Sosial pedaqogika imt s Sual Sosial pedaqogika – pedaqogika elminin bir sahəsi kimi Cavab


Sual 13. Sosial-pedaqoji proses onun mərhələləri



Yüklə 158,37 Kb.
səhifə13/62
tarix02.06.2023
ölçüsü158,37 Kb.
#122708
1   ...   9   10   11   12   13   14   15   16   ...   62
sos pdqgk imt

Sual 13. Sosial-pedaqoji proses onun mərhələləri
Cavab:
II. Pedaqoji prosesin özünəməxsus quruluşu vardır. Onun quruluşu bir neçə kimponentlərdən ibarətdir. Pedaqoji prosesin əsas komponentlərinə onun məqsədi, məzmunu, vasirtə və metodları, subyekt və obyektləri, onların qarşılıqlı təsir formaları, əldə eidlmiş nəticələr daxildir. Pedaqoji prosesin quruluşu – onu təşkil edən hisslərin məcmusudur.
Məqsəd komponenti – sosial tərbiyənin məqsədini müəyyənləşdirməklə bağlıdır (nəyə nail olmalı?)
Məzmun komponenti – sosial tərbiyənin məzmununu (görüləcək işlər) müəyyənləşdirilməklə bağlıdır (hansı bilik və keyfiyyətlər aşılanacaq?)
Fəaliyyət komponenti – fəaliyyətin təşkilini, onun vasitə, metod və formalarını, iştirakçıların qarşılıqlı əlaqə və əməkdaşlığını təşkil və idarə etməyi nəzərdə tutulur Nəticə komponenti – qarşıya qoyulmuş məqsəd və vəzifələrin nəticələrini və onların səmərəlilik dərəcəsinin müəyyən edilməsini özündə birləşdirir (iş necə nəticə verdi, məqsəd yerinə yetdimi?)
Qiymətləndirmə komponenti – nəticələrin yoxlanması qiymətləndirilməsi və təhlilini habelə prosesin səmərəsini müəyyənləşdirməyi nəzərdə tutulur.
Quruluşuna görə sosial-pedaqoji proses hazırlıq mərhələsi, əsas mərhələ və yekun mərhələdən ibarət olur.
Hazırlıq mərhələsi – əsas işə hazırlığın görülməsi ilə bağlıdır. Hər bir işin fəaliyyətin səmərəsi ona hazırlığın səviyyəsindən çox asılıdır. Bu mərhələdə mühüm vəzifələri var: məqsədin müəyyənləşdirilməsi, vəziyyətin diaqnostikası , nailiyyətlərin proqnozlaşdırılması, prosesin planlaşdırılması və s.
Əsas mərhələdə - planın həyata keçirilməsi – tərbiyə işinin təşkili ilə bağlıdır. Proqnozlara əsasən yaradılmış plana uyğun olaraq görüləcək işin hazırlanmış məzmunu, prinsipləri, formaları, texnologiyaları, əməkdaşlıq prosesinin təşkili şə idarəsi nəzərdə tutulur.
Yekun mərhələdə - görülmüş işlərin hesaba alınması, təhlili və qiymətləndirilməsi ilə bağlıdır. Bu məqsədlə alınan nəticələr əvvəldən qarşıya qoyulmuş məqsədlə tutuşdurulur. Onların hansının nə dərəcədə yerinə yetirilməsi, qarşiya çıxan çətinliklər, onların səbəbləri araşdırılır, uşaqların tərbiyəsindəki dəyişikliklər – yeni keyfiyyətlər üzə çıxarılır və onun nəticələri təhlil edilir, qiymətləndirilir, buraxılmış səhvlər müzakirə edilir, yeni işlər üçün tövsiyələr hazırlanır.
III. Sosial pedaqoji prosesin nəzərdən keçirilən quruluşu və mərhələləri sosial-pedaqoji fəaliyyətin də quruluşunu və mərhələlərini müəyyən edir. Sosial pedaqoji fəaliyyət dedikdə. Sosial tərbiyə vasitəsilə gənc nəsildə sosial-mədəni təcrübə və dəyərlərin formalaşdırılmasına yönələn pedaqoji-peşə fəaliyyətinin bir növü başa düşülür. Son dövrlərdə sosial-pedaqoji işin aktuallaşması ilə bağlı oaraq, sosial –pedaqoji proses də sosial-pedaqoji fəaliyyətin xüsusiyyətinə müvafiq olaraq, konkret məzmun kəsb edir. Sosial pedaqoji proses sosial pedaqoqun tərbiyəolunan ilə müəyyən sosial pedaqoji məqsədə nail olmaq üçün həyata keçirilən qarşılıqlı fəaliyyəti ehtiva edir ki, bu zaman insanın sosiallaşmasının ardıcıl qanunauyğun inkişafı və tərbiyəolunanın müəyyən pedaqoji əsaslarla şərtlənən məqsədyönlü fəaliyyəti nəzərdə tutulur. Sosial-pedaqoji prosesdə iki nəfər, sosial pedaqoq (sosial işçi) və tərbiyə olunan iştirak edir. İki nəfərin qarşılıqlı fəaliyyətinə əsaslanan bu prosesin nəticəsində tərbiyəolunanın problemləri müxtəlif pedaqoji vasitələrlə aradan qaldırılır. Problemin tam aradan qaldırılmasına nail olmaq üçün şagirdin daxil ola bilmədiyi mühitə adaptasiya və inteqrasiyasını həyata keçirtmək, bu yolla uşağın sosnrakı inkişafını təmin etmək nəzərdə tutulur. Bundan sonra uşağın fəaliyyəti sosial pedaqoqun nəzarəti altında olur.

Yüklə 158,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin