T ətbiqi Proqram Təminatı Orta ixtisas t


Üsulyönlü Tətbiqi proqram paketləri



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
tetbiqi-proqram-teminati

2.Üsulyönlü Tətbiqi proqram paketləri 
Üsulyönlü TPP riyazi – iqtisadi məsələlərin müəyyən 
üsullarla həllini reallaşdırır. Bura aşağıdakı TPP – lər aiddir: 
Riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s.); 
Şəbəkəli planlaşdırma və idarəetmə; 
Kütləvi xidmət nəzəriyyəsi; 
Riyazi statistika. 
Bu paketlərə misal olaraq fərdi kompyuterlərdə reallaşdırılan 
Math Cad, MatLab, Derive, TK Solver, Mathematica, Maple, 
Simplex, Stats Network proqramlarını göstərmək olar. 



3.Problemyönlü Tətbiqi proqram paketləri
Tətbiqi proqram paketlərinin çox geniş sinfi problemyönlüdür. 
Praktiki olaraq elə tədqiq sahəsi yoxdur ki, burada heç olmasa bir 
TPP olmasın. Problemyönlü TPP elə proqram məhsuluna deyilir 
ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli 
nəzərdə tutulur. 
Problemyönlü TPP sənaye, qeyri sənaye və xüsusi sahələrdə 
tətbiq üçün proqram paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü TPP. Bu tip müasir sistemlər 
aşağıdakı xüsusiyyətlərə malikdirlər. 
Birincisi, bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla 
planlaşdırmaq deyil, həmçinin iş planın (ehtiyatların idarə 
olunması,müştəri sifarişləri və s) yerinə yetirilməsinə nəzarət, 
texnaloji kartanın tərtibi, maliyyə və əmək ehtiyyatlarının idarə 
olunmasına, bir sıra “qeyri- istehsal” funksiyalarını – servis 
xidməti, hazır məhsulun və marktinqin paylanmasına nəzarət 
funksiyalarını da yerinə yetirirlər. 
İkincisi, onlar kliyent – server arxitekturası, çoxməsələli, 
çoxistifadəçi əməliyyat sistemləri və relyasiya verilənlər bazası 
əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə malik olur və 
CASE- 
texnalogiyasından geniş istifadə olunur. 
Üçüncüsü, müasir sistemlər müxtəlif tip istehsalı nəzərə 
almalıdırlar. 
Qeyri 
– istehsal sahələri üçün problemyönlü TPP – ləri material 
istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) 
fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu 
sistemlərdə əsas tələbat, istehsal sahələri üçün TPP – də olduğu 
kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin yaradılmasıdır. 
Qeyri 
– istehsal sahələri üçün TPP – yə bank, maliyyə və hüquq 
sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar. 
Ayrı-ayrı tətbiq sahələri üçün TPP mühasibat uçotu, maliyyə 
menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur. 
Müasir mühasibat uçotunun TPP – nin əksəriyyəti Windows 
əməliyyat sistemi mühitində işləyir və lokal şəbəkələr üçün 
nəzərdə tutulmuşdur. 1C və Microsoft firmalarının məhsullarından 


10 
təşkil olunmuş “Ofis” mühasibat uçotu TPP yalnız mühasibat 
funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın 
bütün işinin “elektron ofis” şəklində təşkilinə də imkan verir. 
Maliyyə menecmentinin TPP firmanın fəaliyyətinin analizinin 
və planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb. 
Hüquq sisteminin TPP böyük həcmli qanunlarla səmərəli 
işləmək üçün nəzərdə tutulub. Bütün iqtisadi cəhətdən inkişaf 
etmiş ölkələrdə hüquq sisteminə dair proqram paketləri var. 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin