SəRBƏst iŞ Tələbə: Zəhra Piriyeva Müəllim: Jalə Əsədova Fakultə: Təhsil 2



Yüklə 141,7 Kb.
səhifə2/5
tarix02.05.2022
ölçüsü141,7 Kb.
#56813
növüXülasə
1   2   3   4   5
Zəhra Piriyeva 122A. Hind və Çin təlimlərinin xülasəsi

Upanişadalar

"Upanişada" termini müdrikin öz şagirdlərini öyrətmə prosesi mənasını verir. Bir qədər keçdikdən sonra bu termin həm də bu prosesdə verilən məzmunu ifadə edən fəlsəfi mətn mənasını kəsb etdi. Beləliklə, Upanişadalar müəyyən mənada Platon dialoqlarına oxşadıla bilər. Upanişadaların mərkəzi mövzularından biri doğuluşun və ölümün əbədi "xorovodu" ideyasıdır. Bu ideya canlı varlıqların ölümdən sonra yenidən diriləcəyini güman edən təlimin, ruhunun köçürülməsi (reinkarnasiya) təliminin əsasına qoyulmuşdur. Doğuluş və ölüm arasında əbədi olaraq yeniləşən tsikl sansara adlanır. Məhz belə bir tsikldə insanın ən dərin «mahiyyəti» (atman) yenidən və yenidən meydana çıxır. Şərqşünaslıq ədəbiyyatında atmanın nə olduğu barədə geniş müzakirələr aparılır. Upanişadalardan bəzilərində güman olunur ki, atman dəyişməzdir, substansial xarakter daşıyır (Sokrata qədərki fəlsəfə ilə müqayisə edin) və dərk edən «Mən»dən və ya "eqo"dan fərqlənir. Biz sonradan görəcəyik ki, Upanişadaların buddist tənqidi bu mübahisəli moment üzərində qurulmuşdur. Upanişadaların daha bir mühüm müddəası - atmanın və brahmanın eyniləşdirilməsidir. "Brahman" sözünün adekvat tərcüməsini tapmaq çətindir. Mümkündür ki, onu mütləq, hər şeyi əhatə edən və ya ilahi kimi tərcümə etmək lazımdır. Bu halda atmanın brahmanla eyniləşdirilməsi o mənanı verir ki, atman mütləqlə və ya ilahi ilə eyniləşdirilmişdir. Oxşar fikirlər qərb mistisizmində də mövcuddur, burada insan (və ya onun ruhu) Tanrı ilə eyni ola bilər (unio mystica). Belə bir vəhdət həm hind fəlsəfəsində, həm də qərb mistisizmində aşılanan asketik həyat tərzini nəzərdə tutur. Onun son orta əsrlərdə görkəmli nümayəndəsi Mayster Ekxart (Meister Eckhart, təqribən, 1260-1327) idi. Upanişadaların filosofları, beləliklə, dünyaya arxa çevirdilər. Onların məqsədi dünyadan asketik bir tərzdə qaçma oldu. Həqiqət, onların nöqteyi-nəzərincə, "xaricdə" deyildir, nə xarici mətndə, nə də təbiətdə deyildir. O, sənin öz daxilindədir. Sən "özünü tapmağı" öyrənməlisən. Mistisizm barədə çox şey öyrənmək olar, amma bu, heç də mistik görüntüyə malik olmaq demək deyildir. O, yalnız sənin tərəfindən və sənin şəxsi səylərinin köməyi ilə yaradılır. Belə mistik müdriklik Hindistanda kahin silkinə, əsl "brahmanlara" aid edilirdi.




Yüklə 141,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin