SəRBƏst iŞ Şüşə materialları



Yüklə 53,16 Kb.
səhifə4/5
tarix13.12.2023
ölçüsü53,16 Kb.
#175549
1   2   3   4   5
Şüşə materialları

Sink belili. O, şüşəyə sink oksidi daxil etmək üçündür. Onlar bişmə prosesində tam şüşəyə keçirirlər. Tərkibində sink oksidi olan məmulatlar işıq şüasını sındırır, yüksək parlaqlığı ilə fərqlənir. Sink oksidi laboratoriya, texniki və bəzi başqa xüsusi növ şüşə istehsalında geniş tətbiq edilir.
Surik yüksək sıxlıqlı, xarakter parlaqlı və işıqda bərq vuran qiymətli büllur məmulatına və optik şüşə istehsalına işlədilir. Surik 8800C temperaturda parçalanaraq atom halında oksigen ayrılır ki, şüşə kütləsinin şəffaflaşmasını asanlaşdırır. Tərkibində qurğuşun suriki olan məmulatlar asan cilalanır, pardaqlanır və s. Onlar işıq şüasını asan sındırır, kimyəvi davamlılığı aşağıdır, rentgen şüalarını udur.
Şüşə qırıntıları şüşə kütləsinin bişməsini sürətləndirir, o, şixtanın tərkibinə 15-30%-ə qədər əlavə edilir. Şüşə qırıntısının kimyəvi tərkibi əsas şixtanın tərkibinə uyğun olmalıdır. Müxtəlif tərkibli qatışıq şüşə qırıntısından istifadə edilmir, belə ki, bu şüşə kütləsinin bişmə prosesinin rejimini və məmulatın formaya salınmasını dəyişə bilər.
Köməkçi materiallar. Əsas köməkçi materiallar boyaqlar, tutqunluq verənlər, şüşənin rəngini alanlar, şəffaflıq verənlər, oksidləşdiricilər, bərpaedicilər və şüşə kütləsinin bişməsini sürətləndirənlər daxildir.
Boyaqlar şüşəyə müəyyən rəng vermək üçün şüşənin tərkibinə daxil edilir. Şüşə kütləsinin bişmə prosesində boyaqlar ya həll olur, ya kremzyonla birlikdə boyanmış silikat əmələ gətirir, ya da kalloid-dispers hissəcikləri halında qalaraq şüşənin bu və ya digər işıq şüalarını seçib udmasını təmin edir. Az miqdarda ən aşağı dərəcədə oksidləşmiş kobalt şüşəyə göy rəng, çox miqdarda qırmızı çalarlı bənövşəyi-göy rəng verir.
Şüşəyə kobalt və manqan peroksid birləşməsini daxil etdikdə al qırmızı, bənövşəyi və qara rəngli şüşə alınır. Manqan peroksidi natrium-kalsium şüşəsini qırmızımtıl bənövşəyi rəngə, dəmirlə birlikdə narıncı və qırmızımtıl qəhvəyi rəngə boyayır. Manqan peroksidi və xrompik əlavə etməklə qara şüşə alınır. Manqan oksidi şüşəyə bənövşəyi rəng verir və s. Ən ağır dərəcədə oksidləşmiş nikel kalium-kalsium şüşəsini qırmızımtılbənövşəyi rəngə, natrium-kalsium şüşəsini qəhvəyi çalarlı bənövşəyi rəngə boyayır. Mis oksidi şüşəyə mavi, yaxud yaşıl, xrom oksidi yaşıl rəng verir. Şüşə kütləsinin tərkibində kalium sulfid, dəmir sulfid, uran oksidi daxil etməklə sarı rəng alına bilər. Müxtəlif boyaqların kombinələşdirilməsində müxtəlif rəng və çalarlıqlı şüşə alınır. Sarı və qırmızı boyaqları qarışdırmaqla narıncı və qəhvəyi rəngli şüşə alınır.

Yüklə 53,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin