Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə193/196
tarix02.01.2022
ölçüsü3,42 Mb.
#2713
1   ...   188   189   190   191   192   193   194   195   196
TALESİZ QUŞCIĞAZ

Taxıl  biçilib  döyülmüşdü.  Qalmışdı  dəyirman  işi.  Tağı əmi  asudə idi.

Günlərinin çoxunu ovda keçirirdi. Yaxında ov etdikdə məni də özü ilə aparırdı. Bir

gün  Məmmədağa  anası  ilə

Seyidliyə

getmişdilər.  Onlar  bir  də

axşam

qayıdacaqdılar. Tağı əmi dedi:



-

Dur, biz də onlar gəlincə bildirçin ovuna gedək.




Milli Kitabxana

440


Mən  bu  təklifdən  artıq  şad  oldum,  çünki  axşama  kimi  yoldaşsız  nə edəcəyimi

özüm də bilmirdim. Tağı əmi ov torbasını boynundan asaraq dedi;

-

Vəzifələrimizi  ayıraq.  Axtar  ilə Şəngül  bildirçini  izləyib  qaldıracaqlar,



mən də qırğını vaxtında vuracağam. O da ovu tutacaqdır.

Sən də onları bu torbaya dolduracaqsan.

Mən Tağı əminin sözünə gülüb dedim:

-

Mənim işim haımsından asandır.



Ov  üçün  uzaq  getmek  lazım  deyil.  Biçilmiş  tarlaların  küləşliyindən

bildirçinlərin "bit-billit" səsləri gəlirdi. Tağı əmi zəmilərə çatdıqda:

-

Axtar  tet!  Şəngül  tet!  Ha  burda,  ha  burda,  Şəngül  qaldı! - deyə tulaları



ovlatmağa  başladı.  Bu  gün  Şəngül  Axtara  üstün  gəlmişdi.  Birinci  ovu  qaldıran  o

oldu.  Tağı əmi  bildirçinin  başını  kəsib  mənə verdikdə Axtarın  ayağı  altından  bir

bildirçin  də qalxdı.  Qırğını  buraxmağa  fürsət  olmadı.  Bildirçin  uçub  yaxın  bir

kolun içinə girdi.

-

Eybi  yoxdur,  o  da  bizim  malımızdır,  hara  getsə axırda  sənin  torbanda



olacaqdır, - deyə Tağı əmi  kola  tərəf  üz  qoydu.  Bizdən  irəli  tulalar  yüyürüb  kola

çatdılar.  İkisi  də başlarını  kolun  içinə soxduqdan  sonra  dalı-dalı  çəkilməyə

başladılar. Bu vaxt biz onlara çatdıq.

-

Tağı əmi, tulalar nə üçün geri çəkildilər, - deyə soruşdum.



-

Yəqin  ilan  görmüşlər,  bu  saat  bilərik, - deyə Tağı əmi  kola  diqqətlə

baxmağa başladı. - Səhv etməmişəm, ilandır, özü də gürzə. Qıvrılıb yatmışdır. Bu

saat onu tutacağam, - deyə Tağı əmi qırğını mənə verdi.

Tağı əmi  ilandan əsla  çəkinməzdi.  Bir  balaca  ağac  ilə başından  basıb.  İndi  də

tənbəki cibindən çıxarıb içindən bir qədər qır çıxartdı. Sonra həmin çubuğun sapı

ilə ilanın  başından  basıb  boğazından  yapışdı.  Hazır  etdiyi  çubuq  qırını  ilanın

boğazına  salıb  onu  bir  qədər əlində saxladı.  Sonra  yerə qoydu.  İlan  hərəkətsiz

qaldı. Mən təəccüb edərkən Tağı əmi dedi:

-

İlanın  zəhərindən  başqaları  öldüyü  halda,  ilan  özü  tənbəkinin  qırından



zəhərlənib tələf olur. İndi bu ilan şişib kötük kimi olacaqdır.

-

Bunu  deyə Tağı əmi  ilanı  götürüb  kolun  üstünə qoydu.  Sonra  qırğını



məndən alıb:

-

Axtar tet! Şəngül tet! - deyə tulaları kola girməyə çağırdı.



Şəngül  ilanın  ölüsündən  də qorxaraq  kola  yaxın  düsmədi.  Axtar  isə özünü

kolun  içinə soxdu.  Lakin  bildirçini  orada  tapmadı.  Məlum  oldu  ki,  bildirçin  ilan

fəqərəsindən istifadə edərək özünü başqa yerə ver-



Milli Kitabxana

441


mişdir. Axtar da ovdan əl çəkən hərif deyildi. Tezliklə onun izinə düşüb tapdı. Tağı

əmi deyən kimi bu da bizim malımız oldu. Günəş qüruba enirdi. Torba da getdikcə

şişirdi.

- Daha  kifayət  edər, - deyə Tağı əmi  evə tərəf  döndü.  Bir  az  getmişdik  ki,

Şəngül ayağını qaldıraraq Tağı əminin üzünə baxdı.

-

Bu da Şəngülün xatiri  üçün, - deyə Tağı əmi qırğını ovcuna aldı. Şəngül



bunu gördükdə özünü bildirçinin üstünə atdı. Qırğı bu son bildirçini də tutdu. Tağı

əmi bunu qırğıya vermək istədikdə:

-

Tağı əmi, o bildirçini öldürmə, mənə ver, onu evə diri aparacağam, - deyə



rica etdim.

-

Yaxşı, al bunu. Torbadan bir bildirçin ver, qırğıya yedirdim.



Mən  Tağı əmiyə bir  ölü  bildirçin  verdim,  o  da  diri  bildirçini  mənə verdi.

Bildirçini  cibimdə əlimlə tutmuşdum.  Zavalı  heyvancığın  ürəyi  elə döyünürdü  ki,

deyəsən bu saat partlayıb, canı çıxacaqdı.

Fikrim  daim  bunda  olaraq  necə qayıdıb  ilan  olan  kola  çatdığımızı  bilmədim.

Tağı əmi ilanı göstərərək dedi:

-

Görürsən necə şişmişdir?



Mənim  yenə də fikrim  cibimdəki  quşda  olaraq,  ilana  məhəl  qoymadım.  Tağı

əmi məni fikirli görərək dedi:

-

Görürəm,  həm  yorulmusan,  həm  də acmısan,  beləmi?  Səbir  elə,  evə



yaxmlaşmışıq.

-

Yox, Tağı əmi, mən yorulmamışam, amma acmışam.



Yorulmağımı boynuma almadım ki, Tağı əmi bir də məni ova aparmaz. Lakin

məni qəmgin və pərişan edən cibimdəki quşcığaz idi, ona çox acıyırdım. İndi bunu

Tağı əmidən  almağıma  peşman  idim.  Bu  torba  başları  kəsilmiş  quşlara  heç  də

acımırdım. Onları bu diridən xoşbəxt hesab edirdim. Onlar ölüb getmiş, daha bir də

dirilib oxumayacaqlar, yuva tikib bala çıxarmayacaqlar... Yenə də quşcığazın ürəyi

döyünürdü. Bir an rahat olmurdu. Bu isə mənə təsir edirdi. Nə edim? Buraxımmı!

Onda  Tağı əmi  mənə nə deyər?  Məni  sevməz,  bir  də ova  aparmaz.  Yox,  bu

yaramaz, - deyə fikrimi  dəyişdirmək  istədim.  Lakin  cibimdəki  ürəyi  döyünən

heyvancıq mənim də üreyimin döyünməsinə səbəb oldu. Daha səbrim tükənmişdi.

Quşu  azad  etməkdən  artıq,  özümü  bu əzabdan  xilas  etmək  fikrində idim.  Axırda

belə bir hiylə gəldim: bir az Tağı əmidən geriyə qalaraq, əlimi cibimdən çıxarıb:

-

Vay,  yıxıldım! - deyə özümü  yerə atdım.  Bildirçin  cibimdən  çıxıb  pırıltı



ile  uçmağa  başladı.  Qırğı  bunu  gördükdə çırpınıb  Tağı əminin əlindən  çıxdı.

Ayaqlarından uzun qayış sallana-sallana bildir-




Milli Kitabxana

442


çini  tutub  yerə endi.  Tağı əmi  onu  qırğının əlindən  alıb  başını  kəsdi.  Sonra  iki

bölük edərək tulalara atdı.

-

Görürəm,  çox  yorulmusan.  Düz  yerdə ayağın  büdrəyir,  yerə yıxılırsan, -



deyə Tağı əmi gülməyə başladı. Mənim fikrim ölən quşda ikən, soruşdum:

-

Tağı əmi, tox qırğı da ov dalınca gedərmi?



-

Sənin quşun kimi bəxtsizlərin dalınca gedər, - deyə Tağı əmi təbəssüm ilə

cavab verdi.


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin