Şiəliyin gizli tərəfləri Ön söz


"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət onlara müxalif olmaqdadır"



Yüklə 1,08 Mb.
səhifə20/70
tarix02.01.2022
ölçüsü1,08 Mb.
#2354
1   ...   16   17   18   19   20   21   22   23   ...   70
"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət onlara müxalif olmaqdadır" (“Kafi” müqəddimə səh 8-9)

Kuleyni “Kafi” kitabında bu baradə uzun bir rəvayyət nəql edir.Orada deyilir: “Ömər ibn Hənzaladan,o da Əbu Abdullahdan rəvayyət edir ki,imamdan soruşdum: “Bizim əshamızdan iki nəfər bir borc vəya miras üstündə ixtilaf etsələr və nəticədə sultana vəya qaziyə hökm üçün getsələr,bu onlar üçün halal olarmı?..... Ravi dedi: “Əgər iki hakimin verdiyi hökm rəvayyət və raviləri etibarlı olan səbəblərə əsaslanırsa,onda nə etməli?



İmam buyurdu: “Bunlardan hansısı Kitaba,sünnətə uyğun,əimmə (sünnilər)-in fikirlərinə ziddirsə ona əsaslanılır. Ravi dedi: “Sənə fəda olum!Əgər hər iki hakim verdiyi hökmü Quran və sünnətə əsaslandırsalar və biz də rəvayyətlərdən birinin əimmənin görüşünə uyğun,digərinin isə ona zidd olduğunu görsək,bu rəvayyətlərdən hansını qəbul edək?

İmam buyurdu: “Əimmənin görüşünə zidd olan rəvayyəti əsas alın.Çünki,uğur və qurtuluş ondadır. Ravi dedi: “Əgər hər iki rəvayyət də əimmədən olan iki dəstənin fikirlərinə uyğun isə,bunlardan hansı əsas alınmalıdır?”İmam dedi: “Onların hakimlərinin və qazilərinin hansı rəvayyətə meyl etdiklərinə baxılar və meyl etmədikləri rəvayyət əsas alınar.” (“Usul əl-kəfi” “Hədisdə ixtilaf” bölümü 1/68,hədis 10 (198)
Şeyx Səduq Əbu İshaq əl Ərcaninin Əbu Abdullahdan belə nəql etdiyini yazır: “Əbu Abdullah buyurdu: “Bilirsənmi niyə sizə avamın etdiyininə müxalif olana əməl etməyiniz əmr edilib?” Mən dedim: “Biz bilmirik” İmam buyurdu: “Əli (r.a) dində hər hansı bir əməl edəndə ümmət mütləq ona müxalif olardı.Bununla onun əməllərini tutarsız və dəyərsiz etmək istəyirdilər.Onlar bilmədiklərini Əmirəl Möminindən soruşardılar.İmam Əli nə fətva verirdisə,onlar insanları aldatmaqdan ötrü onun əksini edərdilər.” (Şeyx Səduq “İlyəluş şərai” səh 531 İran)
Ayətullah Muhsin əl Əmin “Əyanuş şia” (1/21,Beyrut,1986 il) adlı tanınmış əsərində yazır: “Əshabımız Əhli Sünnə vəl camaat deyə adlandırılanlar üçün avam, özləri üçün isə həvas kəlməsini istifadə etmişdir.”
Şeyx Fəthullah Nəmazi əş Şirazi isə belə yazır: “Avam təriqi ilə gələn hədisi Buxari,Muslim.... kimi bir çox mühəddislər rəvayyət etmişlər.” (“Qaidətu lə dərara və lə dırar” səh 21,Beyrut)
Xomeyni belə yazır: “İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü, Əhli Sünnətə muxalifətçilik etməkdə heç bir işkal yoxdur.”(“ər-Rəsail” 2/83)
Vəhdətdən danışan ustad Murtəza əl Əsgəri kitabında bu növ hədisləri qeyd etdikdən sonra yazır: “Bu bəhsdə xatırlatdıqlarımıza görə bir-birinə zidd olan iki hədislə qarşılaşanda ,“Xəlifələr məktəbi”-nin istinad etdikləri hədis tərk edilir.Bu daha doğru rəydir.” (”Məalimu mədrəsəteyn” 3/269; “Məktəbətul fəqih”nəş.Kuveyt)
əl Əsqəri Əhli Sünnə üləmasına qarşı duyduğu kini üzə vuraraq yazır: “Artıq gördük ki,”xəlifə məktəbi” alimləri İslamın ilk dövründə söz və qüdrət sahibi olan insanları tənqid edən rəvayyətlər və xəbərləri ixtisar etməkdə ittifaq etmişlərdir.” (”Məalimu mədrəsəteyn” 1/289)
Başqa yerdə yazır: “Xəlifələr məktəbi”ndə gizlətmə növlərindən biri də səhih rəvayyətlər yerinə uydurma xəbərlərin yazılması və yayılmasıdır.” (həm.yer 1/263)
O,yazır: “Gizlətmənin bu növü yəni,xəbərin heç bir yerdə qeyd edilmədən tamamilə gizlədilməsi “xəlifələr məktəbi”ndə tez-tez rast gəlinən bir haldır.” (həm.yer 1/254)
Qeyd etdiyimiz kimi “xəlifələr məktəbi” müsəlmanların üzünə Rəsulullah (s.a.s)-dən varid olan xəbərlərin qapısını bağladıqda,İsrailiyyətdən varid olan rəvayyətlərin qapısını eninə kimi açmışdı.” (həm.yer 2/48-49)
Şiələri Əhli Sünnətə müxalif olanları alma məsələsinə təşviq edən bir çox rəvayyətlər vardır.Hurr Amili “Vəsailuş şia” (18/85-86)-da,Ruhullah Musəvi Xomeyni “ər Rəsail” (2/81)-də,Muhəmməd Baqir əs Sadr “Təaridul şəriyyə” (səh 359)-da Muhəmməd Baqir ibn Abdullahdan imam Rzanın belə dediyini nəql etmişlər:

İmama iki ixtilaflı xəbər gəldiyində necə hərəkət etməliyik deyə sual verdik?” Dedi: “Sizə iki ixtilaflı və zidd olan xəbər gəldikdə,bunu avamın (Əhli Sünnət) rəvayyəti ilə tutuşdurun.Əgər bu onların xəbərlərinə müvafiqdirsə onu tərk edin,yox əgər onların xəbərlərinə ziddirsə,onu alın.”


Hurr Amili “əl Fusulul muhimmə fi mərifəti usulil əimmə”adlı kitabının 225-ci səhifəsində bu xəbərlərin mütəvatir səviyyəsində olduğunu qeyd edir.O,yazır: “Bu baradə olan hədislər mütəvatirdir. ”Vəsailuş şia”da bunların bir qismini qeyd etmişik.”

Hurr Amili “Vəsailuş-şiə” kitabında “Əhli-sünnətə, onların yoluna müvafiq olan ilə əməl etməyin qadağan olunması” adlı bir bölüm açmış və həmin bölümdə “məsum”lardan çoxlu sayda hədis nəql etmişdir.


Yusif əl Bəhrani yazır: “Rəvayyətin avamın məzhəbinə ərz edilib,daha sonra müxalif olanı alma baradə olan çoxlu sayda oxşar xəbərlər rəvayyət edilmişdir.” (“Hədaiq”1/95)
Hüseyn ibn Şihabuddin əl Kərki əl Amili yazır: “Avamın işinin əsası zehnləri qarışdırmaq,haqqı batillə örtmək,batili haqq kimi qələmə verərək avamın və öz dinlərini zay etməkdir.” (“Hidayətul əbrar” səh 102)
Seyyid Nemətullah Cəzairi yazır: “Bizim sünnilərlə Allah,peyğəmbər və imam məsələsində heç bir oxşar və bənzərliyimiz yoxdur.Çünki,onlar deyirlər ki,Allah peyğəmbəri Muhəmməd (s.a.s),xəlifəsi isə Əbu Bəkr olandır.Biz isə nə bu Allahı,nə də bu peyğəmbəri qəbul edirik.Biz deyirik: “Həqiqətən o Allah və peyğəmbər ki,peyğəmbər (s.a.s)-in xəlifəsi Əbu Bəkrin Allahı və peyğəmbəri olub,o bizim Allahımız və peyğəmbərimiz deyil.” (“Ənvərun Numaniyyə” c.2,səh 278 “İmamların dininin həqiqi nuru” fəsli)


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin