Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə188/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   184   185   186   187   188   189   190   191   ...   196
İLANLARLA MÜBARİZƏ

Yazın  isti  günlərindən  başlamış  payızın əvvəlinə kimi,  bağlarda  gəzdikdə,  dar

doqqazlarla  getdikdə,  koluqda,  qulançarlıqda  biz  uşaqlar,  özümüzü  zəhərli

ilanlardan gözləməliyik. Açıqlıq yerdə bu asan idi. Lakin bağda, qalın otlar içində

qıvrılıb  yatmış  ilanı  hardan  gorub,  özümüzü  bu  müzür  heyvandan  mühafizə

edəydik? Dostumuz koramal otların arası ilə hərəkət etdikdə məlum olurdu. Amma

zəhərli  ilanlar  məlum  olmurdu.  Bir  yay  olmayırdı  ki,  ilan  uşaq  vurmamıs  olsun.

Onlar  da  bizdən  paylarını  yaxşıca  alardılar.  İsti  günlərdə çəpərlərin  döşü  ilanlarla

dolu  olardı.  Onlar  yuvalarından  çıxıb  özlərini  günə verərdilər.  Biz  də dəstə

bağlayıb onlarla müharibə edərdik. Hər birimizin əlində uzun çomaq olardı. Kimin

gözünə qıvrılıb  yatmış,  ya  hərəkət  edən  ilan  sataşsaydı,  tez  çomağı  ilə vurub

öldürərdi. Hər kəs çox öldürsəydi, o, birinciliyi qazanardı.

Bilmirəm  haradan  çıxmışsa,  guya  kərtənkələlər  ilanlara  ağu  verirlər,  ona  görə

bunları da düşmənlər  sırasma qoyub qırardıq. Bu barədə Tağı əmidən  soruşduqda

o, belə cavab verdi:

-

Yalan  sözdür;  kərtənkələlərin  zəhəri  yoxdur.  özləri  də zəhərli  həşəratı



yeyib tələf etməklə bizə böyük mənfəət yetirirlər. O ki qaldı ilana, onun iki zəhərli

dişi var. Zəhər dişinin dibində nazik pərdəli iki




Milli Kitabxana

435


tuluğun içindədr. İlan çaldıqda pərdələr yırtılıb zəhər yaralının qanına qarışır, onu

zəhərləyib öldürür.

Tağı əminin bu verdiyi məlumatdan sonra biz kərtənkələ qırmağı tərk etdik.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin