Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə194/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   188   189   190   191   192   193   194   195   196
QAYIBIN İTİ

Qayıb kişinin əvvəli mal-qaralı, qoyun-sürülü, dövlətli bir kəndli idi. Get-gedə

dövləti əlindən çıxıb bir cüt öküz, bir inək sahibi olmuşdu. Əvvəlki dövlətdən ona

Qaraqıllı  adlı  bir  çoban  iti  yadigar  qalmışdı.  Sonsuz  Qayıb  kişi  bu  köpəyi  övlad

kimi sevirdi. Hərgah bir adam ondan:

-

Qayıb əmi, arvadının ölümünü istərsən, yoxsa itinin? - deyə sual etsəydi:



-

Əlbəttə arvadımın, - deyə cavab  verərdi.  Qayıb  kişinin  bu  itə bir  belə

məhəbbət bağlaması hamını heyrətə gətirirdi. Səbəbini arayanlar deyirdilər  ki, bir

falçı  onu  inandırıb  ki,  nə qədər  Qaraqıllı  sağdır  sən  bir  zaman,  yenə irəliki  kimi

dövlət sahibi olacaqsan.

İtin özünə gəldikdə, adi çoban itlərindən xeyli iri, qüvvətli, cəsur və hünərli bir

heyvan idi. uzun qara tükləri onu çox heybətli göstərirdi. Qaraqıllının qorxusundan

bir  qurd  Qayıbın  sürüsünə yaxırı  gələ bilməzmiş.  "Qayıbın  iti"  adı  ilə ətrafda

məşhur olaraq, bu köpək dillərdə zərbi-məsəl kimi söylənirdi. Birisi itini çox tərif

etdikdə:


-

Nə çox  tərif  edirsən?  Qayıbın  iti  olmayacaqdır  ki, - deyə onun  sözünü

kəsərdilər.

Mən də bu itdən çox şeylər eşitmişdim. Lakin özünü gönnəmişdim.

Qayıbın iti hürməzdi. Yol ilə dinc gedən adamlarla isə işi olmazdı. Başqa itlər

kimi  onların  üstünə getməzdi.  Lakin  birisi  qabağından  istər  atlı,  istər  piyada

qaçmaq istədikdə qızmış şir kimi üstünü alardı.

Mən Çərikdə olan zaman Qayıb kişi də biçin və xırman işlərinə məşğul idi. İti

də yanında idi.

Bir gün Tağı əmi ovdan çox quş gətirmişdi. Bir neçəsini xurcuna qoyaraq mənə

dedi:



Milli Kitabxana

443


-

Boz madyanı min, bunları Hümmətgilə apar.

Hümmət  Tağı əminin  xalası  oğlu  və həm  də qaynı  idi.  Tağı əmi  məni  ata

mindirdikdə dedi:

-

Bax,  Qayıbgilin  obasının  yanından  keçərkən  atı  yavaş  sür.  Olmaya-



olmaya çapasan.

-

Arxayın ol, Tağı əmi, çapmaram, - deyə ona söz verdim.



Hümmət əmigil  ilə bizim  aramız  üç  kilometrə kimi  idi.  Gedənbaş  obanın

yanından  səlamət  keçib  getdim.  Tapşırığı əmələ gətirib  qayıdarkən  yenə obanın

yanından keçdikdə atı yavaş-yavaş sürdüm. Bir vaxt bir it hürə-hürə üstümə gəldi.

Bunun səsini  eşitcək  başqaları  da  tökülüb  gəldilər.  Atı  addım-addım  sürərkən

nəzərim  itlərdə idi.  Onların  içində Qayıbın  itini  arayırdım.  Lakin  ona  oxşar  bir  it

yox  idi.  Bu  mənə ürək  verdi.  Bir qədər  getdikdən  sonra  itlərin  səsləri  kəsilməkdə

idi.  Cürətlənib  madyanı  tərkimlədim.  Bir  də baxıb  gördüm  ki,  tozu  duman  kimi

qatdıraraq,  bir  qara  it  gəlir.  O  saat  atı  saxladım.  İt  mənə çatan  kimi  atın  önündə

ayaq  üstə qalxdı.  Başı  atın  başı  ilə bərabər  oldu.  Qorxudan  nəfəsimi  içimə

çəkmişdim.  Bir  az  belə durduqdan  sonra  Qaraqıllı  dönüb  yavaş-yavaş  getməyə

başladı.  Mən  elə qorxmuşdum  ki,  atı  yavaş  sürməyə də cürət  etmirdim.  İt  xeyli

getmişdi ki, mən də atı yürüş ilə sürməyə başladım. İt obaya yaxınlaşırdı, mən də

mənzilə.

-

Yox,  daha  gəlməz, - deyə özümə ürək  verdim.  Tağı əmigil  də təpədən



mənə tamaşa edirdilər. Bu mənə cürət verdi, madyanı çapmağa başladım. Tağı əmi

əllə mənə nə isə işarə edirdi.  Lakin  mən  nə istədiyini  anlamadım.  O  və başqaları

mənim  qarşıma  tərəf  yüyürməyə başladılar.  Bundan  mən  şübhələnib  geriyə

baxdım. Onda gördüm ki, yaramaz köpək məndən əl çəkmək istəmir. Atı saxladım.

İt nəinki kimi atın qabağında dikəldi. Bu səfər at rahat durmayıb başını yırğaladı. O

saat  köpək  madyanın  alt  dodağını  dartıb  parçaladı.  İt  bununla  kifayətlənərək

obalarına  tərəf  yola  düşdü.  Madyanın  ağzından  qan  çeşmə kimi  axırdı.  İt  gözdən

itdi. Lakin mən daha səhvimi təkrar etməkdən çəkinərək yerimdə durmuşdum. Tağı

əmi hamıdan irəli gəlib çatdı.

-

İt səni yaralamayıb ki? - deyə təşvişlə sordu.



-

Yox, Tağı əmi, ancaq madyanın ağzını qapdı, - deyə cavab verdim.

-

Madyan cəhənnəmə, sən səlamət çıxmısan. Min belə madyan sənə qurban,



ancaq bu sənə nəsihət olsun. Bundan sonra böyüklərin sözündən çıxmazsan.


Milli Kitabxana

444



Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin