Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə24/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   20   21   22   23   24   25   26   27   ...   152
19

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Mehriban xanım Әliyevanın həm də bir

həkim kimi ölkəmizin tibb təhsili sisteminə

göstərdiyi qayğını daim hiss edən kollektivimiz

elm, təhsil, müalicə‐profilaktika, reabilitasiya

işləri üzrə innovativ layihələr üzərində işlər

aparmaqla, bu qayğıya adekvat olaraq tibb elmi

və tibb təhsili sistemlərində yeni nailiyyətlər

qazanacağına əminlik yaradır.



– Siz dünya şöhrətli elmi məktəb yaratmı ‐

sınız. Bu məktəb haqqında nə deyərdiniz?

– Düzü, mən özüm haqqında danışmağı

xoşlamıram, ancaq təvazökarlıqdan uzaq olsa

da, demək istərdim ki, mən nəsə edərkən, heç

də «bunu məktəb yaratmaq üçün edirəm» fikri

ilə etməmişəm. Sadəcə, bir vaxtlar öyrəndik lə ‐

rimi, sonralar vətən övladlarına öyrətməyə

çalışmışam. 20 ilə yaxın bir dövrdə Moskvada

çalışmışam və həmin illər ərzində orada tələbə ‐

lərimə etdiyim köməyi 1992‐ci ildən etibarən

burada birbaşa Azərbaycanda edirəm. Onu da

deyim ki, çox mehriban, ünsiyyətli, eyni zamanda

savadlı, bilikli, bacarıqlı gənc mütəxəs sis lərimiz

var. Onlar üzərlərinə düşənin öhdə 

sindən

ləyaqətlə gəlirlər. Həm tədrisdə, həm də elmi‐



tədqiqat işlərinin yerinə yetirilməsində dözüm

və təmkin nümayiş etdirirlər. Bu vaxta qədər

tələbələrimdən 10‐u tibb üzrə elmlər doktoru,

32‐si isə tibb üzrə fəlsəfə doktoru elmi

dərəcəsinə layiq görülüb.

Yetişdirdiyim tələbələr Moskva şəhərində,

Rusiya Onkoloji Elmi Mərkəzində, bir sıra

Avropa Klinikalarında, Orta Asiya Respubli ‐

kalarında, Gürcüstanda və Azərbaycanda fəaliy ‐

yət göstərirlər. Onların bir çoxu tibb elmində öz

sözünü demiş nüfuzlu alim, həkim və səhiyyə

təşkilatçılarıdır. Mən belə tələbələrimlə fəxr

edirəm.

Xarici ölkə alimləri ilə sıx əlaqələrimiz var.

Belə əlaqələr olmadan irəliləyiş mümkün

olmaz. İnanıram ki, bu gün məndən dərs alanlar

sabah öz məktəblərini yaradacaq, xalqımıza,

vətənimizə layiqli vətəndaş olacaqlar.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin