Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə184/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   180   181   182   183   184   185   186   187   ...   196
KƏND MƏİŞƏTİ

Seyidli  və onu əhatə edən  kəndlilərin  bağ-bağatı  o  dərəcədə boldur  ki,  göz

ətrafda ot və ağacdan savayı bir şey görmür. Haraya baxırsan bağ, bağ və yenə də

bağ. Hətta göyün üzü agacların arasından parça-parça görünür. Dar doqqazlarından

başqa  açıqlıq  yer  yoxdur.  Buranın  üzüm  bağları  Gürcüstan  bağları  kimi  gələsər

deyildir. Tənəkləri hər növ hündür ağaclara dırmaşdırılmışlar.

Payız  fəsli  üzüm  salxımları  budaqlardan  sallanaraq  ağacları  yolka  kimi

bəzəyirlər.

Mən  gözlərimi  açdıqda  özümü  belə zəngin  təbiət  içində gördüm.  O  məni

mərhəmətli  qucağında  yaşadarkən,  həyatın  ağır,  zəhərli  hallarını - yetimlik,

yoxsulluq  məşəqqətini  unutdururdu.  Biz  uşaqların  bütün  günləri  bağlarda  keçirdi.

Ta  aclıq  bizə qalib  gəlməyincə evlərimizə qayıtmazdıq.  Qayıtdıqda  da  çox  vaxtı,

əllərimizə bir parça çörək alaraq, yenə də bağa qaçardıq. Cürbəcür meyvələr orada;

çiçəklər, göy




Milli Kitabxana

428


otlar orada; rəngin pərvanələr, oxuyan quşlar orada. Bizi bağlara cəlb edən şeylər

bunlar idi.

İlin hər fəslində biz uşaqlar üçün bağda məşğuliyyət var idi. Bahar vaxtı ağaclar

hər növ rəngin çiçəklər açaraq, bağları gülüstana döndərirdi. Bu zaman quşlar yuva

tikməyə məşğul olduqda, biz də onlara bəhs edərək evcik tikib çiçəklərlə bəzərdik.

Bu  mövsümdə yetişməyə başlayan  meyvələrə gəldikdə,  biz  onların  deyməyini

gözləməzdik. Alça  çiçəyini  töküb  bir  balaca  böyüyən  kimi  göy  olmağına

baxmayaraq, duz ilə yeyərdik. Sonra tut ilə gilas dəyməyə başlardı.

Yay  fəslində ərik,  gavalı  boyürtkən  deyərdi.  Payız  geldikdə,  böyüklərlə

bərabər,  üzüm,  heyva,  nar, əzgil,  zoğal,  alma,  armud,  qoz  və qeyri  meyvələr

yığmağa  məşğul  olardıq.  Hətta  qışda  da  özümüz  üçün  iş  tapardıq.  Qar  hər  yeri

bürüyən  zaman,  biz  bağın  xiyabanlarında  qardan  top  qayırar,  onları  yumalamağa

başlardıq.  Top  getdikcə irilənərək  axırda  boyumuzdan  hündür  olardı,  daha

yumalamağa gücümüz  çatmazdı.  Ya  da  qardan  adam,  heyvan  heykəli  qayırardıq.

Lakin  bu  oyunun  axın  ağlamaq  olardı.  Çünki  üşümüş əllərimizi  oda  verdikdə

sızıldamağa başlardı.

Uşaq bir qədər özünü anladıqda hər şeyin sirrini bilmək istəyir. O zaman ananın

təlim  və tərbiyə rolu  artır.  Çünki  birinci  növbədə uşaq  sualı  ona  verir.  Doğrudur,

uşağın hər  sualına cavab  vermək  müşküldür.  Lakin  mümkün olan dərəcədə cavab

verib onu sakit etmek lazımdır. Mən də anama çox sual verərdim. Bir dəfə anam ilə

bağımızda idim. Cırcırama aramsız cırıldayırdı.

-

Ana, o cırcırama nə deyir, - deyə sual etdim.



-

Oğlum, o cırcırama deyir ki:

Qarışqacıq-quruşqacıq.

Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi, dedi.

Mən anamın bu cavabına xeyli güldüm. Sonra o sözləri əzbərlədim. Cırcırama

oxuyanda mən də ona qoşulub deyərdim:

-

Qarışqacıq-quruşqacıq,



Mənə dedi, qarışqacıq.

Dedi, dedi, dedi, dedi.

Səslərin  ahəngi  cırcıramanın  oxumasına  elə bənzəyirdi  ki,  sanki  doğrudan  da,

cırcırama o sözləri deyirdi.




Milli Kitabxana

429


* * *

Yenə bir  gün  anam  həyətdə oturub  köynək  tikirdi.  Mən  də yanında

oturmuşdum. Sərçələr "cik-cik" edərək həyətə səs salmışdılar. Tut ağacının başında

oturmuş  sərçə birdən:  "Cırrıt!"  edərək  səs  saldı.  Sərçələr  o  dəqiqə səslərini  kəsib

özlərini çəpərin içinə soxdular. Mən buna təəccüb edib soruşdum:

-

Ana, o sərçə nə dedi? Quşlar niyə gizləndilər?



-

Oğlum, o sərçə dedi ki, qaçın, tez gizlənin, budur qırğı gəlir! Doğrudan da

bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı.

Qırğı dayanmayıb keçdi. Mən heyrətdə idim. Təəccüblə soruşdum:

-

Ana, bu quş dilini sən haradan bilirsən? Mən də öyrənə bilərəmmi?



Annam gülərək dedi:

-

Niyə bilmirsən!  Quşlara  fikir  versən,  öyrənə bilərsən.  Tağı əmoğlun



ovçudur. O, quşlar, heyvanlar haqqında çox şey bilir. Ondan soruş, desin.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin