T ətbiqi Proqram Təminatı Orta ixtisas t



Yüklə 4,14 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix16.12.2023
ölçüsü4,14 Mb.
#181850
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   39
tetbiqi-proqram-teminati

– texnologiyası
mürəkkəb informasiya sistemlərinin 
(İS) yaradılmasında tətbiq olunur. 
CASE 
– texnologiyası altında İS – nin hazırlanmasının 
avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin 
analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və 
İS – nin istismarı daxildir. 
CASE 
– texnologiyasının instrumental vasitələri informasiya 
texnoligiyasının bütün sahələrində tətbiq olunur. Bu texnologiya 
informa
siya 
sistemlərinin 
layihələndirilməsini 
onların 
proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir. 
Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul 
olur.Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmağa 
imkan verir və mükəmməl proqram məhsulları alınır. Bu 
texnologiya İS-nin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-
hazırda CASE – texnologiyası informatikanın ən çox 
dinamiki inkişaf edən sahəsidir. CASE – texnologiyasına aid 
Application Development Worckbench, B Pvin, CDEZ Tods, Clear 
Case, Composer, Discover Development İnformation System 
sistemlərini qeyd etmək olar. 
Müasir CASE – texnologiyası banklar, maliyyə 
korporasiyaları və ən iri firmalar üçün İS- nin yaradılmasında 
müvəffəqiyyətlə istifadə olunur. Onlar adətən olduqca yüksək 
qiymətə malik olur və öyrənilməsi nisbətən uzun vaxt tələb edir. 
Amma CASE 
– texnologiyasının tətbiqi iqtisadi cəhətdən 
sərfəlidir. Bir çox müasir proqram layihələri bu texnalogiyanın 
köməri ilə həyata keçirilir 

Exspert sistemləri
.İqtisadi və sosial sahədə məntiqə və 
mütəxəssis təcrübəsinə əsasən evristik tip məsələlərin həlli 
prosesində informasiya emalı vasitələrinə təlabat daima artır. 



Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən 
ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin 
mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları 
göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip 
məsələlərin həlli Ekspert sisteminin əsasını qoyulan məsələnin 
həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən 
biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni 
əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası 
münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı 
məqsədlər üçün istifadə olunur: 

obyektin vəziyyətinin interpretasiyası; 

obyektin vəziyyətinin diaqnostikası; 

obyektin vəziyyətinin proqnozu; 

məqsədli planlaşdırma; 

obyektin işinin pozulmasını aşkar etmək; 

obyektin işini idarə etmək. 
Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq üçün ekspert 
sisteminin 
örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda 
tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi 
diaqnostikada istifadə olunan ES- in örtüyünə EMYCIN – ni misal 
göstərmək olar. 

Yüklə 4,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin