SəRBƏst iŞ Şüşə materialları



Yüklə 53,16 Kb.
səhifə3/5
tarix13.12.2023
ölçüsü53,16 Kb.
#175549
1   2   3   4   5
Şüşə materialları

Tərkibi
Kvars qumu şüşə xammal kütləsinin əsas hissəsini təşkil edir. Kvars qumu vasitəsilə şüşənin tərkibinə silisium oksidi (SiO2) daxil edilir. Kvar qumunun tərkibində 60%-dən 75%-ə qədər silisium olur. Kvar qumu çöl şpatlı dağ suxurlarına atmosfer agentlərinin (su, hava, hərəkətin dəyişməsi) təsirindən dağılması nəticəsində əmələ gəlir.

Yüksək keyfiyyətli qumun tərkibində 99%-dən çox SiO2 olmalıdır. Ən yaxşı qumun tərkibində dəmir, titan xrom qatışıqları olmamalıdır, çünki onlar şüşəni xoşa gəlməyən rənglərə boyayır. Ən zərərli qatışıq dəmir birləşməsi sayılır ki, şüşəyə sarımtıl yaşıl rəng verir. Bu da ultrabənövşəyi şüaların büraxılmasını kəskin surətdə aşağı salır. Hazır məmulatların xarici görünüşünü pisləşdirir.
Bor və bura şüşənin tərkibinə bor anhidridi daxil etmək üçün tətbiq edilir. Bor turşusu yüksək temperaturda bor anhidridi və suya, bura isə bor anhidridi və natrium oksidinə parçalanır.
Bor anhidridi 6000C-də əriyir, soyuyan zaman şəffaf şüşə kütləsinə çevrilir. Bor oksidi şüşəyə qiymətli xassələr verir, genişlənmə əmsalını, şüşə kütləsinin bişmə temperaturunu və özlülüyünü azaldır, kimyəvi və termiki davamlılığını və möhkəmliyini artırır. O, mexanikləşdirilmiş üsulla hazırlanan yüksək keyfiyyətli, yaxud xüsusi məmulat alınması üçün tətbiq edilir.
Çöl şpatı şüşənin tərkibinə gil torpağı Al2O3-ni daxil etmək üçün əsas xammaldır. Bu məqsəd üçün kaolin, permatit, sienit, obsidion, təmiz gil, torpaq və başqa maddələr işlədilir. Nefelin silitri çox qiymətli xammaldır, onun tərkibindəki gil torpaqda 20%-ə qədər qələvi var, bu da çox baha olan potaş və sodaya qənaət etməyə imkan verir, gil torpağın sıxlığı 3,85 q/sm3 və ərimə hərarəti 20500C-dir.
Gil torpağın bişmə sürətini azaldır, lakin şüşə kütləsinin şəffaflığını artırır. Termiki və kimyəvi davamlılığını, mexaniki möhkəmliyini və bərkliyini artırır. Şüşənin termiki genişlənmə əmsalını azaldır, gil torpaq sortlu, istiyə davamlı və kimyəvi qablar, pəncərə və butulka şüşəsi hazırlanmasına işlədilir.
Soda şüşənin tərkibinə natrium oksidini daxil etmək üçündür. O, susuz sodadan alınır, 8550C-də əriyir. Sodanın çatışmayan cəhəti tərkibində zərərli qatışıqların, yəni xlorlu Na və Na2O4, dəmir oksidinin olmasıdır. Şüşə sənayesində ən çox mirabilit şəklində Na2O4 tətbiq edilir. Ərimə temperaturu 8840C-dir, Na2O4 sodaya nisbətən çox ucuz və az defisit xammaldır.
Potaş şüşə sənayesində daha qiymətli xammaldır. O, kristall və susuzlaşdırılmış olur. Şüşə birləşməsində əsasən ərimə temperaturu 8810C olan susuz potaş tətbiq edilir. Kalium oksid məmulata parlaqlıq, şəffaflıq verir, kristallaşmanı azaldır. O, yüksək keyfiyyətli qablar, büllur və rəngli məmulatlar, optik şüşə hazırlanmasında tətbiq edilir.
Əhəng və tabaşir vasitəsilə şüşənin tərkibinə kalsium oksid daxil edilir ki, bu da şüşəyə kimyəvi davamlılıq verir, şüşə kütləsinin işıqlı olmasına və toz bişməsinə səbəb olur. Əhəng çöküntü suxurudur, tabaşir-kalsitin müxtəlif növüdür, yumşaq və boş suxurludur. Əhəng 6000C-dən yuxarı temperaturda parçalanır və kalsium oksid ayrılır.
Dolomit karbon turşusundan ibarət olub, qızdıran zaman kalsium və maqnezium oksidləri ayrılır. Maqnezium oksidi şüşənin termiki genişlənməsini və kristallaşmasını azaldır, həmçinin özlülüyünü, möhkəmliyini və kimyəvi davamlılığını artırır.

Yüklə 53,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin