Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 11. Şəxsiyyətin sosiallaşmasında mezo və mikro amillərin rolu



Yüklə 158,37 Kb.
səhifə11/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
sos pdqgk imt

Sual 11. Şəxsiyyətin sosiallaşmasında mezo və mikro amillərin rolu
Cavab:
İnsanın sosiallaşmasında mezoamillərin (latınca orta böyük) də rolu böyükdür. Bunlardan ən əhəmiyyətlisi region, kənd, şəhər və qəsəbədir.
Region –ölkənin bir hissəsi olmaqla iqtisadi, siyasi, mənəvi həyat ümumiliyinə, ümumi tarixi keçmişə, mədəni və sosial özünəməxsusluğa malik olan tam sosial-iqtisadi sistemi təmsil edir. Region insanın sosiallaşması, həyat tərzinin formalaşdığı, qorunub ötürüldüyü məkandır.
Kənd həyat tərzinin də sosiallaşmaya təsiri böyükdür. Çox zaman bu kənddə insanın davranışına sosial nəzarətin çox güclü olması ilə bağlı olur. Sakinlərin azlığı və onlar arasındakı sıx əlaqə sosial nəzarətdə özünəməxsus sosial-psixoloji atmosfer yaradır. Kənd sakinlərinin sosiallaşmasında mühüm rolu daim artmaqda olan şəhərin şəndə təsiri oynayır. Şəhər həyat tərzinin də sosiallaşmaya təsiri danılmazdır.
Şəhər həyat tərzinin də sosiallaşmaya təsiri danılmazdır. Şəhər-böyük sayda sakinlərin bir yerə yığılması və müəyyən ərazidə əhalinin yüksək sıxlığı, həyat fəaliyyətinin cox müxtəlif olması, əhalinin fərqlənən sosial peşə və etnik mədəniyyəti ilə səciyyələnir.Şəhəri həm də tarixən yaradılmış şəhər həyat tərzi xarakterizə edir.Bu həyat tərzinin bir sıra sosial əlamətləri var: a)həyat tərzinin, mədəni stereotiplərin, dəyərlərə bələdliliyin müxtəlifliyi b)insanın davranışına zəif sosial nəzarət və müxtəlif sosial əlaqələr.v) şəxsiyyətlərarası münasibətdə anonomlik, səthi, qısamüddətli əlaqələr və.s.
Qəsəbə - məskunlaşma tipi olaraq şəxsiyyətin sosiallaşmasına təsir göstərən amillərdən biridir. Qəsəbə-insanların mütləq və ya nisbi ərazi məhdudluğunda yerləşmə olub, a)kənd həyat tərzindən uzaqlaşmış, b)şəhər həyat tərzinə kök salmamış, v) kiçik şəhərin sakinlərinə xas tarixi ənənələrinin dayaqlarından məhrum olan formasıdır. Qəsəbələr də tipinə görə müxtəlif olur:
1. Fəhlə qəsəbələri.
2.“Qaynar nöqtələrdən”, ekoloji çirklənmiş zonalardan gələnlərin hesabına yaranmış qəsəbələr.
3.Məcburi köcürülmə - müharibə zamanı qaçqın düşmüş, zorla torpaqlarından qovulmuş insanların məskunlaşdığı qəsəbələr.
4.Şəhərətrafı qəsəbələr.
5.Böyük şəhər daxilində, müəyyən bir zavodun və ya miqrantların ilk nəsillərinin hesabına yaranmış qəsəbələr.
Mezoamillərə eyni zamanda kütləvi informasiya vasitələri də daxildir və onun sosiallaşmada təsiri birmənalı deyil. Belə ki, KİV-lər sosiallaşmada maarifləndirici rolu ilə bərabər, insanlarda ünsiyyətən uzaqlaşma, virtual həyata daha çox meyl edib real həyatdan uzaqlaşma, tənhalıq kimi sosial əlamətlərin yaranmasına münbit şərait yaradır.
Şəxsiyyətin sosiallaşmasında Mikro amillərdən (mikro-latınca kiçik) ailə, qonşuluq, həmyaşıdlar qrupu, tərbiyə təşkilatları müəyyən rola malikdir. Şəxsiyyətin sosiallaşmasının minroamilləri sırasında ailə xüsusi yerə malikdir. Ailə bütün cəmiyyətlərdə sosiallaşmanın başlıca vasitəsidir. Uşaq da ilk sosial tərbiyəni və sosial təcrübəni ailədə alır. N.Gəncəvi ailəni uşağın düşdüyü ilk içtimai yer adlandırmışdır. Hər bir ailə öz təcrübəsində yazılmamış tərbiyə qanunlarına əsaslanır. Bu qanun-qaydalar yazılmamış olsa belə əsrlərin sınağından çıxmış və bu gün də öz aktuallığını saxlamaqdadır. Müasir dövrün tərbiyə sistemində əsas sütunlardan biri olan xalq pedaqogikası məhz bu qanunlardan bəhrələnmişdir. Hər bir ailə digərindən özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Ailədə uşaqların sayı dəyişdikcə, buna uyğun olaraq ailənin tərbiyə şərtləri də dəyişir.Ailədə uşaqların sosiallaşmasında valideyinlərin rolu önəmlidir. Mütəxəssislər bu prosesdə imitasiya və identifikasiya mexanizmlərinin əhəmiyyətini xüsusilə qeyd edirlər. Uşaqlar şəxsiyyətlərarası münasibətləri ata-ana vasitəsilə mənimsəyir, müəyyən yaşa qədər ətrafdakı hadisələri onların gözü ilə qiymətləndirirlər.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin