Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə190/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   186   187   188   189   190   191   192   193   ...   196
AXTAR VƏ ŞƏNGÜL

Axtar  və Şəngül  Tağı əminin  ov  tulaları  idi.  Axtar  erkək,  Şəngül  qancıq  idi.

Axtar  qısaboylu,  gödəktüklü,  bozrəngli,  görkəmsiz  tula  idi.  Gödək,  məxmər  kimi

hamar, düm ağ rəngli, üstü qara xalı və zolaqlı tükü var idi. Beli, ayaqların, burnu

incə idi. Qaşlarının üstündə iki gözə bənzəyən xalı vardı.

Bu  tulaların  zahirləri  başqa  olduğu  kimi,  xasiyyətləri  də başqa  idi.  Axtar

qaşqabaqlı, tənbəl, İstirahət sevən tula idi.

Şəngül diribaş, şən, mehriban, sevimli bir heyvan idi.

-

İt də gülərmi? - deyə şübhə edən şəxs Şəngülün gülər halətini gördükdə -



bəli,  gülər, - deyə təsdiq  edirdi.  Budur,  tənbəl  Axtar  həytdə uzanıb  özünü  günəşə

verir. Şəngül isə oynamaq istəyir. Nə etsin?

Kimlə oynasın?  Bozdar  köpəkləmi?  O,  qocalmış,  gözlərinə pərdə gəlmiş

heyvərə bir köpəkdir. Onunla oynamağı Şəngül sevmir. Bir dəfə onunla oynadıqda

Bozdar nədənsə acıqlanıb onu boğmuşdu: Ondan bəri Bozdar ilə yaxınlıq etmirdi.

Tənbəl  də olsa,  yenə öz  yoldaşı  Axtar,  Şəngül  qısıla-qısıla  gedib,  Axtarın

ayağından  çəkməyə başladı.  Axtar  başını  qaldırıb,  dişlərini  ağardaraq  mırıldadı.

Şəngül  kənara  çəkildi.  Axtar  yenə uzandı.  Bir  azdan  sonra  Şəngül  gəlib  Axtarın

qulağından  yapışaraq  çəkməyə başladı.  Acıqlı  Axtar  qalxaraq  onun  üstə hücum

etdi.  Şəngül  qoyub  qaçdı.  Axtar  yenə uzanıb  yatmağa  məşğul  oldu.  İndi  Şəngül

onu  başqa  yol  ilə təngə gətirməyə başladı.  Axtarın  üstündən  o  tərəf-bu  tərəfə

tullanaraq onu narahat etdi. Axtar bilirdi ki, oynamayınca Şəngül ondan əl




Milli Kitabxana

437


çəkməyəcəkdir. O idi ki, bir dəfə üstündən tullandıqda cəld qalxıb onu basmarladı.

Sonra  buraxıb  özü  qaçdı.  Şəngül  axır  məramına  çatdı.  Axtar  şövqə gəlib  onunla

oynamağa başladı.

Şəngül  ilə Axtarın əsil  bayramı  Tağı əmi  kəhər  atı  minib,  qızılquşu əlinə

götürərək  ova  gedəndə idi.  Tulaları  çağırmağa  ehtiyac  yox  idi,  çünki  qızılquşun

qumru  səsi  onları  xəbərdar  etmişdi.  İndi  Axtarı  tanımaq  olmurdu.  Tənbəllik  necə

olmuşdu?  Hərəkətsizlik  harada  qaldı?  Şəngülə gəldikdə o,  şadlıqdan  özündən

çıxardı.  Gah  sirk  itləri  kimi  Axtarın  üstündən  tullanardı,  gah  qoca  Bozdarın

quyruğundan dartardı, gah da darvazanı cırmaqlayıb qaçmaq istəyirdi.

Bunların  xasiyyətləri  ovda  büruzə verərdi.  Axtar  ovun  izini  aradıqda  aram  və

diqqətlə hərəkət edərdi. Şəngül isə səbirsizliklə gah irəli qaçardı, gah yana üz tutub

gedərdi. O zaman Tağı əmi:

-

Şəngül qaldı! – deyə onu çağırardı. O da sahibinə tabe olaraq o saat geri



qayıdardı, ovun izini yenidən aramağa başlardı.

Ovu tapdıqda Axtar da, Şəngül də öz təlimləri üzrə sağ əllərini qaldıraraq Tağı

əmiyə baxırdılar. Tağı əmi:

-

Bas! - dedikdə atlanıb  quşu  qaldırardılar.  Lakin  burada  da  Şəngül  bəzi



vaxt, ələlxüsus Tağı əmi gecikdikdə əsəbiləşərək ovu izinsiz qaldırardı.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin