Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 14. Sosial-pedaqoji prosesin və fəaliyyətin ümumi cəhətləri



Yüklə 158,37 Kb.
səhifə14/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
sos pdqgk imt

Sual 14. Sosial-pedaqoji prosesin və fəaliyyətin ümumi cəhətləri
Cavab:
Sosial-pedaqoji fəaliyyət və onun xüsusiyyətləri
Sosial pedaqoqogika insanın bir şəxsiyyət kimi tərbiyəsi, formalaşmasını və inkişafını sosial planda – sosial əlaqə və münasibətlər sistemində öyrənir. Sosal-pedaqoji fəaliyyət də məhz buna yönəlir: sosial pedaqoq üçün şəxsiyyət müəyyən sosial norma və keyfiyyətlərin daşıyıcısı kimi, sosial münasibətlərin, sosial fəaliyyət və ünsiyyətin subyekri kimi çıxış edir. Bu baxımdan sosial–pedaqoji fəaliyyət şəxsiyyətin sosiallaşması, sosial-mədəni təcrübə və dəyərləri mənimsəməsi prosesinə kömək etməyə, onun cəmiyyətdə özünüreallaşdırması üçün şərait yaradılmasına yönələn pedaqoji-peşə fəaliyyətinin bir növüdür. Bu fəaliyyət sosial pedaqoqlar tərəfindən ümumtəhsil və digər müəssisələrdə, təşkilat və birliklərdə həyata keçirilir.
Sosial-pedaqoji fəaliyyətin əsas məqsədi şəxsiyyətin sosial-mədəni təcrübəyə yiyələnməsinə, onun sosiallaşması və cəmiyyətdə özünüreallaşdırılmasına kömək etməkdən ibarətdir. Sosial pedaqoji fəaliyyətin özünəməxsus xüsusiyyətlər vardır. Onlar aşağıdakılardır:

  1. İnsanın şəxsiyyət kimi sosial həyata, cəmiyyətə uyğunlaşmasına– sosiallaşmasına kömək göstərməyə yönəlir

  2. Sosial-pedaqoji fəaliyyət ünvanlı və lokal xarakter daşıyır: konkret insana (sosial qrupa) sosiallaşma prosesində meydana gələn problemlərin həllində kömək göstərməyə istiqamətlənir

  3. Fəaliyyətin obyektini sosiallaşmasında problemləri olan şəxsiyyət (sosial qrup) təşkil edir.

  4. Fəaliyyət müvafiq müəssislərdə - təhsil, sosial-pedaqoji, sosial xidmət müəssisələrində həyata keçirilir.

Bu xüsusiyyətləri ilə sosail-pedaqoji fəaliyyət digər fəaliyyət sahələrindən fərqlənir.
Sosial pedaqoji fəaliyyətin özünəməxsus məzmunu, təsir vasitələri və metodları vardır. Bu fəaliyyət bir neçə istiqamətdə həyata keçirilir:

  • Insanın sosial adaptasiayasını təmin etmək və onun səviyyəsini yüksəltəmək

  • Dezaptasiyasının (sosial, psixoloji, pedaqoji) profilaktikasını həyata keçirmək

  • Psixika, davranış və rəftarında normadan kənarlaşmalar, əyintilər olan şəxsiyyətlərin sosial realibitasiyasını təmin etmək .

Sosial-pedaqoji fəaliyyət bilavasitə (şəxsiyyətlə) və ya vasitəli şəkildə (şəxsiyyət-mühit) həyata keçirilir.
Fəaliyyətin məzmunu da çoxcəhətlidir. O, müxtəlif yaş və sosial qrupdan olan insanları əhatə edir – uşaqlar, gənclər, yaşlı insanlar, aztəminatlı vətəndaşlar və ailələrlə iş və s.
Sosial-pedaqoji fəaliyyətin əsas istiqamətləri çoxdur. Bəzi mənbələrdə bu istiqamətlər əlverişsiz sosiallaşma şəraitinin gizli qurbanlarına görə təsnif edilir. Bu baxımdan sosial xidmətə xüsusi ehtiyacı olan insanların bir neçə tipi vardır:
Sosiallaşmanın əlverişsiz şəraitinin gizli qurbanları – öz təbii imkanlarını reallaşdıra bilməyən insanlar.
Sosiallaşmanın əlverişsiz şəraitinin potensial qurbanları - əlillər, psixosomatik defektləri və əyintiləri olan uşaq, yeniyetmə və gənclər, yetim uşaqlar və dövlətin və ya ictimai təşkilatların himayəsində olan digər uşaq koteqoriyaları potensial, lakin çox real qurbanlar:
a) xarakterin aksentuasiyası ilə bağlı xarakter tipləri – tsikloid tip (şəraitə görə əhvalın kəskin dəyişməsi), labil tip (tez həyacanlanma, qətiyyətsizlik), senzitiv tip (həssalıq, qorxaqlıq, cəsarətsizlik, utancaqlıq), psixoastenik tip (şübhəlilik, qorxaqlıq), şizoid tip (adamlara yovuşmazlıq, soyuqqanlılıq), epileptoid tip (hövsələsizlik, heç nədən dava dalaş salmaq, özünü idarə edə bilməmək), isteroid tip (özündən razılıq, lovğalıq), səbatsız tip (tez təsir altına düşmək, boş gün küçirmək )
b) psixi pozğunluğu olanlar – nevroz , reaktiv depressiya
c) çətin həyat şəraiti olan uşaq və ailələr (aztəminatlı, evsiz-eşiksiz, işsiz, tənha qocalar evində və internat məktəblərində olan uşaqlar və yaşlılar, habelə yurdsuzlar)
j) davaranışında sosial-patoloji əyintilər olan uşaqlar, yeniyetmələr, gənclər (sərxoşluq, narkomanlıq və s.)
i) asosial davranışlı uşaq və yeniyetmələr (oğurluq edən, aqressiv, cinayətkar, kriminal qrup üzvləri və s.)
d) metis uşaqlar
e) qaçqın və məcburi köçkün, miqrant uşaqlar və ailələr .
Sosiallaşmanın əlverişsiz şəraitinin qeyd edilən tip qurbanları çox vaxt ilkin deffekt, normadan kənarlaşmalar və ya hansısa obyektiv həyat şəraitinə insanın inkişafında təkrar dəyişiklik yaradır. Onda həyata və özunə qeyri adekvat və ya nənfi münasibətlər doğurur, həyat mövqeyinin yenidən qurulmasına səbəb olur. Bəzən də bir sosial əyinti yenisinin yaradır.
Bir acınacaqlı hal uşaq evlərinin məzunları ilə bağlıdır. Statiskaya görə görə evsizlik, işsizlik bəzən onları küçə və səfil həyat yaşamağa sövq edir, hətta kriminogen qüvvələrə də çevirir. Az bir qismi isə intihar özünəqəst də edir və s
Nəzərdən keçirtdiyimiz halların hər biri özünəməxsus diferensiv və fərdi yanaşma tələb edir. İndi ayri-ayrıliqda bunları nəzərdən keçirək.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin