  təbiətdə  insan  fəaliyyəti  nəticəsində  baş  vermiş 
itgilərin  yerini  doldurmaq  lazımdır.  Təəssüflər  olsun  ki,  bu  təsirlər  nəticəsində  həm 
planetimizdə,  həm  də  respublikamızda  ekoloji  tarazlıq  ciddi  surətdə  pozulub. 
Məsələn,  uzun  müddət  Mərkəzi  Aran  rayonlarında  pambığın  intensiv  əkilməsi 
torpaqların  şoranlaşmasına  və  sıradan  çıxmasına  səbəb  olub.  Zamanında  K.Marks: 
“Kapitalizm  təbiəti  məhv  edəcək  və  dağıdacaq”,  -  deyə  qeyd  etmişdi.  Onun  qeyd 
etdiyinə  görə  təsərrüfatın  planlı  inkişafı,  təbii  sərvətlərdən  səmərəli  və  kompleks 
istifadə edilməsi, ekoloji mühitin saflığının təmin edilməsi yalnız sosializm şəraitində 
mümkündür [23,696]. Çünki müvazinətli surətdə bir-birindən təcrid edilmiş istehsalçı 
olan  insanlar  təbiətlə  təmasda  olduğu  zaman  mübadiləni  səmərəli  nizamlayır,  təbiət 
üzərində kortəbii surətdə ağalıq etməyib onu nəzarət altında saxlayır, bunu az məsrəf 
müqabilində insan təbiətinə layiq şəkildə yerinə yetirir. 
 
Indi  biz  kapitalizmin  təbiəti  məhv  etdiyi  bir  dövrdəyik.  Hal-hazırda  insanların 
uzun  müddət  daha  çox  gəlir,  mənfəət  qazanmaq,  inkişaf  etmək  məqsədilə  təbii 

 
- 13 - 
sərvətlərdən qəddarcasına istifadənin nəticəsi olaraq yaranan ekoloji problemlər eyni 
şəkildə  yəni  qəddarcasına  insana  doğru  yönəlib.  Buna  insan  tərəfindən  meşələrin 
qırılması  ilə  başlayan  problemləri  misal  göstərə  bilərik.  Insanın  meşələrə  təsiri  bir 
neçə  min  il  əvvəl  insanın  əkinçiliklə  məşğul  olmağa  başlağıdı  dövründən  müəyyən 
edilmişdir.  Rayonların  çoxunda  əkinçilik  məqsədilə  meşələr  qırıldı,  bu  isə  yer 
səthində  küləyin  sürətini  artırdı,  havanın  temperatur,  nəmlik  rejiminin  dəyişməsinə 
gətirib  çıxartdı.  Torpağın  nəmliyi,  buxarlanma  da  öz  növbəsində  çayların  axım 
rejimini  dəyişdi.  Quru  iqlimli  regionlarda  meşələrin  qırılması  toz  tufanları  torpaq 
örtüyünün pozulmasına, təbii şəraitin dəyişməsinə gətirib çıxartdı.  Göründüyü kimi, 
təbiətin  sadəcə  bir  elementinə  qarşı  atılan  səhv  bir  addım  bütün  təbiət 
komponentlərinin yararsız hala düşməsinə səbəb oldu. M.C.Atakişiyev bu haqda belə 
qeyd etmişdir ki, tarixi prosesin gedişində əvvəllər təbiətin insanlığa təsiri zəif olduğu 
müşahidə edilsə də, sonralar, xüsusilə də hazırki dövrdə təbiətin dəyişməsi insanlara 
və onların təsərrüfatına güclü, lokal, regional və qlobal təsir göstərir [6.219]. Halbuki, 
ekoloji kontekstdə inkişaf təbii və əmək ehtiyatlarının  elə istifadəsidir ki, bu həyatın 
keyfiyyətinə və yaxşılaşmasına xidmət etsin. 
 
İnsanın  mühitlə  hər  zaman  əlaqədə  olmasına  baxmayaraq  onun  təbiətə  təsiri 
əsasən  təsərrüfat  fəaliyyəti  zamanı  intensivləşir.  Təbiətə  güclü  antropogen  təsir 
nəticəsində  ətraf  mühit  gərginləşir,  sosial  və  təbii  şərait  mürəkkəb  əlaqələr  sistemi 
yaradır.  Məsələn,  respublikamızın  ən  böyük  problemlərindən  biri  səhralaşmadır. 
Ölkəmiz  Cənubi  Qafqazda  səhralaşma  prosesinin  daha  intensiv  inkişafı  ilə  seçilir. 
Məlum  olmuşdur  ki,  son  illərdə  təbii  amillərlə  yanaşı  səhralaşmaya  təsir  göstərən 
əsasən  antropogen  amillər  olmuşdur.  Məsələn,  elə  rayonlar  var  ki,  qışlaqda  bir 
hektarda 2-3, bəzi tükənmiş torpaqlarda isə 1 qoyun saxlamaq mümkün olduğu halda, 
orada  saxlanılan  qoyunların  sayı  40-45-ə  çatır.  Digər  tərəfdən  bəzi  torpaqların  3 
faizini  hansısa  kiçik  ehtiyaclar  üçün  əkib-becərmək  olar.  Amma  bu  göstəriciyə 
baxmayaraq  həmin  torpağın  30-40%-i  şum  altındadır.  Halbuki,  onların  dözümü 
yoxdur.  Yəni,  belə  yerlərdə  torpaq  artıq  dözmür,  səhralaşma  gedir.  Səhralaşma  öz-
özlüyündə  problemdir,  amma  onun  əks  tərəfi  o  deməkdir  ki,  həmin  ərazilərdə  olan 

 
- 14 - 
bioloji növlər, bitki növləri, canlılar yox olur. Nəticədə, ancaq kasadlaşmış, bərəkətini 
itirmiş  torpaq  qalır.  Səhralaşma  əsasən  təbii  yolla  getsə  də,  antropogen  amillər  onu 
sürətləndirir. Bu işdə əsas həlledici amillərdən biri də insanın təsərrüfat fəaliyyətinin 
mənfi nəticəsidir. Hazırda müəyyən edilmişdir ki, insan və onun təsərrüfat fəaliyyəti 
birinci  növbədə  torpağa,  bitkiyə  və  su  mənbələrinə  güclü  təsir  göstərir.  Bu  təsirə 
səhra örüşlərinin bitkiləri daha çox məruz qalır. Səhralaşma ilə əlaqədar olaraq relyef 
formaları  pozulur,  qrunt  suların  səviyyəsi  və  minerallaşma  dərəcəsi  də  dəyişir. 
Səhralaşmanın  qarşısının  azaldılması  üçün  ağac  –  kol  bitkilərinin  odun  kimi  istifadə 
məqsədilə  bitki  örtüyünün  məhv  edilməsini  azaltmaq  və  mövcud  otlaq  və 
biçənəklərdən daha səmərəli istifadə etmək, kommunal  və irriqasiya işlərinin  yerinə 
yetirilməsinin  nəticəsi  olaraq  torpaq  örtüyünün  bərpa  edilməyəcək  dərəcədə 
istifadəsinə son qoymalıyıq. 
 
Təbiətdən  istifadə  səmərəli  və  səmərəsiz  ola  bilər.  Təbiətdən  səmərli  istifadə 
ekosistemlərə  ekoloji  yükü  kifayət  qədər  azaldır  və  sabit  iqtisadiyyat  üçün  zəmin 
yaradır.  Təbii  resurslardan  səmərli  istifadə  -  ümumi  şəkildə  onlardan  faydalı 
elementlərin  əldə  edilməsini  və  bununla  yanaşı  təsərrüfat  sahələrinə,  təbii  mühitə 
minimum  zərər  vurulmasını  ifadə  edir.  Təbii  resurslardan  səmərəsiz  istifadə  isə  bir 
qayda  olaraq,  təbii  resursların  tam  hasil  edilməməsini  və  ətraf  mühitə  əhəmiyyətli 
ziyan  vurulmasını  ifadə  edir.  Məsələn,  uzun  illərdir  ki,  Filizçay  polimetal  yatağı 
köhnə  texnologiya  ilə  istismar  edilir  və  nəticədə  xammal  əhəmiyyətli  çoxlu  tullantı 
yaranır.  Hesablamalar  göstərir  ki,  əgər  Filizçay  polimetal  yatağı  düzgün  istismar 
edilərsə, respublika ehtiyacını hələ 100 də ödəyə bilər [26.126]. Bunun üçün yatağın 
istismarını müasir texnoloji üsullarla aparmalıyıq. Demək, səmərəsiz istifadə iqtisadi 
potensialın  qorunmasını  təmin  etməyən  fəaliyyətdir.  Təbiətdən  səmərəli  istifadə 
dedikdə  təbii  ehtiyatlardan  səmərəli  istifadə,  təbii  ehtiyatların  artırılması  və  ətraf 
mühitin  mühafizəsi  nəzərdə  tutulur.  Təbii  ehtiyatların  səmərəli  istifadəsi  ətrafa  olan 
antropogen yükün miqdarını azaldır. Bu isə öz növbəsində ətraf mühitin mühafizəsinə 
gətirib çıxardar. 

 
- 15 - 
 
Təbiətdən  səmərəli  istifadəyə  nail  olmaq  üçün  əsas  məqsədimiz  təbii 
ehtiyatların  və  təbii  şəraitin  qənaətcil  istismarını  təmin  etməklə  insan  sağlamlığını 
qorumaq  və  perspektiv  inkişafı  təmin  etmək  olmalıdır.  Əgər  bu  məqsədə  çata 
biliriksə,  bu  zaman  biz  təbiətin  istifadəsinin  səmərəliliyindən  danışa  bilərik.  Əks 
halda  yəni  təbii  resurslar  alayarımçıq  çıxılarsa,  faydalı  qazıntının  ən  yaxşı  hissəsi 
yerin  təkində  qalarsa,  tullantıların  tərkibində  qiymətli  komponentlər  qalarsa, 
insanların  sağlamlığı  təhlükə  qarşısında  qoyularsa,  heç  bir  səmərədən  danışa 
bilmərik. Təbii sərvətlərin səmərəli, qənaətlə, itkisiz istifadə edilməsi təbii ünsürlərlə 
ehtiyatla  yanaşmağı,  faydalı  qazıntıların  çıxarılması  və  təkmilləşdirilməsi, 
tükənməyən təbii sərvətlərin planlı və müvazinətli surətdə təkrar istehsala verilməsi, 
ətraf  təbii  mühitin  çirkləndirilməsi  səbəblərinin  əvvəlcədən  aradan  qaldırılması 
müasir insanlardan və gələcək nəsillərdən səy, bacarıq və vicdan tələb edir. 
 
Biz təbii ehtiyatlardan istifadəyə heç cür qadağa qoya bilmərik. Elə buna görə 
də,  təbiətdən  istifadə  edərkən  təbii  sərvətlərin  mühafizəsini,  səmərəli  istifadəsini  və 
təbiəti  qorumağı  qarşımıza  məqsəd  kimi  qoymalıyıq.  Əgər  bu  əsas  şərtə  əməl 
edilməzsə  biz  iqtisadi  səmərədən  çox  yarana  bilən  ekoloji  problemlərlə  üz-üzə 
qalarıq.  Sonradan  bunların  aradan  qaldırılması  külli  miqdarda  əmək  və  kapital 
qoyuluşu ilə həyata keçirilə bilər. Məsələn, cədvəl 1.2-də 2000-2009-cu illər ərzində 
ətraf  mühitin  mühafizəsi  üzrə  tədbirlərin  keçirilməsinə  çəkilən  cari  xərclər  (min 
manat) verilmişdir  [4]. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin