Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə32/44
tarix07.04.2017
ölçüsü3,44 Mb.
#13625
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

www.vivo-book.com 

 

453 



əvvəllərində  demiĢdim  ki,  mənim  “E”  blokunda  iĢlədiyim  müddət 

ərzində quvernatorla birbaĢa əlaqədə olan telefon bir dəfə olsun zəng 

çalmamıĢdı.  Bu  həqiqətdir,  amma  təsəvvür  edirdim  ki,  əgər  həmin 

telefon,  heç  olmasa,  bir  dəfə  zəng  çalsaydı,  yəqin  ki,  mən  onda  da 

Brutusun Uortonun əlini mənim yanımda qüllə kimi ucalan bu adamın 

qolundan  dartıb  çəkdiyi  an  hiss  etdiyim  rahatlığı  hiss  edərdim. 

Koffinin  gözləri  yenə  dondu,  baxıĢları  dərhal  kütləĢdi,  elə  bil  onun 

beyninin içindəki lampanı söndürdülər.  

–    Çarpayına  uzan,  Billi,  Brutus  dedi.  –  Bir  az  istirahət  elə.  – 

Adətən,  məhbuslarla  bu  cür  mən  danıĢırdım,  amma  indiki  Ģəraitdə 

Brutusun bu cür danıĢmasına mən etiraz eləmədim.  

– Bəlkə də uzanaram, – deyə Uorton razılaĢdı. O, bir addım geri 

çəkildi,  ləngər  vurdu  və  az  qala  arxası  üstə  döĢəməyə  çırpılacaqdı, 

amma  son  anda  müvazinətini  qoruya  bildi.  –  Bəh-bəh,  əladı.  Bütün 

otaq baĢıma fırlanır. Elə bil sərxoĢ olmuĢam.  

O,  donuq  gözlərini  Koffidən  çəkməyərək  öz  çarpayısına  tərəf 

geri çəkildi 

–    Zəncilərin  öz  elektrik  stulu  olmalıdır,  –  deyə  o  öz  fikrini 

bildirdi.  Sonra  onun  dizlərinin  arxası  çarpayının  kənarına  toxundu  və 

o,  leĢ  kimi  çarpayıya  yıxıldı.  Onun  baĢı  nazik  həbsxana  balıĢına 

toxunmamıĢ, o, artıq xoruldayırdı. Onun gözlərinin altında tünd-mavi 

kölgələr görünür və dilinin ucu ağzından bayıra çıxmıĢdı. 



www.vivo-book.com 

 

454 



–  Aman Allah, bu qədər narkotik qəbul edəndən sonra o, necə 

ayağa qalxa bildi? – deyə Din pıçıldadı.  

–  Bu vacib deyil, indi o yatır, – deyə mən dilləndim. – Əgər o, 

yenə  ayılsa, ona bir stəkan suda bircə  həbi  həll edib  verərsən. Amma 

bir həbdən artıq vermə. Biz onu öldürmək istəmirik. 

–  Öz adından danıĢ, – deyə Brutus nərildədi və nifrətlə Uortona 

baxdı.  –  Sən  istəsən  də,  onun  kimi  meymunu  narkotiklə  öldürə 

bilməzsən. Belələrinə narkotik gülə gübrə kimi təsir edir. 

–  O, pis adamdır, – deyə Koffi təkrara etdi, amma bu dəfə daha 

alçaq səslə, elə bil nə dediyindən daha əmin deyildi.  

–  Düzdü, – deyə Brutus razılaĢdı. – Ən alçaq. Amma indi artıq o 

bizim  problemimiz  deyil,  çünki  biz  onunla  tanqo  rəqs  etməyə 

hazırlaĢmırıq.  –  Biz  dördümüz  də,  öz  bütlərini  dövrəyə  almıĢ 

pərəstiĢkarlar  kimi,  yenə  Con  Koffinin  dövrəyə  alaraq  getməyə 

baĢladıq. 

–  Con, bir mənə de görüm hara getdiyimizi bilirsənmi? 

–    Kömək  etməyə,  –  deyə  o  cavab  verdi.  –  Məncə...  kömək 

etməyə... bir qadına? – deyərək o, ümid və həyəcanla Brutusa baxdı.  

Brutus baĢını yırğaladı. 

–    Düzdü.  Axı  sən  bunu  haradan  bildin?  Sən  bunu  necə 

öyrəndin? 

Con  Koffi  bu  suala  nə  cavab  verəcəyini  bir  qədər  düĢünəndən 

sonra baĢını buladı.  


www.vivo-book.com 

 

455 



–    Haradan  bildiyimi  bilmirəm,  –  deyə  Brutusa  cavab  verdi.  – 

Düzünü  desəm,  boss,  mən  çox  Ģeyi  bilmirəm  və  heç  vaxt  da 

bilməmiĢəm.  

 

 



 

 

 



Mən  bilirdim  ki,  kabinetimlə  anbar  otağına  enən  pilləkənlərin 

arasındakı  qapını  qoyanda,  Koffi  kimi  nəhəng  insanlar  nəzərə 

alınmamıĢdı, amma qapının önünə gəlib çatmayınca və nə edəcəyimizi 

düĢünərək  fikirli-fikirli  ona  baxmayınca,  həmin  uyğunsuzluğun  bu 

dərəcədə olduğunu heç təsəvvür belə etməmiĢdim.  

Harri güldü, amma Koffi, deyəsən, nəhəng bir insanın balaca bir 

qapının  önündə  dayanmasından  gülməli  heç  nə  görməmiĢdi.  Əlbəttə, 

bu  vəziyyət  ona  gülməli  gəlməmiĢdi,  hətta  o,  indi  olduğundan  bir 

balaca  daha  ağıllı  olsaydı  belə,  yəqin  ki,  bu  ona  gülməli  gəlməzdi. 

Çünki  o  öz  həyatının  böyük  bir  hissəsində  bədəncə  nəhəng  olub  və 

belə  Ģeylərə  öyrəĢib  və  bu  qapı  isə  baĢqalarından,  sadəcə,  bir  qədər 

daha balaca idi. 

O,  yerə  çökdü,  oturmuĢ  vəziyyətdə  sürünərək  qapıdan  keçdi  və 

sonra  yenə  ayağa  qalxıb  pilləkənlərdən  aĢağı  enərək  Brutusun  onu 



www.vivo-book.com 

 

456 



gözlədiyi  yerə  getdi.  Ora  çatanda,  Koffi  dayanıb  bütün  otağa  və 

platformaya nəzər saldı. Old Sparki platformanın ortasında vəfat etmiĢ 

kralın  qəsrindəki  taxt  kimi  sakitcə  və  müdhiĢ  bir  görkəmlə  dayanıb 

intizarla  nəsə  gözləyirdi.  Kral  tacından  daha  çox  təlxək  papağını 

xatırladan  dəbilqə  Stulun  söykənəcəyinin  bir  tərəfindən  çəpəki 

asılmıĢdı  və  əgər  təlxək  öz  zarafatlarını  etmək  üçün  bu  dəbilqəni 

baĢına  geyinsəydi,  ya  da  əlində  silkələsəydi,  onun  əsilzadə 

tamaĢaçıları daha çox gülərdilər. Stulun uzanmıĢ və hörümçəyə bənzər 

kölgəsi  təhdidedici  bir tərzdə divarların birinə dırmaĢırdı.  Bəli, mənə 

elə gəldi ki, mən bu otaqda hələ də yanmıĢ ət iyini hiss edirdim. Qoxu 

zəif  olsa  da,  mən  düĢündüm  ki,  bu  yalnız  mənim  təxəyyülümün 

məhsulu deyil.  

Harri  əyilərək  qapıdan  keçdi,  mən  də  onun  arxasınca.  Koffinin 

necə  yerində  donaraq  və  gözlərini  bərəldərək  Old  Sparkiyə  baxdığını 

görəndə,  mən  bundan  narahat  oldum.  Ona  bir  qədər  yaxınlaĢıb 

qollarının  dərisinin  biz-biz  olduğunu  görəndə  isə  bu  narahatlığım  bir 

az da artdı.   

–  Gəl gedək, dostum, – deyə mən Koffinin qolundan tutaraq onu 

tunelə açılan qapıya tərəf dartdım. Əvvəlcə, o, yerindən tərpənmədi və 

mənə  elə  gəldi  ki,  elə  bil  mən  yalın  əllərimlə  torpaqdan  iri  bir  qaya 

parçası çıxarmağa çalıĢıram.  

–    Hə,  Con,  di  tərpən,  əgər  araba  və  atların  yenidən  qabağa 

dönməsini istəmirsənsə, biz artıq getməliyik, – Harri dilləndi və yenə 


www.vivo-book.com 

 

457 



əsəbi bir tərzdə güldü. O, Conun o biri əlindən tutub dartdı, amma Con 

yenə yerindən tərpənmədi. Həmin an o, alçaq və yuxulu bir səslə nəsə 

pıçıldadı.  O  bu  sözləri  nə  mənə,  nə  də  yanımdakı  uĢaqlara  deyirdi, 

amma onun dediklərini heç vaxt unutmayacağam: 

–    Onlar  hələ  də  buradadırlar.  Onların  bir  hissəsi  hələ  də 

buradadır. Mən onların fəryadlarını eĢidirəm.  

Harrinin  əsəbi  gülüĢü  susdu,  sadəcə,  onun  dodaqlarında,  tərk 

edilmiĢ  evin  əyri  pəncərə  qapaqları  kimi,  donmuĢ  təbəssüm  qaldı. 

Brutus üzündə dəhĢət ifadəsi ilə mənə baxdı və Con Koffidən kənara 

çəkildi. BeĢ dəqiqədən də az bir zaman ərzində, ikinci dəfə mənə elə 

gəldi  ki,  bizim  bu  təĢəbbüsümüz  çökmək  üzrədir.  Bu  dəfə  vəziyyəti 

xilas edən mən oldum, lakin  bir qədər sonra fəlakət  baĢımızın  üstünü 

üçüncü dəfə  alanda, vəziyyəti xilas edən Harri  olacaqdı.  Həmin  gecə 

bunu etmək üçün hamımızın əlinə fürsət düĢdü, inanın mənə. 

Mən Con Koffi ilə elektrik stulunun arasına girdim və stulu onun 

görməsini  əngəlləmək  üçün  pəncələrimin  üstünə  qalxdım.  Sonra  isə 

onun gözlərinin önündə iki dəfə sərt çırtma çaldım. 

–  Hə, tərpən, – deyə mən dilləndim. – Addımla! Sən demiĢdin 

ki, səni zəncirləməyimizə ehtiyac yoxdur, elə isə indi bunu sübut elə! 

Addımla, dostum! Addımla, Con Koffi! Bu qapıya! 

Onun gözləri aydınlaĢdı. 

–  Bəli, boss.  

Allaha Ģükürlər olsun ki, o, yenə hərəkət etməyə baĢladı. 


www.vivo-book.com 

 

458 



–    O  qapıya  bax,  Con  Koffi,  sadəcə  o  qapıya,  baĢqa  heç  yana 

baxma. 


–  Con Koffinin gözləri itaətkarcasına qapıya zilləndi.  

–  Brutus, – deyə mən barmağımla iĢarə etdim.  

O,  lazım  olan  açarı  tapmaq  üçün  açar  bağlamasını  kəmərindən 

çıxarıb  bizi  arxada  qoyaraq  irəli  getdi.  Con  Koffi  gözlərini  tunelə 

açılan  qapıdan,  mən  isə  öz  gözlərimi  ondan  çəkmirdim.  Lakin 

gözümün kənarı ilə Harrinin Old Sparkiyə necə təlaĢla baxdığını görə 

bilirdim, elə bil onu həyatında ilk dəfə görürdü.  

“Onların bir hissəsi hələ də buradadır... Mən onların fəryadlarını 

eĢidirəm.” 

Əgər  bu  doğrudursa,  onda  Delakrua  hamıdan  çox  və  bərk 

qıĢqırmalıdır  və  mən  Con  Koffinin  eĢitdiklərini  eĢidə  bilmədiyimə 

görə sevindim.  

Brutus qapını açdı və biz hamımız Con Koffinin arxasınca aĢağı 

endik. AĢağıda o, tutqun baxıĢlarla alçaq tağlı kərpic tavanı olan tunelə 

baxdı.  Tunelin  o  biri  baĢına  çatana  qədər  onun  belində  ağrılar  əmələ 

gələcəkdi, əgər... 

Mən  arabanı  yaxına  çəkdim.  Delakruanı  üstünə  uzatdığımız 

mələfəni  götürmüĢdülər  (yəqin  onu  yandırmıĢdılar),  ona  görə  də 

arabanın içinə döĢənmiĢ qara dəri balıĢlar görünürdü.  


www.vivo-book.com 

 

459 



–  Arabaya min, – mən Con Koffiyə dedim. O, tərəddüdlə mənə 

baxdı və mən baĢımın iĢarəsi ilə onu təĢviq etdim. – Belə həm sənin, 

həm də bizim üçün rahat olar.  

–    YaxĢı,  boss  Eckum,  –  deyərək  o,  arabaya  oturdu,  sonra  öz 

narahat  qəhvəyi  rəngli  gözləri  ilə  bizə  baxaraq  arxası  üstə  uzandı. 

Onun  ayağındakı  ucuz  həbsxana  Ģap-Ģupları,  demək  olar  ki,  yerlə 

sürünürdü.  Brutus  onların  arasında  dayanıb  Con  Koffinin  oturduğu 

arabanı  rütubətli  dəhlizlə  irəli  itələdi;  o,  çoxlarını  bu  tunellə  beləcə 

aparmıĢdı. Bircə fərq onda idi ki, indiki sərniĢin hələ nəfəs alırdı. Biz 

yolun yarısına çatanda, Ģosenin düz altında olduğumuza görə, belə gec 

saatda  Ģose  ilə  Ģütüyən  tək-tük  avtomobilin  boğuq  səslərini  eĢitməyə 

baĢladıq və həmin an Con Koffi gülümsədi.  

–  Sən bir buna bax, – deyə o dilləndi. – çox məzəlidir. “Gələn 

dəfə  araba  ilə  gəzmək  yəqin  ki,  ona  bu  qədər  məzəli  gəlməyəcək”,  – 

deyə  mən  fikrimdən  keçirdim.  Həqiqətən  də,  gələn  dəfə  arabanın 

üstündə uzandığı vaxt, o nə düĢünə, nə də bir Ģey hiss edə biləcəkdi. 

Ya da biləcəkdi? Onların bir hissəsi hələ də buradadı, o demiĢdi, Con 

onların fəryadlarını da eĢitmiĢdi. 

Hamıdan arxada getdiyimdən, mənim bu fikirdən lərzəyə gələrək 

titrəməyimi heç kim görmədi.  

–  Ümid  edirəm  ki,  sən  “Ələddin”i  yaddan  çıxarmamısan, boss 

Eckum, – biz tunelin sonuna çatanda, Brutus soruĢdu. 



www.vivo-book.com 

 

460 



–    Narahat  olma,  –  deyə  mən  cavab  verdim.  “Ələddin”  o 

zamanlar  mənim  kəmərimdə  daĢıdığım  baĢqa  açarlarda  heç  nə  ilə 

fərqlənmirdi  –  o  zamanlar  mən  bel  qayıĢımda,  demək  olar  ki,  bir 

kiloqram  ağırlığında  açar  daĢıyırdım  –  lakin  o  açar  əsas  açarların  ən 

əsası  idi  və  bütün  kilidləri  açırdı.  O  zamanlar  həbsxananın  beĢ 

blokunun  hər  biri  üçün  bir  ədəd  belə  “Ələddin”  açarı  vardı.  BaĢqa 

nəzarətçilər  bu  aĢarı  götürə  bilərdilər,  amma  yalnız  baĢ  nəzarətçi  bu 

açarı  kiməsə  verə  bilərdi  və  özü  bu  açarı  götürəndə,  heç  yerə  imza 

atmaq məcburiyyətində deyildi.  

Tunelin bu baĢında polad barmaqlıqlı bir qapı  vardı və bu qapı 

mənə  gördüyüm  qədim  qəsrlərin  Ģəkillərini  xatırladırdı:  o  qədim 

dövrlər ki, o zaman cəngavərlər çox cəsurdurlar və cəngavərliyə böyük 

hörmət  vardı.  Amma  Kold  Mauntin  Kamelotdan  çox  uzaq  idi. 

Darvazanın o biri tərəfində bir pilləkən vardı və bu pilləkənin üstü çox 

sadə  bir  qapıya  çıxırdı.  Qapının  çöl  tərəfində  isə  “GiriĢ  Qadağandır. 

ġtatın  Mülkiyyəti  və  Naqillər  Gərginlik  Altındadır”  sözləri  yazılmıĢ 

niĢanlar vurulmuĢdu.  

Mən  darvazanı  açdım,  Harri  isə  onu  bizim  arxamızca  bağladı. 

Biz  çiyinlərini  və  baĢını  aĢağı  dikmiĢ  Con  Koffinin  ardınca 

pilləkənlərlə  qalxmağa  baĢladıq.  Yuxarıya  çatanda,  Harri  onun 

yanından keçərək (bədəncə bizim hamımızdan balaca da olsa, o bunu 

çox çətinliklə etdi) yuxarı açılan qapının kilidini açdı. O çox ağır idi. 

Harri onu tərpədə bilsə də, yuxarı qaldırmağa gücü çatmırdı.  


www.vivo-book.com 

 

461 



–    Bir  dəqiqə,  boss,  –  Con  Koffi  dedi.  O,  Harrinin  yanından 

keçərkən yanı ilə onu az qala divarın içinə batıraraq yenə irəli çıxdı və 

qapını bir əli ilə yuxarı qaldırdı. O bunu elə rahatlıqla etdi ki, elə bil bu 

polad təbəqə yox, rənglənmiĢ karton parçasıydı.  

–    Çölə  çıxanda,  dağlardan  əsib  gələn  və  adamın  iliyinə  qədər 

iĢləyən küləyin – bu külək hələ mart, ya da aprel ayına qədər əsəcəkdi 

–  bu  gecə  qovduğu  soyuq  havası  üzümüzə  vurdu.  Külək  tökülmüĢ 

yarpaqları  sovurub  havaya  qaldırırdı  və  Con  Koffi  havada  uçuĢan 

yarpaqlardan  birini  tutdu.  Mən  onun  həmin  yarpağa  necə  baxdığını, 

onu enli və qəĢəng burnuna yaxınlaĢdırıb əlində əzərək necə iylədiyini 

heç vaxt unutmayacağam.  

–  Hə, gedək, – deyə Brutus dilləndi. – Hə tərpənin, irəli marĢ.  

Biz  bayıra  çıxdıq.  Con  Koffi  qapını  endirdi  və  Brutus  onun 

kilidini qıfılladı, bu qapının kilidini bağlamaq üçün “Ələddin” açarına 

ehtiyac yox idi, amma yuxarı açılan bu qapını hasara almıĢ məftil torlu 

qəfəsin darvazasını açanda, bu açar karımıza gələcəkdi.  

–    Oradan  keçərkən  əllərini  yanlarına  sıx  tut,  dostum,  –  deyə 

Harri  mırıldandı.  Əgər  bərk  yanmaq  istəmirsənsə,  naqillərə  də 

toxunma.  

Sonra  biz  tamam  açıqlığa  çıxdıq  və  yolun  kənarında  balaca  bir 

dəstə  halında dayanıb  (uca dağın  ətrafında üç balaca təpə  –  yəqin  biz 

belə görünürdük) Kold Mauntin həbsxanasının divarlarına, iĢıqlara və 

gözətçi qüllələrinə baxırdıq. Bir anlıq mən həmin qüllələrdən birində 


www.vivo-book.com 

 

462 



hətta  nəfəsi  ilə  əllərini  isitməyə  çalıĢan  bir  gözətçinin  anlaĢılmaz 

qamətini  də  görə  bildim,  amma  bir  anlıq,  çünki  həmin  qüllələrdəki 

pəncərələr  çox  xırdadır.  Bununla  belə,  biz  çox,  amma  çox  səssiz 

davranmalı idik. Əgər indi birdən yolda bir maĢın görünsəydi, biz çox 

çətin bir vəziyyətə düĢəcəkdik.  

–    Gəlin  gedək,  –  deyə  mən  pıçıldadım.  –  Bizə  yolu  göstər, 

Harri.  

Biz  Ģosenin  kənarı  ilə  gizlənə-gizlənə  Ģimala  tərəf  bir-birimizin 

ardınca  düzülərək  irəliləməyə  baĢladıq:  öndə  Harri,  onun  arxasınca 

Con  Koffi,  sonra  Brutus  və  ən  arxada  mən.  Biz  birinci  təpəni  aĢıb  o 

biri  tərəfə  endik.  Buradan,  yalnız  həbsxananın  ağacların  üstündən 

keçən iĢıqlarının Ģəfəqləri görünürdü. Harri hələ də öndə gedərək bizə 

bələdçilik edirdi.  

–  Sən maĢını hara qoymusan? – deyə Brutus ağzından ağ buxar 

dumanı buraxaraq astadan soruĢdu. – Baltimorda? 

–  Bir az irəlidə, – deyə Harri bir qədər əsəbi və acıqlı bir tərzdə 

cavab verdi. – Bir az səbirli ol, Brutus.  

Amma  gördüyüm  qədəmiylə,  Koffi  gün  çıxandan,  gün  batana 

qədər  beləcə  pay-piyada  gəzməyə  razı  idi.  O,  hər  tərəfə  baxırdı  və 

birdən  bayquĢun  səsini  eĢidəndə,  o  səksəndi,  amma  o,  qorxduğuna 

görə  yox,  gördüklərindən  və  eĢitdiklərindən  vəcdə  gəldiyinə  görə 

səksənmiĢdi,  mən  buna  əminəm.  Birdən  mənə  aydın  oldu  ki,  binanın 

içində  o,  qaranlıqdan  qorxsa  da,  burada  təbiətin  qoynunda  o, 


www.vivo-book.com 

 

463 



qaranlıqdan  qətiyyən  qorxmurdu.  O,  kiĢinin  öz  üzünü  qadının 

döĢlərinə sürtərək onların eniĢ və yoxuĢlarını oxĢadığı kimi, öz hisləri 

ilə sanki gecəni oxĢayırdı.  

–  Buradan dönməliyik, – deyə Harri astadan mırıldandı. 

Balaca  bir  yol  –  dar,  torpaq,  orta  hissəsini  ot-ələf  basmıĢ  –  sağ 

tərəfə  burulurdu.  Biz  həmin  yola  burularaq  təxminən  dörd  yüz  metr 

getməli  olduq.  Brutus  yenə  deyinməyə  baĢlamıĢdı  ki,  Harri  dayandı, 

sonra  yolun  sol  tərəfinə  keçdi  və  həmin  yerdən  sınmıĢ  Ģam  ağacının 

budaqlarını  təmizləməyə  baĢladı.  Brutus  ilə  Con  da  ona  qoĢuldular, 

mən  onlara  yardım  etməyə  macal  tapmamıĢ,  onlar  “Farmall”  yük 

maĢınının əzilmiĢ burnunu ağac budaqlarında təmizləyərək açdılar və 

maĢının üst torlu faraları böcək gözləri kimi bizə baxırdı.  

–    Mən  mümkün  olduqca  ehtiyatlı  davranmaq  istədim,  –  deyə 

Harri  küskün  tərzdə  Brutusa  izah  eləməyə  çalıĢdı.  –  Bəlkə  də  sənin 

üçün,  Brutus  Hovell,  bu  gülməli  gələ  bilər,  amma  mən  dindar  bir 

ailədə  böyümüĢəm,  mənim  kuzenlərim  elə  mömindilər  ki,  xristianları 

Ģirə  çevirə  bilərlər  və  əgər  məni  belə  iĢlərlə  məĢğul  olarkən 

yaxalasalar... 

–    Hər  Ģey  qaydasındadır,  deyə  Brutus  onun  sözünü  kəsdi.  – 

Mən,  sadəcə,  narahat  oluram,  əsəblərimə  hakim  ola  bilmirəm, 

vəssalam.  

–  Elə mən də, – Harri soyuq bir tərzdə dedi. – Ġndi baxaq görək 

bu köhnə dəmir qalığı iĢə düĢəcək, ya yox... 


www.vivo-book.com 

 

464 



O,  hələ  də  dodaqaltı  nəsə  mırıldaya-mırıldaya  maĢının 

kapotunun  ətrafında  dolandı  və  həmin  an  Brutus  mənə  göz  vurdu. 

Koffi üçün, deyəsən, biz artıq yox idik. O, baĢını yuxarı qaldırmıĢdı və 

elə bil səmaya səpələnmiĢ ulduzların iĢığını içinə çəkirdi.  

–  Ġstəyirsənsə, mən onunla arxada gedərəm, – deyə Brutus mənə 

təklif  etdi.  Bizim  arxamızda  “Farmall”ın  starterinin  mırıltısı  eĢidildi, 

bu səs soyuq qıĢda yuxudan oyadılmıĢ qoca itin mırıltısını xatırladırdı. 

Sonra isə mühərrik xırıldayaraq cana gəldi. Harri bir dəfə qaz pedalına 

basandan  sonra  ayağını  pedaldan  çəkib  mühərrikin  qızmasını 

gözləməyə  baĢladı.  –  Bizim  ikimizin  də  yük  maĢınının  arxasına 

minməyimizə ehtiyac yoxdur.  

–  Sən qabağda otur, – mən dedim. – Geri qayıdanda, sən onunla 

gələ bilərsən. Əlbəttə, əgər bizi həbsxana maĢınının kuzovunda geriyə 

gətirməli olmasalar.  

–    Belə  Ģeylər  danıĢma,  –  deyə  qəlbən  kədərlənmiĢ  Brutus  az 

qala  qıĢqırdı.  Elə  bil  bizi  yaxaladıqları  təqdirdə,  bu  hərəkətimizin 

nəticələrinin bizim üçün nə qədər ciddi ola biləcəyini yalnız indi baĢa 

düĢmüĢdü. Allah xatirinə, Pol! 

–  Hə tərpən, – mən dedim, – kabinəyə min.  

O mənim əmrimi yerinə yetirdi. Con Koffini xəyallar aləmindən 

heç olmasa bir anlıq yerə endirmək üçün mən onun qolundan dartdım 

və  sonra  onu  maĢının  ətrafından  dolandırıb  kuzovun  arxa  tərəfinə 



www.vivo-book.com 

 

465 



apardım.  Harri  kuzovun  dirəklərinə  brezent  örtük  çəkmiĢdi  ki, 

qarĢıdan gələn maĢınlar kuzovun içini görə bilməsin.  

–  Hə, hoppan görüm, dostum, – mən dedim. 

–  Ġndi yola düĢürük? 

–  Hə, yola düĢürük. 

–    YaxĢı,  –  deyərək  o  gülümsədi.  Onun  təbəssümü  xoĢ  və 

sevimli  idi,  bəlkə  də  ona  görə  ki,  onun  baĢı  dərin  fikirlər  ilə  məĢğul 

deyildi. O, kuzova dırmaĢdı. Onun ardınca da mən. Sonra kuzovun ön 

tərəfinə  getdim  və  kabinənin  damını  əlim  ilə  döyəclədim.  Harri 

transmissiya  rıçaqını  birinci  sürət  ötürücüsünə  saldı  və  yük  maĢını 

silkələnə-silkələnə,  ləngər  vura-vura  öz  sığınacağından  çıxaraq 

hərəkətə baĢladı.  

Con  Koffi  kuzovun  düz  ortasında  ayaqılarını  aralı  qoyaraq 

dayanmıĢdı. O, baĢını yuxarı qaldırıb yenə səmadakı ulduzlara tamaĢa 

edirdi,  hətta Harri  Ģoseyə  çıxandan sonra üzümüzə  vuran güclü  külək 

də onun vecinə deyildi.  

–  Ora bax, boss, – Con Koffi əli ilə gecənin qaranlığında səmanı 

göstərərək  öz  qalın  və  vəcddən  əsən  təntənəli  səsi  ilə  qıĢqırdı.  –  Bu, 

Kassidir – yelləncək kresloda oturmuĢ ledi!  

O,  haqlı  idi.  Yanımızdan  sürətlə  ötüb  keçən  ağacların 

budaqlarının arasından səmada düzülmüĢ ulduzların sırasında onu mən 

də  görə  bilirdim.  Lakin  o,  yelləncək  kresloda  oturmuĢ  ledi  deyəndə, 

mən Kassiopeya haqqında yox, Melinda Murs haqqında düĢünürdüm.  


www.vivo-book.com 

 

466 



–    Mən  onu  görürəm,  Con,  –  deyərək  mən  onun  qolundan 

çəkdim. Amma sən indi yerə oturmalısan, yaxĢımı? 

O,  kürəyini  kabinənin  divarına  söykəyərək  oturdu,  amma 

gözlərini  bir  an  belə  səmadan  çəkmədi.  Onun  üzündə  hədsiz 

xoĢbəxtlik  ifadəsi  vardı.  “Farmall”  yük  maĢının  keçəlləĢmiĢ 

təkərlərinin  hər  dövrəsi  ilə  biz  YaĢıl  Mildən  getdikcə  uzaqlaĢırdıq  və 

Con  Koffinin  gözlərindən  aramsız  axan  və  bitib-tükənmək  bilməyən 

yaĢlar, müvəqqəti də olsa da, dayanmıĢdı.  

 

 

 



 

 

 

 



Hal  Mursun  Çimni  Ricdə  yerləĢən  evinə  qədər  təxminən  qırx 

kilometr  olardı  və  Harri  Tervilligernin  yavaĢ  və  sınıq-salxaq  fermer 

yük  maĢınında  bu  yol  bizim  bir  saatdan  artıq  vaxtımızı  aldı.  Bu, 

müdhiĢ bir səfər idi və indi bu səfərin bütün xırda təfərrüatlarının – hər 

bir yoxuĢ, hər bir döngə, hər bir çala, qarĢıdan yük maĢınları gələrkən 

qorxduğumuz  anlar  (bu  iki  dəfə  olmuĢdu)  –  yaddaĢıma  həkk 

olunduğunu  fikirləĢdiyimə  baxmayaraq,  Con  Koffi  ilə  birlikdə 


www.vivo-book.com 

 

467 



hindular  kimi  Harrinin  tədbirli  davranaraq  özü  ilə  götürdüyü  köhnə 

adyallara  bürünüb  yük  maĢınının  kuzovunda  oturduğumuz  zaman 

keçirdiyim hisləri təsvir edə biləcəyimi düĢünmürəm.  

Daha  doğrusu,  bu  özünü  yolu  itirmiĢ,  itkin  düĢmüĢ  hiss 

etməkdir:  yolu  səhv  salaraq  baĢqa,  ona  tanıĢ  olmayan  bir  yerə  gəlib 

çıxdığını, buradakı niĢanların ona tanıĢ olmadığını və evinə qayıdacaq 

yolu  necə  tapacağını  bilmədiyini  dərk  etdiyi  an  balaca  bir  uĢağın 

keçirdiyi  dərin  və  kəskin  ağrı  hissi  kimi.  Mən  gecənin  bir  aləmində 

yanıma  bir  məhbusu  alıb  həbsxanadan  çıxmıĢdım,  özü  də  adi  bir 

məhbus  ilə  yox,  iki  balaca  qızı  qətlə  yetirdiyinə  görə  edam  edilməyə 

məhkum  edilmiĢ  bir  məhbus  ilə.  Əgər  bizi  yaxalasaydılar,  onun 

günahsız  olduğunu  düĢünməyimin  heç  bir  əhəmiyyəti  olmayacaqdı. 

Biz  hamımız  həbs  ediləcəkdik,  elə  Din  Stanton  da.  Mən  bir  dəhĢətli 

edama və bir də yanımda oturmuĢ bu natarazın bir qadının beynindəki 

həkimlərin cərrahiyyə yolu ilə götürə bilmədiyi ĢiĢi sağalda biləcəyinə 

inandığıma  görə  öz  həyatımı  riskə  atmıĢdım.  Lakin  Conun  səmadakı 

ulduzlara  tamaĢa  etməsinə  baxanda,  mən  birdən  bütün  dəhĢətilə  dərk 

etdim  ki,  onun  bunu  edə  biləcəyinə  daha  inanmırdım,  əgər  nə  vaxtsa 

buna  həqiqətən  inanmıĢdımsa  da.  Mənim  sidik  yolları  infeksiyam, 

sağalandan bir müddət  sonra bütün  kəskin  ağrılarda olduğu kimi  (bir 

dəfə  mənim  anam  mənə  demiĢdi  ki,  əgər  qadın  birinci  uĢağını 

doğarkən  keçirdiyi  ağrı-acıları  olduğu  kimi  xatırlaya  bilsəydi,  ikinci 

uĢağı  doğmağa  əsla  razılaĢmazdı),  indi  çox  uzaq  və  əhəmiyyətsiz 


Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin