SəRBƏst iŞ Şüşə materialları



Yüklə 53,16 Kb.
səhifə2/5
tarix13.12.2023
ölçüsü53,16 Kb.
#175549
1   2   3   4   5
Şüşə materialları

Erqonomik xassələri.
Şüşə məmulatlarının istismar şəraitilə əlaqədar olaraq erqonomik tələblər meydana çıxır. Bu tələblər, hər şeydən əvvəl şüşə məmulatlarında erqonomik xassələrlə, yəni istifadə rahatlığı və gigiyenikliyi göstəriciləri ilə təyin edilir.
Məişət qablarının komfortluğu (istifadə rahatlığı) onun tutmağa, aparmağa, saxlama funksiyasının yerinə yetirməsinə imkan verməsi, yuyulması və s. asanlığı ilə müəyyən edilir. Bu zaman məmulatın forma və tutumu, dəstəyinin vəziyyəti, onların formasının barmaqlara və s. uyğun olması nəzərə alınır. Məmulata qulluq rahatlığı qiymətləndirilərkən onun yuxarı hissəsinin diametrinə, səthinin xarakterinə, iti, kəsən və cızılmış sahələrinin olmasına, künclərinə, çıxıntılarına diqqəty etirilir. Məmulatın rahatlığı, həmçinin daşınma, qablaşdırma, saxlama mümkünlüyü üçün də nəzərə alınır.

Şüşə qabın gigiyenik xassələri, hər şeydən əvvəl şüşənin təbiəti və xassələri ilə müəyyənləşdirilir. Şüşə məmulat yüksək kimyəvi davamlılığa malik olmalıdır, insan orqanizmi üçün zərərsiz olmalıdır. Gigiyenik cəhətdən qiymətləndirilmə zamanı çirklənmə göstəricisi də nəzərə alınır. Onlar sadə, yüngül və tez təmizlənən olmalıdır.
Estetik xassələri
Məişət şüşə məmulatlarının estetik xassələri kompozisiyasının bütövlüyü, forma və informativliyi ilə xarakterizə olunur. Kompozisiyanın bütövlüyü məmulatda hissə elementlərin müəyyən qaydada vahid məqsəd üzrə yerləşməsindən ibarətdir. O, məmulatın dekorativ quruluşundan və formasından asılıdır.
Məmulatın və onun elementlərinin qeyri-müəyyən konturu, materialın təbii xassələrində gizlənən pis rəng və bəzək məmulatın formasını, estetik görünüşünü pisləşdirir. Məmulatın hissələri ilə tərəflərinin ölçülərinin əlaqəsi, bəzəyi onun proporsionallığı ilə xarakterizə olunur.
Formanın səmərəliliyi, onun məmulatın funksional təyinatına və əhatə edən mühit şəraitinə uyğunluğu ilə xarakterizə olunur. şüşə məmulatın orijinallığı, informativliyi və onların müasir üslub və modaya uyğun olması ilə təyin edilir. Orijinallıq bu məmulatın formasının fərdi xüsusiyyətidir ki, onların analoji təyinatlı məmulatlardan fərqləndirir.
Şüşə qabların fiziki köhnəlməsi, onların mexaniki, termiki, kimyəvi və başqa xassələrindən, həmçinin qoruyucu-dekorativ örtüyün istismar davamlılığından asılıdır. Məmulat istismar prosesində kəskin qızmağa və soyumağa məruz qalır, onların termiki davamlılığı və mexaniki möhkəmliyi, xüsusən zərbəyə davamlı olmasıdır.

Yüklə 53,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin