SəRBƏst iŞ Tələbə: Zəhra Piriyeva Müəllim: Jalə Əsədova Fakultə: Təhsil 2



Yüklə 141,7 Kb.
səhifə5/5
tarix02.05.2022
ölçüsü141,7 Kb.
#56813
növüXülasə
1   2   3   4   5
Zəhra Piriyeva 122A. Hind və Çin təlimlərinin xülasəsi

Daosist fəlsəfə

Konfusiçilik praktik və siyasi olaraq etik fəlsəfəni inkişaf etdirdiyi halda, daosizm (və ya taosizm) daha çox mistisizmlə və holist təfəkkürlə səciyyələndirilirdi. Çinin mədəni həyatında daosizm ənənələrinin ən böyük nümayəndəsi Lao-tszı (Lao Tzu) idi. Daosizmin digər nüfuzlu mütəfəkkiri Çjuan-tszı (Chuang Tzu, b.e.ə. 369-cu ildə anadan olmuşdur) hesab olunur. Lao-tszının həyatı barədə az şey məlumdur. Səhih olan məlumat yalnız odur ki, o, Konfusinin yaşca böyük müasiri idi. Belə hesab olunur ki, o, tənhalıqda yaşamışdır və şöhrətdən qaçmışdır. Lao-tszının adı onun məşhur əsərindən Dao de tszin (Yol və onun fəzilətləri barədə Kitab və ya Dao və de haqqında kitab) ayrılmazdır, baxmayaraq ki, bu kitabın məhz onun tərəfindən yazılması şübhə doğurur. Mümkündür ki, bu kitab onun ardıcılları tərəfindən yazılmışdır. Dao de tszin daosist fəlsəfə üzrə klassik mətndir. Bu kitabın anlaşılması çətindir və onun şərhi böyük problemlər yaradır. Çox vaxt Lao-tszını da Heraklit kimi "sirli" və "əlçatmaz" adlandırırlar. Dao de tszin Çinin təbiət və ya varlıq fəlsəfəsinə əhəmiyyətli bir tövhə oldu.



ƏDƏBİYYAT SİYAHISI

1. Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, “ZƏKİOĞLU” nəşriyyatı, 2007.



2. Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007.
3. Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli nümayəndələrinin həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.

4. Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.
Yüklə 141,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin