Şiəliyin gizli tərəfləri Ön söz


Məclisi “Biharul Ənvar” kitabında “torpaq,gil və nifaq” fəslində 67 rəvayyət nəql edir



Yüklə 1,08 Mb.
səhifə23/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   19   20   21   22   23   24   25   26   ...   70
Məclisi “Biharul Ənvar” kitabında “torpaq,gil və nifaq” fəslində 67 rəvayyət nəql edir.

Bu hədislərin birində deyilir: “İmam dedi: “Ey İshaq! Sənin haradan gəlməyin baradə heç fikirləşmisənmi?



İshaq dedi: “Əgər siz bu baradə xəbər verməsəniz,mənim bu baradə elmim heç yoxdur.”

İmam dedi: “Qulaq as İshaq.Allah məxluqatı xəlq etməmişdən öncə yerə yeddi gün yağış yağdırdı.Sonra yerin səthindən gili götürdü və ondan biz Əhli beyti yaratdı.Sonra O bu gilin aşağı hissəsindən bizim şiələrimizi xəlq etdi.Əgər bu gil başqa gillərlə qarışmasa idi bizim şiələr heç vaxt günah etməzdilər.”
Həmçinin, Kuleyni “Kafi”kitabında “Möminin və kafirin gili,torpağı”fəslində bu tip hədislər nəql edir.

Onlara görə şərəbxor şiə sünnidən yaxşıdır. Şeyx Səduq “Uynu əhbərul riza” kitabında (28/69) yazır ki,bir adam imama dedi: “Mən öz qızımı qardaşım oğullarından birinə ərə vermişəm ki,o içir və tez-tez boşayacağı baradə qızımı təhdid edir.”

İmam dedi: “Əgər o sənin şiə qardaşlarındandırsa bunun heç bir zərəri yoxdur.Yox əgər o digərlərindəndirsə (sünni) onu boşatdır.”


Möminlərin anası Aişə (r.a)-ni təhqir etmələri.
Allah Təala buyurur: “Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda girin!"- deyildi." (Təhrim 10)

Bu ayənin şiələr tərəfindən verilən təfsirinə baxaq. Qummi təfsirində yazır: “Vallahi “fə hanətahumə” sözü ilə fahişəlikdən başqası qəsd olunmur.Varid olduğu kimi Aişə Bəsrəyə doğru yola möminlərin əmiri Əli ilə vuruşmaq üçün yola düşdüyü zaman, Talha onu yoldan çıxardı və dedi: "Sənə məhrəmin olmadan yola çıxmaq halal deyildir!" və sonra onu özünə evləndirdi.” ("Təfsir əl-Qummi", 2/377)

Bu sözləri Bəhrani də “Burhan” təfsirində yazır. Onlar kitablarında çox vaxt konkret ad çəkməmək üçün “filan qadın” kimi ifadələr işlədirlər.Halbuki,məsələdən agah olanlar bilir ki,onların işarə etmək istədikləri Aişədir.Bunu təsdiq edən Kəşaninin sözləridir.

Şiə şeyxi Feyz Kəşani kitabında söhbətin nədən getdiyni belə izah edir: “Allah Peyğəmbər (s.a.s)-in zövcələrini müsəlmanlara haram etdi.Təlha hirsləndi və dedi: “Muhəmməd bizə öz zövcələrini haram edib,özü bizim qadınlarla evlənir.Allah onu öldürəndə biz onun zövcələrinin ayaqlarında olan bilərziklər üçün ayaqlarına düşəcəyik,necə ki,o bunu bizim qadınlarımızla edirdi.” (Təfsir “əs Safi” 4/199, Əhzab 53-ün şərhində; Məclisi “Biharul Ənvar” 22/190, 17/27)

Həmçinin,bu rəvayyəti Bəhrani “Burhan” (3/333-334)-da,Sultan Cənabəzi “Bəyanus səadə” (3/253)-də,Zeynuddin Nəbati “Sıratul mustəqim” (3/23-25) qeyd etmişlər.
Şiə hafizi Rəcəb əl Bursi “Məşariqul ənvərul yəqin” kitabında yazır:

Aişə xəyanətlərlə 40 dinar toplamışdı və onları Əliyə düşmən olanlara payladı.”(səh 86, “əl Aləmi” nəş.Beyrut)


Məclisi Əlidən belə rəvayyət edir: "Peyğəmbər (s.a.s) ilə birlikdə səfərə çıxdım. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma, bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də yatanda üstümüzə bu yorğanı atdıq. Peyğəmbər (s.a.s) də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər (s.a.s) gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əyirdi.”(“Biharul ənvar 40/2)
Ayətullah Muhəmməd Şəhruddinin rəsmi saytından



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin